Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə45/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

91 
 
Z4 kvadratının cənub-Ģərq küncündə iri təsərrüfat küpünün sınmıĢ hissələri 
aĢkar edilmiĢdir. Bu küpün dibindən yuxarı qalxmıĢ hündürlüyü 80 sm-dir. Onun 
ağzının  kənarları  sınıb  içərisinə  tökülmüĢdür.  Küpün  ağzının  kənarı  azca  xaricə 
doğru mailli düzəldilmiĢdir. Küpün gövdəsindən diametri 70 sm, dibinin diametri 
isə 20 sm-dir. 
Həmin  küpdən  qərbdə  E4  kvadratında  daha  bir  təsərrüfat  küpü  aĢkar 
edilmiĢdir. Bunun ağzı yastı daĢla örtülmüĢdür. Küplə eyni tipli olub bir-birindən 
3-4  metr  aralı  divarın  dibi  ilə  və  divar  səviyyəsindən  alta  doğru  cərgə  ilə 
qoyulmuĢdur.  Bunlar  elə  bil  binanın  zirzəmisində  və  ya  döĢəməsindən  altda 
basdırılmıĢdır. Bura bir növ anbar vəzifəsini də xatırladır. Ola bilsin ki,  müəyyən 
bir  ictimai  qrupun  və  ya  hərbi  dəstənin  ərzaq  anbarı  burada  yerləĢmiĢ,  xüsusi 
gözətçilər bunu qoruyub saxlamıĢlar. 
Bu təsərrüfat küpləri və divarlar aĢkar edilən kvadratlarda (E4, Z4), 2,5 metr 
dərinlikdən  üzəri sığallı qalın divarlı  saxsı qab ağzının parçaları, saxsı qab lüləyi, 
gövdəsi deĢikli küpəyə oxĢar qab qırıqları aĢkar edilmiĢdir. 
Tikinti  kompleksinin  Ģərq  tərəfində  (Z4,  Ġ4),  yəni  Ģərq  qapısının  içəri 
tərəfindən qabağında yerli daĢdan bir növ dayaq Ģəklində kobud yonulmuĢ bir daĢ 
aĢkarlandı. Bu divarın üstündən alta doğru 1 metr dərinlikdə idi. Onun hər iki tərəfi 
yastı olub müəyyən bir dirək altında istifadə olunması və bu kimi məqsədə xidmət 
etməsi  güman  edilir.  Onun  yastı  tərəfləri  26x26  sm,  hündürlüyü  27  sm-dir.  DaĢ 
yerində saxlanmıĢdır. Həmin daĢ qapı ağzında pilləkən kimi də istifadə edilə bilər. 
Ümumiyyətlə,  Qırlartəpə  abidəsində  istər  tikintidə  və  istərsə  də  məiĢətin 
digər  sahəsində  daĢ  məmulatından  geniĢ  istifadə  edilmiĢdir,  yəni  daĢdan  müxtəlif 
alət, silah, qab hazırlandığını  bildirən nümunələrə çoxlu  miqdarda təsadüf olunur. 
C3 kvadratında divarın yanından bir çopur daĢ qabın yarısı da tapılmıĢdır. Bu daĢ 
qabın  kənardan-kənara  eni  24  sm-dir,  içərisinin  oyuq  hissəsi  isə  12  sm-dir. 
Kənarlarının  qalınlığı  8-6  sm-dir.  Onun  döĢəməsinin  qalınlığı  4-5  sm,  içərisinin 
dərinliyi isə 3-4 sm-dir. DaĢ qab qırığı yerindəcə saxlanmıĢdır. 
ECZ3-5 kvadratlarda aĢkar edilmiĢ divarın ətrafları qazılıb dərinə salındıqca 
buradan çoxlu  sümük, iri  küp qırıqları,  habelə  daha  qədim saxsı qab parçaları ilə 
bərabər bəzən antik dövr üçün səciyyəvi-süzgəcli və ağzı əyməli qab qırıqlarına da 
təsadüf olunur. Ola bilsin ki, bu tip qablar daha qədim dövrlərdə mövcud olub. 
E6  kvadratında,  əvvəlki  illərdə  D6  kvadratında  aĢkarlanmıĢ  iri  təsərrüfat 
küpündən  3,3  metr  Ģərqə  doğru  daha  bir  iri  təsərrüfat  küpünün  sınıqları  üzə 
çıxmıĢdır. Bu küpün içərisi təmizlənərkən onun ağzının aĢağı dibinin isə üstə doğru 
olduğu müəyyənləĢdi. 
Bu gün  həm də  Ģimal  divarının dibində  ona  bitiĢik divarın küncündə  daha 
doğrusu kiçik dar dəhlizvari yolun döngəsində qoyulmuĢdur. Oturacağı yuxarı olan 
bu küpün ağzı torpağa quylandığından ağzının kənarının formasını müəyyənləĢdirə 
bilmədik.  Lakin onun ağzının boğaza  yaxın  yerində (içəridən-içəriyə) diametri 30 
sm-dir.  Küpün  təqribən  yarısına  qədər  üstdən  (oturacağı)  qırılıb  tökülmüĢdür. 


92 
 
Onun  gövdəsinin  diametri  85  sm-dir.  Ağzından  gövdəsinin  qalmıĢ  hissəsinədək 
hündürlüyü 90 sm-dir. Küpün sınmıĢ hissəsi divarın altına  düĢür. Küpün sınıqları 
üstündən  divar  da  dönür,  elə  bil  küpün  daĢla  hörülmüĢ  quyunun  bir  növ  üstünü 
xatırladır. Bu küpün sınıqları içərisinə tökülmüĢdür. Ola bilsin ki, dar yol çəkilən 
yerin  döngəsində  küpü  nə  məqsədləĢə  ağzı  aĢağı  basdırmıĢlar.  Belə  hal 
Qırlartəpədə  birinci  dəfə  deyildir.  Q3  kvadratında  hələ  1984-cü  ildə  bu  cür  ağzı 
aĢağı  qoyulmuĢ  küpün  qalıqları  ilə  rastlaĢılmıĢdır.  Həmin  küp  də  divarın  dibində 
olmuĢdur.  Lakin  onun  ağzından  baĢqa  qalan  hissələri  çox  parçalandığından  və 
ətrafına  töküldüyündən,  həm  də  ilk  dəfə  rastlaĢdığımızdan  onu  sonradan  sınıb 
düĢmə  hesab  edirdik.  Küplərin  belə  baĢaĢağı  basdırılmasının  təkrar  aĢkarlanması 
və həm də dəqiq olaraq vaxtı ilə bu cür edilməsi, onların bu formada basdırılması 
bizə tam aydın deyildir. Ola bilsin ki, onların bu cür baĢıaĢağı qoyulması seysmik 
məqsəd  güdərək  tikintidə  elastiklik  yaratmıĢ  və  binaların  möhkəmliyini  təmin 
etmiĢdir. Bu bir fərziyyə kimi irəli sürülsə də, ġirvan zonası, xüsusən onun dağlıq 
hissəsi  ta  qədimdən  tez-tez  yertərpənmə  hadisələrinə  qarĢı  əks  tədbirdə  axtarıĢ  və 
memarlıqda  yeni,  əlavə  üsullar  tətbiq  etmiĢlər.  Bununla  belə  bu  hal  binalarda 
rezonans yaratmaq məqsədi də daĢıya bilərdi. 
Kompleks tikintinin Ģərq hissəsində, əsas divarlardan xaricə doğru, ĠKL 3,4 
kvadratlarda  qazıntı  iĢi  dərinləĢdirildikcə  daha  baĢqa  daĢ  divarlar  üzə  çıxmıĢdır. 
Burada  üst  qatda  Ģərq  qapısı  ağzında,  0,7-1  metr  yer  səthindən  alta  doğru  daĢ 
döĢəmə  və  aralarında  sapand  daĢlarının  töküldüyü  qat  məlum  idi.  Bunları  tamam 
sökmədən saxlayaraq bir qədər cənub və  Ģərq hissədə  qazıb dərinə  düĢdük. Qeyd 
etdiyimiz  sahədə  2,4-2,7  metr  dərinliyə  qədər  qazılmıĢdır;  yer  səthindən  daha 
doğrusu bir qədər altda, üst divarların qalmıĢ səviyyəsindən 1,5 metr dərində daha 
bir  divarın  üstü  aĢkar  edilmiĢdir.  Onun  hələlik  cənub  kənarı  aĢkarlanmıĢdır. 
Buradan 2 metr dərinlikdə tapılan saxsı qab qırıqları da tunc və ya dəmir dövrünün 
əvvəllərinə  aid  materaillara  uyğun  gəlir.  Ġ2,  K2  kvadratlarında  2  metr  dərinlikdə 
aĢkar  edilmiĢ  qədim  daĢ  divarlar  Ģərq  qurtaracaq  divar  hissəyə  1,5  metr  qalmıĢ 
Ģimala  və  qərbə  doğru  uzanan  enli  bünövrə  davam  etdiyi  aydınlaĢdırılmıĢdır.  Bu 
bünövrənin  Ģimala  doğru  4,3  metr,  qərbə  doğru  isə  3,5  metr  məsafədə  davamı 
aĢkarlanmıĢdır. Divarın enliliyi 1,4 metrdir. 1,2 metr hündürlükdə qalmıĢ bünövrə 
yerindəki  daĢlar  kifayət  qədər  böyük  olub  divara  yatımlı  vəziyyətdədir.  Onlar  bir 
qədər  çapılıb  düzəldilmiĢdir.  ĠK  2  kvadratında  qərbə  doğru  uzanan  bünövrənin 
cənub tərəfindən dəhlizvari aralıq bir yer aĢkarlanmıĢdır ki, bundan cənubda da ona 
paralel  divar  fraqmenti  vardır.  Bu  aralığın  eni  1,7  metrdir.  Bundan  sonra  cənub 
kənara söykənən divarın davamı 1 metr aĢkarlanmıĢdır. Ola bilsin ki, cənuba doğru 
davam  edəcəkdir.  Çünki  hələ  cənuba  doğru  olan  hissə  tam  açılmamıĢdır.  Ġ2 
kvadratında 2,4 metr dərinlikdən bir gil muncuq da tapılmıĢdır. DəyirmiĢəkilli bu 
gül  muncuq  qırmızı  rəngdə  biĢirilmiĢdir.  Onun  bir  tərəfi  yastıdır.  Bundan  baĢqa 
daha bir ağımtıl və uzunsov muncuq tapılmıĢdır. Onun ucları nisbətən nazik olub 
kənarları  cızıqla  haĢiyələnmiĢdir.  Orta  hissəsi  nisbətən  yoğundur.  Bu  muncuq 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə