Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

97 
 
yapması  vardır.  Qabın  ağzının  xaricindən  kiçik  bataqlıqlarla  çevrələnib 
bəzədilmiĢdir.  Düz  oturacağa  malik  olan  bu  qabın  ağzının  diametri  14  sm, 
hündürlüyü  7  sm,  oturacaq  diametri  8  sm-dir.  Bu  qab  yaxĢı  biĢirilmiĢ,  gilinin 
tərkibində  narın  qum  qarıĢığı  olmuĢdur.  Həmin  saxsı  qabın  yanından  bir  qaramtıl 
daĢ alət də tapılmıĢdır. PrizmaĢəkilli alətin bir tərəfi yastı, digər tərəfi isə nisbətən 
ĢiĢdir. O bir növ qədim Naxçıvan mədənlərindən iĢlədilmiĢ baltalara oxĢayır. Lakin 
bunun  üstündə  balta  kimi  istifadə  üçün  gəz  yeri  yoxdur.  Bu  adi  qara  daĢdandır 
(Ağsu arxeoloji ekspedisiyasının 1986-cı il gündəliyi, səh. 63). 
Qeyd  edildiyi  kimi,  təpənin  qərb  kənarındakı  tikinti  qalıqları  daha  çox 
yanğına  məruz  qalmıĢdır. Burada  o qədər güclü  yanğın olmuĢdur  ki,  daĢ divarlar 
kərpic  kimi  qızarmıĢdır.  V6  kvadratında  (bu  tikinti  kompleksinin  Ģimal-qərb 
küncündədir)  dördkünc  tikinti  qalığının  içərisi  qazılarkən  daĢ,  torpaq  bərkiyib 
qalmıĢdır. Elə bil əhəng-kərpic içərisində qalıb bərkiyib, hətta burada olan qab və 
qırıqlarını kirəcləmiĢ maddədən ayırmaq olmur. Əhəng-kirəc kimi bərkimiĢ torpaq 
içindən  ağzı  üçgül  tək-qulp  lüləkli  saxsı  dolçalar,  nəlbəkivari  dayaz  qablar, 
düzbucaqlı dayaz qab, qəlibin bir parçası və  bu kimi Ģeylər tapılmıĢdır.  Buradakı 
Ģimal divarın içərisindən bir ədəd dəmir qırxlığın bir hissəsi tapılmıĢdır (tablo 70). 
Onun tiyəsi enli, ucu ĢiĢdir, dəstəsi yastı, uca doğru enli, tiyəyə bitiĢik yeri nisbətən 
nazikdir. Dəstənin ucuna yaxın yerindən və kənarından bir tərəfi açıq deĢiyi vardır. 
Qayçının  tiyəsinin  uzunluğu  isə  10  sm,  eni  3  sm-dir.  B6  kvadratında  dərinə 
düĢdükcə (3 metrə yaxın) maddi-mədəniyyət qalıqlarındakı fərq gözə çarpır. Belə 
ki, buradan kündəyə oxĢar biĢmiĢ palçıq hissələr tapılır. Bunlar çox kobud Ģəkildə 
olub,  qab  ağzını  örtmək  üçün  istifadə  olunduğu  aydınlaĢdı.  Yəni  eyni  formada, 
lakin  üstündə  dəstəyi  olan  baĢqa  bir  qapaq  nümunəsi  də  tapılmıĢdır.  Dairəvi 
formada olan bu qapağın üstündəki qulpu yəhərvaridir. Onun yəhərvari hissəsinin 
altından  deĢiyi  vardır.  Bu  da  kənardan  baxanda  quĢ  gözünə  oxĢadıldığı 
təsəvvürünü  yaradır. Qapağın altı düz olub, kənarları bir qədər üstə doğru  meyilli 
düzəldilmiĢdir  ki,  bu  da  qabın  ağzında  kip  dayanmanı  təmin  edir.  B6,  V6 
kvadratlarındakı  dördkünc  tikinti  qazılıb  dərinləĢdikcə  maddi-mədəniyyətdə  və 
tikinti  quruluĢunda  dəyiĢiklik  aydın  nəzərə  çarpır.  Düzbucaqlı  otağın  Ģərq  divarı 
altından  qapı  yerinə  oxĢar  uzun  dəhlizvari  bir  sahə  aĢkarlanmıĢdır.  Lakin  burada 
üst  divarlar  tərpədilmədiyi  üçün  altdakı  tikintinin  tam  istiqaməti  və  quruluĢu 
aydınlaĢdırılmamıĢdır. Həmin istiqamətdə Ģərqə doğru, yəni VQZ-5 kvadratlarında 
1,8-2  metr  dərinlikləri  bəzi  yerdə  2,5  metrə  qədər  çatmıĢdır  ki,  buradan  da  artıq 
tunc və dəmir dövrü maddi-mədəniyyətinə aid saxsı qab qırıqları və baĢqa material 
tapılır. V4 kvadratında 4 ədəd küp açılmıĢdır. Bunlar da yenə də yanğından kərpic 
kimi  qızarmıĢ  daĢ  divarlar  arasında,  daha  doğrusu  otağın  içərisində  aĢkar 
edilmiĢdir.  Lakin  bu  divarlar  üst  divarların  planı  əksinə  olaraq,  bir  qədər  baĢqa 
istiqamətdə  xaricə  doğru  (təpənin  kənarına)  davam  edir.  Q5  kvadratında  1,8  metr 
dərinlikdən bir iri və qalın küp ağzının qırığı tapılmıĢdır. Onun ağzının kənarı düz 
istiqamətdə  kənara  doğru  uzanır.  Bu  xaricə  doğru  artan  hissənin  altı  ilə  çiyninə 


98 
 
birləĢən  ikitilli  qulp  yapıĢdırılmıĢdır.  Q4  kvadratında  iki  yan-yana  açılmıĢ 
küplərin  ətrafı  və  içərisi  təmizlənərkən  kənarı  bayırdan  düz,  içərisindən  isə  azca 
xaricə doğru maili qonur rəngli saxsı qab qırıqlarına rast gəlinmiĢdir. Bunlar daha 
qədim  dövrə  aiddir  (çox  güman  ki,  tunc  dövrünə).  Lakin  ola  bilsin  ki,  bu  forma 
burada  ilk  antik  və  ya  bizim  eradan  əvvəlki  I  minilliyin  birinci  yarsında  da 
yayılmıĢ,  məiĢətdə  istifadə  edilmiĢdir.  Q3  kvadratı  iri  təsərrüfat  küpü  yanında 
çoxlu saxsı qablar və bir iy tağalağı arxasına bərkidilən yumru gil əĢya tapılmıĢdır 
(gündəlik  №  4,  səh.  78).  Ümumiyyətlə,  bu  cür  əyircək  hissələri  buradan  tez-tez 
tapılır  ki,  bu  da  toxuculuğun  inkiĢafı  ilə  əlaqədardır.  Q4  kvadratında  həmin  iri 
təsərrüfat  küplərinin  qoĢa  olduğu  aydınlaĢdı.  Ġki  yan-yana  dik  basdırılmıĢ  bu 
küplərin üst hissələri qırılıb yanlarına tökülmüĢdü, onların demək olar ki, yarıdan 
aĢağı  hissələri  qalmıĢdır.  Küplər  bir-birinə  söykənmiĢdir.  Küplərin  qalmıĢ 
hissələrinin  hündürlüyü  1-1,4  metrə  çatır.  Cənub  tərəfdəki  küpün  qalmıĢ 
hündürlüyü 1 metrdir. Onun sınmıĢ yerindən diametri 1 metrdir. Bu hesabla küpün 
ümumi  hündürlüyü  təqribən  1,5  metrə  bərabər  olmuĢdur.  Küpün  içərisi 
təmizlənərkən onun ağzının kənarından parçalar tapılmıĢdır. Ağzının qırağı xaricə 
doğru  rəfĢəkilli  artır  və  üstündə  kənardan  baĢlayaraq  içəridə  doğru  bir  nöqtədən 
çıxıb ayrılan üç cızıq çəkilməklə küpün ağzı bəzədilmiĢ və ya iĢarə vurulmuĢdur. 
Bu  xətlərin  üstündən  bir  istiqamətə  olmaqla  kiçik  çəp  cızıqlarla  haĢiyələnərək  bir 
növ  quĢ  ayağı  izinin  Ģəkli  alınmıĢdır.  Bu  küpün  içərisinin  təmizlənməsi  davam 
etdirilərkən  qara  torpaq  və  kömürləĢmiĢ  çürüntüyə  rast  gəlindi.  Diqqətlə 
yoxlandıqda  bunun  taxıl  qalığı  olduğunu  aydınlaĢdırdıq.  Taxıl-buğda  vaxtı  ilə 
yanğından  məhv  olmuĢ,  kömürləĢmiĢ  və  demək  olar  ki,  küpün  yarısına  qədər 
buğda  olduğu  müəyyənləĢmiĢdir.  Taxıl  qalığı  yığılaraq  analiz  üçün  Bakıya 
gətirilmiĢ, laboratiyaya verilmiĢ, hələlik cavab alınmamıĢdır. 
Q6 kvadratında artıq təbii daĢ və ya qaya örtüyünə çatmıĢıq (2, m). Buradan 
bir ədəd nəlbəkivari saxsı qabın ağız və gövdə hissəsindən bir parça tapılmıĢdır. O 
qırmızı  rəngdə  olub,  ağzının  kənarı  içərisindən  bayıra  doğru  yatıq,  xaricdən  isə 
bütöv və ya düz istiqamətdədir. Bu qabın parçasının ağzının kənarından bir qədər 
aĢağı deĢilmiĢdir. Bu görünür, qab sınandan sonra ikinci dəfə istifadə üçün sınığı 
bir-birinə  tikmək  üçün  düzəldilmiĢdir.  Həmin  qab  parçası  tunc  dövrü,  çox  güman 
ki,  ilk  tunc  dövrü  qablarındandır.  Bununla  belə,  Qırlartəpədə  baĢqa  deĢikli 
düzəldilmiĢ  (süzgəcli)  küpələrə  də  təsadüf  edilmiĢdir.  Lakin  bunları  bir-birilə 
qarıĢdırmaq  olmaz.  Birincisi  sonradan  qabı  bərpa  etmək  üçün  olduğu  halda, 
ikincisi  də  əvvəlcədən  süzgəcli  hazırlanmıĢdır.  Q3  kvadratında  taxıl  anbarı 
vəzifəsini  daĢıyan  küplərin  aĢkar  edildiyi  yerdə,  yanğın  və  kömür  qalıqları 
içərisindən  bir  ədəd  dəmir  alət  tapılmıĢdır.  Dəhrəyə  oxĢayan  bu  alətin  tiyəsinin 
qalığı 10 sm, dəstəyinin qalığı 6 sm, eni isə 4 sm-dir. 
Tikinti  kompleksinin  qərb  kənarı  boyu  aĢkar  edilən  divarlar  və  otaqların 
içərisindən  güclü  yanğın  izi  davam  edir.  Cənub-qərb  küncdəki  dördkünc  otağın 
içərisi  dərinləĢdikcə,  daha  doğrusu  küllü  torpaq  çıxarıldıqca  yeni-yeni  maddi-


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə