Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə40/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

81 
 
Təpənin cənub kənarı boyu uzanan divarın içəri tərəfindən Ģərq cənub-Ģimal 
üzrə  dönən  yerə  qədər aĢkarlanması baĢa çatdırılmıĢdır. Yəni YJZ  kvadratlarında 
divarlar  içəridən  0,7-0,8  metr  dərinliyə  qədər  qalmıĢdır.  Bu  hissədə  daĢ  hasarın 
içərisi bir qədər boĢdur. Bura tökmə daĢ torpaq qarıĢığından ibarətdir. ġərq tərəfdə 
Ģimal-cənub istiqaməti üzrə olan hörgüsünün üstü və ətrafı qazılıb açılarkən 1 metr 
hündürlüyü  divar  qalınlığı  1,4-1,6  enində  isə  ortada  qapı  yerini  xatırladan  tikinti 
qalığı  üzə  çıxmıĢdır.  Bu  daĢ  divar  arasında  qapı  yerinin  altında  divarın  içərisinə 
doğru  2  metrdən  çox  yanıb  kömürləĢmiĢ  ağac  izi  qalır.  Əsrlərdən  bəri  daĢ  divar 
arasında  basdırılaraq  bəzi  yerlərdə  hündürdə,  bəzi  yerdə  isə  alçaqda  görülən 
kömürləĢmiĢ Ģəkildə qalmıĢdır. Bu çox güman ki, qapının altına doğru uzanan və 
bir  ucu  divarın  içərisində  yerləĢən  kətilbəndin  qalığıdır.  Hiss  olunur  ki,  böyük 
yanğın  nəticəsində  daĢ  divar  arasındakı  Ģəkildə  yanıq  kömürləĢmiĢ  hala 
düĢmüĢdür. 
Ümumiyyətlə  ġirvan  zonasında  hal  hazırda  binalar  əsasən  daĢ  və  ağacla 
tikilir. DaĢ divarlardan hər 0,4-0,5 metr daĢ hörgünün arasında dördgünc yonulmuĢ 
möhkəm  ağacdan  kətilbəndlər  qoyulmuĢdur.  Divarın  kənarlarında  paralel  uzanan 
iki kətil qısa ağacla bir-birinə möhkəm tikilir və arası xırda daĢla doldurulur. Sonra 
isə  yenidən  daĢ  cərgəsi  davam  edir.  Bu  da  binanın  möhkəmliyini,  hər  hansı  bir 
hadisədən,  məsələn  zəlzələdən  uçmamasını  təmin  edir.  Çox  güman  ki,  hələ 
eramızın  əvvəllərindən  burada  bu  tikinti  üsulundan  geniĢ  istifadə  edilmiĢdir.  Ola 
bilsin  ki,  antik  dövrdə  bu  ərazidə  zəlzələ  hadisələri  də  baĢ  vermiĢ  və  yerli  əhali 
bütün bunları nəzərə almıĢdır. 
Ümumiyyətlə  palçıq  vurulmaqla  çəkilən  daĢ  divarların  müəyyən  qatlardan 
arasında  ağac  kətil  qoyulmasa  tezliklə  uçub  sıradan  çıxır,  odur  ki,  daĢ  divarın 
davamlılığını  təmin  etmək  məqsədi  ilə  hələ  antik  dövrdə  bu  ərazidə  sakinlərin 
divar  arasında  möhkəmlədici  vasitələrdən  (ağac,  kəlilbəndlərdən)  istifadə  etməsi 
fikri yaranmıĢdır. Beləliklə aĢkar olunan faktik material kətilbəndli daĢ hörgülərin 
eləcə də yonulmuĢ əhəng daĢı ilə tikintinin eramızın əvvəlindən mövcud olduğunu 
sübut  edir.  Bununla  yanaĢı  akropoldakı  tikintilərdəki  müĢahidələrə  görə  tağlı 
hörgülərin  də  olduğu  nəzərə  çarpmıĢdır.  Beləliklə,  akropolda  xeyli  memarlıq 
təcrübəsindən  istifadə  edildiyi  gözümüzün  qabağındadır.  Bunları  daha  qabarıq 
nəzərə  çarpdırmaq  üçün  ayrı-ayrı  qazıntı  yerlərinin  və  tikinti  qalıqlarının  təsvirini 
yeri gəldikcə vermək məqsədəuyğundur. 
YaĢayıĢ  yerinin  cənub  hissəsində  -  J3  kvadratında  qərb  istiqaməti  üzrə 
uzanan  divarda  keçid,  yaxud  qapı  yeri  müəyyənləĢdirilmiĢdir  (plana  bax).  DaĢ 
divarı kəsən keçid, yaxud cənuba doğru çıxıĢ yolu təmizlənərkən. Çox böyük kətil 
və  ya  nal,  yaxud  qapıaltı  ağac  döĢəmənin  yanıb  kömürləĢmiĢ  hissəsi  tapıldı. 
Ağacın kömürünə və müĢahidələrimizə görə palıd olduğunu söyləmək olar. 
Qazıntının  mərkəzinə  doğru,  həmin  J3  kvadratı  istiqamətində  -  J4 
kvadratından  0,8  metr  dərinlikdə  çoxlu  heyvan  sümükləri  ilə  yanaĢı,  bir 
xırdabuynuzlu  heyvan  aĢığı  tapılmıĢdır.  Kiçik  və  dar,  uzunsov  davar  aĢığının 


82 
 
keçiyə  aid  olduğu  bilinir.  Onun  üstündən  deĢmək  istəmiĢlər,  lakin  yarımçıq 
qalmıĢdır.  Ümumiyyətlə  istər  bu  cür  deĢilərək  oyuncaq  və  ya  bəzək  kimi  istifadə 
edilən,  istərsə  də  sadə  aĢıqlar  Nüydi,  Uzunboylar  torpaq  qəbirlərindən,  eləcə  də 
Azərbaycanın  digər  antik  dövr  abidələrindən  kifayət  qədər  məlumdur.  Bununla 
birlikdə  digər  heyvan  sümükləri,  kömür,  saxsı  qab  parçaları,  daĢ  alətlər  və  s.  çox 
tapılır. Ġri təsərrüfat küplərinin sınıqlarına da tez-tez rast gəlinir. 
Antik dövrün nadir tikintilərindən olan bu abidələrin uçub tökülmüĢ daĢları 
arasında  və  altında  ara-sıra  dən  daĢlarına,  gur  yanğın  izinə,  yanğın  nəticəsində 
rəngi  qızarıb  kərpic  halına  düĢmüĢ  torpaq  suvaq  parçalarına,  kövrəkləĢib  əhəng 
halına  düĢmüĢ  daĢlara  da  addımbaĢı  təsadüf  olunur.  Bunlar  əsasən  J4-J5,  Z4-Z5 
kvadratlarında daha kəskin nəzərə çarpır. DaĢların arasında döĢəməyə yaxın yerdə 
yoğun ağacların Ģərq-qərb istiqaməti üzrə kömür vəziyyətində izi qalmıĢdır. Bunlar 
çox  güman  ki,  pərdi  və  tirin,  yaxud  da  dirək  basdırmaların  yanıb  düĢmüĢ  izidir. 
Yanğın izləri divar diblərinə yaxın yerlərdə daha çox müĢahidə edilir. 
J5  kvadratında  təpənin  uzununa  perpendikulyar  dayanan  daĢ  hörgü  aĢkara 
çıxarılmıĢdır.  Bu  daĢ  hörgünün  Ģimal  divara  bitiĢdiyi  küncdə  yanğından  qızarmıĢ 
suvaq, kül və kömür qatı üzə çıxmıĢdır ki, orada ocaq yeri aydın bilinir. Ocaq yeri 
olan  hissədə  uzunsov  daĢların  baĢ-baĢa  çatıldığı  da  müĢahidə  edilmiĢdir.  Bu  isə 
evlərdə  divarın  dibində  və  küncündə  bacalıq  təkmil  ocaqların,  binaları  qızdıran 
qurğuların varlığı aydın təsəvvür yaradır. 
Qazıntı  sahəsinin  cənub-Ģərq  küncünə  yaxın,  Z3-Ġ3  kvadratlarında  kənar 
hörgünün içəri tərəfində çoxlu daĢ uçuntusu vardır. Hiss olunur ki, bura hər hansı 
damın içərisi-boĢluq imiĢ, üst divarlar uçub həmin boĢluqları doldurmuĢdur, daĢlar 
çıxarılarkən onların altda qalan üzü və ya bütöv hər tərəfi ağ çəng atmıĢ Ģəkildə idi. 
Bu  da  onların  vaxtı  ilə  uçub  tökülmüĢ  boĢluqda  xarici  mühitin  təsirindən  azad 
olduğunu və hava keçmədiyini bildirir. 
Yuxarıda qeyd etmiĢdik ki, təpənin orta hissələrində, daha doğrusu çökmüĢ 
yerlərdə  uzunsov  daĢların  cərgə  ilə  bir-birinə  yapıĢıb  töküntüsü  onların  tağlı 
tikintidən qopduğu ehtimalını doğruldur. Kənar divarların tikintisinə diqqətlə fikir 
verdikdə  elə  bil  onlar  yuxarı  qalxdıqca  içəriyə  doğru  maililəĢir.  Bu  da  tikintinin 
üstünün günbəzvari olduğunu xatırladır. Belə qurulmuĢ təpənin qərb kənarından 8 
metr Ģərqdən baĢlayaraq daha qabarıq nəzərə çarpır ki, məhz təpənin üstü də həmin 
məsafədən  baĢlayaraq  qərb  kənara  qədər  çökülmüĢdür.  Təpənin  üstünün 
qabırğavari hündür olması yerli və yaĢlı adamların yaddaĢında qalıbdır. 
Ġ4  kvadratında  təpənin  Ģimal-Ģərq  küncündə  sarımtıl  qəhvəyi  narın  torpaq, 
kül,  narın  torpaq  qatı  aĢkar  edilmiĢdir.  Burada  Ģimal  və  Ģərq  divarlarının  əmələ 
gətirdiyi  küncdə  iri  təsərrüfat  küpünün  sınıqları  aĢkar  edilmiĢdir.  Həmin  küpün 
içərisindən  çıxan  narın  qəhvəyi  torpaq  ola  bilsin  ki,  taxıl  və  ya  un  kimi  ərzaq 
məhsulunun  çürüntüsüdür.  ġərq  divarının  cənub-Ģərq  küncündə  isə  yanıb 
kömürləĢmiĢ yoğun ağac kötüyü qalmıĢdır. Artıq burada divarların qalmıĢ üstünə 
nisbətən  1,3  metr  çatır.  Burada  ümumiyyətlə  qazıntı  divarların  dibindən  sonuna 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə