Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

47 
 
və içərisində azyaĢlı uĢaq dəfn olunduğu müəyyənləĢdirildi. Skelet demək olar ki, 
tamamilə  çürümüĢdür.  QalmıĢ  sümüklərə  əsasən  onun  sol  böyrü  üstdə  yerləĢdiyi 
aydınlaĢdırılmıĢdır. Kəllə küpün dibinə, yəni qərb istiqamətdə olmaqla, üzü Ģimala 
doğru  çevrilmiĢ  vəziyyətdə  idi.  Onun  boynu  yanında  müxtəlif  muncuqlar,  üzü 
qarĢısında bir ədəd kiçik dəmir bilərzik, yaxud “asma bəzək” qoyulmuĢdur. Çanaq 
sümükləri  yerləĢən  hissəyə  yaxın  küpdə  0,5  sm  diametri  olan  deĢik  vardır.  Belə 
hallar, adətən, qəbir  küpünün oturacağına yaxın hissədə, həm də diametri təqribən 
10-12  sm  olur.  Saxsı  təknə  qəbirlərdə  isə  alt  və  yan  hissələrdə  bir  neçə  deĢik 
düzəldilir.
25
 Küp  və  təknə  qəbirlərindəki  bu  əlamət  dövrün  hər  hansı  bir  dini 
təfəkkürü ilə bağlı müəyyən məna kəsb edirsə, məhz bu abidədəki eyni əlamət də 
onların  ifadə  etdiyi  mənaya  yaxınlaĢır.  Küpün  cənub  kənarı  boyu  və  oturacağına 
tərəf  ağzı  novçalı  qırmızı  dolça,  ağzının  kənarından  dik  qaldırılmıĢ  qulpu  olan 
çölmək  və  onun  da  içərisində  xırda  buynuzlu  heyvan  qabırğası  vardır.  Bundan 
əlavə, nisbətən iri qırmızı rəngli dolça, daha bir orta həcmli, ağzı dairəvi, üçqulplu 
gil  qab  (yanlardan  olan  qulplarının  üstü  və  gövdəsi  boyu  gildən  yapma 
düyməciklərlə  bəzədilmiĢdir),  bir  kiçik  ağzı  novçalı  dolça,  küpün  oturacağına 
yaxın  qonur  rəngli  qopu,  ikiqulplu  qırmızı  rəngli  gil  cam  qoyulmuĢdur.  Qablar 
düzülən yerdə çoxlu heyvan sümüyü də vardır.  
Nüydi  nekropolunda  aĢkar  edilmiĢ  küp  qəbirlə  torpaq  qəbirlərin  maddi-
mədəniyyətində  (yalnız  qəbir  forması  istisna  olmaqla)  əsaslı  fərq  yoxdur.  Bu  isə 
belə  bir  təsəvvürün  yaranmasına  gətirib  çıxarır  ki,  artıq  daha  geniĢ  miqyasda 
yayılmıĢ küpdə dəfnetmə adəti Nüydi abidəsi sakinlərin adət-ənənəsində hələ dərin 
kök  salmamıĢ  və  ya  tam  daxil  olub  formalaĢmamıĢdır.  Belə  bir  xüsusiyyət 
Yaloylutəpə  mədəniyyətinin  mərkəzi  zonasında,  xüsusən  yaxın  qonĢuluqda  olan 
Qəbələ ərazisində eyni dövr qəbiristanında da müĢahidə edilmiĢdir. Burada əsasən 
torpaq  qəbirlər  geniĢ  yayılmıĢ,  yalnız  uĢağa  aid  cüzi  dəfn  mərasimləri  kiçik 
təsərrüfat  küplərinin  sınıqları  içərisində  icra  edilmiĢdir.  Bununla  da  Albaniyanın 
dağlıq və xüsusən Ģimal rayonlarında küpdə dəfn adətinin e.ə. III əsrin sonlarından 
yayılmağa  baĢladığı  mühalizəsini  söyləmək  olar.  Bu  halda  ehtimal  edilə  bilər  ki, 
körpə  uĢaqların hələ  dini etiqadlara  tam  mənsub olmaması  cəhəti  nəzərə  alınaraq 
məhz  ilk  əvvəllər  uĢaqların  küpdə  dəfni  də  baĢqa  bir  dini  əqidə  və  adətin 
qəbulunda  və  ya  mənimsənilməsində  günah  kimi  qiymətləndirilməmiĢdir.  Artıq 
e.ə. I və eramızın I əsrlərindən baĢlayaraq, göstərilən rayonlarda küpdə dəfn adəti 
kütləviləĢir,  kiçiklərlə  yanaĢı  yaĢlıların  da  dəfn  mərasimində  geniĢ  tətbiq  edilir. 
Halbuki  Albaniyanın  aran  hissəsində,  daha  doğrusu,  Azərbaycanın  cənub 
rayonlarında və ya düzən zonalarında bu tip abidələr geniĢ yayılmaqla daha qədim 
tarixə malikdir. 
 
                                                 
25
 Osmanov  F.L.  ġıxdərə  yaĢayıĢ  yerində  arxeoloji  qazıntılar  //  1971-ci  ildə  Azərbaycanda  aparılmıĢ 
arxeoloji və etnoqrafiq tədqiqatlar, Bakı, 1972, s. 12-14. 


48 
 
1981-ci il. 
 
1981-ci ildə arxeoloji qazıntılar zamanı  əsasən Uzunboylarda (14 iyul – 12 
sentyabr)  aparılmıĢdır
26
.  Ġlk  günlər  bəzi  təĢkilati  iĢlərlə  məĢğul  olub  avtobusla 
ġamaxı  yaxınlığındakı  Muğanlı  kəndinə  gəldik.  Buradan  isə  Ġsmayıllı  rayonunun 
Sulut kəndinə  getmək  üçün  yol avtomaĢını  gözləməli olduq. Yeri gəlmiĢkən qeyd 
edək  ki,  Muğanlıdan  Ġsmayıllıya  Ģosse  yolunun  çəkilməsilə  əlaqədar  torpaq  iĢləri 
görülərkən qədim maddi-mədəniyyət nümunələri də üzə çıxmıĢdır. Burada yüngül 
axtarıĢ  iĢləri  apardıq.  Düzdür,  Muğanlıda  qədim  abidələrin  varlığı  bizə  çoxdan 
bəllidir.  Muğanlı  kəndinin  üstündə  Ağsuçaya  enən  yerdən  asfalt  yolun  sağ 
tərəfində  yol  hamarlanarkən  orta  əsrlərə  aid  su  tüngləri,  Ģirli  boĢqab  və  s.  qab 
qırıqları  aĢkar  edilmiĢdir.  Bundan  əlavə  yolun  sağ  kənarında,  üzüm  bağının 
qırağında  antik  və  ilk  orta  əsrlərə  aid  saxsı  qırıqları  (onların  bəzisi  oxra  ilə 
boyanmıĢdır),  məsaməli  dən  daĢı  qırıqları  müĢahidə  edilmiĢdir.  Buraya  yerlilər 
“Qaraçala”  deyirlər.  Həmin  yer  bir  qədər  Ģimal-qərbə  doğru  həqiqətən  çaladır  və 
buradan içməli su çıxır. Yerlilərin söylədiyinə görə, həmin sahə Ģumlanarkən daha 
bir bulaq üzə çıxmıĢdır. Bulaq olan yerdən bir qədər Ģimala doğru, Dilman yolunun 
altında da antik dövr yaĢayıĢ yerinin izləri vardır. Bu qədim  yaĢayıĢ izi olan yerə 
yaxın  hazır  Qurbtəpə  adlı  kənd  yerləĢir.  Orada  indi  əsasən  malakanlar  yaĢayır. 
ġamaxı rayonuna aid olan bu kənddə vaxtı ilə “qurdlar” adlı tayfa yaĢamıĢdır. Bu 
yaxınlara  qədər  onlar  əsasən  sərraflıqla,  dabbaqlıqla  məĢğul  olmuĢlar.  Yerlilərin 
söylədiyinə  görə  qurd  tayfasından  olanlar  ətraf  kəndlərin  mal-qarasını  gön  əldə 
etmək  üçün  aparmıĢ  və  nəticədə  onlar  buradan  qovulmuĢlar.  Qurdlar  hazırda 
Göyçay  Ģəhərindən  bir  qədər  cənubda  məskən  salmıĢlar.  Onlardan  bir  neçə  ailə 
yenə  də  Qurdtəpədə  qalmıĢdır.  ġamaxıda  da  qurdlar  məhəlləsi  var.  Deyilənlərə 
görə  qurd  tayfasından  bir  qismi  də  Zaqatalaya  gedib,  orada  məskunlaĢmıĢlar. 
ġamaxı  Ģəhərindən  10-12  km  qərbdə  yerləĢən  bu  qədim  abidə  mühüm  elmi 
əhəmiyyət  kəsb  edir.  Lakin  buranın  hazırda  üzüm  bağları  altında  qalması  iĢi 
çətinləĢdirir. 
Ġlk  dəfə  qazıntı  aparacağımız  Uzunboylarda  bizi  birinci  olaraq  çırpınıb 
havaya qalxan qırqovullar qarĢıladı. 
Uzunboylar  inzibati  ərazi  bölgüsü  üzrə  Ġsmayıllı  rayonu  Sulut  kəndinə 
məxsus  olub,  Ağsu  rayonunun  Leninabad  ilə  Xasıdərə  kəndləri  arasında,  nisbətən 
hündür  yayla  üstündə  yerləĢir.  Münbit  torpağa  malik  olan  bu  ərazi  ta  qədim 
zamanlardan  dəmyə  əkinçilik  və  maldarlığın  inkiĢafı  üçün  gözəl  imkan 
yaratmıĢdır.  Son  vaxtlaradək  burada  əkilən  sarıbuğda,  qaraqılçıq,  ağbuğda  və  s. 
taxıl növləri öz dadlı-durumlu çörəyinə görə ətraf yerlərdə “Sanqalan buğdası” adı 
ilə də çox məĢhur olmuĢdur. YaĢayıĢ yerinin  yaxınlıqları qaynama bulaqlar, iri və 
                                                 
26
 Ekspedisiya üzvləri Fazill Osmanov (rəis), Fərhad Ġbrahimov (baĢ elmi iĢçi), Abdulla Fazilli (baĢ elmi 
iĢçi), Qafar Cəbiyev (elmi iĢçi), Həsənağa Ramazanovdan (elmi iĢçi) ibarət olmuĢdur.  


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə