Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

95 
 
kvadratından  bir  ədəd  əĢyaya  da  təsadüf  edilmiĢdir.  Bu  daĢ  əĢyanın  en  kəsiyi 
dairəvi,  üstü  hamarlanmıĢ,  bir  tərəfi  sınmıĢdır.  Onun  ucundan  bir  azca  oyulub 
deĢilmiĢdir.  Bu  daĢ  əĢya  formasına  görə  fallosa  oxĢayır.  K4  kvadratında  1  metr 
dərinlikdən bir ədəd saxsı qab ağzının və qulpunun sınığı da tapılmıĢdır. Bu qabın 
ağzının  formasına  görə  üçgül  olmuĢdur.  Qulpun  qabın  ağzına  yapıĢdırılan 
hissəsinin içəri tərəfindən yapma iĢarə vurulmuĢdur. Qulp özü eĢmə formada olub, 
üstü  boyu  üç  cərgə  barmaq  ilə  basılmıĢ  batıqlarla  naxıĢlanmıĢdır.  Bu  cür  yapma 
naxıĢlar eramızın ərəfəsi və bizim eranın əvvəlləri üçün səciyyəvidir. 
Ümumiyyətlə,  Qırlartəpədə  kompleks  tikintinin  Ģərq  yamacından  əldə 
edilmiĢ tapıntılar içərisində toxuculuq, daĢ iĢləmə və s. sənətkarlıqla bağlı maddi-
mədəniyyət  qalıqları  nümunələrinə  kifayət  qədər  rast  gəlinmiĢdir.  Düzdür,  bu  cür 
tapıntılara  qazıntının  və  kompleksin  mərkəzi  yerlərində  də  təsadüf  olunur.  Lakin 
ətraf  sahələrdə  elə  bil  (nə  isə)  bu  cür  tapıntılar  üstünlük  təĢkil  edir.  Bu  isə 
özlüyündə  belə  təsəvvürün  yaranmasına  gətirib  çıxarır  ki,  məhz  bu  kənar 
ətəklərdəki  yastanlarda  daha  doğrusu  mərkəzi  hissələri  əhatələyən  böyük  daĢ 
hasarlı  tikintilərdən  kənarda  məhz  sənətkarlar  (toxucular,  daĢyonan  və  s.) 
yaĢamıĢdır.  Doğrudur  bu  fikri  söyləmək  hələ  tezdirsə  də,  tapıntılara  və  dövrün 
ictimai  vəziyyətinə,  cəmiyyətin  məhz  bu  qəbildən  olan  zümrəsinin  qıraq-bucağa, 
kənara  sıxıĢdırılması  dövrün  tələbinə  uyğun  bir  hal  olmuĢdur.  Abidənin  Ģərq 
yamacı  boyu  ətəklərdən  onu  əhatələyən  iri  daĢ  hörgülərinin,  habelə  üstdəki  yan 
hasarının  xaric  tərəfini  aydınlaĢdırmaq  məqsədi  güdən  xeyli  iĢ  görülmüĢdür.  Bu 
sahədə istər Ģimal və istərsə də cənub tərəfdən Ģərq-qərb istiqamətilə uzanan hasar 
boyu  bəzi  iĢlər  görülmüĢ  və  təxminən  aydınlıq  yaradılmıĢdır.  Belə  ki,  həmin 
üstdəki  yan  hasarların  eni  müəyyənləĢdirilmiĢdir  (eni  3  saylı  1  metr 
qalınlığındadır).  Bu  sahədə  iĢi  davam  etdirmək  üçün  EC3-7-ci  kvadratlarda,  yəni 
Ģimal tərəfdən Ģərq-qərb üzrə uzanan divarın Ģərq yarısında xaric hissədən qazıntı 
davam etdirilmiĢdir. Burada üstdən uçub tökülmüĢ daĢların və baĢqa töküntülərin 
əmələ  gətirdiyi  qarıĢıq  təbəqə  təmizlənərkən  bir  sıra  tapıntılara  da  rast  gəlinirdi. 
Üstdən  1-1.5,  bəzən  2  metr  dərinliyədək  qazılmıĢdır.  E7  kvadratında  1  metr 
dərinlikdən  bir  ədəd  iy  baĢlığı,  tağalağın  arxasına  keçirilən  yumru  gil  aĢıq 
tapılmıĢdır.  Ağımtıl  rəngdə  olan  bu  iy  baĢlığı  yaxĢı  biĢirilmiĢdir.  Yuxarıda  qeyd 
etdiyimiz kimi, sənətkarlığı bildirən əsasən qalacanın xaricində daha çox müĢahidə 
edilir.  Məhz  bu  toxuculuq  aləti  və  baĢqa  bu  kimi  tapıntılar  həmin  fikrin  sübutu 
üçün müəyyən dəlil hesab edilə bilər. Həmin tapıntı ilə birlikdə bir ədəd gil boĢqab 
tipli  qabın  yarısı  əldə  edilmiĢdir.  Bu  qabın  da  üzərinə  ağımtıl  anqob  məhlulu 
çəkilmiĢdir.  Bundan  baĢqa  buradan  iri  təsərrüfat  küpünün  sınıqları,  daha  doğrusu 
onun  dib  hissəsinin  qalıqları  aĢkarlandı.  Düz  oturacağa  malik  olan  bu  küpün 
divarlarının  qalınlığı  2  sm-dir.  Oturacağının  altdan  ölçüsü  21-23  sm-dir;  qalan 
hissələri tapılmamıĢdır. 
Göründüyü  kimi  təsərrüfat  küpləri  təkcə  qalacanın  içərisində  deyil,  onun 
xaricində də tez-tez müĢahidə edilir. Buradan bir uzunsov bir tərəfi yastılanmıĢ və 


96 
 
əl  içərisinə  yatımlı  Ģəkildə  düzəldilmiĢ,  hər  tərəfi  iĢlənmiĢ  sürtgəc-daĢ  alət  də 
tapılmıĢdır. Ümumiyyətlə, bu cür sürtgəclərə və baĢqa daĢ alətlərə tez-tez təsadüf 
edilir.  Bunlardan  əvvəllərdə  tapıldığı  və  nümunələr  götürüldüyü  üçün  hamısının 
gətirilməsi  lüzumsuz  hesab  edilərək  yerindəcə  saxlanmıĢdır.  1.5  dərinlikdə  ECZ7 
kvadratlarının bəzi yerlərində divarın bayır üzünə yaxınlaĢma hiss olunur. Burada 
iri  daĢlar,  xırda  daĢ  və  torpaqla  bərkidilib  möhkəmləndirmə  əlamətləri  də  nəzərə 
çarpır.  ġübhə  etmirik  ki,  bayır  tərəfdən  divara  dayanan  söykənəcək, 
möhkəmləndirici  tikililər  də  olmuĢdur.  C7  kvadratında,  2  metr  dərinlikdə  qara 
rəngli vazanın qırığına da rast gəlinmiĢdir. Bu cür təkayaq gil vaza qırığı abidənin 
Ģərq  yamacında  da  təsadüf  edilmiĢdir.  Bundan  baĢqa  E7  kvadratında  saxsı  qab 
qırıqları, heyvan sümüklərilə yanaĢı (1,5-2 metr dərinlikdə) bir kiçik sümük düymə 
və ya sədəf tapılmıĢdır. Dairəvi və yastı Ģəkildə sümük sədəflə yanaĢı buradan bir 
iri  qaban  qılıncı  aĢkar  edilmiĢdir  (tablo  66-6).  Ümumiyyətlə,  Qırlartəpə 
abidəsindən  çoxlu  heyvan  sümükləri  qaramal,  ev  donuzu,  xırdabuynuzlu  heyvan 
sümük  və  buynuzları,  maral,  ceyran,  qaban  sümüklərinə  çoxlu  miqdarda  rast 
gəlinir.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  bu  sümüklər  təyinat  üçün  yığılmıĢ,  onların 
bir qismi Azərbaycan SSR EA müxbir üzvü, görkəmli paleontoloq Dəmir Hacıyev 
tərəfindən  təyin  edilmiĢ,  bir  qismi  isə  iĢlənilir.  Builki  sümük  tapıntılarının  tam 
təyinatı  baĢa  çatmasa  da,  professor  Dəmir  Hacıyevin  ilkin  məlumatına  görə 
yuxarıda adı çəkilən heyvanlardan əlavə ağ balıq, qulan sümükləri də vardır. Bütün 
bunlar  yaĢayıĢ  yerində  maldarlığın  ovçuluq  təsərrüfatının  mübadilə  və  ticarət 
əlaqələrinin  inkiĢafını  Xəzər  ətrafındakı  əhali  ilə  yaxın  və  sıx  münasibətlərinin 
varlığını aydın bildirir. 
Qırlartəpədə aparılan qazıntı zamanı bu il abidənin qərb yarısında da xeyli 
iĢ görülmüĢdür. V3 kvadratında  güclü  yanğın izi olduğu, taxıl qalığı,  bütöv saxsı 
qabların tapıldığı yerdən yenə də baĢqa qab-qacaq nümunələrinə rast gəlinmiĢdir. 
Bunlardan ağzında əyintisi olan tayqulp qabı göstərmək olar. Qara rəngdə olan bu 
qabın  ağzının  kənarından  gövdəsinə  yapıĢdırılmıĢ  qulpu  var.  Bu  qabın  metal 
ərintisinin götürüb qəlibə tökmək iĢində istifadə edildiyi güman olunur. Bu qabın 
oxĢarları  qonĢu  Nüydi  və  Uzunboylar  abidəsindən  də  tapılmıĢdır.  Bu  saxsı  qab 
tapılan  kül-kömür  təbəqəsi  içərisindən  nazik  divarlı  metal  qab  qırıqları  da  əldə 
edilmiĢdir. Bu qab qırıqları cəng atmıĢ və əsasən qaramtıl rəngdədir. Onun gümüĢ 
cam  qırıqlarından  olduğu  bilinir.  Ümumiyyətlə,  Qırlartəpə  yaxınlığındakı 
nekropoldan  mis  və  gümüĢ  camların  bütövləri  əldə  edilmiĢdir.  Bu  qablar  tapılan 
yerin  otaq  və  ya  mətbəx  yeri  olduğu  güman  edilir.  D3  kvadratından  isə  1,5  metr 
dərinlikdən sarı torpaq qatı içərisindən daha bir qara rəngli dolça tapılmıĢdır. O düz 
oturacaqlı,  ağzı  üçgül,  arxadan  tək  qulpu  çiynilə  ağzının  kənarına  yapıĢdırılmıĢ 
formadadır. 
Yenə  də  V3  kvadratından,  lakin  cənub-qərb  küncdəki  dördkünc  daĢ 
tikintinin divarı dibindən bir saxsı cam bütöv Ģəkildə tapılmıĢdır. Onun ağzı azca 
kənara  doğru  mayilli  düzəldilmiĢdir.  Çiynində  aypara  Ģəkilli,  qulpu  xatırladan  gil 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə