Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

93 
 
daĢdan  hazırlanmıĢdır.  Buradan  ilk  dəmir  dövrü  və  ya  son  tunc  dövrü  üçün 
səciyyəvi  saxsı  qab  qırıqları,  heyvan  və  quĢ  sümükləri  aĢkar  edilmiĢdir.  Qeyd 
etdiyimiz  qədim  saxsı  nümunələrilə  yanaĢı  buradan  antik  dövrə  aid  maddi-
mədəniyyət qalıqlarına da təsadüf edilir. Ola bilsin ki, bunlar sonrakı tikinti dövrü 
zamanı  bünövrə  və  daĢ  divarın  inĢası  ilə  əlaqədar  xəndək  və  ya  bu  kimi  quyu 
yerində  qarıĢmıĢdır.  ĠK3-4  kvadratlarında  2-2,5  metr  dərinlikdə  aĢkar  edilmiĢ,  iri 
daĢlarla  hörülmüĢ  bünövrə  cənuba  və  Ģimala  doğru  qazılmamıĢ  sahənin  altına 
doğru  davam  edir.  Buradan  yuxarıda  Ģeyd  etdiyimiz  tapıntılarla  yanaĢı  dəmir 
qırıqları da  tapılmıĢdır. Lakin heç bir forması  məlum olmayan bu dəmir qırıqlara 
hər  hansı  bir  əĢyanın  qalığı  və  bu  təbəqədən  tapılması  daĢ  hörgünü  və  digər 
tapıntıları  eradan  əvvəl  I  minilliyin  birinci  yarısına  və  ya  əvvəllərinə  aid  etməyə 
müəyyən əsas verir. Bu daĢ bünövrə açılan yer təpənin Ģərqindəki yamacın üstüdür. 
Buradan  pilləli  yamac  Ģərqə  doğru  enir.  Əvvəlki  hesabatlarda  bu  barədə  ilkin 
qeydlər  edilmiĢdir  (lakin  qazılmamıĢ,  üst  relyefə  görə).  Bu  il  həmin  hissədə, 
yuxarıdan  enən  birinci  yastana  qədər  xeyli  qazıntı  iĢləri  görülmüĢdür.  Hətta  I 
yastanın  düzündə  də  qazılmıĢ  və  daĢ  döĢəməni  xatırladan  bütöv  terrasın  üstü 
açılmıĢdır.  Lakin  hələlik  burada  tam  aydınlıq  yaradılmamıĢdır.  Bununla  belə 
yastanın üstündəki dik yamacda qazıntı aparılarkən üstdəki divar hörgüsünə qədər 
L2,  L3  kvadratlarında  iri  daĢların  arası  təmizlənmiĢdir.  Kompleks  tikintinin  Ģərq 
hissəsində ən ucqar divardan xaricə həmin yamacın ətəyinə doğru, yaxud I yastanın 
üstünə  4-4,5  m-lik  məsafədə  Ģimal-cənub  istiqamət  üzrə  iri  daĢlardan  hörgü  izi 
aĢkarlandı.  Bu  cür  iri  daĢla  hörgü  ümumi  təpənin,  yaxud  qalaçanın  xaricindən 
demək  olar  ki,  hər  tərəfdə  müĢahidə  edilmiĢdir.  Bunu  ona  görə  qəti  demirik  ki, 
qalaçanın  kənar  (əsas)  hasarından  xaricə  və  ətəyə  doğru  baĢqa  bir  divarla 
hasarlandığını hələ  də  hər tərəfdə  öyrənməmiĢik, daha  doğrusu hələ  təpənin daĢlı 
döĢü qazılmamıĢdır. Bu əlbəttə çətin, məsuliyyətli və həm də xeyli vaxt tələb edən 
iĢdir. Bunu yalnız tədricən və səbirlə iĢləmək lazım gəlir. 
Qeyd  etdiyimiz  kimi  təpənin  bu  daĢlı  sinəsində  qazıntı  iĢi  çətinliklə  gedir. 
Ona  görə  ki,  daĢlar  yerindən  tərpədildikcə  hörgünün  izi  itir.  Ġki  minillik  tarixə 
malik hörgülər çox hallarda ilkin yerindən tərpənmiĢ, uçmuĢ, laxlamıĢ və s. Odur 
ki,  çox  böyük  diqqət  və  ehtiyat  tələb  olunur.  Düzdür,  iĢçilərimiz  (fəhlələr) 
içərisində təcrübələri və səliqəliləri çoxdur, qazıntı texnikasını yaxĢı bilirlər. Lakin 
bununla  belə  yenə  səbrləri  tükənəndə  (yer  bərk  gələndə)  və  ya  qazılmıĢ  torpaq 
daĢların  üstün  örtəndə  bəzən yaddan  çıxır,  daĢlar  uçurulur,  hörgünün  izi  pozulur. 
Ona  görə  də  qazıntını  bir  an  belə  nəzarətsiz  qoymaq  olmur.  Hətta  tək  olanda 
gündəliyi yazmağa da macal tapılmır. Buna görə də qazıntıda bir neçə elmi heyətin 
olması vacibdir. 
Qalaça,  yaxud  akropol  yerləĢən  hündür  təpələrin  Ģərq  yamacında  L2 
kvadratında iri daĢ hörgülərin arası və üstü təmizlənərkən 1-1,5 metr yer səthindən 
dərində  (düz  oturacağa  malik)  saxsı  qab  qırıqları,  bozumtul  təkayaq  vaza  hissəsi 
aĢkar  edilmiĢdir.  Bütün  bunlarla  yanaĢı  burada  ilk  dəfə  olaraq  iki  ədəd  gümüĢ 


94 
 
Parfiya pulu tapılmıĢdır. Əlbəttə antik dövrün bu möhtəĢəm abidəsindən qədim pul 
nümunəsinin əldə edilməsini çoxdan gözləyirdik və. bu gümanımız doğrulmuĢdur. 
Mədəni təbəqədə, 1,2-1,3 metr dərinlikdə olan bu pul yaxĢı qalmıĢ, onun aversində 
Parfiya  padĢahı III Artaban,  yaxud III Vologezin Ģəklinin  həkk edilməsi  və  digər 
üzündə - reversində yunan əlifbası ilə yazılar və baĢqa rəsmlər, “A” hərfi və s. çox 
aydın bilinir. Ġlkin təyinata görə III-IV Vologezin adına həkk edilməsini numizmat 
Sənubər  DadaĢova  və  Əli  Rəcəbli  yoldaĢlar  söyləmiĢlər.  Lakin  pulun  dəqiq  təyin 
edilməsi  üçün  Azərbaycan  Tarixi  Muzeyinin  numizmatika  Ģöbəsinin  müdiri  Əli 
Rəcəbli  yoldaĢa  verilmiĢdir.  Pulun  təqribən  II  əsrin  birinci  yarısına  aid  Parfiya 
hökmdarlarından III Vologezin adına zərb olunduğu təsdiq edilmiĢdir. 
Məhz  Qırlartəpənin  üst  təbəqəsi  ilə  də  pul  nümunəsi  uyğun  gəlir.  Üst 
təbəqənin aĢağı həddi ilə. Çünki biz üst qatı bir qədər geniĢ çərçivədə vermiĢik (II-
IV  əsrlər).  Əlbəttə  bu  ilk  qazıntı  dövrləri  üçün  belə  tərəddüdlər  geniĢ  verilmiĢdir. 
Bunun özünü də, yəni üst təbəqəni iki dövrə ayırmaq olar. Lap üst hədd III əsr və 
IV əsrin baĢlanğıcı, aĢağı hədd II əsr. ġübhəsiz, bunlar getdikcə xeyli dəqiqləĢəcək 
və  daha  yığcam,  qısa  vaxtı  əhatə  edən  xronoloji  çərçivə  ilə  göstəriləcəkdir. 
Abidənin üst təbəqəsindən, daha doğrusu üst təbəqədən o birisinə keçid təbəqədən 
olan tapıntı yaĢayıĢ yerinin dövrü haqqında bir çox mülahizələri xeyli aydınlaĢdıra 
bilər. Ona görə də buradan tapılan digər materialın da bir qədər müfəssəl verilməsi 
əhəmiyyətlidir.  Buradan  en  kəsiyi  dairəvi  və  lentĢəkilli  olan  saxsı  qab  qulpları 
tapılmıĢdır.  En  kəsiyi  dairə  Ģəkilli  olan  qulplardan  saya  və  üstündə  düyməcik 
yapıĢdırılanları  da  vardır.  En  kəsiyi  lentĢəkilli  yaxud  düzbucaqlı  formada  olan 
saxsı qab qulplarının nisbətən qalınları da vardır. Məhz pul tapılan yerdən olan bu 
qulpun  qabın  ağzına  yapıĢdırılan  hissəsi  və  qulplarının  üstü  naxıĢlıdır.  Qulpun 
üstündəki  kəsmə  naxıĢlar  çəp  və  bir-birinə  paralel  vurulmuĢdur.  Bundan  baĢqa 
kiçik,  düz  oturacaqlı  qab  qırığı  da  buradan  tapılmıĢdır.  Ümumiyyətlə,  saxsı  qab 
qulplarının  üstü  kəsmə  naxıĢla  bəzədilmiĢ  nümunələri  Qırlartəpədən  çox  tapılır. 
Onları məhz eyni təbəqədən tapılmıĢ gümüĢ sikkənin dövrü ilə bir vaxtın məhsulu 
kimi  vermək  olar  (I  əsrin  sonu  II  əsrin  əvvəlləri).  Buradan  həmçinin  bir  ədəd 
yumru gil əĢya-muncuq tapılmıĢdır. Lakin bu muncuq deĢilməmiĢdir. Ola bilsin ki, 
bu  əĢya  baĢqa  məqsəd  üçün  (oyuncaq  və  s.)  düzəldilmiĢdir.  Buradan  yenə  də 
saxsıdan  iy  baĢlığı  yaxud  tağalaq  dibi  tapılmıĢdır.  O  sarımtıl  rəngdə  kiçik  gil 
düyməcikdən  ibarət  olub  sayğac  aĢığını  xatırladır.  Sümük,  saxsı  qab  və  baĢqa 
maddi-mədəniyyət  qalıqlarından  əlavə  bir  daĢ  alət  və  ya  fiqur  tapılmıĢdır.  Bu 
iĢlənmiĢ daĢın ucları sındığından onun vəzifəsini aydınlaĢdırmaq çətindirsə də, bir 
tərəfinin  daha  yoğun  və  kənarlarında  qopuqların  olmasına  görə  (qulaq  və  buynuz 
yeri)  heyvan  baĢı  fiquru  kimi  də  təsəvvür  etmək  olar.  Lakin  daĢ  əĢyanın  hər  iki 
ucunun  sınıb  itdiyinə  görə  dəqiq  nə  olduğunu  söyləmək  çətindir.  Hər  halda 
eramızın  əvvələrində  ondan  məiĢətdə  nə  məqsədləsə  istifadə  edilmiĢdir.  Bu  daĢ 
əĢya M3 kvadratından tapılmıĢdır. Lakin qazıntı geniĢləndirildiyindən və memarın 
bunu  nəzərə  almadığından  bu  kvadrat  planda  öz  əksini  tapmamıĢdır.  L2 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə