Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə27/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

55 
 
itiləmək üçün düzəldilmiĢ baĢqa bir daĢın da bir ucunda iki tərəfli deĢik açılmıĢdı 
(tablo 45-10, s.q. № 59). 
Bu  qəbirdə  55  saxsı  qab  nümunəsi  qeyd  edilmiĢdir.  Lakin  qabların 
əksəriyyəti qırılmıĢ və hətta bərpası çətinləĢmiĢdir. Bundan baĢqa istər bütöv olsun, 
istərsə  də  sınıq,  təkrar  olmayan  və  orijinal  qabların  xırda  hissələri  də  yığılıb 
bərpasına çalıĢmıĢıq. Xarakterik saxsı qablar aĢağıdakılardır: 
Çölməklər  bu  qablar  içərisində  xüsusi  yer  tutur.  Onlardan  biri  orta  həcmli 
qazan ölçüsündə düz oturacağa, enli gövdəyə və dairəvi ağıza malikdir. Bozumtul 
rəngdə  biĢirilmiĢ  bu  çölməyin  üzəri  sayadır.  Ucları  qabın  gövdəsindən  öküz 
buynuzu 
formasında  yapıĢdırılaraq,  ağzının  kənarlarında  fəzaya  doğru 
qaldırılmıĢdır  (qulpun  üstü  sınmıĢdır.  Qabın  ağzının  diametri  18,5,  hündürlüyü 
14,5 oturacağının diametri isə 11 sm-dir). 
Digər  iki  ədəd  çölmək  də  yuxarıdakı  kimidir.  Bunlardan  birinin  ağzı 
nisbətən geniĢ olması, bir qədər kiçikliyi və bir də üzərindəki bəzək müxtəlifliyinə 
görə  fərqlənir.  Bu  qabın  ağzının  kənarı  batıq  xətlərlə  haĢiyələnmiĢdir.  Qırmızı 
rəngdə  boyanmıĢ  həmin  qabın  bir  tərəfindən  buynuzvari  ucları  gövdəyə 
yapıĢdırılmaqla əl tutan hissəsi ağızın kənarından dik fəzaya qaldırılmıĢdır. Qabın 
ağzı  kənarında,  qulpların  yanında  (hər  tərəfdə  bir  ədəd)  yapma  düyməcik  vardır. 
Qulpun  əks  tərəfində,  üstü  qabın  qırağına  doğru  olmaqla  “L”  formasında  yapma 
iĢarə bəzəyi vardır. 
Daha  bir  qırmızı  rəngdə  boyanmıĢ  çölməyin  də  buynuzvari  qulpu  ağzının 
kənarından  fəzaya  doğru  qaldırılmıĢdır.  Qulpun  ucları  yapıĢdırılan  yerin  arasında 
qabın  ağzından  aĢağıya  doğru  bucaqĢəkilli  cızma  naxıĢla  bəzədilmiĢdir.  Bu 
naxıĢlar gövdədəki düyməciyin üstünədək endirilmiĢdir. Qabın ağzının kənarından 
bərabər  məsafədə  dörd  yerdə  çıxıntı-düyməcikdən  bəzək  vardır.  Qabın  ağzından 
bir  qədər  gövdəyə  doğru  yenidən  dörd  düyməcik  (üstdəki  düyməciklərin  arasına 
düĢmək Ģərtilə) vardır (s.q. № 74). Beləliklə qabın ağzının yanındakı düyməcikdən 
3 batıq xətlə aĢağıdakı düyməciyə endirilmiĢ, oradan yenə yuxarıya qaldırılaraq bir 
növ  dalğavari  Ģəkildə  çevrələnmiĢdir  (hündürlüyü  14  sm,  ağzının  diametri  14, 
oturacaq diametri 8 sm). 
Uzunboylar abidəsi üçün xüsusilə 2 saylı qəbir abidəsindən tapılmıĢ iri saxsı 
çanaqlar  da  səciyyəvidir.  Bunlardan  bir  ədədi  çox  böyük  olub  dairəvi  düz 
oturacağa  və  geniĢ  dairəvi  ağıza  malikdir.  Onun  hündürlüyü  14,5,  oturacağının 
diametri 10,5 ağzının  diametri isə 39 sm-dir (s.q.  № 72). Bu qabın ağzının kənarı 
düzdür, üzəri qırmızı boya ilə örtülmüĢdür. 
Təsvirini  verdimiz  qabla  yanaĢı,  bilavasitə  çanaq  və  ya  xeyrə  tipində  daha 
iki qab da maraqlıdır. Bunlar gen ağıza, düz oturacağa və ağzının kənarı ilə çiynini 
birləĢdirən  tək  qulpa  malikdir.  Bu  çanaqların  ağzının  qıraqları  kənarlara  doğru 
əyilmiĢ vəziyyətdədir. Hər iki qab 72 saylı çanaq kimi qırmızı rəngdə biĢirilmiĢ və 
üzəri yenidən tünd qırmızı rənglə boyanmıĢdır (tablo 46-4, s.q. № 73). Bu iki qab 
bir-birindən ölçülərinə görə fərqlənir. Gilinin tərkibi, saxsının rəngi habelə oxra ilə 


56 
 
boyanmasına  görə  bir  ədəd  iri,  qalın  divarlı  vaza  da  özündən  əvvəlki  qablarla 
uyğunluq  təĢkil  edir.  Onun  ağzının  kənarı  düz  və  bir  qədər  qalındır.  Vazanın 
lentvari tək qulpu qabın ağzının kənarı üstündə körpüĢəkilli düzəldilmiĢdir. Qabın 
oturacağı  nisbətən  hündür  və  altdan  içəriyə  doğru  çala  səklində  düzəldilmiĢdir. 
Vazanın ağzının diametri 30 sm (kənardan-kənara) hündürlüyü 14 sm, oturacağının 
diametri 12,5 sm-dir. Onun oturacağının altından içəriyə doğru dərinliyi 4,5 sm-dir. 
Bu  cür  vazalara  Uzunboylar  abidəsindən  tez-tez  təsadüf  olunur.  Onların  qulpunu 
nəzərə  almasaq  Azərbaycanda  e.ə.  VI-V  əsrlər  üçün  səciyyə  daĢıyır.  Bu  tip 
nümunələr  Naxçıvandan  daha  çox  təsadüf  edilir.  Bu  oxĢar  nümunələr  və  maddi-
mədəniyyətin  qədim  elementləri  2  saylı  torpaq  qəbirin  e.ə.  IV-III  əsrlərə  aid 
etməyə imkan verir (s.q. № 66). 
2  saylı  qəbirin  saxsı  materialı  içərisində  yenə  də  çanaqformalı  iri,  ağzının 
kənarı ilə çiyninə kiçik lentĢəkilli qulp yapıĢdırılmıĢ qablara da təsadüf edilmiĢdir 
(tablo 46-3, s.q. № 64). Bu cür nisbətən kiçik ölçülü qablar da çoxdur (s.q. № 62-
67). 
Vazalardan  və  ya  çıraq  formasında  olan  üçayaqlı  qablardan  biri  daha 
maraqlıdır. Üçayaq üzərində olan çəhrayı rəngli bu qabın bir tərəfində iri və kobud 
Ģəkildə  düzəldilmiĢ  lentvari  qulpu  ağzını  kənarı  ilə  altında  qıçlardan  birini 
birləĢdirmiĢdir.  Qulp  yana  doğru  çox  uzanmıĢdır.  Onun  ağzının  kənarlarından 
irəliyə doğru uzanan novçası vardır. Qabın içərisi novçası və novçadan arxa tərəfi 
qara  his  çəkmiĢdir.  Görünür,  bunun  içərisində  nə  isə  yandırmıĢlar  və  onu  yana-
yana  əldə  hərəkət  etdirmiĢlər.  Çünki,  iri  və  yana  çox  uzanan  qulp  bunu  bir  daha 
sübut edir. Qulpun  yana  çox  uzanması ilə  yəqin  ki,  hərəkət zamanı alovun və  ya 
odun əli yandırmamasını nəzərdə tutmuĢlar (tablo 46-2, s.q. № 75). 
3  saylı  torpaq  qəbir. Bu mövsüm aĢkar edilən abidələr içərisində  üçüncü 
torpaq  qəbir  də  özünün  avadanlığına,  dəbdəbəli  mərasiminə,  böyüklüyünə  görə 
diqqəti  cəlb  edir.  Bu  yer  səthinin  70  sm  dərinlikdə  Ia  kvadratında  müĢahidə 
edilmiĢdir. Həmin səviyyədə qəbirin kənar xətləri ayrılmıĢ və xırdabuynuz heyvan 
sümükləri  görünmüĢdür.  Sümüklərin  ətrafı  diqqətlə  və  ehtiyatla  təmizləndikdə 
dörd bütöv davar sümükləri görünmüĢdür (tablo 42). Dördkünc formada olan qəbir 
abidəsinin eni 1,9 metr, uzunu isə 3,5 metrdir. Qəbirin üst səviyyəsində qoyulmuĢ 
xırdabuynuz heyvan sümükləri təmizlənib fotosu çəkildikdən sonra onların altında 
yerləĢən qab-qacağı aĢkarlamaq üçün həmin qat götürülmüĢdür. Onu da qeyd edək 
ki, bu sümüklər qəbirin ayaq tərəfində qoyulmuĢdur. Qəbirin istiqaməti cənub-qərb 
və  Ģimal-Ģərqə  doğru  olub,  skeletin  kəlləsi  cənub-qərb  tərəfə  yönəlmiĢ,  sağ  böyrü 
üstdə  sıx  bükülü  vəziyyətdə  idi.  Skelet  azca  arxası  yönünə  qəbirin  cənub-qərb 
küncündə  yerləĢdirilmiĢdir.  Skeletin  ölçülərinə  görə  onun  iri,  uca  boylu  olduğu 
aydındır  (tablo  42).  Skeletin  ətrafı  diqqətlə  təmizlənərkən  onun  yanında  heç  bir 
bəzək  əĢyasına  təsadüf  edilməmiĢdir.  BaĢ  və  ayaq  tərəfindəki  müxallafatın  yalnız 
dəmir  nizələrdən  ibarət  olduğu  aydınlaĢmıĢdır.  Nizə  ucluqları  korroziyaya 
uğradığından sarı torpaq vəziyyətinə dönmüĢdür. Ona görə də ehtiyatla təmizləyib 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə