Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

75 
 
tikilmiĢ möhtəĢəm binalar olmuĢdur. Təpənin qərb kənarlarında iki dördkünc bürcü 
xatırladan  tikinti  qalığı  aĢkar  edilmiĢdir.  DaĢ  hörgüdən  ibarət  möhtəĢəm  divarlar 
təpənin  üstdən  kənarlarını  əhatələyir.  Bu  hələlik  təpənin  yarısına  qədər 
müəyyənləĢdirilmiĢdir.  Əkinçilik,  maldarlıq  və  sənətkarlığın  yüksək  inkiĢafını 
göstərən  zəngin  maddi-mədəniyyət  qalıqları  tapılmıĢdır  ki,  bunlar  da  daĢ,  dəmir 
əmək  alətlərindən,  silah,  saxsı  və  sümük  məlumatı  müxtəlif  bəzək  Ģeylərindən 
ibarətdir.  AĢkar  edilmiĢ  maddi-mədəniyyət  qalıqları  eramızdan  II-IV  əsrləri 
çərçivəsinə  aiddir.  Qazıntıdan  aĢkar  edilmiĢ  çoxlu  sümük  qalıqlarını  Azərbaycan 
SSR  EA  müxbir  üzvü  Dəmir  Hacıyev  təyin  edərək  aĢağıdakı  heyvan  növünü 
müəyyənləĢdirmiĢdir. 1. Keçi (Sapra hircus); 2. Ġri buynuzlu heyvan (bos taurus); 
3.  Ev  donuzu  (Sus  Seroffus);  4.  Ev  iti  (canus  domestica).  VəhĢi  heyvanlardan:  1. 
Maral (cerrus elaphus) 2. Cüyür (capreolus capreolous). Sümüklər içərisində 4 ev 
heyvanı, 2 vəhĢi heyvan sümüyü müəyyən edilmiĢdir. 
 
1984-cü il 
 
Arxeoloji  ekspedisiya  1984-cü  ilin  iyul-avqust-sentyabr  aylarında  Ağsu  və 
Ġsmayıllı  rayonları  ərazisində  iĢləmiĢdi
32
.  Əsas  tədqiqat  iĢləri  Ġsmayıllı-Muğanlı 
yolu üstündə yerləĢən Qırlartəpə və Kəndyeri Ģəhərgahında aparılmıĢdır. 
...Qırlartəpə  üzərindəki  yaĢayıĢ  məskəni  Kəndyeri  adlanan  eyni  dövr 
yaĢayıĢ  məntəqəsindən  təqribən  350-400  metr  cənuba  doğru  ətraf  ərazinin  daha 
aydın  görünən  bir  səmtindədir.  Bunların  arasında  isə  yaĢayıĢ  məskənlərinin 
nekropolu  yerləĢir.  Buradan  kifayət  qədər  qəbir  abidələri  aĢkara  çıxarılmıĢdır. 
Bunların içərisində zəngin avadanlığı olanı, habelə hərbi baĢçılara məxsus qəbir də 
vardır. Kəndyeri Ģəhərgahı və onunla bilavasitə əlaqəli təpə üzərindəki akropolun 
ətrafları  qaynama  bulaqlarla  da  zəngindir.  Buradan  “Govur  bulağı”,  “Söyüdlü 
bulağı”,  “Ġncilli  bulağı”,  “Xan  bulağı”  və  s.  vardır.  Bu  bulaqların  yaĢayıĢ 
məntəqələrini  içməli  su  ilə  habelə  təsərrüfatın  ayrı-ayrı  sahələrini  təmin  etmək 
üçün kifayətdir. Kəndyeri Ģəhərgahı  üzərində  bir daha  axtarıĢ iĢi aparıldı.  Burada 
çoxlu  küp  qırıqlarının  səpələndiyi  müĢahidə  edildi.  Küp  qırıqları  qalın  divarlı 
qırmızı  rəngdə  olub,  tərkibində  ağ  qum  dənəcikləri  vardır.  Həmin  materiallar, 
həmçinin saxsı qab qulpu və baĢqa hissələrinə görə eramızın I minilliyinin I yarısı 
üçün səciyyəvi nümunələrdir. Bu yaĢayıĢ yeri saxsı qab qırıqlarının səpələnməsinə 
görə  5-6  paya  qədər  sahəni  əhatə  edir.  Bu  qədim  Ģəhərgahın  Ģimal-Ģərq  tərəfi 
sıldırım  meĢəli  dağdan  ibarətdir.  Məhz  yaĢayıĢ  yeri  bu  etibarlı  keçilməz  yerin 
döĢünə  söykənir.  Həmin  meĢəli  sıldırım  qayalıq  Pəldahar  adlanır.  Dağın  lap 
kənarında dairəvi  yastan  yer  vardır. Burada yaĢayıĢ  yerinin nisbətən hündür axar-
                                                 
32
 Ekspedisiya bu tərkibdə iĢləmiĢdir: rəis Fazill Osmanov (2.VII-30.IX.84), baĢ elmi iĢçi Hüseyn Ciddi 
(1.IX-15.IX.84),  kiçik  elmi  iĢçi  Qafar  Cəbiyev  (2.VII-30.IX.84),  kiçik  elmi  iĢçi  Sevda  Hüseynova 
(2.VII-31.VII.84),  baĢ  laborant  Tofiq  Mehdiyev  (15.VII-15.VIII.84),  memar  Qalib  XoĢginabi  (15.VII-
30.VII.84). 
 


76 
 
baxarlı yeridir. Bu hissədən baĢlayaraq Ģəhərgahın cənub-Ģərq tərəfində barı yerini 
xatırladan  qabarıq  xətt  uzanır.  Çox  güman  ki,  həmin  köbər  hər  hansı  bir  sədd  və 
yaĢayıĢ  yeri  ilə  bağlı  qalığının  niĢanəsidir.  ġübhəsiz  gələcək  qazıntılar  bu  barədə 
daha düzgün fikir yürütmək üçün imkan yaradacaqdır. 
Adından bəlli olduğu kimi Kəndyeri vaxtı ilə Azərbaycanın hansısa yaddan 
çıxmıĢ  iri  yaĢayıĢ  məntəqəsi,  bəlkə  də  antik  dövr  Ģəhərlərindən  biri  olmuĢdur. 
Burada  qazıntı  aparılması  da  yaxınlığındakı  həm  də  bilavasitə  bu  abidə  ilə  bağlı 
olan  zəngin  nekropolun,  eləcə  də  təpə  üstündəki  möhtəĢəm  tikinti  kompleksinin 
aĢkarlanması  onun  Ģəhər  xarabalığı  olduğunu  söyləməyə  zəmanət  verir.  Hələlik 
təsadüfən  aĢkar  edilmiĢ  qəbir  abidələrində  dövrün  varlı  zümrəsinin  həyat  tərzini 
əks  etdirən  habelə  Ģəhər  mədəniyyətinə  xas  olan  tapıntılar  bu  barədə  tez  də  olsa 
ilkin  fikir  söyləməyə  tam  əsas  verir.  Antik  dövr  və  orta  əsrlərə  dair  böyük  bir 
Ģəhərgahın  mühüm  hissəsini  təĢkil  edən  bu  təpə  üzərindəki  kompleks  tikintini 
açmaq məqsədi ilə üst və kənar yamacların bir növ qabağını götürmək lazım gəlir. 
Bu  vəzifəni  tədricən  yerinə  yetirərkən  iĢi  davam  etdirmiĢik.  Qeyd  etməliyik  ki, 
təpənin kənar xətti və içəriyə doğru olan hissəsini qazmaq olduqca çətindir. Çünki 
bu  sahələr  sırf  daĢ  çöküntülərindən  ibarət  olub  uçub  dağılmıĢdır.  DaĢ  divarların 
qalığından  bəlli  olduğu  kimi  onların  çox  yerdə  üstü  içəriyə  doğru  meyllidir.  Bu 
divarların  əsrlərdən  bəri  içəri  boĢluğa  tərəf  uçğuntu  ilə  əlaqədar  da  əyilməsini 
güman  etmək  olar.  Lakin  bununla  belə  mənzillərin  içərisində  uzunsov  daĢların 
tökülmə  cərgəsi,  düzümünün  qalığı,  tağlı  tikinti  haqqında  da  bəzi  mülahizələr 
yürütmək  üçün  inamlı  təsəvvür  yaradır.  Onu  da  etiraf  etməliyik  ki,  bu  fikri  qəti 
Ģəkildə  söyləmək  üçün  hələlik  geniĢ  memarlıq  və  müĢahidə  tədqiqatları 
aparılmamıĢdır.  Belə  xüsusiyyət  akropolun  əsasən  Ģərq-qərb  istiqaməti  üzrə  olan 
Ģimal kənar divarı boyunca qismən müĢahidə edilmiĢdir. Ġçəri tərəfdən divarın üzü 
aydın  bilinir.  Onun  daĢları  bir-birinə  xüsusi  sarı  torpaqdan  tutulmuĢ  palçıqla 
bərkidilmiĢdir.  Bu  əlamət  daĢların  arasında  çox  aydınlıqla  nəzərə  çarpır.  Divarın 
bayır  tərəfdən  üst  qatı  götürüldükcə  elə  bil  xeyli  aralıdan  iri  daĢlar  dayaq  kimi 
söykənərək barını möhkəmlətmiĢ, bir növ konturfors Ģəklinə salmıĢdır. Əlbəttə bu 
fikir  də  tam  son  nəticəyə  əsaslanmayaraq  irəlicədən  söyləndiyi  üçün  ehtimali 
xarakter daĢıyır. Barının üstündən daĢların arası təmizlənərkən iri və qalın divarlı 
küp ağzının qırıqları və s. tapılmıĢdır. Təpənin Ģimal-qərb küncündə üstdə və xarici 
yamacında yanmıĢ suvaq, gül, çıxdaĢ qalıqlarına tez-tez rast gəlinir. Həmin qalıqlar 
çox güman ki, altda kürəxana qalıqlarının varlığına iĢarə edir. Belə ki, burada aĢkar 
edilən  dördkünc  tikintinin  döĢəməsinin  altında  çoxlu  yanğın  izi  və  boĢluqlar  üzə 
çıxır. Həm də bu vəziyyət qərb kənarda bütün Ģimal-cənub xətti üzrə davam edir. 
Lakin üst qatdakı möhtəĢəm daĢ divarlı və nömrəli tikintilərinin kompleksinə xələl 
gəlməsin  deyə  və  onların  quruluĢunu  öyrənəndən  pozmamaq  üçün  (bəlkə  də 
gələcəkdə  bərpa  etdirmək  mümkün  oldu).  Hələlik  daha  dərinə  doğru  qazmaq  əl 
vermir.  Burada  üst  otlu  əncərli  çim  götürülərkən  adda-budda  suvaq  ovuntularına 
rast  gəlinir.  Suvaq  və  ya  kürədə  yanmıĢ,  hətta  kərpic  halına  düĢmüĢ  torpaq 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə