Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

77 
 
ovuntuları arasında saxsı qırıqlarına da təsadüf edilir. Belə saxsı parçalarından biri 
bozumtul  rəngdə,  yumru  gövdəli,  düz  oturacağa  malik  və  kobud  lentĢəkilli  qulpu 
olan (qulpun üstü bir cərgə batıqlarla bəzənmiĢdir) dolçanın sınıqları tapılmıĢdır. 
Yuxarıda kürəxana əlamətini qeyd etdik. Bununla əlaqədar bəzi mülahizələr 
yürütmək  lazun  gəlir.  Belə  ki,  burada  kürəxanada  iĢ  üçün  Ģərait,  əlveriĢli  təbii 
imkanlar vardır. Yanacaq ehtiyatından əlavə hündür yayla üstündə yerləĢdiyindən 
və Ağsu çayının dərin dərəsinin bir növ onu çevrələməsi burada daim külək və ya 
havanın  cərəyanı  üçün  imkan  yaranmıĢdır.  Əgər  bu  təpədəki  yaĢayıĢ  məskəni 
müəyyən (qeyd edilən  yerdə) kürəxana  olmuĢsa, onun tez  odlanması,  odun lazım 
olanda  daim  közərməsi  və  alıĢması  üçün  belə  yerin  seçilməsi  də  əlveriĢli  ola 
bilərdi. 
Belə  ki,  kürənin  alıĢdırılması,  qızdırılması  üçün  çox  vaxt  gözləmək  lazım 
gəlməzdi. Bizcə qədim sakinlər bunu nəzərə almıĢlar. Lakin bunlar da hələlik ilkin 
əlamətlərə  görə  yürüdülən  fikirlərdir.  Dərinə  qazınca,  abidələri  tam  aĢkara 
çıxarınca  mühüm  yəqinliyə  nail  olduqdan  sonra  daha  dəqiq  fikir  söyləmək 
olacaqdır.  Bu  möhtəĢəm  təpə  üzərindəki  qiymətli  tikinti  qalıqlarının  səbirsizliklə 
gözlədiyimiz  son  nəticələrinə  doğru  səbrlə  addımlayırıq.  Burada  indiyədək  adı 
məlum  olmayan  qədim  yaĢayıĢ  məntəqələrindən  ən  mühüm  və  cəsarətlə  demək 
olar  ki,  ən  möhtəĢəmlərindən  biri  yerləĢir.  Bu  isə  Kəndyeri  və  Qırlartəpənin 
kompleks Ģəkildə öyrənilməsindən sonra mümkündür. 
Qırlartəpənin Ģərq kənarında  üst qat  götürülərkən  üstü tam yaĢıl Ģirli  saxsı 
parçası və çox kiçik fayans qab qırıqlarına təsadüf olundu. Lakin onların buradan 
tapılması  təəccüb  doğursa  da,  mütləq  qeydə  götürdük.  Bu  qırıqların  isə  buraya 
sonradan  kənar  yerlərdən  gətirildiyi  güman edilir. Üst çayırlı qatda təsadüf edilən 
bu cür sonrakı dövrlərə aid tapıntılara iki ildən artıq qazıntılar ərzində ilk dəfədir 
ki, rast gəlinir. YaĢıl rəngli Ģirli qab parçası bir qədər fikrimizi yayındırsa da, yəni 
onun dövrü Ģirli qabların meydana gəldiyi vaxt üçün (təqribən IX-X) səciyyəvidisə, 
kiçik fayans fraqmentinin daha sonraya (XIII-XIV əsrlərdə) aid olunası bir faktdır. 
Bu tapıntıların burada olmasına təəccüb etdiyimizi hiss edən fəhlələrdən biri həmin 
Ģirli  qab  qırığını  baĢqa  yerdən  (Kəndyerindən)  tapdığını  və  buraya  gətirdiyini 
söylədi  (Həsən  Osmanov).  Lakin  bununla  belə  orta  əsrlərdə  yaĢayıĢ  yerlərinin 
olması da bəllidir. Bu tapıntılar bir və ya iki fraqmentdən ibarətdir. Odur ki, onların 
orta  əsrlərdə  və  ya  sonralar  buraya  gətirilib  salınması  Ģübhə  doğurmur.  Digər 
tərəfdən  axar-baxarlı  hündürdə  yerləĢən  bu  abidənin  üstündən  orta  əsrlərdə  bir 
gözətçi  məntəqəsi  kimi  istifadə  etmək  olardı.  Bu  fikri  tamamlamaq  üçün  məhz 
təpənin Ģərq kənarının xaricdən yenə də çayını çim lay götürülərkən, daĢların üstü 
təmizlənərkən  bir  ədəd  mis  pul  da  tapılmıĢdır  (tablo  59-5).  Bu  mis  pulu 
Azərbaycan  SSRĠ  EA  Tarix  Ġnstitutu  Arxeologiya  və  etnoqrafiya  bölməsi 
Numizmatika qrupunun rəhbəri Məhəmməd Seyfəddini təyin etmiĢdir. Pul ġamaxı 
Ģəhərində  hicri  771-ci  il  (1369-cu  il)  tarixində  zərb  olunmuĢdur.  ġirvanĢahalara 
məxsus mis pulun da buradan tapılması və abidənin yuxarıda qeyd etdiyimiz kimi 


78 
 
ġamaxı və Qəbələ Ģəhərinin düz xətt üzrə olan yolu üstündə yerləĢməsi onun orta 
və  son  əsrlərdə  müəyyən  bir  məntəqə  kimi  istifadə  olunması  üçün  əlveriĢlidir. 
Lakin bu dövrdə burada yaĢayıĢ izini göstərən baĢqa bir Ģey tapılmamıĢdır. Onu da 
qeyd  edək  ki,  bu  təpədən  ġamaxı  yaxınlığındakı  Gülüstan  qalası,  Buğurt  qalası 
yerləĢən  ərazi,  Ģimalda  Səyad,  Qart,  Fit  dağları,  oradakı  qala  və  baĢqa  yaĢayıĢ 
məntəqələri  Niyal  dağı,  Xankəndi,  Basqal,  Nüydi,  Nuran  kəndləri  ərazisindəki 
yaĢayıĢ  məntəqələri,  cənuba  doğru  Ağsu  çayının  geniĢ  dərələri  və  düzləri,  Təngə 
dağı və s. yerlər çox aydın və demək olar ki, dəqiq müĢahidə edilir. Bu da abidənin 
tarixən çox böyük strateji və siyasi əhəmiyyətə də malik olduğunu göstərir. 
B6  kvadratında,  dördkünc  daĢ  tikintinin  içərisindən  (1  metr  dərinlikdən) 
saxsı  qab  qırıqları,  qaramal  çənəsi,  diĢləri  və  baĢqa  sümükləri,  dəmir  bıçaq 
hissəsinə  təsadüf  edilmiĢdir.  Saxsı  qablardan  boz  rəngli  dopunun  qıç  və 
gövdəsindən  bir  parça  əldə  edilmiĢdir.  Qulp  kobud  lent  Ģəkilli  olub,  üstündə 
batıqlardan ibarət naxıĢı vardır. Ümumiyyətlə, buradan tapılan qabların hamısı əllə 
formalaĢdırılıb  hazırlanmıĢdır.  Dəmir  bıçaq  isə  çox  qısa  sulğunca  malik  olub 
üstündə ağac və  ya baĢqa  materialdan olan dəstəyi bərkitmək üçün mıx izi vardır 
(Ağsu arxeoloji ekspedisiyasına aid gündəlik, 1984-cü il, № 2, səhifə 49). Görünür, 
qatlanmıĢ  bıçaq  olmuĢdur.  Bu  cür  bıçaqlara  burada  tez-tez  rast  gəlinir.  Onlar  bir 
növ ülgücü də xatırladır. Buradan baĢqa ortadan deĢilib istifadə edilmiĢ daĢ çarxın 
yarısı da tapılmıĢdır. 
J3,  J5  kvadratlarında  0,5  metr  dərinlikdə  xırda  daĢlarla  qarıĢıq  qara 
çürüntülü və  maddi-mədəniyyət qalığı olan torpaq qatı qazılarkən Ģirsiz saxsı qab 
qırıqları, heyvan sümükləri tapılmıĢdır. Onlarla yanaĢı bir ədəd əyircək və ya saxsı 
çarx tapılmıĢdır. Onun üzəri azca qızarmıĢ Ģəkildə olub içərisi qara rəngdədir. Pis 
biĢirilmiĢ  bu  gil  əĢyanın  mərkəzi  hissəsindən  deĢiyi  olmaqla  həmin  hissə  qalın 
hazırlanmıĢdır.  Çarx  Ģəkilində  olan  bu  əĢyanın  kənarları  nisbətən  nazikdir. 
Üzərində isə kiçik deĢiklərdən ibarət bəzəyi vardır (gündəlik № 5, səh. 2). Bununla 
birlikdə  bir  ədəd  bozumtul  saxsı  qab,  qulp  və  ağzının  kənarlarından  bir  parça 
tapılmıĢdır. 
Bu  mövsümdə  baĢlıca  olaraq  təpənin  Ģərq  yarısındakı  tikintinin  qalıqları 
aĢkara  çıxarılmıĢdır.  Lakin  bununla  belə  qərb  divarların  üstündə  və  xarici 
yamaclarında  da  xeyli  iĢ  görülmüĢdür.  ġimaldan  Ģərq-qərb  üzrə  uzanan  divarın 
içəri tərəfindən əvvəldə açılmıĢ dördkünc daĢ tikintinin Ģərqə doğru istiqaməti bir 
neçə  tikinti  qalıqlarının  da  sırası  aydınlaĢdırıldı.  ġərq  hissədə  3  kvadrat  Ģəkilli 
tikintinin  bünövrəsi  yaxĢı  qalmıĢdır.  Onların  qarĢısında  da  müvafiq  otaqların 
varlığı 
bilinir.  Beləliklə  6  otağın  və  dördkünc  tikintinin  qalıqları 
müəyyənləĢdirilmiĢdir.  Bunlar  hələlik  abidənin  qərb  yarısında  açılan  və  nisbətən 
salamat  qalan  tikintinin  qalıqlarıdır.  ġimal  və  cənub  kənarlardan  qərbdən  Ģərqə 
doğru  uzanan  divarların  12-14  metr  uzunluqda  məsafəsi  tam  aydınlaĢdırılmıĢdır. 
Bununla  belə  Ģərq  tərəfdə  də yan  divarların  içəridən  çevrəsi  aydınlaĢdırılmıĢsa  da 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə