Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə43/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

87 
 
kənar divarın bayır tərəfi təmizlənərəkən 1,5  metr dərinlikdə, Ģərq-qərb istiqaməti 
üzrə  uzanan  Ģimal  hasara  perpendikulyar  olaraq  daha  bir  divar  xətti  aĢkar 
edilmiĢdir.  Bu  isə  ətraf  hasara  dayaq  kimi  bir  növ  korturforsu  xatırladır.  Bu  əsas 
divarı  möhkəmləndirmək  üçündür.  Onun  2  metr  uzunluqda  davam  etdiyi 
aydınlaĢdırılmıĢdır.  Bu  dayaq  və  ya  söykənən  divar  xəttinin  yalnız  bir  üzü 
açılmıĢdır. Onun tam vəzifəsi bir qədər qaranlıqdır. ġimala doğru çıxıĢ yolu ilə də 
bağlı  ola  bilər.  Belə  tikinti  üsulu  öyrəndiyimiz  dövrdə  bizə  bəlli  deyil.  Əlbəttə, 
antik dövr üçün belə tikinti xüsusiyyəti maraqlı faktdır. Qeyd etdiyimiz kvadratdan 
həmin divar qalığı ətrafından içərisi qırmızı, üzü qonur rəngli hisdən qaralmıĢ saxsı 
qab qırıqları tapılmıĢdır. 
Qalaça  tipli  yaĢayıĢ  yerinin  içərisində  xeyli  iĢ  görülmüĢdür.  ġimal-qərb 
küncdəki (V6, B6 kvadratları) dördkünc otağa oxĢar divarların arasının keçən ildən 
açılmıĢ  davamı  qazılarkən  Ģimala  doğru  içəridən  sahəsinin  1  metr  artdığı 
aydınlaĢdı. Bundan sonra divarın içərisi görünür. Bu kəllədəki otağın və ya bürcün 
kənar divarı ümumi Ģərq-qərb üzrə olan böyük divarın içərisinə girməklə bir qədər 
kənara  çıxır.  Bu  da  qalaçanın  Ģimal-qərb  kənarında  əsas  divarın  kəlləsini  və  ya 
tinini tutur. Bu növ kəllə-baĢ otağı xatırladır. Deməli, kəllədəki bu dördkünc otaq 
ümumi  yan  divarların  içərisinə  girməklə  kəllələrdən  küncləri  tamamlayır.  Artan 
uzunluqlar 1,25 metr olmaqla ölçüsü 4,25x4,25 metrdir (plan). Otaq və ya bürcün 
içəridən divarın üstünədək 0,7 metr qalmıĢdır. Bu otağın bürc olmasını söyləməyə 
əsas  verən  amillərdən  biri  də  möhkəm  mühasirə  səddini  təĢkil  edən  divarların 
künclərində  dördkünc  daĢla  tikilmiĢ  bürcəoxĢar  yerlərdən  ətraf  yerləri  yaxĢı 
müĢahidə  etmək  və  lazım  gəldikdə  təhlükəyə  müqavimət  göstərmək  də  çox 
əlveriĢlidir.  ġimal-qərb  küncdəki  dördkünc  tikintinin  içərisini  çox  çətinliklə 
qazmaq  olur.  Vaxtilə  burada  o  qədər  güclü  yanğın  olmuĢdur  ki,  torpaq,  suvaq  və 
daĢlar əhəng, kərpic bərkliyi qədər möhkəmlənmiĢdir. Yanğın içərisində hətta saxsı 
dolçalar  da  kül  və  baĢqa  çıxarlar  arasında  bərkiyib  qalmıĢdır.  Otağın  döĢəməsi  o 
qədər  közərmiĢdir  ki,  kürə  divarlarını  xatırladır.  Lakin  burada  ayrı-ayrı  tikinti 
dövrləri  və  ya  bir-birindən  daha  çox  ayrılan  dövrlər  vardır  ki,  bunların  tam 
aydınlaĢdırılması dərin qatlara düĢdükdən sonra mümkün olacaqdır.... 
Xaraba şəhər.  Bu abidə Ağsu rayonu ərazisində rayon mərkəzindən 7 km 
cənubda  Ülgüc,  ƏrəbuĢağı,  Curuqlu  və  Ağarx  kəndləri  arasında  yerləĢməklə  34 
hektar  sahəyə  malikdir. Abidənin ətrafında qəbristanlıq var. Bunlardan  ikisi  Ģimal 
tərəfdə, biri qərb, baĢqa biri isə Ģərq tərəfdə yerləĢir. Ətrafı dərin xəndək və torpaq 
səddlə əhatələnib. Ağsuçay abidənin qərb tərəfi boyunca axıb keçir. 
1985-ci  ilin  tədqiqatları  zamanı  Xaraba  Ģəhərdə  iki  yerdə  Ģurf  -  yoxlama 
qazıntısı qoyulmuĢdur. Məqsəd abidənin stratiqrafiyasını müəyyən etməkdən ibarət 
idi. 
Birinci  şurf.  5x2  metr  sahədə  qazılmıĢdır.  Bu  Ģəhərin  yerüstü 
əlamətlərindən  nisbətən  gur  həyat  olduğu  güman  edilən  Ģimali-qərb  hissədə 
yerləĢir.  Orada  ikinci  təpcəkdən  baĢlayaraq  Ģirli-Ģirsiz  saxsı  məmulatı  nümunələri 


88 
 
üzə  çıxmağa  baĢladı.  Tapıntılar içərisində  fayans və  farfor qab qırıqlarına  da tez-
tez təsadüf edilir (tablo 63). Ġkinci təpcəkdən bir ədəd mis pul çıxdı. Üçüncü təpcək 
qazılarkən,  yəni  daha  bir  təpcək  dərinə  düĢdükdə  orada  fayans  qab  qırıqları  ilə 
bərabər  yerli  istehsal  nümunələri  olan  Ģirli-Ģirsiz  qab  nümunələri  üzə  çıxdı  (tablo 
64).  Bunlar  əsasən  anqob  olmayan  saya  qablardan  və  anqob  naxıĢlı  qablardan 
ibarətdir.  Bu  cür  qab  nümunələri  Bakı  və  Qəbələnin  üst  qatlarından  çıxır. 
Tapıntılar içərisində çoxlu metal əĢya var. Bunlar əsasən dəmirdən hazırlanmıĢ nal, 
mismar,  bıçaq  tiyəsi  və  çıxardan  ibarətdir  (tablo  65).  Üzəri  diĢli  dəmir  halqa  da 
məhz  həmin  materiallarla  eyni  səviyyədən  tapılıb.  Müxtəlif  heyvan  sümüklərinin 
bəziləri iĢlənmiĢdir (tablo 64). Belə ki, müəyyən  məmulat  hazırlanmaq üçün ayrı-
ayrı sümüklər bir neçə yerdən miĢarla kəsilmiĢdir. 
Üçüncü  təpcək  qazılarkən  Ģurfun  Ģimal  tərəfində  divar  qalıqları  üzə  çıxdı. 
Bunlar çaydaĢından səliqə ilə yonulmuĢ və palçıq məhlulundan istifadə edilməklə 
hörülmüĢdür.  Adətən  tikintidə  istifadə  olunan  daĢların  üç  tərəfi  yonulmuĢ,  içəri 
tərəfinə  çəkic  vurulmamıĢdır.  Dördüncü  təpcək  qazılarkən  tikintinin  bünövrəsinə 
çatdıq.  Divarda  ümumilikdə  dörd  cərgə  daĢ  qalıb.  Üstü  uçub  gedib.  DaĢ  divarın 
bünövrəsinə yaxın səviyyədə torpaq döĢəmə qeydə aldıq. Bəzi hissələrdə döĢəmədə 
iri  ölçülü  çiy  kərpiclərdən  istifadə  olunduğu  görünür.  ġurfun  divardan  cənub  yan 
hissədə quyu yerinə düĢdük. Oradan yaxĢı qalmıĢ fayans kasa parçası (tablo 63) və 
bəzəkli ĢüĢə qab qırıqları aĢkar olundu. 
BeĢinci  təpcək  qazılarkən  artıq  dərinlik  1,4  metrə  çatmıĢdı.  Bu  hissədə 
Ģurfun  cənub  tərəfində  qazıntını  davam  etdirdik.  Divarlar  açıldığından  Ģimalda 
qazıntını  dayandırdıq.  Qazıntı  davam  edən  yerdə  quyu  yeri  təmizlədik.  Oradan 
daha  bir  ədəd  mis  pul,  bir  ədəd  mis  oymaq,  çoxlu  dəmir  nal,  mismar  və  metal 
çıxarlar tapıldı. Tapıntılar içərisində yenə də fayans məmulatı çoxluq təĢkil edirdi 
(tablo 63). Buradan bir ədəd Ģirsiz nisbətən salamat qalmıĢ çıraq da əldə edilmiĢdir. 
Birinci  Ģurf  xeyli  material  versə  də  abidənin  stratiqrafiyasını  təyin  etməyə  imkan 
vermədi.  Odur  ki,  baĢqa  yerdə,  birinci  Ģurfdan  70  metr  qərb  tərəfdə  ikinci  Ģurf 
qazmalı olduq. 
İkinci şurf. Bu birinciyə nisbətən kiçik sahədən ibarət idi: 2x1 metr. Burada 
üç təpcək dərinə düĢdükdən sonra aydın oldu ki, vaxtı ilə zibillik olmuĢdur. Çoxlu 
daĢ qırığı,  müxtəlif məiĢət tullantıları tökülüb. Burada da stratiqrafiyanı müəyyən 
etmək mümkün olmadı. Bununla belə, həmin Ģurfdan tapılmıĢ üç ədəd mis pul, bir 
ədəd yaxĢı vəziyətdə qalmıĢ dayaz Ģirli kasa və bir ədəd kiçik piyalə tipli Ģirli qab 
parçası (anqob astarsız) maraq doğurur. 
Xaraba Ģəhərdən tapılmıĢ pullar: 
№ 
Tapıldığı yer 
Kimin adından 
zərb edilib 
Nominal 
Zərb yeri 
Ölçü (mm)  Çəki 
(q) 

Xaraba Ģəhər 
adsız 
mis 
ġamaxı-XV əsr 
14x16 
2,6 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə