Fazil Osmanov



Yüklə 376,74 Kb.

səhifə28/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

57 
 
üzərinə Ģəffaf yapıĢqan tökülərək bərkidilmiĢdir. Beləliklə, onların ilkin düzülmüĢ 
vəziyyətini  saxladıq.  Aydın  oldu  ki,  ölünün  baĢı  yanında  dörd  nizə,  ayaqları 
yanında  da  bir  o  qədər,  yəni  dörd  nizə  ucları  fəzaya  doğru  olmaqla  dik 
sancılmıĢdır.  Bu  xüsusiyyət  qonĢu  Nüydi  abidəsində  də  müĢahidə  edilmiĢdir. 
Oradakı qəbirlərdən birində 4 nizənin ölünün üzü qarĢısında ucları yerə sancılmıĢ 
vəziyyəti  aĢkar  edilmiĢdir.  Bütün  bunlar  çox  güman  ki,  axirət  dünyaya  inamla 
əlaqədar özünü qorumaq kimi mənaya malik olduğuna iĢarədir. 
Bilavasitə  skeletin  yanından  nizədən  baĢqa  bəzək  əĢyasına  aid  mis 
zəncirlərin  bir  paxlası  tapılmıĢdır.  Adətən  bəzək  Ģeyləri  qadın  qəbirindən  çox 
tapılır.  Həm  də  öyrəndiyimiz  dövr  üçün  qadınlar  əsasən  sağ  böyrü  üstə  dəfn 
olunduğundan  daha  çox  müĢahidə  edilir.  Bu  qəbir  abidəsində  skelet  sağ  böyrü 
üstdə  olmasına  baxmayaraq  yanında  qadına  aid  material  tapılmadığına  və  baĢqa 
əlamətinə  görə  kiĢi  qəbiri  olduğu  güman  edilir.  Ölünün  yanına  qoyulmuĢ  baĢqa 
müxəllafatın təmizlənib aĢkarlanması zamanı həddən artıq saxsı qab (70 ədəd) üzə 
çıxmıĢdır. Bunlar xırda çölməkvari qablardan baĢlayaraq iri təsərrüfat küplərindən 
müxtəlif  çeĢidlərə  malikdir.  Həmin  qablar  içərisində  5  ədəd  (biri  boz,  dördü 
qırmızı)  aftafaya  oxĢar,  lüləyi  ağzının  yaxınlığında  olan  qab,  5  ədəd qara,  qonur, 
çəhrayı rəngli üçayaqlı vaza (bunların içərisində qoyun sümükləri var idi, həm də 
bu  qablar  həddən  artıq  xarab  olub  ovxalanmıĢdır.  Onların  yalnız  qıçları  salamat 
qalmıĢdır,  ona  görə  də  götürmək  mümkün  olmadı)  aĢkar  edilmiĢdir.  Ġçərisində 
heyvan sümükləri olan vazalar Nüydi və Qəbələnin eyni dövr torpaq qəbirlərindən 
çoxlu  aĢkar  edilmiĢdir  (bu  müqayisələr  yalnız  müəllifin  öz  tədqiqatları  zamanı 
müĢahidə  edilmiĢdir).  Bundan  baĢqa  dolça,  bardaqlar  (s.q.  №  85-87),  iki  ədəd 
təkqulaq qırmızı rəngli saxsı sərnic (tablo 46-6, s.q. № 80), çölməklər (s.q. № 84), 
iri kasavari saxsı çanaqlar tam yerli səciyyə daĢıyır. 
Bir  ədəd  boz  rəngli,  çox  keyfiyyətli  biĢirilmiĢ  süddanbiçimli  zoomorf  gil 
qab da diqqəti cəlb edir (s.q. № 86), Ağzında süzgəci olan bu qab orijinal formaya 
malikdir  və  e.ə.  III-I  əsrlərdə  Albaniyanın  səciyyəvi  saxsı  qablar  sırasına 
məxsusdur.  Saxsı  qablar  içərisində  qırmızı  boya  ilə  rənglənənləri  də  çoxdur.  Boz 
rəngli  xeyrələr,  vazalar  (s.q.  №  88)  ağzı  əyməli  camlar,  dopular  və  s.  tapılmıĢdır. 
Bütün  bunlardan  baĢqa  qəbirin  ayaq  tərəfində  Ģimal-qərb  küncündə  bir  iri  küp 
basdırılmıĢ  və  ağzı  yastı  daĢla  örtülmüĢdür.  DaĢ  sonradan  sürüĢüb  düĢmüĢ  və 
içərisi  torpaqla  dolmuĢdur.  Bu  küpdə  də  o  biri  qəbirlərdəki  iri  küplər  kimi  içki 
məhsulu olmuĢdur. 1 metrə yaxın hündürlüyü olan bu küp daha dərinə basdırılaraq 
ağzı qabların səviyyəsində qalmıĢdır. Qəbirin ayaq tərəfində qablar düzülən yerin 
qurtaracağında  daha  iki bütöv qoyun  sümükləri  və  bir inək  yaxud öküzün baĢ  və 
ayaq  sümükləri  aĢkar  edilmiĢdir  (tablo  42).  Qəbirin  Ģərq  divarının  mərkəz 
hissəsində, qabların arasında iki dəmir çapacaq (tablo 44 - 3, 6, s.q. № 93-94), iki 
ədəd dəmir bıçaq [(tiyəsi də ağac qında olduğu çürüntüdən bilinir (tablo 44-7, s.q. 
№ 91-92)], bir dəmir biz (tablo 44-5, s.q. № 95) qoyulmuĢdur. 


58 
 
Göründüyü  kimi,  bu  qəbirdə  təkcə  7-8  bütöv  davar,  bir  inək  sümüklərinin 
aĢkarlanması burada maldarlıq haqqında aydın təsəvvür yaradır. Budan əlavə çoxlu 
qab-qacaq, xüsusən enliboğaz çaynik və ya aftafavari qablar, baĢlıca olaraq bir cüt 
enliağız, yandan tək qulpu olan saxsı səmic, cam, çölmək tapıntıları süd məhsulları 
ilə  əlaqədar  olaraq  ağartı  tədarükü  haqqında  da  ətraflı  təsəvvür  yaradır.  Burada 
Ģumlama  zamanı  müxtəlif  əmək  alətlərilə  yanaĢı  dəmir  yaylı  qırxlığın  tapılması 
qoyunçuluq  və  onların  yunundan  da  geniĢ  istifadə  haqqında  məlumatımızı 
geniĢləndirir. 
Saxsı  qablar  üzərində  yapma  naxıĢlara  çox  təsadüf  edilir.  Bu  baxımdan  3 
saylı  torpaq  qəbirindən  tapılmıĢ  iri  yumru  gövdəli,  enli  boğaz  və  ağzına  yaxın 
fəzaya dikəlmiĢ lüləyi olan qab diqqəti cəlb edir. Bu cür qab beĢ ədəd tapılmıĢdır. 
Lakin bu qabın üzərinə yapıĢdırılmıĢ bəzək diqqəti cəlb edir. Qırmızı rəngdə olan 
saxsı  qabın  gövdəsinin  enli  yeri  üstündən  göydələn  dalğalı  xətti  xatırladan  bəzək 
vardır.  Həmin  bəzəklər  gövdəni  çevrələməklə  bərabər  məsafədə  üç  yerdə 
düzülmüĢdür.  Onların  iki  qalxan  dalğasının  qabaran  üstünə,  qabın  çiynindən 
düyməcikli  baĢlanğıcı  olan  yapma  xətt  endirilmiĢdir  ki,  bu  da  bir  növ  sxematik 
insan  təsvirini  xatırladır.  Bu,  Qobustan  qaya  rəsmlərindəki  rəqs  edən  insan 
təsvirlərinə müəyyən qədər uyğun gəlir. Əlbəttə, onun sxematik xüsusiyyəti hələlik 
tam aydın deyildir. Ola bilsin ki, su ilə əlaqədar iĢarə əhəmiyyəti də kəsb etmiĢdir. 
Qabın hündürlüyü 32, ağzının diametri 12, oturacağının diametri 11 sm-dir. Onun 
lentvari  qulpu  qabın  dairəvi  ağzının  arxa  hissəsi  ilə  çiyninə  yapıĢdırılmıĢdır. 
Qulpun hər iki tərəfdə yapıĢdırılan yerində iki qulaqcığı vardır (s.q. № 89). 
Saxsı  qabların  hamısı  dulus  çarxından  istifadə  etmədən,  əl  ilə 
hazırlanmıĢdır. Buna baxmayaraq onlara düzgün simmetriya və yaraĢıq verilmiĢdir. 
Xüsusi  formada,  yaraĢıqlı,  cürbəcür  və  keyfiyyətli  istehsal  olunmuĢ  saxsı  qablar 
burada dulusçuluğun da yüksək inkiĢafına sübut ola bilər. 
Ġlk  dəfə  tədqiqinə  baĢlanan  bu  abidə  Azərbaycanın  antik  dövr  abidələri 
içərisində tam yeni obyektdir. Buna baxmayaraq ilk nəticələrin varlığını sübut edən 
zəngin  maddi-mədəniyyət  qalıqları  tapılmıĢdır.  DaĢlar  içərisində  hətta  dördkünc 
yonulmuĢlarına  da  təsadüf  edilmiĢdir.  Əkinçilik  və  maldarlıq  təsərrüfatı  haqqında 
zəngin tapıntılar əldə edilmiĢdir. Dəmirçilik, zərgərlik, dulusçuluq daĢ iĢləmə kimi 
sənətlərin  varlığını  bildirən  qiymətli  material  tapılmıĢdır.  Böyük  və  zəngin  qəbir 
abidəsinin aĢkarlanması onun sahibinin yüksək rütbəli hərbiçiyə və tayfa baĢçısına 
aid olmasını söyləməyə imkan vermiĢdir. Bir ədəd bənzədilərək zərb olunmuĢ yerli 
gümüĢ sikkə tapıntısı abidənin tarixinin dəqiqləĢməsində və baĢqa ticarət əlaqələri 
sahəsində  müstəsna  əhəmiyyətə  malikdir.  Bu  göstərilən  tapıntılar  və  onlarla 
əlaqədar  tədqiqatlar  Ģübhəsiz  ki,  Azərbaycanın  e.ə.  V-IV  əsrlərə  aid  tarixi  və 
mədəniyyətini  xeyli  zənginləĢdirəcək,  ona  yeni  səhifələr  əlavə  edilməsinə  Ģərait 
yaradacaqdır. 
 
 




Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə