Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

61 
 
Qeyd edək ki,  5 saylı qəbirin  ovxalanmıĢ  təkrar götürülməyən  materialı da 
məhz  4  saylı  torpaq  qəbirinin  ayaqları  altında  aĢkar  edilmiĢ,  iri,  sınıq  küpün 
içərisinə yığılıb yerindəcə basdırılıb saxlandı və planda yeri qeyd edilmiĢdir. 
       Skeletin  üzü  qarĢısındakı  qablardan  birinin  dirsəkvari  qulpu  vardı. 
Bundan  baĢqa  burada  dayaz  qablardan  biri  ağımtıl,  digəri  qırmızı  rəngdə  olub 
altdan içəriyə doğru  batığı  vardır.  Bunlar  saxsı camlardır.  Qablar  içərisində lüləyi 
ağızının kənarında olan aftafavari saxsı qaba da təsadüf edilmiĢdir. Ümumiyyətlə, 
bu  cür  qablar  burada  geniĢ  yayılmıĢdır.  Yandan  tək  qulpu  olan  cam  və  kasavari, 
qırmızı  rəngli  qablar,  dolça,  ləyən,  vedrəyə  oxĢar  uzunsov  saxsı  məlumatı  da 
diqqəti cəlb edir. Əlbəttə, bunların yeni və orijinal nümunələri, təkrar olmayanları 
götürülmüĢ,  qalanları  götürülməsi  mümkün  olmayanı  yerindəcə  qeyd  edilmiĢdir. 
Kasavari  badyalardan  birinin  içərisində  düzbucaqlı  formada,  kənarlarında  dik 
qaldırılmıĢ qulpu olan deĢikli bir qapaq da tapılmıĢdır (tablo 49-4). Qırmızı rəngdə 
boyanmıĢ bu deĢikli qapaq iri, kənarlarından əyməĢəkilli dik qaldırılmıĢ qulpu olan 
kasavari badyanın ağzında olmuĢdur. Eyni tip baĢqa bir qab da həmin qabın altında 
idi.  Onun  üstündə  dəmir  iynə,  sancaq  qırıqları  tunc  bəzək  Ģeyləri,  muncuq 
qoyulmuĢdur.  Bunlar  qırmızı  rəngdə  boyanmıĢdır.  Qəbirin  ayaq  tərəfində  orta 
həcmli Ģargövdəli küp qoyulmuĢdur. Onun gövdəsində iki yerdən dik yapıĢdırılmıĢ 
qulpu vardı. Qulpların üstündə bir məhmiz düzəldilmiĢdir. Məhmizin kənarlara çəp 
batıqlarla  naxıĢlanmıĢdır.  Bu  qabın  yanında  daha  bir  iri  boz  rəngli  gil  çanaq 
qoyulmuĢdur.  Onun  bir  tərəfində  kiçik  lentĢəkilli  qulpu  vardı.  Çanağın  ağzının 
diametri  45  sm-dir.  O  həddən  artıq  ovxalanmıĢdır.  Bundan  əlavə  qəbirdə  50-yə 
qədər  saxsı  qablar  içərisində  iri  ləyənvari  saxsı  qab,  qonur  üçayaq  vaza,  ağzının 
kənarlarından  qırağa  çıxıntısı  olan  vaza  tapılmıĢdır  ki,  onların  içərisində  quĢ 
sümükləri  qoyulmuĢdur.  Dərin  ləyənvari  qabların  bəzisinin  ilgəkvari  qulpu 
içərisindən  dibinə  və  ya  dibinə  yaxın  qabın  divarına  yapıĢdırılmıĢdır  ki,  bu  da 
onlardan  həm  qab  kimi,  həm  də  qapaq  kimi  istifadəni  asanlaĢdırır.  Bundan  baĢqa 
vedrəyəoxĢar uzunsov qabın yanında daha bir boz enli boğaz, lentvari təkqulp qab 
da tapılmıĢdır. 
Bu qəbirin qadına aid olduğu daha aydın nəzərə çarpır. Onun dizləri və üzü 
qarĢısında qabların üstü və arası ilə 1 metr uzunluqda 25 sm enində yanğın, od izi 
qalmıĢdır.  Od  izi  əsasən  qabların  üstündə  daha  çox  müĢahidə  olunur.  Bu  da  onu 
göstərir  ki,  qablar  ölünün  qarĢısında  düzüldükdən  sonra  od  yandırılmıĢdır.  Ölülər 
önündə  qabların  arasında,  bir  tərəfi  yastı,  o  biri  tərəfi  isə  nisbətən  dəyirmiləĢən 
ağımtıl  daĢ  qoyulmuĢdur.  Ondan  nə  isə  əzmək  üçün  istifadə  olunmuĢdur.  Bu  cür 
daha  bir  eyni  tip  daĢ  (azacıq  iri  həcmdə)  1,5  metr  qərbdə  açılmıĢ  6  saylı  iri  kiĢi 
qəbirindən də tapılmıĢdır. 5 və 6 saylı qəbirlərdə dəfn edilənlərin yaxın qohumluq 
əlaqəsini,  çox  güman  ki,  ər-arvad  olduğunu  söyləmək  ağlabatandır.  Bu  iki 
qəbirdəki bəzi uyğun əlamətlər də ailə münasibətlərinə müəyyən iĢarələr verir. 
6  saylı  torpaq  qəbir.  Bu  torpaq  qəbir  abidəsi  qazıntının  Ģimal-qərb 
küncündə 1 kvadratda yerləĢmiĢdir. Lakin qəbirin xeyli hissəsi qazıntı sahəsindən 


62 
 
kənarda  qaldığından  sahənin  Ģimal  küncündən  2x1,5  metr,  Ģimal-qərb  küncündən 
isə 5x1 metr Ģimal-cənub xətti üzrə qazıntı artırıldı. Əlbəttə, bu saxsı qabların üstü 
görünəndən  və  qəbirin  sərhədləri  bilinəndən  sonra  abidəni  tam  açmaq  və  rahat 
iĢləmək  məqsədilə  edilmiĢdir.  Həmin  qəbir  abidəsi  yer  səthindən  1-1,2  metr 
dərinlikdə  olmaqla  dördkünc  formadadır  (bax,  plana).  Onun  uzunluğu  3,9  eni  1,7 
metrdir. Qəbir çuxuru 30-40 sm dərinlikdə yaxĢı qalmıĢdır.  
Ġri adama mənsub olmuĢ skelet qəbirin cənub-qərb kənarında yerləĢmiĢdir. 
Sağ  böyrü  üstə,  kəllə  cənuba,  üzü  Ģərqə  doğru  qoyulmuĢ  ölünün  qıçları  dizdən 
qatlanaraq  azca  bükülü  Ģəkildə  idi.  Onun  sol  qolu  böyrünə  salınmaqla  dirsəkdən 
qatlanaraq  qarnı  üstündə  köndələn  vəziyyətdə  idi.  Sağ  qolu  isə  yana  uzadılaraq 
dirsəkdən  qatlanıb  o  biri  əlinin  yaxınlığında  dik  qaldırılmıĢdır.  Bu  qolun  üstündə 
bir daĢ da qoyulmuĢdur. Alnında paslanmıĢ kiçik tunc bəzəklər var idi. 
Skeletin kəlləsi arxasında 7 iri dəmir nizə qoyulmuĢdur. Alnının qarĢısında, 
saxsı  qab  düzümünün  qurtaracağında  bir  “hərbi  yaba”  formasında  ikiqulaq  dəmir 
silah qoyulmuĢdur. Onun saplanan tıxac hissəsi nizə küpü kimidir. Bu silahın küpü 
yaxud  tıxacının  uzunluğu  28  sm-dir.  Yabasının  yanlarına  açılan  hər  hissənin 
uzunluğu 5, ĢiĢ qulaqlarının uzunluğu da 5 sm-dir. Tıxacın diametri 2 sm-dir (tablo 
50-7). 
Skeletin  ayaqları  yaxınlığında  qolun  sümükləri  yanından  bir  dəmir  oraq 
(tablo 50-4 Ģəkil), bir dəmir dəhrə sınığı, qıç sümükləri arasında bir ucunda ilməsi 
olan  dəmir  qıyığa  oxĢar  alət  tapılmıĢdır.  Dəmir  əĢya  bir  də  at  yüyəni  ilə  əlaqədar 
dəhnə (gəm) və onun hissələrindən ibarətdir. (tablo 50-6, 10). 
Skeletin üzü qarĢısında ağzı süzgəcli iki ədəd iri süddan biçimli qab, matra, 
6 ədəd qonur-çəhrayı rəngli vaza, bir qırmızı vaza, orta həcmli küp dizləri qarĢısına 
doğru,  oradan  da  qəbirin  ayağına  qədər  düzülmüĢdür.  Vazalardan  üçü  üçayaqlı, 
üçü  isə  təkayaqlı  olub  gövdəsi  kənara  doğru  iki  çıxıntılı,  ağzının  kənarlarında, 
qulpun  üstündə  qulaqcığı  olan  qablardan  ibarətdir.  Alban  mədəniyyəti  üçün  tipik 
nümunələr  olan  həmin  qabların  buradan  əvvəllərdə  nüsxələr  götürüldüyündən  və 
bunların həddən artıq sındığından yerindəcə qeyd edilib saxlandı. 
Bu  qabların  içərisində,  eləcə  də  ölünün  dizinə  yaxın  çanaqları  ləyənlərin 
içərisində  xırda  buynuzlu  heyvan  sümükləri aĢkar edilmiĢdir.  Sümüklər lülə, aĢıq 
və  s-dən  ibarət  idi.  Bundan  baĢqa  qəbirin  ayaq  tərəfində  6-7  xırdabuynuz  heyvan 
sümükləri  bütöv  qalmıĢdır.  Bu  hissədə  bir  iribuynuzlu  heyvanın  baĢ  və  qıç 
sümükləri aĢkar edilmiĢdir.  
Ümumiyyətlə  bu  qəbirdə  8-ə  qədər  xırda  buynuzlu  və  bir  iri  buynuzlu 
heyvan  sümükləri  qeyd  edilmiĢdir.  Bundan  əlavə  sümüklər  içərisində  bir  heyvan 
aĢağı  donuza  aiddir.  Sümükləri  Azərbaycan  SSR  EA  müxbir  üzvü,  biologiya 
elmləri  doktoru,  professor  Dəmir  Hacıyev  təyin  edərək  aĢağıdakı  ilkin  nəticələr 
söyləmiĢdir:  iribuynuzlu  heyvan  sümüyü  (Bostaurus  G)  xırda  inək  cinsi;  keçi 
sümüyü qalığı (Sapça aedadrus G); donuz aĢığı (Lus serofa domestica). 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə