Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

101 
 
aĢkar  edilmiĢdir.  Göründüyü  kimi  bu  dördkünc  tikinti  içərisindən  cürbəcür  qab 
tiplərinin  tapılması  onun  mətbəx  və  ya  sənətkarlıqla  bağlı  hər  hansı  bir  istehsal 
ocağı  yaxınlığında  ona  xidmət  göstərən  otaq  olduğu  ehtimal  edilir.  Bu  ocaq 
qarĢısında bir dəmir alət dəstəsi tapıldı. Bu təsərrüfat otağının qərb tərəfdə Ģimal-
cənub  istiqaməti  üzrə  uzunluğu  3  metr  (ortadan  2,9),  Ģimal  tərəfdən  isə  Ģərq-qərb 
üzrə olan divarların uzunluğu 1,7 metrdir. Bu otağın Ģimal divarlarının Ģərq tərəfdə 
qurtaracaq yerindən Ģimala doğru üç arakəsməli istehsal ocağının qarĢısı boyu düz 
xətt  üzrə  diyar,  bəzi  yerlərdə  eyni  istiqamətdə  bünövrə  -  daĢ  düzümü  qalmıĢdır. 
Ümumiyyətlə  kompleks  istehsal  tikintisinin  içəridən-içəriyə  qərb  divarının 
cənubdan  Ģimal  divarının  dibinədək  uzunluğu  14,2  metrdir.  B3-B4-B5 
kvadratlarında,  qərb  divarlarının  içəri  tərəfdən  dibində  qazıntı  iĢləri  zamanı  yenə 
də yanıq izi davam edirdi. Bu kürəxana yeri olduğunu aydın Ģəkildə bildirirdi. B4 
kvadratında divarın içərisinə doğru tağvari girintiyə rast gəlmiĢdir. Həmin tağvari 
girinti  olan  çox  qalın  divarın  Ģimal  tərəfində  kürəxananın  izi  nisbətən  daha  yaxĢı 
qalmıĢdır. 
B6  kvadratında  olan  kürə  yerinin  Ģərq  tərəfdən  içəriyə  doğru  giriĢinin 
baĢlanğıcında  eni  1,78  metr,  içəriyə  doğru  qurtaracağında  isə  1,67  metrdir.  GiriĢ 
yerinin birinci istilik yayan yuvacığınadək məsafəsi 1,75 ikinci yuvacığadək birinci 
ilə birlikdə 3,24 metrdir. Kürənin girəcəyindən içəriyə Ģimal istiqaməti üzrə ölçüsü 
3,54 metrdir. Ġstilik paylayan tağçalarının eni 40, uzunluğu 43, hündürlüyü 50 sm-
dir. Bu kürəxananın Ģərq-qərb istiqaməti üzrə divarların bayırdan bayıra ölçüsü 7,2 
metrdir. ġimal divarının dibindən cənuba doğru (buraya giriĢ və iki kürə arasındakı 
divarın  kəlləsi  eni  də  daxildir)  ölçüsü  4,57  metrdir.  Kürəxananın  içərisində 
yanlarda istilik çuxurları (bunlar üzbəüz döĢəməyə yaxın yerdədir) və qərb tərəfdə 
çınqıl qatıĢıqlı bir  növ  əhəng kirəc  halına  düĢmüĢ bərk qalıqlar vardır. Onu  hətta 
linglə  də  qoparmaq  çətindir.  Həmin  qarıĢıqdan  bərkimiĢ  əhəng  kirənin  istehsal 
tullantısı,  saxsı  qab  və  hissələri,  dəmir  alət,  dəmir  ovuntusu  (dəmir  tozu)  və  s. 
vardır.  Buranın  dəmirçiliklə  əlaqədar  istehsal  ocağının  olmasını  söyləmək  üçün 
əlimizdə xeyli dəlillər vardır. Bunlardan dəmir tozu qarıĢığı bərkiyib kərpicləĢmiĢ 
tullantı qalaqları içərisində bütöv dəmir əmək alətləri də qalmıĢdır. Bu dəmir əmək 
aləti  yaylı  iri  qayçı  hissəsindən  ibarətdir.  Onun  digər  hissəsi  həmin  buradan 
töküntülər  içərisindən  tapılmıĢdır.  Onlar  tutuĢdurularkən  eyni  alətin  hissələri 
olduğu  aydınlaĢdı  (tablo  70-1,  2). Bu  cür  yaylı  dəmir  qırxlıq  yaxınlıqda  yerləĢən 
Uzunboylar  yaĢayıĢ  yerinin  qəbiristanlığından  da  tapılmıĢdır.  Buradan  tapılan 
qırxlıq (qayçı) böyüklüyünə görə fərqlənir. 
Burada  istehsal  ocağının  varlığı  Ģübhəsizdir.  Həm  də  burada  müxtəlif 
sənətkarlıq  sahələri  olmuĢdur  və  onlar  bir-biri  ilə  müəyyən  əlaqələrə  də  malik 
olmuĢdur.  Burada  istehsal  ocaqlarının  iĢləməsi  üçün  mühüm  təbii  zəminlər  də 
mövcud olmuĢdur. Belə ki, ətraf ərazi həm də sıx meĢələrlə əhatələnmiĢdir. Bu da 
öz  növbəsində  tikinti  və  yanacaq  ehtiyatı  yaratmıĢdır.  Bunu  sübut  edən  külli 
miqdarda  dəlillərimiz  vardır.  Qazıntı  zamanı  müxtəlif  ağacların  kömürləĢmiĢ 


102 
 
qalıqları  (palıd,  göyrüĢ,  dəndə)  habelə  palıd  qozasının  kömürü,  qoz,  cır  armud, 
zoğal,  alça  tumları  və  s.  tapılmıĢdır.  Bütün  bunlar  isə  antik  dövrdə  bu  ərazinin 
ekoloji  xüsusiyyətləri  haqqında  da  təsəvvürlərimizi  əyani  Ģəkildə  geniĢləndirir. 
Bundan  əlavə  keçən  illərdə  qeyd  etdiyimiz  kimi  Ağsuçay  dərəsindən  hava 
cərəyanının pəncərələrindən biri Uzunboylar, digəri isə məhz Qırlartəpə abidəsinə 
açılır. Buna görə də burada həmiĢə külək əsir və yəqin ki, təbiətin bu qüvvəsindən 
də  qədim  sakinlər  müxtəlif  məqsədlər  üçün  istifadə  etmiĢlər.  Maraqlıdır  ki, 
ġirvanın  dağətəyi  abidələrinin  coğrafi  yerləĢməsindən  yuxarıda  qeyd  etdiyimiz 
xüsusiyyətləri səciyyəvidir. 
Böyük  kompleks tikintini tam aydınlaĢdırmaq,  divarların  əlaqəsini otaq və 
istehsal ocaqlarını öyrənmək üçün bütün divarlar boyu, habelə ətraflarında qazıntı 
və  təmizləmə  iĢləri  aparılmıĢdır.  Buna  görə  də  onun  müxtəlif  yerlərində 
iĢlənmiĢdir.  Cənub  tərəfdən  keçən  əsas  divardakı  qapı  yerinin  içəri  tərəfindən 
qazıntı iĢləri aparılarkən bəzi  cəhətlər aydınlaĢdırıldı.  Belə  ki,  qapıdan alta  doğru 
divarın  davam  etdiyi  üzə  çıxarıldı.  Divarın  dibində  bir  iri  təsərrüfat  küpünün 
təzyiqdən  parçalanmıĢ  hissələri  aĢkar  edildi.  Bir  qədər  dərinə  düĢdükdən  sonra 
məlum  oldu  ki,  burada  iki  küp  yan-yana  qoyulmuĢdur.  Onlardan  biri  daha  çox 
ovxalanmıĢdır.  Bu  küplərin  ağzı  bünövrə  daĢları  düzülən  yerədək  0,4-0,5  metr 
altda  dururdu.  Bunlar  kompleks  tikintinin  mərkəzində  açılmıĢ  divarla  cənub 
tərəfdəki əsas divar arasında yerləĢmiĢ tikintinin içərisindədir. 
Divarın altında 1 metrdən artıq qalınlıqda xırda qəlpə daĢlardan qat davam 
edir. Bu hal da ən çox cənub qapısı altında (bir qədər də qərbdən) baĢlayaraq Ģərq 
divarı  altına,  oradan  da  dönərək  Ģimal  divarı  altı  ilə  qərb  istiqaməti  üzrə  davam 
edir. ġərq tərəfdə Ģimal-cənub istiqaməti üzrə olan daĢ divarın dibindən saxsı cam 
qırıqları  və  bir  dəmir  mıxa  bənzər  əĢya  tapıldı.  Saxsı  cam  qırıqları  daha  qədim 
dövrə  aid  olduğu  onların  forması,  tərkibi  hazırlanması  habelə  təbəqələrdən  də 
aydın bilinir. 
Quyu.  V3  kvadratında  açılmıĢ  otağın  içərisi  təmizlənərkən  onun  Ģərqə 
doğru açılan qapı yerinə  yaxın quyuya oxĢar çuxur aĢkar edildi. Bu çuxurun ağzı 
gen,  alta  getdikdə  daralan  formadadır.  Onun  kənarları  xırda  daĢ  və  sarımtıl-yaĢıl 
torpaqla  əhatələnmiĢdir.  Bu  dolmuĢ  quyunun  ağız  hissəsi  Q4  kvadratında  hələ 
keçən  illərdən  açılmıĢ  iki  yan-yana  qoyulmuĢ  təsərrüfat  küpləri  yerləĢmiĢdir.  Bu 
küplərin  içərisindən  xeyli  yanmıĢ  taxıl  qalıqları  tapılmıĢdır.  Lakin  bu  küplərin 
yarıdan aĢağı hissəsi öz yerindəcə saxlanmıĢdır. Küplərin ətrafı iĢlənərkən yenə də 
kömürlənmiĢ  buğda,  bir  qara  rəngdə,  üzəri  naxıĢlı  gil  muncuq,  iri  heyvan 
sümükləri, saxsı qab qırıqları və s. qalıqlar aĢkara çıxarılmıĢdır. 
BoĢluq çala qazıldıqca iki yanaĢı qoyulmuĢ küplərin altı görünməyə baĢladı. 
Aydın  oldu  ki,  bu  küplər  həmin  iri  quyunun  üstündə,  daha  doğrusu  onun  qərb 
yarısında yerləĢdirilmiĢdir. ġərq tərəfdə isə quyunun üstünü Ģimal-cənub istiqaməti 
üzrə kəsib keçən daĢ divar olmuĢdur. Küplərin ağzı yəqin ki, həmin divarın dibinə 
yaxın olmuĢdur. Bu quyunun içərisi dolmuĢ, lakin bərkiməmiĢ, yaxıd boĢluq hələ 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə