Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

107 
 
saxlanması  və  bir  unikal  nümunə  kimi  nümayiĢ  etdirmək  və  istifadəsi  diqqət 
mərkəzindən kənardadır. Bizim isə yalnız sadə Ģəkildə, yəni divarların dibinə bəzi 
dayaqlar  verib  müvəqqəti  mühafizə  etmək  imkanımız  vardır.  Hətta  onun  plan-
quruluĢunu  çıxarmaq  üçün  də  lazımi  mütəxəssislərlə  təmin  edilmir  (memar, 
fotoqraf və s). Az-çox bu iĢləri özümüz görürük. 
Xeyli  təmizləmədən  sonra  qazıntı  sahəsinin  əvvəlki  görkəmi  alınmıĢ, 
müəyyən hissələrdə əsasən qərb-Ģərq və Ģərq uclarda qazıntı iĢləri aparılmıĢ, slayd 
və fotolar çəkilmiĢdir. Həqiqətən də açılmıĢ  yaĢayıĢ  məntəqəsinin izdihamlı insan 
məskəni  olduğu  indi  daha  aydın  nəzərə  çarpır.  Qazıntı  yerində  o  qədər  müxtəlif 
çeĢidli  saxsı  qab  qırıqları,  daĢ  alət  qalıqları,  əti  yeyilmiĢ  mal-qara  sümükləri, 
binalar  vardır  ki,  onlar  antik  dövr  insan  cəmiyyətinin  gərgin  və  coĢqun  əmək 
fəaliyyətini  göz  qabağında  canlandırır.  Qırlartəpə  ilə  Kəndyeri  arasından  keçən 
Ģosse yolunun təpə tərəfə olan kəsiyində antik dövrə aid torpaq qəbrinin dağılmıĢ 
hissəsi  görünürdü.  Daha  doğrusu  bu  abidə  yol  çəkilən  zaman  açılmıĢ  çoxlu 
qəbirlərdən  biridir.  Bunun  yalnız  qarĢı  tərəfi  uçmuĢdur  və  az  hissəsi  görünürdü. 
MeĢənin kənarında habelə yaĢayıĢ yerinin lap yaxınlığında olduğundan həm də çox 
hissəsinin meĢə və torpaq altda qaldığından onu tərpətmək fikrində deyildik. Lakin 
bu il qazıntıya  gedəndə  onun qazıldığını və  dağıdıldığını gördük. Odur ki,  həmin 
abidəni  daha  saxlamaq  olmazdı.  Abidənin  tədqiqilə  məĢğul  olarkən  gördük  ki, 
onun  çox  hissəsi  qazılmıĢ,  saxsı  və  baĢqa  qabları  sındırılmıĢ,  çürümüĢ  bəzək 
Ģeyləri  və  at  əsləhəsi  yaxınlığa  tullanmıĢdır.  Əvvəlcə  həmin  materialı  ətrafdan 
toplamağa  baĢladıq.  XoĢbəxtlikdən  sındırılmıĢ  və  atılmıĢ  materiallar  meĢənin 
içərisində qalmıĢdır. Onlar əsasən dəmir gəm, at  yüyəninin tunc bəzəkləri, əsa və 
ya silah (qılınc və ya xəncər) dəstəsinə keçirilmiĢ tunc baĢlıqdan, saxsı qablardan 
və ağ daĢdan zərif yonulub düzəldilmiĢ bəzəkli qabdan ibarətdir (tablo 71). Bu daĢ 
qab ağır və bütöv olmuĢ onu “qarətçilər” yerə çırpıb üç yerə parçalamıĢlar. Onlar 
hamısı  toplanmıĢdır.  Bu  daĢ  qabın  ağzının  kənarına  yaxın  hissəsindən  iri  batıq 
cızıqla  çevrələnir.  Cızıqların  arasında  maral,  Ģir  və  zebu-öküz  rəsmləri  və  habelə 
onların  arasında  cızılmıĢ  naxıĢlar  aydın  bilinir.  DaĢın  bəzi  yerləri  torpaqda 
aĢındığından  hansı  rəsm  olduğu  görünmür.  Həm  tərkibinə  həm  də  forma  və 
rəsmlərinə görə bu cür oxĢar daĢ qablar Uzunboylar, Buynuz ərazisindən də tapılıb. 
Bu  abidələr  bir-birindən  çox  da  uzaq  deyildir.  Qeyd  edilən  qəbir  abidəsini 
aĢkarlamaq və öyrənmək məqsədilə meĢə basmıĢ sahənin məlum istiqamətlə qırıb 
açdıq  və  bir  qədər  gendən  qazmağa  baĢladıq  (5x3  metr  ölçüsündə).  Torpaq  yola 
tökülməsin  deyə  xərəklə  meĢənin  içərisinə  daĢıdıq.  0,7  metr  dərinlikdə  qalmıĢ 
qabların  üstü  göründü.  Onların  çoxu  parçalanmıĢ  vəziyyətdə  idi.  Həddən  artıq 
parçalanmıĢ saxsı qab qırıqlarını qeyd edib kənara yığdıq. Bütöv və təkrarsız sınıq 
qabları toplayıb götürdük. Qeyd etmək lazımdır ki, bu qəbir abidəsində çox zəngin 
material olmuĢdur. Təəssüf ki, əksər materialı sökülüb aparılmıĢdır. Skeletin yalnız 
qıç  sümüklərindən  müəyyən  hissələr  qalmıĢdır,  kəllə  sümüyü  töküntüsünə  görə 
onun baĢının Ģimal-qərbə doğru qoyulduğu görünür. Qəbrə qoyulmuĢ silah, əmək 


108 
 
alətləri  və  bəzək  Ģeylərinə  təsadüf  etmədik.  Çünki  belə  materiallar  adətən  baĢ,  üz 
tərəfdə qoyulur. Görünür qəbir dağıdılanda həmin materiallar ya götürülmüĢ, ya da 
məhv  edilmiĢdir.  Odur  ki,  onların  varlığı  və  necəliyi  barədə  heç  bir  Ģey  deyə 
bilmərik.  Lakin  həmin  qəbir  olan  yerdən  bir  ədəd  iki  qulaq  yabaya  oxĢar  dəmir 
silah çıxarılmıĢ (bir-iki il bundan qabaq) və Sulut kənd məktəbinə aparılmıĢdır. Bu 
cür  dəmir  silah  qonĢu  Uzunboylar  qəbiristanlığından  1982-ci  ildə  6  saylı  torpaq 
qəbrindən də tapılmıĢdır. Həmin qəbirdən də umbonaoxĢar tunc at bəzəyi və dəmir 
at  gəmi  də  tapılmıĢdır  ki,  bu  cəhətdən  bu  qəbir  abidələri  bir-birinə  çox  oxĢardır. 
Onların  dövrü  də  eynidir.  Qırlartəpə  yaxınlığında  aĢkar  edilmiĢ  bu  torpaq  qəbir 
abidəsində  təqribən  hesablamaya  görə  70-dən  artıq  təkcə  saxsı  qab  olmuĢdur.  Bu 
qabların  xeyli  hissəsi  toplanmıĢ,  salamatları  götürülmüĢdür.  Həmin  qablar  əsasən 
novçalı,  ağzı  süzgəcli,  lüləkli  saxsı  qablardan,  dabanlı  və  kasa  formalı  qırmızı 
vazalar,  qulplu  saxsı  qalqalar  (bunların  da  içərisində  xırdabuynuz  heyvan 
sümükləri-qabırğa,  aĢıq  və  s.  vardır)  çox  kiçik  qablardan,  dopu  və  kiçik  nehrəyə 
oxĢar  saxsı  avadanlığından  ibarətdir.  Qabların  əksəriyyəti  qırmızı  rənglə 
boyanmıĢdır. Ümumiyyətlə burada qırmızı rəng çəkilmiĢ xırda və orta həcmli saxsı 
qablar  çoxdur.  Qəbirdə  təsadüf  edilən  qara  rəngli  qablar  isə  həddən  artıq 
parçalanıb-ovulub  tökülmüĢdür.  Tək-tək  ağzı  novçalı-üçgül  və  süzgəcli  qablar  da 
vardır ki, bunlar çox keyfiyyətli hazırlanmaqla ağımtıl rəngdə boyanmıĢdır. 
Qırlartəpə yanında aĢkar edilmiĢ həmin qəbir abidəsinin materialı haqqında 
bir  qədər  ətraflı  məlumat  vermək  üçün  onları  müəyyən  təsnifatla  təhlil  və  təsvir 
etmək  lazımdır.  Qeyd  edildiyi  kimi  istər  dağılma  zamanı  tullanmıĢ  material  və 
istərsə də bilavasitə qazıntı zamanı aĢkarlanmıĢ maddi-mədəniyyət qalıqları əsasən 
daĢ, metal və saxsı məlumatından ibarətdir. 
Daş  qab. Dümağ rəngdə olan bu daĢ əĢya dayaz və qalın cam formasında 
hazırlanmıĢdır  (tablo  71).  Üzəri  hamarladılmıĢ  bu  daĢ  əĢyanın  oturacağı  duz, 
kənarları isə kiçik çıxıntılı Ģəkildədir. Qabın ağzının kənarı içəriyə, hündürlüyü 7,5, 
qalınlığı  mərkəzdə  5,  kənarlarda  isə  2  sm-dir.  DaĢın  kəsiyindən  göründüyü  kimi 
onun tərkibi də təmiz və ağdır. O bir növ əhəngdaĢını xatırladır. DaĢ qabın altı və 
bir tərəfi uzun müddət torpaqda qaldığından aĢınmıĢdır. Hətta ağzının kənarındakı 
rəsmləri  də  həmin  aĢınma  gedən  hissəyə  pozulmuĢdur.  Bu  daĢ  qabı  elə  bil 
hazırlamazdan qabaq odda, yaxud kürədə qoyub keyfiyyətini dəyiĢmiĢlər. Çünki o 
kürədə  əhəng  üçün  yandırılan  daĢa  da  oxĢayır.  Lakin  bu  cür  ağ  daĢlara  tapıntı 
yerləĢən  ərazisinin  yaxınlığındakı  dağlarda  da  təsadüf  etmək  olar.  DaĢ  əĢyanın 
maraqlı  cəhətlərindən  biri  də  ondan  ibarətdir  ki,  onun  ağzının  kənarında  4,5  sm 
aĢağı bir batıq xətlə dövrələnmiĢdir. Qabın ağzının kənarı boyu çevrələnən zolağın 
içərisində hərəkətdə olan heyvan rəsmləri yüksək rəssamlıqla cızılmıĢdır.  Heyvan 
təsvirlərini  bir-birindən  ayırmaq  üçün  hər  heyvan  rəsminin  arasında  eni  1-1,5  sm 
olan  Ģaquli  vəziyyətlə  xətlər  cızılaraq  5  zolaq  əmələ  gətirmiĢdir.  Bunlardan 
kənardakı iki zolağın daxilində iti ucu yuxarıya doğru olmaqla bir-birinin içrəsində 
bucaqlar  cızılmıĢdır.  Onların  yanındakı  iki  zolağın  daxili  isə  sınıq  xətlə  yaxud 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə