Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

105 
 
və  uzun  çəkir  (Quyunun  divarlarında  iri  sal  daĢlar  (bəzi  yerlərində)  təbii  olaraq 
qalmıĢdır ki, onların da çox hallarda vaxtı ilə çapıb düzəltmiĢdilər. 
Quyunun  2-2,5  metr  dərinliyində  yenə  də  çürüntülü  torpaq,  torpağın 
içərisinə iri tikinti daĢları da düĢmüĢdür. Buradan yenə də heyvan, quĢ sümükləri, 
çoxlu güp və xırda saxsı qab qırıqları, yanıq izi və s. aĢkar edilirdi. Quyunun 2,3 
metr dərinliyindən (əlbəttə bu dərinlik xam torpaq səviyyəsindən götürülmür) qalın 
yanıq  izi  aĢkar  edilmiĢdir.  Quyunun  Ģimal  divarı  dibindən  qara  yanıq  torpaq  qatı 
içərisindən bir neçə qoz və zoğal, yanıb kömür halını almıĢ cır armud (qərbi), bir 
neçə zoğal və alça tumları, palıd və dəndə (görüĢ) ağaclarının kömürü tapılmıĢdır. 
Bütün  bunlar  bizim  eranın  ərəfəsi  və  əvvəllərində  yaĢayıĢ  yerinin  təbiəti,  iqlimi, 
təsərrüfatı  və  s.  xüsusiyyətləri  haqqında  əyni  və  tutarlı  dəlillərlə  məlumat  verir. 
Qeyd etdiyimiz tapıntılarla yanaĢı ağ balıq (asetrin), keçi, qaramal, donuz və baĢqa 
heyvan  sümükləri  də  əldə  edilmiĢdir.  Saxsı  qablar  içərisində  qulplu  qara  rəngli 
qalqalar, çıraq qırmızı rəngdə boyanmıĢ qab, qulplu, lüləkli qab qırıqları, süzgəcli 
qabın hissələri və s. tapılmıĢdır. 
Maraqlı,  həm  də  nadir  tapıntılardan  biri  də  üzəri  qırmızıya  çalan  və  ya 
günəĢ Ģüası altında, iĢıqda bənövĢəyi bərq vuran qabdır (balzamari).   
Onun  gili  ağ-sarımtıl  rəngə  çalır,  üzəri  ĢirlənmiĢdir.  Qədim  Ģirli  qablara 
məxsus olan bu qabın üzərinə Ģir (rəng) anqob çəkilmədən vurulmuĢ və nazik qat 
əmələ  gətirmiĢdir.  Üzəri  parıldayan  bu  Ģirli  qabın  uzunsov  gövdəsi  olmuĢdur. 
Lakin onun oturacağına doğru olan nisbətən geniĢ hissəsi qırılıb itmiĢdir. Odur ki, 
onun oturacağının necə olması aydın deyildir. Lakin boğazı slindrik ağzının kənarı 
bir  növ  baftalı  Ģəkildə  dəyirmiləĢir,  ağzının  kənarı  ilə  boğazının  dik  yapıĢmıĢ 
yastılama  qulpu  vardır.  Eramızın  əvvəllərinə  aid  olan  bu  qabın  oxĢar  nümunələri 
Mingəçevir,  ġamaxı,  Torpaqqala,  Gürcüstandan  cəmi  bir  neçə  nümunələri 
məlumdur.  Təqribən  II-III  əsrlərə  aid  olan  bu  qab  nümunəsi  Qafqazda  nadir 
tapıntılardan hesab olunur. Onun xüsusilə xaricdən gətirilmə olduğu güman edilir. 
Həmin  balzamari  (?)  qabın  gövdə  hissəsindən  bir  parçası  2,8-2,9  metr  dərinlikdə 
tapılmıĢdır.  Saxsı  qablar  içərisindən  nazik  divarlı  cam,  çölmək  və  s.  qırıqları 
tapılır. Buradan yenə də gen boğaz, ağzının kənarından bir qədər aĢağı dik fəzaya 
doğru  tuĢlanmıĢ  lüləyi  olan  aftafavari  qabın  boğazı,  onun  ağzı  üçün  düzəldilmiĢ 
kənarları  üstə  doğru  çevrilmiĢ  və  üstündə  ilgəkformalı  qulpu  olan  qapaq 
tapılmıĢdır. Qapağın alt hissəsi qırılmıĢdır. Quyunun 3,8-4 metr dərinliyinə qədər 
qazılıb  çatmıĢdır.  Çox  yumĢaq  tökmə  torpağın  içərisində  yenə  də  çoxlu  sümük, 
kömür,  çürüntü,  saxsı  qab  qırıqları  vardır.  Qab  qırıqları  içərisində  üzəri 
ĢüyrələnmiĢ,  üstündə  düyməsi  olan,  qırmızı  boyanmıĢ  qab  qırıqları  və  qulpları 
nəzərə çarpır. Bundan baĢqa daĢ alətlər, heyvan sümükləri yenə də tapıldı. Buradan 
tapılan  iri  küp  ağzının  qırağı  üstündə  vergül  və  ya  “9”a  oxĢar  naxıĢlardan  ibarət 
bəzək cızılmıĢdır. 
Quyunun dərinliyinə doğru endikcə tapılan materiallarda hələlik bir o qədər 
böyük fərqlər gözə dəymir. Çünki qeyd edilən dərinlik az bir müddət içərisində də 


106 
 
(quyu  sıradan  çıxıb  istifadəsiz  hala  düĢdükdən  sonra)  dola  bilər.  Bu  quyunun 
dibində çürüntülü və maddi-mədəniyyət qarıĢıqlı torpaq hələ davam edir və boĢluq 
üstdən  hiss  olunur.  YağıĢ  yağan  zaman  və  buraya  çoxlu  su  axdıqda  tezliklə  yox 
olur: demək olar ki, heç dayanmayır. Bu gen diametrli quyunun iĢlənməsi növbəti 
qazıntı mövsümünə qalmıĢdır. O hələlik qazılıb qurtarmadığı üçün nə məqsəd üçün 
olduğunu  demək  çətindir.  Onun  su  üçün  olması  ağlabatan  deyildir.  Çünki  ətraf 
sıldırım  yamacdır,  susaxlama  Ģəraitindən  uzaqdır  (bəlkə  də  daha  dərinlikdə  ola 
bilər). Yeraltı yol məqsədi güdməsi fikrini də gələcək qazıntı isbat edə bilər. Əgər 
çox  davam  etməsə  bəlkə  anbar  vəzifəsi  daĢıya  bilər.  Müəyyən  Ģeyləri  qorumaq 
üçün gizlin  yerdə  ola  bilər və  s. Lakin bu  fərziyələrin qabaqcadan söylənməsinin 
Ģübhəsiz  lüzumu  yox  idi.  Oxucu  bizi  məzəmmət  etməsin  deyə,  belə  təvazödən 
xaric  səbirsizliyə  yol  verdik  və  fikrimizdən  keçənləri  bildirdik.  Əlbəttə  bu  sirli 
quyu  axıradək  qazılıb  qurtarmadıqdan  onun  haqqında  fikir  söyləmək  düzgün 
deyildir. Çünki onu axıradək diqqətlə iĢləyib öyrəndikdən sonra ola bilsin ki, heç 
bizim gözləmədiyimiz tam baĢqa nəticəyə gəlmək üçün dəlillər meydana çıxsın və 
onun vəzifəsini aydınlaĢdırmağa ehtiyac da qalmasın. 
 
1988-ci il 
Ekspedisiya  1988-ci  il  avqust  ayının  10-dan  oktyabrın  25-nə  kimi  Ağsu 
rayonu  ərazisində  arxeoloji  qazıntı  və  kəĢfiyyat  iĢləri  aparmıĢdır.  Bu  mövsümdə 
yenə  də  baĢlıca  olaraq  Qırlartəpə  və  Xirəki  qala  divarlarında  tədqiqat  iĢləri 
görülmüĢdür. 
Qırlartəpədə keçən illərdən qazılmıĢ və yarımçıq qalmıĢ sahələrdə iĢ davam 
etdirilmiĢ,  baĢlıca  olaraq  iri  quyu  təmizlənib  xam  torpağa  qədər  endirilmiĢdir. 
Quyunun dərinliyi 4-5 metrə qədərdir (üstdən quyunun ağzı səviyyəsi dəqiq deyil). 
Onun içərisi əsasən antik dövr materialını əks etdirən maddi-mədəniyyət qalığı və 
torpaq qatı ilə örtülmüĢdür. Quyunun dibində isə tunc dövrünün materiallarına da 
təsadüf  edilmiĢdir.  Quyunun  divarında  iri  sal  qaya  daĢları  vardır.  Dibində  isə  bir 
tərəfdə  iri  daĢlar  elə  bil  əl  ilə  düzülmüĢdür.  Lakin  daĢların  ətrafı  təmizlənəndən 
sonra  onların  gətirilib düzülmə  deyil,  yerindəcə  təbii daĢların çapılıb düzəldildiyi 
aydınlaĢdırıldı.  Quyunun  dibindən  eni  1,8  metrdir,  ağzının  diametri  2,5  metrdir. 
Quyunun  ancaq  dibinə  az  qalmıĢ  hissəsi  qazılmıĢdır.  Quyu  haqqında  keçən  ilki 
hesabatda  ətraflı  bəhs  olunmuĢdur.  Lakin  bu  quyunun  daĢıdığı  vəzifəyə  gəlincə 
qeyd etməliyik ki, ondan baĢlıca olaraq təsərrüfat məqsədilə istifadə edilmiĢdir. 
Quyunun  demək  olar  ki,  keçən  ildən  bəri  uçub  tökülmüĢ  və  baĢqa 
təsirlərdən  dolmuĢ  daĢ-torpağı  çıxarılmıĢ  və  dibi  yoxlanmıĢdır.  Bundan  əlavə  bir 
neçə ildən bəri açılmıĢ qazıntı sahəsi, habelə divar qalıqları yenə də bir il ərzində 
yöndəmsiz  hala  düĢmüĢ,  uçmuĢ, ot-alaq basmıĢdır. Həmin  vəziyyətlə  əlaqədar və 
qazıntının görkəmini bərpa etmək üçün xeyli təmizləmə, divarları bərkitmə  və bu 
kimi  iĢlər  görülmüĢdür.  Antik  dövrün  belə  bir  nadir  abidəsi  əsasən  Ġnstitut 
rəhbərliyini, eləcə də bərpa-mühafizə idarələrini bir o qədər də narahat etmir, onun 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə