Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

111 
 
lentĢəkilli  enli  qulpu  vardır.  Zolaqların  üzəri  çəp  cızıqlarla  haĢiyələnmiĢdir. 
Qulpun  qabın  ağzına  yapıĢdırılmıĢ  yerində  üstü  yastı  olan  dairəvi  yapma 
düyməciklər  bəzədilmiĢdir.  Qabın  boğazını  çevrələyən  iki  batıq  xəttin  arası  qısa 
çəp cızıqlarla naxıĢlanmıĢdır. Dəqiq formalaĢdırılmıĢ və  yaxĢı biĢirilmiĢ bu qabın 
altından bir qədər yeri ağımtıldır. Görünür o kürədə yetiĢdirilməsi ilə əlaqədardır. 
BaĢqa bir “suddanbiçimli” saxsı qab xüsusi gildən yüksək keyfiyyətli ağımtıl zərif 
və  Ģux  görünüĢdə  hazırlanmasına  görə  fərqlənir.  Əl  ilə  çox  incə  və  ustalıqla 
hazırlanmıĢ bu qabın da ağzı gen üçləçək olmaqla irəliyə doğru uzanan novçasının 
dibində  10  deĢikdən  ibarət  süzgəci  vardır.  Enli  qulaqcıqlı  və  ördək  dimdiyini 
xatırladan  ağız  kompleksinin  qabın  gövdəsinə  yapıĢdırılan  yeri  iki  batıq  xətlə 
dövrələnmiĢ və içərisi qısa çəp cızıqlarla naxıĢlanmıĢdır. Süddanın yandan bir ədəd 
ikitilli qulpu qulaqcığızın kənarı ilə yuvarlaq gövdənin enli yerinə yapıĢdırılmıĢdır. 
Qabın  gövdəsinin  enli  yerindən  çıxıntı  Ģəkilində  çevrilən  hissəsində  (qulpun 
gövdəyə  yapıĢdırılan  istiqaməti  üzrə)  üç  yerdə  bərabər  məsafədə  yəhərvari 
düyməciklər  yapıĢdırılmıĢdır.  Qabın  oturacağı  düzdür.  Adətən  bu  tip  qabların 
oturacağı  altdan  içəriyə  doğru  kiçik  yuvacıqĢəkilli  batıqdan  ibarət  olur  ki,  o 
yuvaqcığın  kənarı  qabın  yerdə  daha  yaxĢı  dayanmasını  təmin  edir.  Bu  qabın 
saxsısının  içərisi  qırmızı  üzəri  isə  ağımtıl  göy  rəngdə  gil  məhlul  ilə  örtülmüĢdür. 
Ümumiyyətlə,  bu  tip  qabların  əksəriyyətinin  üzəri  ağımtıl  rəngdə  kefiyyətli 
məhllula örtülmüĢ olur. Həmin qabların forma və yayılmasına gəlincə onlar kütləvi 
surətdə  ġimali  Azərbaycan  ərazisindəki  antik  dövr  abidələri  tam  səciyyə  daĢıyır. 
Deməli  bu  tip  və  bundan  baĢqa  neçə-neçə  tip  saxsı  məmulatı  vardır  ki,  onlar 
genetik mənsubiyyət əlaməti baxımından Azərbaycanın qədim tarixi üçün olduqca 
əhəmiyyətlidir. 
Saxsı  qablar  içərisində  tünd  qırmızı  rəngə  boyanmıĢ  vazlar  da  var.  Bunlar 
kasavari  gövdəyə  malik  olub,  altdan  içəriyə  doğru  dərin  batıq  Ģəkilli  oturacağa 
malikdir. Eyni tip bir neçə qabın sınıqlarından ibarət olan bu vazanın bir bütöv və 
bir  də  qopmuĢ  oturacağı  götürülmüĢdür.  QopmuĢ  qab  oturacağının  qalığına  görə 
onun  ayrıca  hazırlandığına  və  sonradan  gövdəyə  yapıĢdırıldığı  aydın  oldu.  Onu 
tərsinə çevirdikdə kiçik camı xatırladır. Bu vazanın gen ağzı kənara doğru açılmıĢ 
və yüngülcə aĢağıya doğru əyilmiĢ formadadır. Onun xaricə doğru əyilmiĢ ağzının 
bayır  tərəfindən  çiyin  hissəyə  doğru  kiçik  lentĢəkilli  qulp  yapıĢdırılmıĢdır.  Qabın 
hündürlüyü  8,5,  ağzının  diametri  20,  oturacağının  diametri  10,  içəridən  dibinin 
diametri 9 sm-dir. Digər bir saxsı cam enli ağıza və düz oturacağa malikdir. Onun 
qulpu  ağzının  kənarından  düzbucaqlı  formada  çıxıntılı  düzəldilmiĢ  və  üstündən 
barmaq iliĢdirmək üçün kiçik deĢik açılmıĢdır. Bu gil cam da hər tərəfdən qırmızı 
rəngdə boyanmıĢdır. Onun hündürlüyü 5, ağzının diametri 15, oturacağın diametri 
isə 9,5 sm-dir. Ġstər yuxarıda qeyd etdiyimiz vazaların və istərsə də bu cam formalı 
saxsı qabların üzərində heç bir naxıĢlama iĢi aparılmamıĢdır. Bir tərəfdən də qablar 
eləcə  də  sonra  təsvirini  verəcəyimiz  çox  kiçik  bir  növ  oyuncaq  üçün  olan 
nümunələr üzərində naxıĢlama iĢi aparmaq çox da  əlveriĢli deyildir. Lakin bunlar 


112 
 
qırmızı  rəngdə  boyanmıĢdır.  Ümumiyyətlə  saxsı  qablara  əlavə  estetik  görkəm 
vermək  üçün  onların  ya  müxtəlif  rəngdə  boyamıĢlar,  ya  cızma  üsulu  ilə 
naxıĢlamıĢlar, yaxud da düyməcik və ya bu kimi yapma bəzəklərlə təchiz etmiĢlər. 
Saxsı materialı içərisində güvəc, dopu, goduĢ, həmçinin çox xırda qablar da vardır. 
Bunlar  əksərən  dairəvi  ağızlı,  uzunsov  yumru  gövdəli  düz  oturacaqlı  və  tək 
qupludur.  Ġri  qabların  boğazı  çəp  batıq  xətlərlə  haĢiyələnmiĢdir.  Qabların  hamısı 
qırmızı  rəngdə  boyanmıĢdır.  Sadə  hazırlanmıĢ  bu  qabların  ölçüsündə,  qulpların 
yapıĢdırılma  istiqamətində  və  formalarında  metr  müxtəliflik  vardır.  Bu  qabların 
biri  nehrə  formasında  hazırlanmıĢdır.  Onun  qulpu  çiynində  üfüqi  istiqamətdə 
yapıĢdırıldığı  yerin  bir  tərəfində  kiçik  məhmizdən  ibarət  yapma  bəzəyi  vardır. 
Qabın  gövdəsində  biĢmə  zamanı  hələ  bərkiməmiĢ  zədələnib  içəriyə  doğru  batıq 
əmələ  gəlmiĢdir.  Kiçik  qablara  gəlincə,  onlar  təkqulp  dopu,  güvəc  və  camı 
xatırladır. 
Saxsı  qabların  hamısı  dulus  çarxından  istifadə  edilmədən  əl  ilə 
hazırlanmıĢdır.  ġübhəsiz  həmin  qablar  yaxınlığındakı  yaĢayıĢ  yerindəki  açılmıĢ 
dulus  kürələrində  biĢirilmiĢdir.  Buradan  da  baĢqa  sənət  sahələri  ilə  yanaĢı 
dulusçuluq  mühüm  yer  tutmuĢdur.  Saxsı  qablar  əsasən  qırmızı,  boz,  qismən  qara 
rəngdə istehsal olunmuĢdur. Yuxarıda bəhs etdiyimiz saxsı qabların əsasən qırmızı 
rənglə  tam  boyanması  göstərilən  yaĢayıĢ  yeri  dulusçuların  arasında  boyaçılıq 
peĢəsində  də  mühüm  yer  tutduğunu  bildirir.  Qırmızı  boyaq  almaq  üçün  məhz 
Qırlartəpə yaĢayıĢ yeri və ətrafında təbii Ģirə, habelə xüsusi yetiĢdirilmiĢ bitkilərin 
kökü  və  qabığından  istifadə  edilmiĢdir.  Qırlartəpə  və  ətrafında  vəlgə  (saralan), 
sumax kolları yetiĢmiĢdir ki, onları da boyaçılıqda istifadə edilir. Təpənin özündə 
ot  bitkilərindən  teĢənəayağı-kasnı  qırmızı  kaĢanin  çox  güman  ki,  marenadır. 
Kolcuqlar bitir. Həmin bitkinin kötüyü tünd qırmızı rəng verir və boyadığı əĢyanın 
üstündən getmir. 
Çox  güman  ki,  həmin  bitkinin  kötüyündən  vaxtı  ilə  qırmızı  rəng  alınmıĢ, 
məiĢətdə  boyaqçılıq  məqsədi  ilə  istifadə  edilmiĢdir.  Bununla  da  belə  qənaətə 
gəlmək  olar  ki,  qırmızı  boyalı  qabların  rənglənməsində  həmin  bitkilərin 
kötüyündən  geniĢ  surətdə  istifadə  edilmiĢdir.  Yerlilərin  söylədiyinə  görə  kasnıy 
kaĢanel deyilən bitkinin kötüyündən xalq təbabətində istifadə olunmuĢdur. Belə ki, 
kasnı,  yaxud  teĢənəayağının  qırmızı  kaĢanel  kötüyündən  yığılan,  kərə  yağında 
qaynadılıb  məlhəm  hazırlanır  və  öskürək  -  soyuqdəyməni  sağaltmaq  üçün  içilir. 
Bundan  qanaxmanın  kəsilməsində  də  istifadə  edildiyini  söyləyirlər.  Kasnı 
bitkisinin kötüyündən alınan rəng və ya dərman acı dadır, boğazı göynədir. Bunları 
söyləməklə  bir  qədər  mətləbdən  uzaqlaĢsaq  da  hər  halda  həmin  bitkinin  qırmızı 
rəng  verdiyini  və  onun  dadının  bilavasitə  müĢahidə  etməyimizi,  eləcə  də 
yerlilərinin  bu  barədəki  maraqlı  məlumatını  xatırlatmağı  lazım  bildik.  Həmçinin 
yerli  ahılların  söylədiyinə  görə  bu  bitkidən  boyaqçılıqda  da  geniĢ  istifadə 
edilməlidir.  Qeyd  etməliyik  ki,  kasnı  və  baĢqa  təbii  ehtiyatlar  qədim  sakinlərin 
məiĢətində mühüm yer tutmuĢdur. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə