Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

115 
 
fəaliyyəti  mövcüd  olmuĢdur.  Bunun  üçün  qədim  dövrlər  üçün  səciyyə  daĢıyan 
əlveriĢli təbii coğrafi Ģəraitin olması əsas Ģərtlərdən biridir. Buranın havası, torpağı, 
suyu, daĢı, meĢəsi, xüsusilə çaydan dərələrlə boru kimi çəkilən hava cərəyanı, ətraf 
ərazinin aydın görünməsi və i.a. cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Təbiidir 
ki,  yaĢayıĢ  üçün  təbii  imkanların  çoxluğu  və  strateji  xüsusiyyətlərin  varlığı  uzun 
müddətli  yaĢayıĢ  məskənin  bərqərar  olmasına  səbəb  olmuĢdur.  Qalaça  yerləĢən 
təpənin  Ģimal  yamacında  da  təmizləmə  iĢləri  apardıq.  Bu  iĢlər  əsasən  yan 
divarlardan  xaricdədir.  Çox  hallarda  buraya  tökülmüĢ  daĢ-torpaq  üstdən  axmıĢ  və 
maddi-mədəniyyət  qalıqları  da  təkrar  material  qırıqlarından  olduğundan  onları 
yenidən  toplayıb  gətirməyi  lüzumsuz  bildik.  Məlumdur  ki,  Qırlartəpənin 
yaxınlığında  yaĢayıĢ yerinə  məxsus qəbir abidələri də vardır və onlardan yenə də 
əvvəlki  illərdə  bir  neçəsi  tədqiq  edilib  öyrənilmiĢdir.  Qeyd  etməliyik  ki,  həmin 
qəbir  abidələrinin  heç  bir  yerüstü  əlaməti  demək  olar  ki,  yoxdur.  Odur  ki,  onları 
əsasən  təsadüfi  hadisələr  zamanı  açılan  vaxt  öyrənmiĢik.  Əslində  onların 
axtarılmasına  səy  göstərilmiĢ,  lakin  qazılmasına  hələlik  tələsməmiĢik.  Çünki 
kifayət qədər açılmıĢ qəbir abidələri yaĢayıĢ yeri ilə müqayisə üçün lazımi material 
vermiĢdir. Lakin bu o demək deyildir ki, biz qəbir abidələrinə biganə qalmıĢıq. Hər 
halda  həm  qəbir  abidəsi,  həm  də  yaĢayıĢ  yeri  bərabər  öyrənilərsə  daha  hərtərəfli 
məlumat  əldə  etmək  olar.  Ona  görə  də  biz  hər  il  çox  dağılmıĢ  qəbir  abidəsinin 
yaxınlığında, xırda meĢənin içərisində daĢ topası olan yerdən Ģübhələndik və orada 
kəĢfiyyat  qazıntısı  götürdük.  Burada  4x4  metr  sahədə  iĢi  davam  etdirdiksə  də, 
nəticəsiz qaldı. Məlum oldu ki, həmin daĢ topası vaxtı ilə yaĢayıĢ yeri becərilərkən 
sahənin təmizlənməsilə əlaqədar buraya daĢınıb tökülmüĢdür. Burada isə qəbirlərin 
varlığı  Ģübhəsizdir.  Bunun  üçün  geniĢ  qazıntı  sahəsi  açmaq  lazım  gəlir.  Bu  isə 
bilavasitə  bu  ilki  planımıza  daxil  olmadığı  üçün  edilmədi.  Digər  tərəfdən  də  bu 
barədə  əlimizdə  kifayət  qədər  material  vardır.  Əldə  olan  materiallara  görə  isə 
burada  açılan  qəbir  abidələrinin  əksəriyyəti  hərbçiyə  məxsus  olmuĢdur.  Belə  ki, 
bunların  yanında  dövrün  döyüĢ  texnikasını,  hətta  suvari  döyüĢünü  əks  etdirən 
zəngin  maddi-mədəniyyət  qalıqları-nizə,  oxucu,  hərbi  yaba,  kaman,  at  əsləhəsi, 
sapand  daĢı  və  s.  tapılmıĢdır  ki,  bu  da  qalaçanın  hərbi  strateji  xüsusiyyətilə 
müəyyən dərəcədə çulğalaĢır. 
 
1990 cı il 
Son  bir-iki  ildə  ölkədə  siyasi  və  iqtisadi  vəziyyətin  kəskinləĢməsi, 
hərcmərcliyin  tuğyan  edilməsi,  xüsusən  Azərbaycan  Respublikasına  Mərkəzin 
himayədarları  ilə  erməni  millətçilərinin  xaincəsinə  qəsbkarlığı  bütün  sahələrdə  öz 
mənfi  təsirini  göstərmiĢdir.  Vəziyyətin  gərginliyi  elmi-tədqiqat  iĢlərinin  də 
pozulmasına  səbəb  olmuĢdur.  Gecikmə  və  baĢqa  düĢgünlüklərə  baxmayaraq 
ekspedisiya  öz  iĢini  davam  etdirmiĢdir.  Belə  ki,  çöl-tədqiqat  iĢləri  1990-cı  il 
avqustun 15-dən oktyabrın  sonunadək antik  və orta  əsr abidələrində qazıntı iĢləri, 
Kürdivan  kəndi  yaxınlığındakı  son  antik  dövr  Ģəhərgahında  yerüstü  axtarıĢlar, 


116 
 
habelə Sulut kəndi yaxınlığında olan Qılınc dağı üstündəki orta əsr qala yerlərində 
kəĢfiyyat  aparılmıĢ,  nəticədə  xeyli  tarixi  məlumat  toplanmıĢdır.  Ekspedisiyanın 
tərkibində dəstə yaradılmasına imkan verilmədiyi üçün (dəfələrlə təĢəbbüs edilmiĢ, 
səlahiyyət sahibləri sakitcə üstündən xətt çəkmiĢlər) böyük bir ərazidə çox mühüm, 
hətta dağılıb yoxa çıxmaqda olan abidələrin vaxtında öyrənilməsi ləngiyir. Vaxt öz 
iĢini görür, tariximizin səhifələri pozulub sıradan çıxır. 
Qırlartəpədə  qazıntını  davam  etdirmək  məqsədilə  ötən  bir  il  ərzində  ot-
əncər  basmıĢ  sahəni  təmizləyib  köhnə  sahənin  görkəmini  bərpa  etməklə  məĢğul 
olduq. Sahənin təmizlənməsi  xeyli vaxt aparır. Qazıntı aparılmıĢ  yerlərdə divarlar 
uçub  tökülmüĢ,  quyunun  kənarları  uçub  içərisi  yenidən  dolmuĢdur.  Bir  də  ki, 
burada  qazıntı  aparmaq  iĢi  də  xeyli  çətinləĢdirilmiĢdir.  Əvvəlki  qazıntı  ölçüləri 
pozulub, divarlar uçub. Alt təbəqələrə doğru iĢləmək üçün divarların altını qazmaq 
lazım  gəlir.  Lakin  bunun  üçün  də  tam  memarlıq  və  baĢqa  iĢlər  də  görülməyib. 
Bərpa  və  baĢqa  iĢlər  də  görülməyib.  Bərpa  və  möhkəmlətmə  iĢlərindən  isə  heç 
danıĢmaq  olmaz.  Çünki  bərpaçılarımız  və  əlaqədar  mütəxəssislər  Bakı  və  onun 
ətrafından  uzağa  getmək  istəmirlər.  Ona  görə  də  abidənin  saxlama  məsələsi  də 
müĢküldür. 
Təpənin  nisbətən  hündür  yerində-qərb  tərəfində  açılmıĢ  divarların  üstü  və 
ətrafı təmizləndikdə saxsı qab qulpu və baĢqa hissələri müĢahidə edilirdi ki, bunlar 
da əsasən keçən illərdən qalandır. Bundan baĢqa divarların dibindən oturacağı enli 
və  yastı,  bərni  formalı  ilk  tunc  dövrü  və  ya  eneolit  qab  qırıqlarına  da  təsadüf 
edilirdi. Buradan qeyd edilən dövrlərə aid qab-qacaq və materiallar əvvəlki illərdə 
də tapılıb. 2 BVK kvadratlarından (təpənin cənub-qərb tinindəki istehsal ocağı  və 
ya  məiĢət  otağı  olan  yerdən),  küllü  torpağın  içərisindən  iki  ədəd  çox  kiçik 
buynuzdan  (çox  güman  ki,  cüyür  buynuzudur)  biz  kimi  istifadə  edilən  alət  də 
tapılmıĢdır.  Bütün  bunlar  və  baĢqa  ocaq  yerləri  və  s.  burada  hələ  ibtidai  icma 
dövründən  istehsal  ocağı  və  baĢqa  təsərrüfat  sahələri  haqqında  aydın  təsəvvür 
yaradır. Təəssüf ki, burada qazıntı iĢləri davam etdirməyə baĢqa bir amil də mane 
olurdu.  Belə  ki,  1990-ci  ilin  yay  ayı  tam  quraqlıq  keçdiyindən  və  təpənin  daim 
küləktutanda  yerləĢdiyindən  kül  halında  olan  torpağı  tərpətmək  belə  mümkün 
olmadı.  Külək  tozu  sorub  duman  halına  salırdı.  Odur  ki,  burada  iĢ  Ģəraiti 
gözləməklə,  yəni  yağıĢ  yağmasını  gözləyib  toz  kəsiləndən  sonra  burada  iĢləməyi 
qərara  aldıq.  Bu  fürsətdən  istifadə  edib  Qırlartəpə  ilə  Kəndyeri  arasında  yerləĢən 
nekropolda çoxdan güman etdiyimiz yerlərdə qəbir abidələri qazmağı qərara aldıq. 
Düzdür,  burada  Ģose  yolu  çəkilərkən  qəbir  abidələri  dağıdılmıĢ  və  dağıntı  ilə 
əlaqədar onlarda tədqiqat aparmıĢıq. Həmin qəbirlər açılan yerlərdə isə indi yol və 
bağ salındığından qazıntı aparmaq bir qədər çətinləĢib. Lakin biz heç bir təsərrüfata 
və  yola  xələl  gətirmədən  tam  kolluq  ola  bilməsi  gümanı  ilə  Kəndyerinin  cənub 
kənarında, Qırlartəpədən 200-300 metr Ģimala doğru yolun o biri tərəfində, Govur 
bulağının üstündə, Sulut çayına baxar yamacda kəĢfiyyat qazıntısı aparmağı qərara 
aldıq.  Bu  yamacın  ətəyindən  bağa  və  baĢqa  sahələrə  maĢın  iĢləməsi  üçün  yol 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə