Fazil Osmanov



Yüklə 376,74 Kb.

səhifə49/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

99 
 
mədəniyyət  qalıqları  habelə  baĢqa  istiqamətli  divar  qalıqları  aĢkar  edilir.  Hələlik 
divarların bir küncü bəllidir, qalan hissələri aĢkarlanmamıĢdır. Onların ucu üstdəki 
enli  divarların  altı  ilə  xaricə  doğru  davam  edir.  BV3  kvadratından,  daha  doğrusu 
əvvəldə qeyd etdiyimiz cənub-qərb küncdəki kvadrat Ģəkilli otağın içərisindən 4 iri 
küp aĢkarlanmıĢdır. Bunlardan ikisi keçən ildən məlum idi. 
Qərb divarı dibindəki küpün Ģimal böyrünə söykənmiĢ daha bir iri təsərrüfat 
küpü,  bunun  yanında  da  divarın  altında  baĢqa  bir  küpün  aĢağı  hissəsi,  onun  da 
içərisində bir təkqulplu, ağzı kip, nisbətən böyük küpə aĢkar edilmiĢdir. Bu küp də 
baĢqa bir saxsı qabın içərisində yerləĢmiĢdir. 
B3  kvadratında  aĢkar  edilmiĢ  dördkünc  otağın  qərb  divarı  altından  yanıq, 
ovuntu  torpaq  təmizlənərkən  divarın  dibindən  bir  ədəd  iri  və  dayaz  saxsı  təknə 
(teĢt)  aĢkar  edilmiĢdir.  Bu  divar  və  dibində  yerləĢən  teĢt  üstdəki  divar  yerləĢən 
təbəqənin  altındadır,  daha  doğrusu  bundan  qabaqkı,  əyri  tikinti  qalığıdır.  Saxsı 
təknə dairəvi formada olub, içəridən-içəriyə diametri 85 sm-dir. Onun dərinliyi 12 
sm,  saxsının  qalınlığı  ağzının  kənarından  2,5  sm-dir.  Onun  rəngi  qırmızımtıl-
çəhrayıya  çalır.  Bu  gil  teĢt  sonrakı  daĢ  tikinti  ilə  əlaqəsi  olmayan  alt  divarın 
dibindədir.  Alt  qatda  aĢkar  edilən  bu  divarlar  güclü  yanğına  məruz  qalmıĢdır. 
DaĢlar  və  üzərinə  çəkilmiĢ  suvaq  yanğından  qızarıb  kərpic  rəngi  almıĢdır.  Qeyd 
edək  ki,  təknə  aĢkar  edilən  tərəf  divarın  içərisidir.  Çünki,  burada  daĢların  üzəri 
saman  qatıĢıqlı  suvaqla  suvanmıĢdır.  Təknə  yerləĢən  sahədən  bir  qədər  aralı 
divarın dibində səhəng tipli iri saxsı qablar da vardır. Lakin bu hissədəki divarlar 
üst divarların altında yerləĢir. Üst divarlar hələlik saxlandığı üçün altdakı divarların 
davamı axıradək izlənə bilməmiĢdir. Alt tikintinin dəqiq dövrünü hələlik söyləmək 
üçün qazıntını geniĢləndirmək, xeyli dəqiqlik yaratmaq lazımdır. Tapılan qablar iri 
küp,  təknə,  səhəng  tipli  qablar  da  bir  o  qədər  aydınlıq  vermir.  Lakin  hər  halda 
onların antik dövrün əvvəlləri və ya daha qədimə aid olması bilinir. Bununla yanaĢı 
buradakı yoxlama qazıntısından ilk tunc və eneolit materiallarına təsadüf etmiĢik. 
A7 kvadratından isə (təpənin Ģimal-qərb yamacından) ilk tunc dövrü saxsı qabları - 
orta  həcmli  küpün  qırıqlarına  (səciyyəvi  qulpu  ilə  birlikdə),  habelə  yenə  də 
ovalvari  qulpa  malik  boĢqab  formalı  qab  qırıqları  tapılmıĢdır.  Qeyd  etməliyik  ki, 
alt  tikinti  təbəqəsinin  (daĢ  divarların)  son  tunc  və  yaxud  ilk  dəmir  dövrünün 
məhsulu olduğunu güman edirik. Bu fikrimizi tam qəti Ģəkildə demək üçün həmin 
təbəqədə ətraflı tədqiqat aparmaq lazımdır. 
 
 
1987-ci il 


100 
 
1987-ci il Ağsu arxeoloji ekspedisiyası
35
 iyulun 1-dən baĢlayaraq sentyabrın 
30-na  kimi  Ağsu  rayonunun  Qırlar  kəndi  yaxınlığında  yaĢayıĢ  yerində  iĢləmiĢdir 
(tablo 68). 
Qazıntı  iĢlərinə  obyektin  müxtəlif  sahələrində  əsasən  Ģərq  yamacda,  qərb 
divarların  içəri  tərəfində,  mərkəzdəki  divarın  dibində,  habelə  mərkəzi  hissəyə 
yaxın  iri  təsərrüfat  küpləri  yerləĢən  nöqtələrdə  baĢladıq.  Qazıntı  sahəsinin  qərb 
kənarı  boyu  uzanan  divar  və  onun  ətəklərində  iĢi  davam  etdirməklə  yenə  də  bəzi 
hallarda  təkrar  materiallara  rast  gəlinmiĢdir.  Divarlar  əsasən  üst  qata  aid 
olduğundan  təbiidir  ki,  onunla  bağlı  tapıntılar  da  məhz  həmin  divarların  dövrünə 
aid olacaqdır (yəni bizim eranın ilk əsrləri). Divarların altına doğru endikcə yanıq 
torpağın  içərisindən  heyvan  sümükləri,  habelə  müxtəlif  keramik  parçalarına 
təsadüf edilirdi. Bunların içərisində tunc dövrü keramika nümunələri (cam formalı 
qabın parçası) də vardır. Bu qab parçası sarımtıl rəngdə olub, üzərində qızılı parıltı 
verən zərrəciklər gözə çarpır. Bundan baĢqa küpə formalı saxsı qab parçası diqqəti 
cəlb  edir.  Bu  qab  parçası  bozumtul  rəngdə,  ağzı  dairəvi  və  nisbətən  gen  gövdəyə 
malik küpənin parçasından ibarətdir. Onun çiynindən aĢağı hissəsi içəridən bayıra 
doğru qabartıları vardır. 
Tikinti  kompleksinin  qərb  divarları  üstündə,  daha  doğrusu  xaricə  tərəf 
hissələrini  aydınlaĢdırmaq  məqsədi  ilə  plana  keçirilmiĢ  divarın  üstünün  nizamsız 
tökülmüĢ  daĢları  götürüldü.  Burada  B4,  B5  kvadratlarından  təqribən  Ģimal-cənub 
istiqaməti  üzrə  8  metr  uzunluğunda  daĢ  divarın  izi  müəyyənləĢdirildi.  Həmin 
divarın  kənar  xəttindən  Ģərqə  A  kvadratına  doğru  2  metr  uzunluğunda 
perpendikulyar  divarların  davamı  aĢkar  edildi.  Həmin  divarların  altında  güclü 
yanğın  olduğunu  göstərən  əlamətlər  -  əhəng  halına  düĢmüĢ  daĢ  qırıqları,  torpaq, 
yanıq  izi  vardır.  Bu  yanmıĢ  torpaq  və  daĢ  içərisində  qalmıĢ  baĢqa  istiqamətli 
divarlar davam edir. Onların isə  kürə  (istehsal  ocağı) tikintisi ilə  əlaqədar olduğu 
aydın  bilinir.  Lakin  buradan  bir  qədər  cənuba  doğru,  kompleks  tikintinin  cənub-
qərb  küncündəki  dördkünc  otağın  altında,  B2  kvadratında  içərisində  iri  və  orta 
həcmli küplər olan mətbəxəoxĢar yer hələ keçən ildən məlum idi. Bura qərbə doğru 
geniĢləndirilərkən  qara  rəngli  saxsı  küplər,  qırmızı  rəngli  saxsı  qab  qırıqları, 
səhəng  tipli  saxsı  qab  və  ağzı  daĢla  örtülmüĢ  iri  təsərrüfat  küpləri  üzə  çıxarıldı. 
Ağzı daĢla örtülmüĢ iri küpün ağzının qırağı kənara doğru düz istiqamətdə çıxıntılı 
olub  üstündə  quĢ  ayağı  Ģəklində  üç  Ģaxəli  batıqlardan  ibarət  bəzəyi  yaxud  iĢarəsi 
vardır. Buradan tava  (teĢt) və  ya  sac tipli  saxsı qablar da  tapıldı.  Həmin qabların 
yanında  gövdəsində  iki  qulpu  olan  orta  həcmli  səhəngi  xatırladan  saxsı  qab  da 
                                                 
35
 Ekspedisiya  bu  tərkibdə  iĢləmiĢdir:  rəis  Fazill  Osmanov  (1.VII-30.IX.87),  baĢ  elmi  iĢçi  Qafar  Cəbiyev 
(25.VII-30.IX.87), baĢ elmi iĢçi Fərhad Ġbrahimov (1 VIII-30.VIII.87), kiçik elmi iĢçi Sevda Hüseynova  (1.VIII-
31.VIII.87),  kiçik  elmi  iĢçi  Həsənağa  Ramazanov  (25.VII-19.IX.87),  Xaləddin  Xəliləv  kiçik  elmi  iĢçi  (1.IX-
30.IX.87),  Cavid  Novruzov  baĢ  laborant  (1.IX-30.IX.87),  rəssam  F.Cavadova  (15.VII1-31.VIII.87).  Memar 
Qalib XoĢginabi(5.VIII-15.VIII.87). 
 




Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə