Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

89 
 
 
Xaraba  Ģəhərdən  tapılmıĢ  çoxsaylı  maddi-mədəniyyət  nümunələri,  o  cümlədən 
numizmatik  materiallar  hələlik  orada  XVII-XVIII  əsrlərdə  intensiv  Ģəhər  həyatı 
olduğunu deməyə  əsas  verir.  Lakin orada  həyat nə  vaxtdan baĢlanıb  sualı hələlik 
açıq qalır. Bunu gələcək tədqiqatlar aydınlaĢdıracaqdır. 
 
1986-cı il 
Ekspedisiya  1986-cı  il  iyulun  1-dən  sentyabrın  30-dək  Ağsu  rayonu 
ərazisində  arxeoloji  qazıntı  iĢləri  aparılmıĢdır
34
.  Qazıntı  iĢləri  əvvəlki  illərdə 
baĢladığımız  Qırlar  kəndi  yaxınlığındakı  qədim  yaĢayıĢ  yerində  davam 
etdirilmiĢdir  (tablo  67).  Ġlk  günlərdə  Bakıda,  Ağsu  rayonunda  ekspedisiyanın 
təchizatı və iĢ Ģəraitini sahmana salmaqla məĢğul olmuĢdur. Eyni zamanda qazıntı 
iĢlərinə də baĢlanmıĢdır. Keçən illərdə aĢkarlanıb üzə çıxarılmıĢ daĢ divarların üstü 
ilə  boyu  yağan  yağıĢ  və  qardan  sonra  torpağı  boĢalıb  ovuntu  halına  düĢmüĢ 
(quzulaĢmıĢ)  və  nəticədə  bəzi  yerlər  uçub  tökülmüĢdür.  Ġlk  iĢ  günlərində  əvvəlki 
qazıntı  vəziyyətini  bərpa  etmək  üçün  ot-alaq  basmıĢ  sahəni  təmizləmək, 
divarlardan yuyulub axmıĢ torpağı-daĢı çıxarıb kənara daĢımaqla məĢğul olduq. 
Qazıntı  çuxurlarına  axmıĢ  daĢ-torpaq  kürünüb  təmizlənən  zaman  bəzi 
tapıntılara  da  rast  gəlindi.  Keçən  ildən  V3  kvadratında  açılmıĢ  təsərrüfat  küpü 
istiqamətindən  (qərb  küncdə)  ocaq  yeri  yaxınlığından  bir  ədəd  saxsıdan  iy  baĢlığı 
və  ya  tağalaq  tapılmıĢdır.  RombĢəkilli  toxuculuq  alətinin  ikitərəfli  deĢiyi  vardır. 
Ġkitərəfli deĢik hissənin kənarlarından baĢlayaraq mərkəzdə iti çıxıntı Ģəkilli yerinə 
qədər  bərabər  məsafəli  7  batıq  xətt  çəkilmiĢdir.  Bu  iy  baĢlığının  bir  tərəfi  odda 
yanıb  qaralmıĢdır.  Bundan  baĢqa  yaĢayıĢ  yerinin  mərkəzində  saxladığımız  kiçik 
təpəciyi  (tumbanı)  dağıtdıqda  qara  torpağın  içərisindən  (Q4  kvadratında)  bir  ədəd 
dairəvi  sümük  düyməcik  tapılmıĢdır.  Onun  bir  tərəfi  nisbətən  qabarıqdır. 
Mərkəzində  iynə  ucu  ilə  deĢilmiĢ  nöqtəyəoxĢar  yer  düzəldilmiĢdir.  Ətrafına  isə 
                                                 
34
 Ekspedisiya  bu  tərkibdə  iĢlənmiĢdir:  Fazill  Osmanov  -  ekspedisiyanın  rəhbəri  (I.VII.86-30.IX.86), 
Qafar  Cəbiyev  kiçik  elmi  iĢçi  (15.VII.86-30.IX.86),  Sevda  Hüseynova  kiçik  elmi  iĢçi  (1-30.VIII-86), 
Cavid  Novruzov  baĢ  laborant  (I-30.VII.86),  Tofiq Mehdiyev  baĢ  laborant (I-30.VII.86),  Ayna  Əlizadə 
kiçik  elmi  iĢçi  (1-30.VII.86),  Xaləddin  Xəlilov  kiçik  elmi  iĢçi  (1-30.IX.86),  Cəbrayıl  Ġsgəndərov  baĢ 
rəssam (20.VII.-5.VIII.86). Qalib XoĢginabi-memar (16-31.VIII.86). 
 

Xaraba Ģəhər 
adsız 
mis 
1018-ci il 
16x17 
2,1 

Xaraba Ģəhər 
adsız 
mis 
Ġrəvan-XVIII əsr 
17x18 
8,5 

Xaraba Ģəhər 
adsız 
mis 
ġamaxı-1216 
2,4x17 
4,1 

Xaraba Ģəhər 
adsız 
mis 
XVIII əsr 
2,7x15 
8,5 

Xaraba Ģəhər 
adsız 
mis 
Yazısı pozulmuĢdur. 


90 
 
qoĢa  cızıqla  dairə  çəkilmiĢdir.  Əks  tərəfində  isə  diametri  0,5  sm  olan  yuvacıq 
kəsilib  düzəldilmiĢdir.  Bu  sümük  düyməciyin  hər  iki  tərəfindəki  dairəciyin  ətrafı 
kənarlara qədər (çətinliklə sezilən) müxtəlif iĢarə və rəsmlərlə əhatələnmiĢdir. 
Əvvəlki illərdən aĢkarlanmıĢ ətraf qalın divarlarla və içərisindəki divarların 
hələ  tam  öyrənilməsi  baĢa  çatdırılmamıĢdır.  Odur  ki,  həmin  divarların  davamı 
öyrənilir.  Bunlar  əsasən  təpənin  qərb  və  Ģərq  kənarlarında  daha  mürəkkəb 
Ģəkildədir.  Çünki  dərinə  doğru  qazıldıqca  yeni  divarlar  üzə  çıxır  və  üstdəki 
qalıqları  uçurtmaq  lazım  gəlir.  Bu  isə  ümumi  mənzərəni  pozur  və  dəqiqlik 
yaratmaq iĢini çətinləĢdirir. Onsuz da içərisi daĢ töküntülərdən ibarət olan binaların 
daĢını təmizləmədən aydınlıq yaratmaq olmur. Əsrlərdən bəri uçub dağılmıĢ bu daĢ 
qalanın hörgüsü ilə töküntünü ayırmaq həddən artıq gərginlik tələb edir. Çox vaxt 
istədiyimizə nail ola bilmirik. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  yaĢayıĢ  yeri  ya  qəsrin  mərkəzi  hissəsində 
Ģərq-qərb istiqaməti üzrə uzanan daĢ divarın tam aĢkarlanması bu mövsümdə baĢa 
çatdırılmıĢdır.  Bu  divarın  uzunluğu  10,5  metrdir.  Bu  divar  yerli  daĢdan 
hörülmüĢdür. DaĢlar seçmə  və  bəzən çapılıb düzəldilmiĢdir. Divar  möhkəm,  həm 
də çox qalmıĢdır. Bu divar cənubdan keçən iri kənar divara papaleldir. Divarın eni 
1,2 metrdir. Divarın Ģərq qurtaracağı yəni 34 kvadratından cənuba doğru dönərək 
kənar divara qədər uzanıb çatır. Bu hissədə içəridən uzunluq 4,8 metr, xaricdən isə 
6  metrdir.  Divarın  içərisindən  dönən  küncü  bucaq  Ģəklində  deyil,  ovalvaridir.  Bu 
divarın  cənubdan  90  sm-lik  məsafəsində  qapı  yeri  vardır.  Ġçəri  divarlarda  olduğu 
kimi  bu  qapı  yeri  də  1,4  metr  enindədir.  Lakin  bu  qapı  yeri  həddən  artıq 
dağılmıĢdır.  Bu  divar  qəsrin  Ģərq  hissəsindəki  ümumi  divardan  1,5  metr  aralıdır. 
Həmin hissə isə dəhliz və ya hər hansı yol kimi divar boyu hərlənir. 
Qeyd  edilən  10,5  metr  uzunluqdakı  divarın  mərkəz  hissəsindən  1,45  metr 
enində qapı yeri divarın üstünə yaxın hissəsindədir. Həmin qapı yeri qəsrin cənub 
tərəfilə  Ģərq-qərb  istiqaməti  ilə  uzanan  yan  hasardakı  darvaza  yolunun 
qarĢısındadır. ġimal tərəfdə isə yenə də yan hasara doğru olan dəhliz və  ya keçid 
də  həmin  qapı  ilə  təxminən  tuĢ  gəlir.  D3,  D4  kvadratlarında  yenə  də  cənub  yan 
hasara söykənənədək bir divar da uzanır. 
Beləliklə ümumi kompleksin cənub-Ģərq küncünə yaxın uzunsov düzbucaqlı 
bir  sahə  alınır.  Burda  dörd  tərəfə  qapı  yerləri  vardır.  Üzbəüz  qapılar  arasında 
dəhlizvari  yerdən  sağa  və  sola  doğru  otaqlar  yerləĢmiĢdir.  Qeyd  etdiyimiz 
divarların içəri tərəfi boyu iri təsərrüfat küpləri basdırılmıĢdır. Burada 6 təsərrüfat 
küpü  qeydə  alınmıĢdır.  Küplərin  dibi  divarın  bünövrəsində  yerləĢir.  Belə  hiss 
olunur  ki,  küplər  mənzillərin  döĢəməsində  basdırılmıĢdır.  Ümumiyyətlə 
Qırlartəpədə  aĢkar  edilən  tikinti  kompleksinin  divarları  boyu  hər  tərəfdə  iri 
təsərrüfat  küpləri  basdırılmıĢdır.  Onların  ümumi  sayı  25-dən  artıqdır.  Bu  küplər 
baĢlıca  otaqların  içərisində  və  ya  divarların  dibində  yerləĢdirilmiĢdir.  Tək-tək 
divarların xaricində də küplərə təsadüf edilir. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə