Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

103 
 
tam yatmamıĢ daĢ divar hörülmüĢdür. Ġllər, əsrlər keçdikcə divarın quyu üstündən 
keçən  hissəsi  boĢluq  alta  doğru  basılmıĢ  və  həmin  hissədən  divar  0,5  metr  aĢağı 
çökmüĢdür.  Quyunun  içərisinə  0,5  metr  dərinliyə  çökmüĢ  divar  hissəsinin 
uzunluğu  2,3  m,  eni  isə  1,3  m-dir.  Divarın  ölçüsü,  yəni  eni  və  material  üstdə, 
quyudan  kənarda  qalmıĢ  hissənin  eynidir.  Bu  quyunun  ağzının  kənarları  və 
sonradan görəcəyik ki, divarların çox yeri iri təbii sal daĢlardan ibarətdir. Odur ki, 
quyu qazılarkən bəzi yerlərdə daĢlar çapılıbdır. Onun qazılması zamanı çətinliklər 
qarĢıya çıxmıĢ və əsasən dairəvi formada qazılan quyunun bəzən dördkünc olduğu 
da  təsəvvür  edilirdi.  Lakin  sonradan  dairəvi  olduğu  müəyyənləĢdi.  Bu  quyunun 
ağzının diametri 2,5 m-dir. 
Təqribən  0,5-0,7  metr  dərinliyə  doğru  olan  yerlərdə  quyu  materialı  həmin 
qeyd  etdiyimiz  iri  təsərrüfat  küpləri  antik  dövrə  aid  saxsı  qablar,  içərisi  çəhrayi, 
üzəri  qara  rəngli  küpə  qırıqları,  taxıl  qalığı  heyvan  və  quĢ  sümükləri  tapılır.  Ġri, 
yanaĢı basdırılmıĢ küplərdən birinin (içərisindən buğda tapılan) hündürlüyü 1,5 m, 
gen gövdəli olub saxsının qalıqlığı 4 sm, yastı oturacağının diametri isə 24 sm-dir. 
Onun  ağzının  kənarı  rəfli  olub  üzəri  quĢ  ayağı  izini  xatırladan  batıqlarla 
naxıĢlanmıĢdır.  Ümumiyyətlə  ağzının  kənarı  bu  cür  iĢarələrlə  naxıĢlanmıĢ  küplər 
buradan  çox  tapılır.  O  biri  küpün  də  ölçüləri  təqribən  belədir.  Lakin  onun  yastı 
oturacağının  diametri  20  sm-dir.  Bu  küp  bir  qədər  kiçik  həcmlidir.  Buradakı 
tapıntılar  içərisində  boz  rəngli  vazanın  cam  hissəsindən  bir  parçası,  kiçik  dolu 
formalı sarımtıl saxsı qab, qara qab qırıqları və qulp hissələri maraqlıdır. Onların 
içərisində  Yaloylutəpə  qab  tipləri  nümunələri  də  diqqətəlayiqdir.  Buradan  tapılan 
taxıl  qalıqları  Azərbaycan  SSR  EA  Genetika  və  selleksiya  institutunda  təyin 
edilmək  üçün  verilmiĢdir.  Azərbaycan  SSR  EA  akademiki  Ġmam  Mustafayev 
həmin materialları ilkin olaraq təyin etmiĢ, bərk və yumĢaq buğdaların qarıĢığından 
ibarət  olduğunu,  yəni  həm  yumĢaq,  həm  də  bərk  buğda  növlərinin  varlığını 
müəyyən  etmiĢdir.  Bu  taxıl  qalıqları  içərisində  əksər  dənlər  iridir.  Lakin  bu 
tapıntılar  əsaslı  sürətdə  təyinat  üçün  laboratoriyada  saxlanmıĢdır.  Ġlkin  təyinat 
zamanı xüsusi növ buğda toxumunun varlığı da müəyyən edilmiĢdir ki, bu da bərk 
və yumĢaq buğdadan seçilir. ġübhəsiz Qırlar kəndi ətrafının dəmyə əkinçilik üçün 
ta  qədimdən  yararlı  torpaq  iqliminə  malik  olması  və  burada  çox  növlü  müxtəlif 
buğda,  arpa,  ümumiyyətlə  taxıl  yetiĢdirilməsi  üçün  geniĢ  imkanlar  yaratmıĢdır. 
ġirvanın dağətəyi hissəsində yerləĢən Qırlar və eləcə də Sanqalan yaylası ən qədim 
zamanlardan  əkinçilik  və  taxılçılıq  məskənlərindən  biri  olmuĢdur.  Qırlartəpə 
kompleks tikintisinin mərkəzə yaxın yerində aĢkar edilmiĢ bu quyu hələlik yeganə 
hal  olduğu  üçün  onu  nömrəsiz  təsvir  edirik.  ġübhəsiz  yenisi  aĢkar  edilərsə,  bu  1 
sayı ilə qeyd ediləcəkdir. 
Bu  quyunun  üstündən  keçmiĢ  daĢ  divarın  sonradan  çökmüĢ  hissəsinin 
fotosu və ölçüləri götürüldükdən sonra onu söküb götürdük və alta doğru qazıntını 
davam  etdirdik.  ÇökmüĢ  divar  hissəsi  və  küplərin  alt  səviyyəsindən  baĢlayaraq 
həddən artıq saxsı qab qırıqları, qulpu ağzı ilə gövdəsinə dik yapıĢdırılmıĢ küpə və 


104 
 
cam formalı qabların qırıqları tapılmıĢdır. Saxsı çölmək və qulplarının üstü kəsmə 
naxıĢ,  basma  deĢiklərlə  bəzədilmiĢdir.  Bu  qablar  içərisində  üzəri  ağ-göyümsov 
anqoblu  qab  qırıqları,  habelə  Yaloylutəpə  qab  tipinə  məxsus  olan  qulp,  ağzı 
üçləçək  formalı  qab  ağzının  qırığı,  bozumtul  vaza  hissəsi  və  üçayaq  vazanın  ucu 
ĢiĢ qıçı və s. tapılmıĢdır. Bütün bunlar quyu ağzından 03,7 metr dərinə doğru olan 
səviyyədən əldə edilmiĢdir. Bundan baĢqa buradan ilk dəmir dövrü qab tiplərinə də 
təsadüf  edilmiĢdir.  Buradan  ən  maraqlı  yenə  də  yanıq  torpaq  və  baĢqa  materialın 
külü-kömürü arasından yanıb gömürləĢmiĢ buğda layı tapıldı (bir küncdə). Deməli 
burada  təkcə  küplərdə  deyil,  elə  quyunun  bu  üst  səviyyəsindən  yerdə  taxıl  anbarı 
olduğuna  da  iĢarə  verir.  Lakin  bu  məhz  hələ  ağız  hissəsi  aĢkarlanan  quyunun 
özünün  bilavasitə  taxıl  quyusu  olduğu  demək  deyildir.  O  böyükdür  və  sonradan 
görəcəyik ki, daha dərinə gedir və içərisindən cürbəcür qalıqlar tapılır. 
Quyunun  cənub  küncündə  ocaq  və  ya  qalın  tavayaoxĢar  dayaz  qab  və  ya 
suvaq  hissələri  də  tapılmıĢdır.  Buradan  iri  buynuzlu  heyvan  sümükləri  -  kürək, 
buynuz, aĢıq, dırnaq, lülə və s. hissələr çoxlu miqdarda tapılmıĢdır. Buynuzlardan 
keçi, cöngə, cüyür, marala aid olan tapıntılar da vardır. 
Quyunun  1,8-2  m-ə  yaxın  dərinliyə  doğru  səviyyəsində  qara  çürüntülü 
torpaq,  daĢ  və  maddi-mədəniyyət  qalıqları  ilə  doludur.  Belə  ki,  yenə  də  çoxlu  iri 
buynuz, davar, quĢ sümükləri, saxsı qab qırıqları, daĢ qab və alətlər tapılır. Bundan 
baĢqa bir ədəd saxsı qab qapağı tapıntısının üstü cam içərisi formada olub, oradan 
da  ilgək  formalı  qulpu  vardır.  Bu  cür  qapaqlar  bu  yaĢayıĢ  yerinin  yaxınlığındakı 
qəbir  abidələrindən,  ətraf  ərazisindəki  Uzunboylar  və  ġamaxı  ərazisindəki  son 
antik dövr abidələrindən çoxlu miqdarda əldə edilmiĢdir (b.e. I-III əsrləri). Bundan 
baĢqa  burada  daĢ  qab  lüləyi,  daĢ  alət,  iri  qulplu,  süzgəcli  qabın  gövdə  və  qulp 
hissələri də tapılmıĢdır. Sonuncu tapıntı diqqəti daha çox cəlb edir. Belə ki, bu qab 
iri küpə formalı olub çiynində nehrə qulpuna oxĢar dəstəsi vardır. Onun demək olar 
ki, gövdəsinin bütün hissəsini əhatə edən qırıqları əldə edilmiĢdir. Deməli bu qabın 
bütün  gövdəsi  və  oturacağı  deĢikli  hazırlanmıĢdır.  Hətta  qulpunun  da  qabın 
gövdəsinə yapıĢan yerləri süzgəcli hazırlanmıĢdır. 
Bu  cür  süzgəcli  qab  nümunələri  Mingəçevirdən,  Qəbələ  ərazisindən, 
Ġsmayıllı  rayonu  ġıxdərə  kəlləsi  antik  dövr  abidəsindən  də  tapılmıĢdır.  Lakin 
yuxarıda  qeyd  etdiyimiz  və  hələ  adını  çəkmədiyimiz  daha  qədim  dövrlərə  aid  bu 
cür  süzgəcli  qab  tiplərinin  süzgəci  ancaq  oturacağındadır  (əlbəttə  buraya  ağzı 
novçalı  və  süzgəcli  qablar  daxil  deyildir).  Çünki  onların  süzgəci  ağzındadır  və 
onların vəzifəsi tez anlanmıĢdır. Qırlartəpədən tapılan bu qabın boğazına qədər hər 
tərəfi deĢiklidir və onun hansı vəzifəyə xidmət etdiyi bizə tam aydın deyildir. 
Qazıntı  müddətinin  sona  çatması  və  havaların  soyuması,  yağıĢların 
baĢlaması  qazıntını  davam  etdirmək  iĢini  çətinləĢdirirdi.  Lakin  yuxarıda  təsvir 
etdiyimiz quyunun dibi görünmür, davam edirdi. Həm də onun qazılması, xüsusən 
torpağının çıxarılması xeyli çətinləĢmiĢdir, torpağı  yalnız  kəndir bağlanmıĢ vedrə 
vasitəsilə çıxarıb xərəyə töküb və oradan da kənara daĢınırdı. Odur ki, iĢ ləng gedir 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə