Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

113 
 
 
1989-cu il 
Ekspedisiya  1989-cu  il  avqust-sentyabr  aylarında  Ağsu  rayonunun 
Qırlartəpə abidəsində qazıntı və kəĢfiyyat iĢləri aparmıĢdır. 
Qırlartəpədə  bir  neçə  il  ərzində  aparılmıĢ  arxeoloji  qazıntılar  nəticəsində 
onun  demək  olar  ki,  antik  dövr  tikililərinin  bünövrəsinə  qədər  qazılmıĢ  divarlar 
(onlar  bəzi  yerlərdən  3-4  metr  hündürlükdə  qalmıĢdır)  açıq  havada  uzun  müddət 
davam  gətirib  qalmır,  uçub  tökülür.  Bu  divarlar  vaxtı  ilə  tikilərkən  araları  palçıq 
məhlulu  ilə  bərkidildiyindən  yağıĢ,  qar  və  baĢqa  təbii  qüvvələrin  təsirindən  tez 
sıradan  çıxır.  Antik  dövrün  bu  nadir  tikinti  nümunələrini  aĢkar  edəndə  nə  qədər 
sevinirdiksə, indi ona əlaqədar idarələrin, elə Ġnstitut rəhbərliyinin özünün də ögey 
münasibəti  üzündən  məhv  olub  sıradan  çıxması  bir  o  qədər  kədərləndiricidir. 
Görünür  abidələrin  qiyməti  onun  tarixi  əhəmiyyəti  ilə  deyil,  tədqiq  edənin  kim 
olması  ilə  ölçülürmüĢ.  Çünki  bu  barədə  dəfələrlə  müdiriyyətə  məlumat  verilmiĢ, 
hətta  yerli  ziyalılar  Akademiyanın  rəhbərliyinə  bu  barədə  ürək  ağrısı  ilə  məlumat 
vermiĢlərsə  də,  heç  bir  təsiri  olmamıĢdır.  Ağırlıq  yenə  də  üzərimizə  düĢmüĢdür. 
Biz  ancaq  abidənin  divarların  dibinə  iri  daĢlar  söykəməklə  onun  uçmasının 
müvəqqəti qarĢısını almağa çalıĢmıĢıq. Lakin bu da kömək etmir. Bu cür iĢlər isə 
ekspedisiyanın  xeyli  vaxtını  alır.  Digər  tərəfdən  belə  primitiv  konservasiya 
abidənin və divarların görkəmini korlayır. 
Məlum  olduğu  kimi  Qırlarpətə  abidəsi  qədim  və  müasir  ġamaxı  Ģəhərinin 
qərbə doğru 20 km-liyində, qədim yollar üstündə yerləĢir. Hazırda isə həmin qədim 
yolun  istiqaməti  üzrə  yeni  Ģosse  yolu  salınmıĢdır.  Bu  yol  Qırlartəpə  abidəsi 
tamaĢaçılarının sayını çoxaltmıĢdır. Buradan hərəkət edənlər tez-tez abidəyə gəlir, 
baxır, keçmiĢimizlə tanıĢ olurlar. Bunu söyləməklə məqsədimiz ondan ibarətdir ki, 
respublikamıza  gələn  xarici  turistləri  və  mütəxəssisləri  buraya  istənilən  vaxtda 
gətirmək,  göstərmək  və  qədim  mədəniyyətimizi  nümayiĢ  etdirmək  olar.  Bunu 
söyləməklə məqsədimiz ondan ibarətdir ki, respubilkamıza gələn xarici turistləri və 
mütəxəssisləri  buraya  istənilən  vaxtda  gətirmək,  göstərmək  və  qədim 
mədəniyyətimizi nümayiĢ etdirmək olar. ĠĢ o yerə gəlmiĢdir ki, abidənin qorunması 
haqqında balaca bir izahedici lövhə də basdırılmıĢdır. Görünür bunlar da biganəlik, 
durğunluq  dövrünün  nəticəsidir.  Nə  rayon  mədəniyyət  Ģöbəsi,  nə  də  onun  tabe 
olduğu mədəniyyət Nazirliyi belə məsələlərə baxır. Halbuki abidə 20 ildən artıqdır 
ki, qoruq siyahısındadır. 
Bu mövsümdə qəsr tipli Qırlartəpə abidəsinin yalnız xaricində daha doğrusu 
divarlardan  bayıra  tərəf  yamaclarda  qazıntı  iĢləri  aparmıĢıq.  Bu  bir  tərəfdən  daĢ 
tikinti  kompleksinə  toxunmamaq,  onu  hələlik  saxlamaq,  digər  tərəfdən  isə  xaric 
yamacın xüsusiyyətini, tikinti ilə əlaqəsini aydınlaĢdırmaq olmuĢdur. Bu da baĢlıca 
olaraq  abidənin  Cənub  və  ġərq  yamaclarında  iĢ  aparmaqdan  ibarət  olmuĢdur. 
Ġçəridə isə dağıntı, uçquntuları sahmana salmıĢ və keçən illərdən aĢkar olunmuĢ iri 
quyunun  qazılmasına  təĢəbbüs  göstərilmiĢdir.  Qeyd  edək  ki,  quyu  keçən  bir  il 


114 
 
ərzində  xeyli  dolmuĢdur  ki,  onu  yenidən  təmizləməli  olduq.  Məlum  olduğu  kimi 
quyunun  divarları  nəhəng  daĢlardan,  qayalardan  ibarətdir  ki,  quyu  qazıldıqda 
onların  uçub  düĢməsi  qorxusu  da  var.  Quyunun  dibində  isə  elə  bil  bir  tərəfi 
çapılmıĢ  iri  daĢlardan  hörgü  var.  Bu  bizi  keçən  ildən  Ģübhələndirir.  Onları 
çıxarmaq  istədikdə  üstəki  daĢların  qopub  düĢməsindən  çəkindik.  Odur  ki,  bu 
müəmmalı  iĢi  yenə  də  baĢa  çatdıra  bilmədik.  Quyu  haqqında  əvvəlki  illərdə 
verdiyimiz  hesabatlarda  fərziyyələrimizi  göstərdiyimizdən  burada  onun  haqqında 
söhbət açmağı artıq hesab edirik. Hər halda bu quyunun sirri tam aydın deyildir. 
Tikinti kompleksi  yerləĢən təpənin Cənub-qərb küncündə, yamacda qazıntı 
iĢləri  apararkən  buradan  yenə  də  tərkibində  saman  qarıĢığı  olan  yarımbiĢmiĢ 
keramika  qırıqlarına,  yanıq,  kül,  savaq  parçaları  izinə  təsadüf  edilirdi.  Lakin 
bunların,  daha  doğrusu,  yanğın  izi  daĢ  divarların  altına  doğru  davam  etdiyindən 
axıra  çatdırılmadı.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  bunun  üçün  üstdəki  divarlar 
götürülməlidir. Burada A1, B1, V1 kvadratlarında qazıntı iĢləri zamanı daĢlı torpaq 
qazılıb dərinləĢdirildikcə yanmıĢ suvaq parçaları, heyvan sümükləri, habelə gil qab 
ağzından  sınmıĢ  parçalar  tapılırdı  ki,  bunların  da  ağız  kənarı  yastı  olub  xaricdən 
deĢmə  naxıĢlara  malikdir.  Bu  qab  parçaları  antik  dövrdən  əvvəlki  vaxtları 
xatırladır.  Çox  güman  ki,  ilk  dəmir  dövrü  və  ya  son  tunc  dövrünə  aiddir.  Bura 
təpənin  maili  yamacından  ibarət  olub,  qarıĢıq  maddi-mədəniyyət  qalıqlarına  rast 
gəlinir.  Çünki  təpənin  ətəyindən  iri  daĢlardan  hörgü  çəkilmiĢ  və  ətəkdən  yuxarı 
qalxdıqca  pilləvari  hörgülər  paralel  davam  etdirilmiĢ,  beləliklə  də  onlar  həm 
yamacın  təbii  hadisələr  zamanı  aĢınmasının  qarĢısını  almıĢ,  həm  də  onun 
möhkəmliyini təmin etmiĢdir. Görünür bu üsulun tətbiq edilməsi, tikintinin təpənin 
üstündə  inĢa  edilməsilə  bağlıdır. Yamac hissədə  pilləli divarların və  ya  hörgünün 
arası  təmizlənərkən  buradan  dən  daĢı  qırıqlarına,  qara  və  hamar,  yumru  bütöv 
daĢına,  heyvan  sümüklərinə  də  təsadüf  edilmiĢdir.  Ġri  dən  daĢı  parçası  ilə  divar 
hörgüsü  arasında  tikinti  daĢı  kimi  istifadə  edilmiĢdir.  Bu  alət  sıradan  çıxandan 
sonra ondan tikinti materialı kimi istifadə edilmiĢdir. 
Təpənin Ģərq yamacında, daha doğrusu əvvəlki illərdə açdığımız daĢ divarlı 
tikinti  qalığından  xaricə  doğru  mailli  uzanan  sahədə  də  pilləli  bərkitmə  iĢləri 
görülmüĢdür. Bu hissədə qazıntını davam etdirərkən abidənin Ģərqə doğru 5 metr, 
Ģimal-cənub istiqaməti üzrə isə 7 metrlik məsafəsi olan yerdə, ətəkdə iri daĢlardan 
hörgü ilə əhatələnmiĢdir. Bu iri daĢ hörgüsündən üstdə isə yenə də hər 2, 3 və ya 1 
metrdən  bir  daĢ  cərgəsi  çəkilərək  araları  xırda  daĢ,  torpaqla  doldurulmuĢdur.  Bu 
hissələrdə  maddi-mədəniyyət  qalıqlarına  az  təsadüf  edilir.  Beləliklə  əldə  olan 
material  çox  xırda  saxsı  qab  qırıqlarından,  kömür  və  sümük  materialından 
ibarətdir.  Qeyd  etmək  lazımdır  ki,  istər  bu  sahədən  və  istərsə  də  abidənin  baĢqa 
yerlərindən  həddən  artıq  ev  heyvanı,  quĢ  və  balıq  sümükləri  tapılmıĢdır.  Buradan 
hərbi kazarma kimi də istifadə olunması güman edilir. ġübhəsiz, abidə uzundövrlü 
yaĢayıĢ  yeri  olduğundan  ayrı-ayrı  dövrlərdə  zamanın  gərdiĢilə  əlaqədar  yaĢayıĢ 
yerindən  müxtəlif  təsərrüfat  sahələri  və  siyasi  münasibətləri  əks  etdirən  həyat 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə