Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

49 
 
xırda  meĢəliklərlə  əhalətənir  (tablo  37).  MeĢələr,  müxtəlif  növ  ağacların  ayrı-ayrı 
yerlərdə  ya  təbii  yetiĢməsinə  və  yaxud  da  vaxtilə  süni  salınmasına  görə  - 
“Palıdlıq”,  “Dəndənlik”  (göyrüĢ),  “Vələslik”,  “Qarağaclıq”,  “Əzgillik”, 
“YemiĢanlıq”,  “Fındıqlıq”,  “Alçalıq”,  “Sumaqlıq”,  “Heyvanlıq”,  “Vəlgəlik”, 
“Göyəmlik” və s. adlandırılmıĢdır. Bütün bunlar öz növbəsində tikinti, sənətkarlıq 
materialı,  yanacaq  ehtiyatı,  alət,  alət  hissələri,  meyvə  və  dərman  bitkisi  kimi 
insanların  həyatında  müstəsna  əhəmiyyət  kəsb  etmiĢdir.  ġübhəsiz,  mövcud  təbii 
vasitələr  burada  qədimdən  intensiv,  eləcə  də  müxtəlif  təsərrüfat  sahələrinin 
inkiĢafını Ģərtləndirən mühüm amillərdən biri olmuĢdur. 
Uzunboylarda  qədim  məskən  və  ya  qəbirlərin  varlığı  1972-ci  ildə  qonĢu 
Nüydi 
kəndi 
yaxınlığında 
arxeoloji 
qazıntı 
iĢləri 
aparılarkən 
müəyyənləĢdirilmiĢdir.  O  vaxt  burada  hələ  yalnız  taxıl  əkilirdi.  Ona  görə  də 
nisbətən  dərin  torpaq  qatında  yerləĢən  abidələr  üzə  çıxmamıĢdı.  Onların  yerüstü 
əlaməti  də  qabarıq  nəzərə  çarpmırdı.  Yerin  qədim  yaĢayıĢ  üçün  mümkünlüyü 
baxımından diqqətlə axtarıĢ aparıldıqda saxsı qırıqları müĢahidə edilmiĢ və həmin 
vaxtdan  qədim  abidə  kimi  qeyd  olunmuĢ,  1978-ci  ildən  etibarən  isə  abidələrin 
mühafizəsi  siyahısına  daxil  edilmiĢdir.  Buna  baxmayaraq  respublikada 
üzümçülüyün geniĢləndirilməsi ilə əlaqədar bu sahədə də 1979-cu ildə üzüm bağı 
salınarkən çoxlu daĢ tikinti qalıqları və qəbir abidələri dağılmıĢdır. 
Uzunboylarda  yalnız  1981-ci  ildən  qazıntıya  baĢlanmıĢdır.  Ġlk  dəfə 
qazıntıya baĢlanan bu abidədə qazıntı yeri seçmək birinci növbədə qarĢıda dururdu. 
Qeyd  etmək  lazımdır  ki,  1979-cu  ildə  sahə  üzüm  bağı  üçün  Ģumlandığı  zaman 
müəllif tərəfindən payızda yoxlama-axtarıĢ iĢləri aparılmıĢdır. Bu vaxt xeyli saxsı 
məlumatı dəmir əmək alətləri,  bəzək Ģeyləri toplanmıĢ, tikinti  materialı (daĢ),  dən 
daĢları və s. müĢahidə edilib qeydə alınmıĢdır. Bundan baĢqa qazıntı yeri də təqribi 
olaraq  seçilmiĢdir.  Keçən  ildən  basdırılmıĢ  tənəklərin  dibi  və  ətrafını  ot-alaq 
basdığından yerüstü maddi-mədəniyyət qalıqları və yerin relyefi yaxĢı bilinmirdi. 4 
hektara  yaxın  olan  bu  sahənin  mərkəzi,  hündür  yerində  6x6  metr  ölçüsündə 
yoxlama qazıntısı açdıq. Lap üst təpəcikdə, daha doğrusu qarıĢdırılmıĢ qatda köhnə 
saxsı  qırıqları  və  baĢqa  qalıqlar  müĢahidə  edilmiĢdir.  Lakin  bunların  çoxu  yer 
Ģumlanarkən bir yerdən baĢqa yerə sürülmüĢ və qırılmıĢdır. Ümumiyyətlə, 0,5 metr 
dərinliyə  qədər  çoxlu  saxsı  qırıqları  və  s.  qalıqlara  tez-tez  rast  gəlinmiĢdir.  Bu 
qatdan  bir  ədəd  tunc  qayıĢ  toqqasına  da  təsadüf  edilmiĢdir.  Bunların  əksəriyyəti 
qəbir  materialını  da  xatırladır.  Burada  müəyyən  bir  yaĢayıĢ  qatını  və  ya  qəbir 
abidəsini  aydınlaĢdırmaq  məqsədilə  yoxlama  qazıntısının  əvvəlcə  ikidə  bir 
hissəsini,  sonra  onun  da  yarısını  daha  dərin  qazıb  endirdik.  Ümumiyyətlə,  alt 
qatlarda xam torpağa (1,8 metr dərinlikdə) heç bir tikinti qalığı və qəbir abidəsinin 
olmadığı yəqinləĢdirildi. Bundan sonra həmin yerdə iĢi dayandırıb təqribən 50 metr 
qərbə,  nisbətən  hündür  və  maddi-mədəniyyət  qalıqlarının  çox  səpələndiyi  yerdə 
ikinci  (4x2;  5  m)  yoxlama  qazıntı  açdıq,  (ölçülər  əkilmiĢ  tənəklərdən  az  miqdar 
məhv olunmasına görə uyğunlaĢdırılmıĢdır). Burada da 0,5, bəzi yerlərdə 0,7 metr 


50 
 
dərinliyə qədər Ģum zamanı qarıĢdırılmıĢ, bu qatlardan tikinti və ya qəbir abidələri 
uçurulub-dağıdılmıĢdır  (tablo  38).  Bura  abidənin  demək  olar  ki,  ən  hündür  axar-
baxarlı nöqtəsidir yoxlama qazıntısında 0,5 m-dən tək-tək saxsı qırıqlarından əlavə 
baĢqa  qalıqlar  görünmürdü.  0,7-0,8  m-lik  də  isə  bütöv  saxsı  qablar  və  baĢqa 
materiallar görünmüĢdür.  Bundan sonra  yoxlama  yerinin ətrafında  əsaslı, nisbətən 
geniĢ  sahə  açmağa  baĢladıq.  Beləliklə  yoxlama  qazıntısı  təqribən  mərkəzə  yaxın 
yerdə  olmaqla  dörd  tərəfə  10x10  metr  ölçüsündə  artırıldı.  Üst,  qarıĢdırılmıĢ  qatın 
ot-alağı  təmizlənərkən  bir  tunc  üzük  və  ya  kiçik  bilərziyi  xatırladan  əĢya  da 
tapılmıĢdır. Ümumiyyətlə, yer üstündən dəmir nizə, oraq, qayçı, bəzək zənciri və s. 
tapılmıĢdır.  Açdığımız  qazıntı  sahəsinin  torpağı  cənub  istiqamətində,  20-30  m-lik 
məsafəyə  xərəklə  daĢınıb  tullanmıĢdır.  Bir  təpəcik  üst  əkin  sahəsinin  torpağı 
götürüldükdən  sonra  ikinci  təpəcikdə  torpaq  nisbətən  yumĢaq  olub,  mərkəzi 
hissələrdə onun rəngi  qara,  kənarlarda  sarımtıl,  cənub hissədə isə daĢlı qat davam 
edir. 
Qeyd  etməliyik  ki,  qazıntı  sahəsi  abidənin  hündür,  həm  də  cənub  kolluq 
yamaca yaxın bir növ qabırğavari yerində olduğundan üst örtük müxtəlif aĢınma və 
baĢqa  dəyiĢikliklərə  məruz  qalmıĢdır.  Sahə  dörd  kvadrata  bölünmüĢdür.  Qeyd 
etməliyik  ki,  götürülmüĢ  qazıntı  sahəsinin  qərb  və  Ģimal  hissələri  aĢkar  edilmiĢ 
qəbir  abidələrinə  görə  kənarlara  doğru  artırılmıĢdır.  0,7-0,8  metr  dərinliyə  qədər 
üst qarıĢdırılmıĢ qatdan altda bəzi yerlərdə 35-40 sm qalınlığında qara torpaq qatı 
müĢahidə  edilmiĢdir.  Bu  qatın  torpağı  içərisində  heç  bir  forması  məlum  olmayan 
xırda saxsı qırıqlarına təsadüf olunmuĢdur. Lakin onların antik dövrdən əvvələ aid 
olduğu bilinir. Bu saxsı parçaları içərisində xarici üzü qara, içərisi qırmızı təbəqəyə 
malik  qab  qırıqları  da  vardır.  Bunlar  çox  güman  ki,  tunc  dövrü  və  ya  dəmirin 
əvvəllərinə aiddir. 
Tapıntılar içərisində dəvəgözü və baĢqa dövr üçün səciyyəvi daĢ qəlpələrinə 
də  rast  gəlinmiĢdir.  Bütün  bunlardan  əlavə  yer  üstündən  həddən  artıq  uzunsov  və 
bir tərəfi çökək-iĢlək dən daĢları da tapılmıĢdır (tablo 39). 
Qeyd  edilən  tapıntılar  və  0,4-0,5  m-dən  altda  30-35  sm-ə  yaxın  qatda 
maddi-mədəniyyət  qalıqlarının  varlığı  Uzunboylarda  tuncun  sonu  və  dəmir 
dövrünün  əvvəllərindən  yaĢayıĢın  varlığını  bildirir.  Gözə  çarpan  bu  qədim  dövr 
təbəqəsi  Ģübhəsiz  geniĢ  qazıntı  iĢlərindən  sonra  daha  dəqiqliyi  ilə  aydınlaĢdırıla 
bilər.  Qazıntının  üst  qarıĢıq  təbəqəsində  isə  üzəri  boz  və  sumağı  rəngə  boyanmıĢ 
qab qırıqlarına da təsadüf edilmiĢdir. Bundan baĢqa yaĢayıĢ yerinin üstündən saxsı 
qab  qulpları  üzərində  kiçik  deĢmələrdən,  kəsilmələrdən  ibarət  naxıĢlara  malik 
nümunələrə də təsadüf edilmiĢdir. 
Bütün bunlar hazırlanma texnikası, boyanma, naxıĢlanma və s. görə e.ə. III - 
b.e. ilk əsrləri üçün də səciyyəvidir. Lakin tapıntıların əksəriyyəti ellininizm dövrü 
çərçivəsinin məhsuludur. 
Qazıntı sahəsinin cənubunda, qərb kənarından 2,5 metr Ģərqə doğru 1 metrə 
qədər  enində  divarın  qalığı  görünmüĢdür.  Bunlar  çay  daĢından  olub,  araları  xırda 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə