Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   ...   59

11 
 
yaĢayıĢ  tikililəri  haqqında  ətraflı  danıĢmaq,  onu  hərtərəfli  müəyyənləĢdirmək 
çətindir. 
Əlamətlərinə görə ocaq kimi qeyd etdiyimiz bu yanıq izi olan yerin cənub-
qərb  tərəfində  (1  metr  aralı)  iri  təsərrüfat  küpünün  ağzı  görünmüĢdür.  0,6  metr 
dərinlikdə  aĢkar  edilmiĢ  küp  çox  iri  olub,  çox  hissəsi  xam  torpağın  içərisində 
basdırılmıĢdır.  Onun  ətraflarına  qum  tökülərək  bərkidilmiĢdir.  Təsərrüfat  küpü 
təmizlənərkən  onun  Ģaquli  istiqamətdə  basdırıldığı  aydın  olmuĢdur.  Küp  qırmızı 
rəngdə  olub,  ağzının  qıraqları  nisbətən  enli  düzəldilmiĢ  və  kənara  doğru  əyilmiĢ 
Ģəkildədir. Onun ağzının diametri 0,6 metr, gövdəsinin çevrəsi 3 metr hündürlüyü 
1,5  metr,  dibdən  isə  diametri  75  sm-dir.  Küpün  oturacaq  hissəsi  olmamıĢdır.  Bu 
küp  də  yerin  üstündə  olan  (ağırlıqlar)  təzyiq  nəticəsində  sınmıĢdır.  Odur  ki, 
təmizlənib qurtararkən parçalanıb tökülmüĢdür. Küpün içərisi palıd kömürü, çoxlu 
yanmıĢ suvaq parçaları, qaratikan kolunun yanıqları, qoz qabığı və s. qarıĢığı olan 
çürüntülü  torpaqla  dolmuĢdur.  Buradan  tapılmıĢ  suvaq  parçalarının  bir  qismi 
yanğından  qaralmıĢ  və  qızarmıĢ  vəziyyətdə  bir  qismi  isə  yaĢılımtıl  qalmıĢdır. 
Suvaq parçalarının tərkibində saman vardır. Bundan əlavə xırda heyvan sümükləri, 
xüsusən  buynuz  qırıqları  da  müĢahidə  edilmiĢdir.  Ġri  təsərrüfat  küpünün  qərb 
kənarında  xam  torpağın  içərisinə  doğru  insan  fəaliyyətinin  izini  bildirən  torpaq 
dairə davam etmiĢdir. Bu hissə 1,4 metr davam edərək həmin çalanın içərisində bir 
ədəd qırmızı rəngli Ģar gövdəli, düz oturacağa malik olan gil qab və baĢqa birisinin 
sınıq  hissəsi  tapılmıĢdır.  Dairəvi  ağzı  olan  bu  qabın  çiynində  ilgəkformalı  Ģaquli 
qaldırılmıĢ  qulpu  olmuĢdur.  Onun  ağzı  qapaq  qoyulmaq  üçün  göz  formalı 
düzəldilmiĢdir.  Bu,  qabların  dulus  çarxında  hazırlandığını  göstərir  və  qəbirlərdən 
tapılan  eləcə  də  yaĢayıĢ  yerində  təsadüf  olunan  digər  qab  və  qab  qırıqları  ilə  nə 
hazırlanma  texnikasına,  nə  də  formasına  görə  uyğun  gəlir.  Bunlar  dövrcə  də  bir 
qədər sonralara aiddir (təqribən III-IV əsrlər). 
Qeyd  etmək  lazımdır  ki,  “Nüydü  düzü”  yaĢayıĢ  yeri  üzərində  həddən  çox 
maddi-mədəniyyət qalıqları vardır. Bunların içərisində dən daĢları xüsusi yer tutur. 
Dən daĢları əsas qayıqvari Ģəkildə olub, iki cins daĢdan hazırlanmıĢdır. Bunlardan 
biri ağ məsaməli nisbətən boĢ, digəri isə qara, çopur və bərk daĢdan hazırlanmıĢdır. 
Yerlilərin verdiyi məlumata görə bu cür əmək alətləri həddən artıq əldə edilmiĢ və 
ondan  müasir  evlərin  tikintisində  də  (baĢqa  tapılmıĢ  tikinti  daĢları  ilə  birlikdə) 
istifadə  etmiĢlər.  Lakin  bu  cins  daĢların  yaxın  ərazidə  mədəninin  varlığı  hələlik 
bizə  məlum  deyildir.  QonĢu  Nuran  kəndində  isə  hal-hazırda  yumĢaq  daĢ  mədəni 
var ki, ondan yaxın kəndlərin, o cümlədən Nüydinin də evlərinin tikiliĢində istifadə 
olunur. 
Dən  daĢlarından  əlavə  yumru  sürtgəclər  də  tapılmıĢdır.  Nüydi  kəndi  və 
onun  ətraf  ərazisində  kəĢfiyyat  iĢləri  aparılarkən  “Nüydi  düzü”  yaĢayıĢ  yeri  və 
qəbiristanlığı  ilə  eyni  dövrə  aid  və  sonrakı  dövrləri  xarakterizə  edən  maddi-
mədəniyyət nümunələri əldə edilmiĢdir. Bunların içərisində, xüsusən aĢkar edilmiĢ 
qəbiristanlığın  materialları  ilə  daha  yaxınlıq  təĢkil  edən  “Xanqırılan”  adlı  yaĢayıĢ 


12 
 
yeridir.  Bu  yaĢayıĢ  yeri  “Nüydi  düzü”ndə  1  km  Ģimalda  düzən  bir  sahədə 
yerləĢmiĢdir.  Həmin  sahənin  də  “Nüydi  düzü”  kimi  ətrafları  axırım  olub  Ģərq  və 
Ģimal  kənarlarında  qaynama  bulaqlar  vardır.  Bu  hissələr  eyni  zamanda  qalın 
meĢəliklərdə əhatə olunmuĢdur. 
15  hektardan  artıq  olan  “Xanqırılan”  yerinin  Ģimal  hissəsində  meĢənin 
kənarında yerlilərin dediyi kimi “kərpiclik” vardır. 10x10 metr sahəsini əhatə edən 
yer  yoxlanarkən  onun  kərpic  deyil,  gil  qab  biĢirilməsi  ilə  əlaqədar  olan  kürəxana 
qalığının  izini  bildirən  əlamətlər  müĢahidə  edilmiĢdir.  Burada  islehsal  ocağının 
fəaliyyəti  nəticəsində  biĢmiĢ  kərpicə  oxĢar  qalıqlar  əmələ  gəlmiĢdir.  Lakin 
müddətin  və  vəsaitin  azlığından  burada,  eləcə  də  baĢqa  yer  abidələrdən  qazıntı 
aparmaq imkanımız olmadı. 
“Xanqırılan”  yaĢayıĢ  yerindən  0,3  km.  Ģimalda  “Qozlu  bulaq”  adlı  sahədə 
də  qədim  maddi-mədəniyyət  qalıqlarına,  xüsusən  küp  qəbirləri  mədəniyyətinə  aid 
materiallara təsadüf edilmiĢdir. Bu sahədə 1939-40-cı illərdə yol düzəldilərkən gil 
matra  və  baĢqa  qabların  tapılması  haqqında  Nüydi  kənd  sakini  Surxay  Poladov 
məlumat vermiĢdir. Həmin illərdə burada yol düzəldilərkən tapılmıĢ gil matranı bu 
vaxta qədər mühafizə edib saxlamıĢ və müəllifə təqdim etmiĢdir. 
“Nüydi  düzü”  yaĢayıĢ  yerinin  cənubunda  (təqribən  1  km-ə  yaxın  bir 
məsafədə)  yerləĢən  “Qızıllar”  adlı  sahədə  orta  əsrlərə  aid  Ģirli  gil  qablar,  altına 
möhür basılmıĢ və müxtəlif rəngdə ĢirlənmiĢ gil qab oturacaqları əldə edilmiĢdir. 
Bütün bunlardan sonra Nüydi kəndi ətraflarında qədim zamanlardan (hələlik 
bizə  məlum  olan  abidələrə  görə  e.ə.  III-II  əsrlərdən)  baĢlayaraq  bu  günə  qədər 
yaĢayıĢın  kəsilmədiyini  söyləmək  olar.  Bundan  baĢqa  Nüydi  kəndində  2-3  km 
qərbdən  “ġamdalan”  adlı  yerdə  də  ilk  orta  əsrə  aid  maddi-mədəniyyət  qalıqları 
müĢahidə  olunmuĢdur.  Bu  ərazi  ilə  ġamaxı  arasında  Ağsuçayın  sağ  sahilində 
yüksək  yayla  üzərində  yerləĢmiĢ  Qırlar  kəndinin  Ģimalında  hündür  bir  təpənin 
üzərində və dibində də eranın əvvəllərinə aid yaĢayıĢ izləri qeydə alınmıĢdır. 
Qəbələ-Ġsmayıllı-Nüydi-ġamaxı  istiqamətində 
gedən 
yolun 
üstündə 
yerləĢmiĢ  bu  abidə  Nüydi  kəndindən  15  km  Ģərqdədir.  “Təpədalı”  adlanan  bu 
yaĢayıĢ  yeri  əlveriĢli  coğrafi  mövqeyə  malik  olub,  10-12  hektar  sahəyə  malikdir. 
Onun ətrafları meĢəlik və əkinçilik üçün ən yaxĢı münbit torpaqlara malikdir. Onun 
ətraflarında  qaynama  bulaqlar  çoxdur.  Bunlardan  tapılmıĢ  gil  qab  qırıqları 
Yaloylutəpə  mədəniyyəti  materiallarına  və Nüydi torpaq  qəbirlərindən əldə edilən 
gil  qablarla  tam  uyğunluq  təĢkil  edir.  “Təpədalı”nda  arxeoloji  qazıntı  iĢi  aparılsa 
daha  yeni  məlumat  əldə  ediləcəkdir.  Bununla  belə  “Təpədalı”  yaĢayıĢ  yerində 
həmin  təpənin  üstündə  isə  orta  əsr  qəsrini  xatırladan  abidənin  daĢla  hasarlandığı 
görünür.  Yerlilər  ona  “Xan  qalası”  deyirlər  və  onu  Mustafa  xanın  adı  ilə 
bağlayırlar.  Ola  bilsin  ki,  Mustafa  xanın  vaxtında  da  buradan  istifadə  edilmiĢdir. 
“Təpədalı”  yaĢayıĢ  yerinin  Ģimal  kənarında  “Kəndyeri”  deyilən  böyük  bir  sahə 
vardır ki, bura da orta əsr saxsı məmulatı ilə zəngindir. Onun qərb tərəfindən 1 km 
aralı  təmiz  suyu  olan  bulaq  vardır  ki,  ona  “Xan  bulağı”  deyilir.  “Kəndyeri”nə 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə