Fazil Osmanov



Yüklə 376,74 Kb.

səhifə36/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

73 
 
təpələrdən  vaxtı  ilə  çox  güman  ki,  müĢahidə  məntəqəsi  kimi  istifadə  olunmuĢdur. 
Ola bilsin ki, abidənin giriĢ darvazası və çıxıĢ yolu da bu təpələrin yanında imiĢ. 
AparılmıĢ ilkin kəĢfiyyat xarakterli axtarıĢlar nəticəsində orada çoxlu tikinti 
qalıqları  və  istehsal  ocaqları  olduğu  müəyyənləĢdirilmiĢdir.  Abidənin  təqribən 
mərkəz  hissəsində  uzunluğu  48,  eni  15,  dərinliyi  isə  8-10  metrə  çatan  və  hamam 
yeri adı ilə məlum olan çökəklik var. Tikinti qalıqlarının sıxlığına, tez-tez istehsal 
tullantılarına rast gəlinməsinə və digər yerüstü əlamətlərinə əsasən ərazinin Ģimal-
Ģərq tərəfində qala divarları boyunca vaxtı ilə sənətkarlar, daha doğrusu dulusçular 
məhəlləsi  yerləĢdiyini  güman  etmək  olar.  Burada  inĢaat  materiallı  kimi  çay 
daĢından  və  biĢmiĢ  kərpicdən  geniĢ  istifadə  olunmuĢdur.  Orada  həmçinin  çoxlu 
miqdarda  yerüstü  material  toplanmıĢdır.  Maddi-mədəniyyət  qalıqları  içərisində 
Ģirli,  Ģirsiz  keramika  məlumatı üstünlük təĢkil edir. Bu tapıntılar göstərir ki,  yerli 
sakinlər  calaq  olunmuĢ  hissələrinin  üzərinə  kobud  yapma  kəmərlərlə  vurulmuĢ  iri 
təsərrüfat  küplərindən,  darboğaz  bardaqlardan,  səhəng  və  sərnic  tipli  qablardan, 
habelə  səthi  anqob,  marqans,  kobalt  naxıĢlarla  bəzədilmiĢ  kasa,  boĢqab  və 
camlardan xüsusilə geniĢ istifadə etmiĢdir. Tapıntılar içərisində Ģərqdən gətirilmiĢ 
fayans,  farfor  və  seladon  qab  qırıqlarına  da  tez-tez  təsadüf  olunur.  KəĢfiyyat 
zamanı  qoyulan  kiçik  ölçülü  Ģurf-qazıntıdan  tapılmıĢ  bir  ədəd  mis  pul  da  maraq 
doğurur. Oradan təsadüfən tapılmıĢ daha bir ədəd mis pul isə Ülgüclü kəndinin 60 
yaĢlı sakini Əbülfəz ġıxəliyev tərəfindən ekspedisiya üzvlərinə verilmiĢdir. 
Qeyd  edək  ki,  əldə  olunmuĢ  keramika  nümunələri  və  pullar  xronoloji 
cəhətdən XVII-XVIII əsrlərə aid edilir. 
Yuxarıda deyilənlər bəhs olunan bu möhtəĢəm abidənin Azərbaycanın orta 
əsr Ģəhərlərindən biri olduğunu söyləməyə əsas verir. Lakin onun məhz hansı Ģəhər 
olduğunu  demək  hələlik  çətindir.  Dərin  xəndəklərlə,  hündür  torpaq  sədlə  və 
keçilməz  qala  divarları  ilə  möhkəmləndirilmiĢ  bu  Ģəhər  ərazisinin  böyüklüyü  və 
qala  divarlarının  uzunluğu  baxımından  Beyləqan  Ģəhərinə  daha  çox  uyğun  gəlir. 
Yeri  gəlmiĢkən  deyək  ki,  əsrimizin  yaĢıdı  olan  qocalar  da  buranın  bir  zamanlar 
Ģöhrəti  çox-çox  uzaqlara  yayılmıĢ,  Balakən  (Beyləqan)  xarabalığı  olduğunu 
söyləyirlər.  Tarixi  mənbələrdə  göstərildiyi  kimi  Beyləqan  Ģəhəri  monqollar 
tərəfindən  əsaslı  surətdə  dağıdılmıĢ  və  sonradan  onun  bərpası  üçün  göstərilən 
bütün cəhdlər demək olar ki, heç bir nəticə verməmiĢdir. Örənqalada Leninqrad və 
Azərbaycan arxeoloqlarının birlikdə aparmıĢ olduqları geniĢ miqyaslı qazıntılar da 
bunu  təsdiq  etmiĢdir.  Lakin  bununla  belə  XIV-XVII  əsr  müəlliflərinin 
qeydlərindən yeri gəldikcə Beyləqanın adının çəkilməsini də təsadüfi hesab etmək 
olmaz.  Məsələn:  Adam  Oleari  XVII  əsrin  30-cu  illərindən  səfəvilərin  nisbətən 
gözəl  Ģəhərləri  sırasında  Beyləqanın  da  adını  çəkir.  Azərbaycanın  orta  əsr 
Ģəhərlərinin  tarixinin  tədqiqi  ilə  məĢğul  olan  Mikayıl  Heydərov  Beyləqanın  bir 


74 
 
yaĢayıĢ məntəqəsi kimi XVII əsrin sonlarına qədər mövcud olduğunu güman edir
31
 
və s. 
Haqqında  danıĢılan abidənin  Yeni  ġamaxı  Ģəhəri olduğunu güman edənlər 
də  vardır.  Məsələn  tarix  elmləri  doktoru  F.Əliyev  P.Butkova  və  Y.Qaqemeysterə 
əsaslanaraq  bu  barədə  belə  yazır:  “ġamaxılıların  müqavimətindən  qəzəblənən 
Nadir  Ģahın  əmri  ilə  Ģəhər  tamamilə  darmadağın  edilmiĢ,  əhalisi  ilə  Ağsuya 
köçürülmüĢdür”.  Bu  hadisə  1734-cü  ildə  baĢ  vermiĢdir.  Nadir  Ģahın  ölümündən 
sonra  (1747)  əhalinin  xeyli  hissəsi  yenidən  köhnə  ġamaxıya  köçür.  1768-ci  ildə 
ġirvan  xanlığı  Quba  xanlığı  ilə  birləĢdirildikdən  sonra  isə  ġirvan  (köhnə) 
xanlığının  inzibati  və  iqtisadi  mərkəzinə  çevrilmiĢdir.  Yeni  ġamaxının  əhalisi  də 
zorla  oraya,  17775-ci  ildə  xanlıqda  siyasi  vəziyyətin  kəskinləĢməsi  ilə  əlaqədar 
paytaxt yenidən ġamaxıya köçürülmüĢdür. 
Nəhayət,  Ağa  Məhəmməd  xanın  baĢçılıq  etdiyi  Ġran  ordusunun 
hücumundan  çəkinən  Mustafa  xan  Ģəhəri  Fitdağa  köçürmüĢdür.  Səyyah 
BibirĢteynin  qeydlərində  deyilir  ki,  Ġran  qoĢunları  yeni  ġamaxıya  soxularkən  onu 
bom-boĢ görüb daha da qəzəblənmiĢ və Ģəhəri alt-üst etmiĢlər. Bu məlumatların nə 
dərəcədə doğru olub-olmadığını söyləmək üçün əlimizdə hələlik elə bir tutarlı dəlil 
yoxdur.  Lakin  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  qısa  vaxt  içərisində  belə  bir 
möhtəĢəm  Ģəhər  salındığını  güman  etmək  məntiqi  cəhətdən  o  qədər  də  ağlabatan 
deyildir. Bu, yeni ġamaxını kiçik Ģəhər kimi təsvir edən S.Bronevskinin qeydlərinə 
də  uyğun  gəlmir.  Ġkincisi,  bəhs  olunan  abidədən  tapılmıĢ  yerüstü  materialların 
xeyli  hissəsi  xronoloji  cəhətdən  XVII  əsrin  əvvəllərinə  aid  edilir  ki,  bu  da  həmin 
ərazidə Nadir Ģahdan təqribən bir əsr qabaq Ģəhər həyatı olduğuna dəlalət edir. 
Sözsüz  ki,  Xaraba  Ģəhərin  məhz  hansı  Ģəhərin  xarabalığı  olduğunu 
müəyyənləĢdirmək  üçün  orada  geniĢ  miqyaslı  arxeoloji  qazıntılar  aparılmalıdır. 
Belə edilərsə, Azərbaycan tarixinin hələ öyrənilməmiĢ neçə-neçə qaranlıq səhifəsi 
öz sirrini açar. Xəritələrdə daha bir orta əsr Azərbaycan Ģəhərinin adı dəqiq yazılar. 
Tarixi mənbələrdə adı çəkilən daha bir Ģəhərimizin ünvanı dəqiqləĢər. 
Nəhayət,  təəssüf  hissi  ilə  demək  istəyirik  ki,  tariximizin  belə  bir  mühüm 
abidəsi  olduqca  pis  mühafizə  olunur.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 
Heyətinin qərarı ilə qoruq elan edilməsinə baxmayaraq Xaraba Ģəhərin dağıdılaraq 
xarabazara  çevrilməsi  prosesi  bu  gün  də  davam  edir.  Nə  qədər  təəccüblü  olsa  da 
ətraf  kəndlərin  əhalisi  neçə  illər  əvvəl  olduğu  kimi  indi  də  ordakı  tikintiləri, 
bünövrə  qalıqlarını  söküb  daĢıyır,  tarixi  abidənin  daĢından,  kərpicindən  inĢaat 
materialı  kimi istifadə  edir. Xaraba  Ģəhərin arxeoloji cəhətdən öyrənilməsi,  orada 
əsaslı qazıntıya baĢlanması vaxtı çatmıĢdır. 
Nəticə.  Qırlartəpədə  aparılmıĢ  ilk  arxeoloji  qazıntıların  nəticələrinə  əsasən 
müəyyən edilmiĢdir ki,  yaĢayıĢ  yerinin üst qatında  eramızın  əvvəllərinə  aid daĢla 
                                                 
31
 Q.C.Cəbiyev, Beyləqan. Yeni ġamaxı, yoxsa... “Sovet kəndi” qəzeti. 21 yanvar 1984-cü il, səh. 4 
 




Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə