Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

63 
 
Skeletin  dizləri  önündə  böyük  qırmızı  rəngli  çanağın  içərisində  qoyulmuĢ 
xırdabuynuzlu  heyvan  sümüyünün  üstündən  bir  daĢ  da  qoyulmuĢdur.  Bundan 
baĢqa qabların arasında da bu cür sümüklər var idi ki, onların da üstünə  vaxtı ilə 
ağırlığı təqribən 1,5 kq olan daĢ qoyulmuĢdur. Bu qəbirdən bir ədəd qırmızı maddə 
əzmiĢlər.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  bu  cür  bir  daĢ  5  saylı  qəbirdə  də 
qoyulmuĢdur.  
Skeletin ayaqları altında dörd ədəd umbonaoxĢar tunc əĢya aĢkar edilmiĢdir. 
Onlar  dəmir  dəhnənin  üstündə  idi.  Nazik  metal  təbəqədən  ibarət  olan  bu  at 
bəzəyinin bir tərəfi qabarıq, o biri üzü çökəkdir. Çökək tərəfindən mərkəzdə dəmir 
yapıĢdırıldığı  aydın  müĢahidə  edilir.  Onların  mərkəzində  həm  içəridə,  həm  də 
xaricdə  düyməyəoxĢar  çıxıntı  vardır.  Bu  tapıntıların  ikisinin  diametri  13,5  sm, 
ikisinin  isə  10,5  sm-dir  (tablo  50-9).  Onların  kənarları  boyu  batıq  nöqtələrlə 
haĢiyələnmiĢdir  (qabarıq  nöqtələr  xaricə  doğrudur).  Kənardan  bir  qədər  içəriyə 
doğru, xırda batıqlar bir qədər irisi ilə naxıĢlanıb çevrələnmiĢdir. Bunların yanında 
bir  dəmir  halqa  da  var  idi.  O  da  yəqin  ki,  dəhnə  ilə  əlaqədar  olmuĢdur.  Bütün 
bunlardan  əlavə  daha  doğrusu  nəlbəkivari  tunc  Ģeylərin  altında  iri  dəmir  dəhnə 
daha  çox  diqqəti  cəlb  edirdi  (tablo  50-6).  Dəhnənin  əsas  yan  dəmirləri  iki  yastı 
hissədən  ibarət  olub,  hər  birinin  uzunluğu  25  sm-dən  çoxdur  (onların  bəzi  yerləri 
çox  korroziyaya  uğradığından  çürüyüb  tökülmüĢdür).  Atın  üzü  uzununa  müvafiq 
düzəldilmiĢ  dəmir  hissələrin  17-18  sm-liyində  dirsəkvari  halqa  düzəldilmiĢ  və 
oraya  iki  bir-birinə  keçirilmiĢ  Ģəkildə  iri  dəmir  paxlalar  yerləĢdirilmiĢdir.  Bu  iki 
dəmir  paxla  atın  ağzından  hərəkət  etmək  vəziyyətində  olmuĢdur.  Onların  hər 
birinin  uzunluğu 10 sm-dir. Ağıza keçirilən zəncir paxlalarının bəndliyi yerdən 5 
sm  aralı  dəmir  hissə  uzanır  və  bundan  sonra  dirsəkvari  əyilərək  ucları  dairəvi 
Ģəkildə  formalaĢır.  Dairəvi  Ģəkildəki  ucluqların  kənarı  kəsikdir.  Ucdakı  dairəvi 
hissənin ölçüsü 3-4 sm-dir. Dəhnə hissələrinin eni 2 sm-dir. Bu tip dəmir dəhnələr 
göstərilən  ərazi  üçün  səciyyəvidir.  Belə  ki,  onlardan  bir  ədədi  də  2  saylı  torpaq 
qəbirindən  və  daha  biri  yaxın  qonĢuluqda  yerləĢən  Nüydi  abisədində  tapılmıĢdır. 
Bu cür dəhnələr və ya qaytarğanlar atın qulağının yanından ağzının cəylərinə qədər 
uzanır  və  buradan  (ağzındakı  dəmir  paxlalardan  əlavə)  ucları  burnunun  üstünə 
doğru qövsvari əyilib dayanır. Bu da atın baĢını istənilən tərəfə döndərməkdə əlavə 
vasitə kimi əlveriĢlidir.  
6  saylı  torpaq  qəbirində  dəfn  olunmuĢ  ölünün  kiĢiyə  aid  olduğu  onun 
avadanlığına  görə  ehtimal  edilir.  Belə  ki,  burada  dəmir  dəhnə,  oraq,  iri  nizələr, 
hərbi  yaba,  at  yüyəninə  aid  ləvazimat  və  s.  qoyulmuĢdur.  Skelet  çox  irir  adama 
məxsus  olmuĢdur.  Onun  qıç  sümüyündən  dizə  qədər  uzunluğu  53  sm,  çanaq 
sümüyünün ucundan kəllədə təpəyə qədər isə 90 sm uzunluqdadır. BaĢı bir qədər 
uzunsovdur.  Onurğa  sümüyünün  18  qatdan  ibarət  olduğunu  saydıq.  Antropoloji 
cəhətdən  öyrənmək  üçün  kəllə  həddən  artıq  parçalanıb  yararsız  hala  düĢmüĢdür. 
Lakin onun  yerindəcə müxtəlif fotoları çəkilmiĢ və ölçüləri ilkin qeyd edilmiĢdir. 


64 
 
Ayağının  uzunluğu 21 sm-dir. Ayaq barmağının  uzunluğu  7-8 sm (bir buğumu 5 
sm-dir). DiĢlər salamatdır, uclarından bir qədər qaraltısı vardır. 
Bağqa  qəbirlərdə  olduğu  kimi  burda  da  qəbirin  Ģimal  divarı  dibində  inək 
kəlləsi  və  ayaq  sümükləri  qoyulan  yerdən  bir  qədər  qərbə  doğru  yenə  də  iri  küp 
basdırılmıĢdır.  Onun  ağzı  və  boğazı  gövdəsinə  qədər  sınıb  içərisi  tökülmüĢdür. 
Qulpların  en  kəsiyi  lentĢəkillidir.  Küpün  gövdəsinin  enli  yerində  diametri  50-55 
sm-dir. 
Bu  torpaq  qəbirindən  40-dan  artıq  saxsı  qab  çıxmıĢdır  ki,  onların 
götürülməyənləri  5  saylı  torpaq  qəbirinin  ayaqları  altda  açılmıĢ  küpün  içərisinə 
yığılıb ordaca basdırılmıĢdır. 
Qırlartəpə  və  Kəndyeri  abidələri.  Bu  abidələr  Ağsu  rayonunun  Qırlar 
kəndinin  Ģimal-Ģərqində,  nisbətən  hündür  yayla  üstündə  yerləĢir.  Abidə  1960-cı 
illərdə  müəllif  tərəfindən  yoxlanmıĢ  və  dövlət  qoruğu  siyahısına  salınmıĢdır. 
Qırlartəpə  abidəsi  yerli  əhali  tərəfindən  “Təpədalı”  kimi  də  adlandırılır.  Burada 
1972-ci  il  Nüydi  arxeoloji  qazıntıları  zamanı  cüzi  axtarıĢ  aparılmıĢ  və  onun 
haqqında təqribi-ilkin fikir söyləmiĢdir.
28
 
Ġsmayıllı-Muğanlu  Ģose  yolunun  çəkiliĢi  ilə  əlaqədar  bu  abidənin  də 
ətrafındda  antik  dövrə  aid  maddi-mədəniyyət  nümunələri  üzə  çıxmıĢ,  bəziləri 
zədələnmiĢdir.  Bunula  əlaqədar  olaraq  1982-ci  il  arxeoloji  qazıntı  mövsümündə 
həmin təpədə və ətəyində bəzi kəĢfiyyat iĢləri görülmüĢdür.  
Təpənin  Ģimalından  keçən  yolun  iĢlənməsi  ilə  əlaqədar  olaraq  bəzi  sirlər 
açılmıĢdır. Burada Kəndyeri və Təpədalının arasındakı fındıqlıqdakı ekskavatorun 
qazdığı  yerdən  bir  qəbrin  açıldığı  xəbərini  eĢitdik.  Bura  gələrkən  onun 
uçurulduğunu gördük. Yalnız onun sındırılmıĢ və yol iĢçiləri tərəfindən toplanmıĢ 
materialın  bir  qismini  əldə  edə  bildik.  Qəbrin  materialından  qara  rəngli  dopular, 
kəllə sümüyü, dəmir qılınc (tablo 52-1), xəncər (tablo 52-2) və baĢqa bəzək Ģeyləri 
(tablo  51-10,  11,  12,  13)  toplandı.  Əldə  edilmiĢ  avadanlıqdan  hiss  olunur  ki,  bu 
qəbir abidəsi varlı-nüfuzlu adama aid olubmuĢ. Bununla əlaqədar Ġsmayıllı rayonu 
Daxili ĠĢlər ġöbəsinə  məlumat verdik. Uzun  yazıĢmalardan sonra  aydın olduq  ki, 
həqiqətən beli bir qab tapılmıĢ, lakin qara pas atmıĢ çürümüĢdür.  
Həmin  tapıntılar  iki  ədəd  metal  camdan  ibarətdir.  Camlardan  biri  nisbətən 
dayaz  olub,  döymə  üsulu  ilə  hazırlanmıĢdır.  Camın  çiyni  içəriyə  doğru  batıq 
düzəldilmiĢdir. Bundan kənara doğru əyilmiĢ formada olub, kənarları 2 sm enində 
xaricə maillidir.  
Digər metal cam misdən olub, nisbətən dərin hazırlanmıĢdır. Həmin qab bu 
ərazidə  tapılan  antik  dövr  saxsı  qabların  formasına  oxĢayır.  Camın  oturacağı 
dəyirmidir. Bu dəyirmilik qabın çiyninə qədər davam edir. Qabın ağızını diametri 
16, hündürlüyü 7 sm-dir. Camın üzəri cilalanmıĢ, sürtülüb hazırlanmıĢdır.  
                                                 
28
 Osmanov  F.L.  Nüydidə  1972-ci  ilin  arxeoloji  tədqiqatların  hesabatı.  Azərbaycan  EA  Tarix 
Ġnstitutunun arxivi, səh. 25-26 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə