Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

71 
 
çıxarılmıĢdır.  Ona  görə  də  qazıntı  sahəsində  200  metr  Ģimal  qərbə  doğru 
fındıqlıqda,  yolun  səviyyəsindən  5-6  metr  yüksəkdə  avadanlıq  (gümüĢ  qab)  və 
kəllə sümüyü görünən yerin üstünü açdıq. 3x3 metr ölçüsündə sahə 1-1,5 dərinləyə 
qədər qazılaraq skeletin üstü açılmıĢdır. Qeyd edək ki, onun baĢ tərəfi görünürdü. 
Burada  üstdən  yol  çəkilərkən  bir  qədər  sıyrılmıĢdır  və  yolun  kənarına  düĢdüyü 
üçün  dərinə  salınmıĢdır.  Qazıntı  zamanı  qəbirdə  saxsı  qablara  təsadüf 
edilməmiĢdir. Yalnız skeletin ayaqları ucunda bir iki küp sınmıĢ Ģəkildə qalmıĢdır. 
Saxsı qablar adətən ölünün baĢı yanına və üzü qarĢısına düzülür. Odur ki, bu qəbir 
də  aĢkar  edilən  ölünün  baĢ  və  üzü  istiqaməti  tamamilə  yola,  yəni  qazılıb  dərinə 
salınmıĢ  yerə  düĢür.  Çox  güman  ki,  yol  qazılarkən  ölünün  baĢ  tərəfinə  düzülmüĢ 
qablar  da  açılıb  torpağa  qarıĢıb  atılmıĢ,  yaxud  götürülmüĢdür.  Lakin  skeletin 
üstündə olan avadanlıq tərpədilməmiĢ, yerində qalmıĢdır. 
Skelet  sıx  bükülü  Ģəkildə  olub,  sol  böyrü  üstdə,  üzü  Ģərqə  doğru  idi.  Ġri 
adama  məxsus  olmuĢ  skeletin  kəllə  ucundan  çanaq  sümüyünə  qədər  uzunluğu  90 
sm,  qıçlarının  bazu  sümüyünün  uzunluğu  65,  dizdən  topuğa  qədər  də  65  sm-dir. 
Skeletin  ətrafı,  ayaqları  yanında  baĢlayaraq,  baĢına  qədər  hər  tərəfi  qoz 
böyüklüyündə  ağımtıl  bərk  daĢlarla  əhatə  olunmuĢdur.  Hiss  olunur  ki,  bu  daĢlar 
xüsusi olaraq düzəldilmiĢ və seyrək Ģəkildə ölünün ətrafına düzülmüĢdür. Ölünün 
ayaqları iri, qalın divarlı, boz rəngli küpə dirənmiĢdir. Bu küp dik basdırılmıĢ ağzı 
və gövdəsi parçalanıb aĢağıya çökmüĢdür. Küpün ağzının diametri 25  sm, ağzının 
kənara  doğru  uzanan  qırağı  3  sm-dir;  oturacağının  diametri  16  sm-dir.  Bu  küp 
rəngi, ölçüləri və formasına görə yaĢayıĢ yerindən tapılmıĢ iri təsərrüfat küplərinin 
qalıqlarına demək olar ki, uyğundur. 
Skeletin çanaq sümüyü altında daha doğrusu yaxınlığında üçtilli və saplağı 
armud  saplağı  formasında  bir  dəmir  ox  ucu  aĢkar  edilmiĢdir  (tablo  54-3).  Kiçik 
ölçüdə hazırlanmıĢ bu ox ucunun yanında lövhəĢəkilli uzunsov sümük əĢya qırağı 
da  var  idi.  Bu  qabırğavari  sümük  parçasının  ucuna  yaxın  hissədə  deĢik  vardı. 
Həmin  sümük  əĢyanın  qalan  hissələri  skeletin  kürəyə  yaxınlığından  tapılmıĢdır 
(tablo  54-5).  Bu  əĢyanın  kaman  və  ya  ox-yayla  bağlı  alət  hissəsi  olduğu 
Ģübhəsizdir.  Bu  cür  tapıntılar  nadir  haldır.  Onun  ölünün  kürəyi  boyu 
aĢkarlanmasına görə çiyninə keçirilmiĢ yaraqlı olduğu görünür.   
Bunun  onun  baĢqa  silahlarının  da  müvafiq  yerlərində  aĢkarlanması  da 
göstərir.  Kəllənin  yaxınlığında  bir  ədəd  dəmir  nizə  də  tapılmıĢdır  (tablo  54-6). 
Kəllənin arxasında bir ucu deĢik olan yastı və qara rəngli bülöv daĢı qoyulmuĢdur 
(tablo  54-4).  Skeletin  arxa  tərəfində  ĢiĢ  ucu  çanaq  sümüyünə  dirənmiĢ  forel 
balığına oxĢar hamar və  uzunsov, en kəsiyi dairəvi daha bir ədəd minyatür bülöv 
daĢı qoyulmuĢdur (tablo 54-1). Bu bülöv daĢının o biri ucu yastı və özək hissədən 
içəriyə  doğru  2-3  sm  dərinlikdə  deĢilmiĢdir.  Həmin  məsafədə  yandan  ikitərəfli 
deĢik  açılmıĢdır.  Kəllədən  içəriyə  doğru  açılmıĢ  nisbətən  iri  deĢik  yanlardan 
açılmıĢ  deĢiklə  əlaqələndirilmiĢdir  ki,  bu  da  vaxtı  ilə  oradan  ip,  sap  zəncir  və  s. 
keçirilərək beldən asılmaq və ya qotaz üçün olduğu güman edilir. Qeyd etdiyimiz 


72 
 
kimi  skeletin  üzü  qarĢısında  bir  gümüĢ  cam  qoyulmuĢdur  (tablo  55-6).  GümüĢ 
cama yaxın, altda bir ədəd dəmir bıçaq qoyulmuĢdur (tablo 54-2). Bıçağın dəstəsi 
qısa  və  ucu  ĢiĢdir.  Üstündə  bir  yerdən  mıxbəndi  olduğunu  bildirən  əlaməti  var. 
Bıçağın  tiyəsi  nazik  olub  uca  doğru  daha  da  nazikləĢmiĢdir.  Ġti  tərəfi  bir  qədər 
qövsĢəkillidir. Çox güman ki, bu bıçaq qatlama olub cibdə gəzdirilmiĢdir. Bıçaq və 
camın  yanında  bir  davar  çənəsi  də  var  idi.  Skeletin  sağ  qolunda  bir  nazik  mis 
bilərzik  aĢkar  edilmiĢdir.  Onun  ucları  sivri,  içərisi  yastı,  üstü  isə  bir  qədər 
qabartılıdır. Bilərziyin ortaya yaxın hissəsi içəriyə doğru basılıb əyilmiĢ Ģəkildədir 
(tablo  54-10).  Skeletin  barmaqlarında  iki  üzük  var  idi.  Onlardan  biri  sümükdən 
olub çürüyüb xarab olmuĢ, yalnız qaĢ hissəsi qalmıĢdır. QaĢında bir tərəfi qabarıq, 
əks tərəfi yastı və heç bir iĢarəsi olmayan saya ĢüĢə qaĢ vardır (tablo 54-12), daha 
bir üzük gümüĢ qarıĢıqlı olub üstündə möhür vardır. Möhürün nəyə aid olduğunu 
hələlik  müəyyənləĢdirməmiĢik  (maral  rəsmi  həkk  edilmiĢdir)  (tablo  54-11). 
Bundan baĢqa bir ədəd ağımtıl Ģəffaf, yumru ĢüĢə toppuza oxĢar əĢya da  skeletin 
önündə qoyulmuĢdur (tablo 54-13). Onun üstündə, deĢiyin ağzında kiçik mis halqa 
vardır  (tablo  54-9). Bununla  belə  burada,  yəni  skeletin  qurĢağı  önündə  bir  qayıĢ, 
yaxud  toqqa  baĢlığı  var  idi.  Bu  göstərir  ki,  onun  geyimində  belini  kəmərlə 
bağlamıĢ və üstündəki yaraqları oradan asmıĢdır. Belə ki, qurĢaqdan dizlərə doğru 
uzanan  enliağız  dəmir  xəncər,  qolları  yanında  dəstəsi  olmaqla,  ucu  ayaqlarına 
doğru uzanan ikiağızlı dəmir qılınc var idi (tablo 54-7, 8). Dəmir xəncər, bıçaq və 
qılıncın üstündə qalmıĢ qəhvəyi çürüntüyə görə onların ağac astarlı qında olduğun 
göstərir.  Bu  skeletin  yanında  dövrün  məlum  silahlarının  demək  olar  ki,  hamısı 
vardır. Bütün bunlardan həmin adamın dövrün görkəmli nümayəndəsi - sərkərdə və 
ya tayfa baĢçısı, ağsaqqalı kimi nüfuzlu mövqeyi hiss olunur. Qeyd etdiyimiz kimi 
skeletin ətrafına düzülmüĢ xırda ağımtıl daĢların sayı 53 ədəddir. Ola bilsin ki, bir-
ikisi təmizlənmə zamanı torpağa qarıĢıb. Ancaq çox diqqətlə həmin daĢlar arıdılıb 
yerində qeyd edilmiĢdir. Ölü ətrafına düzülmüĢ bu daĢlar çox güman ki, onun yaĢı 
və ya həyat yolundakı hər hansı bir hadisənin əbədiləĢdirmək məqsədilə daĢıdığını 
bildirir. 
Xaraba  şəhər.  Ağsu-Ġsmayıllı  arxeoloji  ekspedisiyasının  çöl-tədqiqatları 
zamanı  Qırlartəpədə  qazıntıları  davam  etdirməklə  yanaĢı,  həm  də  kəĢfiyyat  iĢləri 
aparmıĢdır.  Nəticədə  tariximizin  bir  sıra  məsələlərinin  araĢdırılması  baxımından 
olduqca  mühüm  əhəmiyyət  kəsb  edən  xeyli  yeni  abidə  aĢkara  çıxarılaraq  qeydə 
alınmıĢdır.  Onlardan  biri  də  Ağsu  rayonu  ərazisində  yerləĢən  Xaraba  Ģəhər 
abidəsidir. Rayon mərkəzindən 3-4 km cənubda, Ülgüc kəndi yaxınlığında yerləĢən 
bu  möhtəĢəm  abidə  plan  etibarilə  kvadrat  Ģəklində  olmaqla  33,5  hektar  sahəni 
əhatə edir. Onun ətrafı dərinliyi 6-7 metr, eni isə 20-25 metr olan xəndəklərlə  və 
uzunluğu 2400 metrə çatan divarlar ilə əhatələnib, cənub tərəfdə xəndəyin eni 40 
metrə  çatır.  Yerli  qocaların  dediyinə  görə  bu  xəndəklər  əvvəllər  indi  olduğundan 
xeyli  dərin  imiĢ.  Abidənin  cənub-Ģərq  və  cənub-qərb  künclərində  hər  birinin 
hündürlüyü 10 metrə, diametri isə təqribən 20 metrə çatan iki süni təpə var. Həmin 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə