Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

117 
 
düzəldilərkən saxsı qabları və  insan sümüklərinin çıxmasını  müĢahidə  edilmiĢdir. 
Bütün  bunlar  burada  qəbir  abidəsi  olmasına  iĢarə  verirdi.  Qırlartəpə  kimi  çox 
təbəqəli abidənin həm də böyük bir yaĢayıĢ yerinin qəbiristanında bilavasitə planlı 
qazıntı aparmaq da lazımdır. 
Məhz buna  görə də həmin  yerdə kəĢfiyyat, daha doğrusu bir baĢa nisbətən 
iri  qazıntı  sahəsi  seçdik.  Həmin  sahədə  sonradan  heç  bir  dəyiĢiklik  etmədən 
qazıntını  axıradək  davam  etdirdik.  Çünki  seçilmiĢ  yer  tam  nöqtəsinə  düĢmüĢdü. 
Əvvəlcə 10x6 metr ölçüsündə qazıntı sahəsi götürdük. Üst təpcəklərdən sonra 30-
40 sm-dan xırda saxsı qalıqları həddən artıq tapılırdı. Həmin saxsı qırıqları buranın 
vaxtı ilə  yaĢayıĢ  yeri olması,  habelə  sonralar uzun  müddət  əkin  yerlərinə  çevrilib 
Ģumlandığından, istər yer üstündə, istərsə də qazıntı zamanı çox tapıntılar vaxtaĢırı 
sürtülüb hamarlanmıĢ və xırdalanmıĢdır. Tapıntıların qalmıĢ hissələrinə görə (qulp, 
ağzının kənarı və s) antik dövr üçün səciyyəvidir. Qazıntı sahəsi bir qədər yamac 
və  göyəm  kolluğundan  ibarət  olduğundan  mədəni  qatda  qarıĢıqlıq  hiss  olunurdu. 
50-60  sm  dərinlikdə  üst  qarıĢıq  qatdan  əsasən  keramika  qırıqları  görünürdü. 
Burada  torpağın  rəngi  tədricən  dəyiĢir,  ağımtıl  sarı  rəngə  çalır  və  maddi-
mədəniyyət  qalıqları  nisbətən  azalır.  Bundan  əlavə  dərinə  düĢdükcə  torpağın 
yumĢaldığı  hiss  olunur  və  qəbirlərin  varlığını  bildirirdi.  Bir  metr  dərinlikdə  2 
parçadan  ibarət  iri,  qara  çopur  daĢdan  düzəldilmiĢ  dən  daĢı  hissələrinə  təsadüf 
edildi.  Həmin  parçalar  eyni  bir  alt  daĢının  hissələrindəndir.  Onların  bütövlükdə 
ölçüsü  45x25x7  sm-dir.  Bundan  baĢqa  daha  baĢqa  bir  dən  daĢı  parçası  da 
tapılmıĢdır. Bu hissə daha miniatür olub, həm də o birisindən xeyli kiçikdir. Bu da 
alət  üstə  hərəkət  etdirilərkən  dən  daĢıdır.  Bu  altdakından  kiçik  və  nisbətən  daha 
bərkdir.  Bu  dən  daĢı  alətlərdən  çoxlu  tapıldığı  və  əvvəlki  illərdə  nümunələr 
götürüldüyü  üçün  onların  yerindəcə  yalnız  fotosu  götürüldü.  Dən  daĢları  tapılan 
yerə  yaxın,  eyni  dərinlikdən  xırda  heyvan  sümüklərinə  də  təsadüf  edilmiĢdir.  Bu 
sümüklər çox kiçik heyvanın çənə və diĢlərindən ibarət idi. Bu çənə sümükləri (azı 
diĢlərlə  birlikdə)  təqribən  dovĢan,  hətta  daha  xırda  heyvana  yaxın  fauna  qalığı 
hesab oluna bilər. Bütün bu  göstərilənlər qəbiristan ərazisində qəbirlərdən üstdəki 
mədəni  təbəqə  və  yaĢayıĢ  qalıqlarının  varlığı  haqqında  aydın  təsəvvür  yaradır. 
Beləliklə qəbiristan sahəsində açdığımız qazıntı sahənin üst qatının cüzi mənzərəsi 
belədir.  Əlbəttə  geniĢ  miqyaslı  qazıntılar  zamanı  buradan  daha  zəngin  məlumat 
əldə etmək olar. Yuxarıda qeyd etdik ki, 50-60, hətta 1 metrə yaxın, qatlardan artıq 
qəbir  əlamətləri    hiss  olunurdu.  Artıq  1  metr  dərinlikdə  torpağın  quruluĢunda 
qazılmıĢ qəbirin izi və istiqaməti məlum olurdu. Belə ki, Ģərq-qərb istiqaməti üzrə 
qəbir  cizgisi  aydınlaĢdı.  1-2  metr  dərinə  düĢdükdən  sonra  qabların  üstü  bəzi 
yerlərdə  görünməyə  baĢlandı.  Bir  qədər  iĢlədikdən  sonra  qabların  düzülmə 
istiqaməti  va  qəbir  cizgisinin  görünüĢünə  görə  2,8x1,8  metr  ölçünü  ilk  müĢahidə 
edə bildik. Hələlik bəzi saxsı qablar və mərasimlə bağlı daĢlar aĢkar edilmiĢdir. 
 


118 
 
AĢkar edilmiĢ bu torpaq qəbir 1 saylı kimi qeydə alındı. 1 saylı torpaq qəbiri 
adlandırdığımız  bu  abidənin  ətrafı  və  içərisi  tam  açıldıqdan  sonra  aydın  oldu  ki, 
qəbirin  istiqaməti  Ģərq-qərb  üzrə  olmaqla  skeletin  kəlləsi  qərbə  doğru,  sol  böyrü 
üstə,  üzü  Ģimala  doğru  yönəldilmiĢ  vəziyyətdədir.  Kəllə  sümüyü  tam  əzilib 
xırdalanmıĢdır. Bu skelet iri adama, kiĢiyə aiddir. Onun əlləri qarını üstündə, daha 
doğrusu  qıçları  üstündə  çarpazlaĢdırılmıĢdır.  Əllər  paçası  üstündə  qıç  sümüyünə 
söykənmiĢ  Ģəkildədir.  Barmaqlar  çürüyüb  sol  qıçı  önünə  və  paçası  arasına 
tökülmüĢdür. Qıçlar dizdən sıx qatlanmıĢdır. Altda qalmıĢ sol qıç qatlanaraq çanaq 
sümüyünə  dirənmiĢdir.  Sağ  qıçın  sümüyü  isə  dizdən  bükülərkən  sol  qıçdan  bir 
qədər qabağa çıxmıĢdır. Gələcəkdə antropoloqlara kömək məqsədi ilə skeletin bəzi 
sümüklərinin  ölçülərini  yerindəcə  qeydə  aldıq.  Kəllə  sümüyünün  çənədən  təpəyə 
qədər  ölçüsü  30  sm,  alınla  birlikdə  arxasına  peysərə  qədər  23  sm,  boğazın 
uzunluğu  14  sm,  kəllənin  təpəsindən  çanaq  sümüyünədək  90  sm,  qıç  sümüyü 
dibdən  dizinədək  51  sm,  dizdən  topuğadək  51  sm-dir.  Ayağı  dabandan  baĢ 
barmağın ucunadək 25 sm, çanağın eni 15 sm-dir. Əl barmağın bir buğumu, yaxud 
büküyü 4 smdir. 
Skeletin  üzü  qarĢısında  7  ədəd  saxsı  qab  qoyulmuĢdur.  Onlar  ağzı  üçgül, 
arxadan  təkqulp  olan  nisbətən  iri  dolça,  ağzı  dairəvi,  çiyni  ilə  ağzına  yaxın  yerdə 
qulp  olan,  boruĢəkilli  boğaza,  Ģar  Ģəkilli  gövdəyə,  düz  oturacağa  malik  qırmızı 
rəngli  saxsı  qab,  kiçik,  ağzı  üçgül  donu  ağzı  və  çiyninin  iri  çıxıntılı  yerinə  lent 
Ģəkilli qulp yapıĢdırılmıĢ və qırmızı rəngə boyanmıĢ iki qulplu vaza, ağzı dördgül 
boz rəngdə dolu, kiçik qonur, dolu, daha bir dayaz vazanın kənarları içəridən qırıq 
xətti  xatırladan  cızıqlarla  çevrələnən  qabın  içərisində  600-700  qramlıq  ağ  daĢ 
qoylumuĢ materiallardan ibarətdir. Sonuncu qabın və daĢın üstündə xırda buynuzlu 
heyvanın  kürən  və  qol  sümükləri  vardır.  Skeletin  arxasında  yenə  xırdabuynuz 
heyvan  sümükləri  qalmıĢdır.  Skeletin  dizləri  və  ayaqları  qarĢısında  nisbətən  iri 
saxsı  qablar  qoyulmuĢdur.  Bunlar  gövdəsində  (2  yerdən)  dik  qulp  yapıĢdırılmıĢ 
orta  həcmi  küp,  daha  bir  ədəd  ağzının  diametri  39  sm  olan  saxsı  çanaq  və  baĢqa 
sınıq  qablar  var  ki,  bunlar  da  7  ədəd  olub  ayağı  və  dizi  qarĢısına  qoyulmuĢdur. 
Ortadakı  iki  qulplu  çanağın  içərisində  1  ədəd  üçayaq  vaza  vardır  ki,  onun  da  en 
kəsiyi dairəvi olan bir qulpu vardır. 
Ölünün  ayaq  tərəfindəki  qablardan  sonra  Ģərqə  doğru  bir  inək  kəlləsi  və 
qıçları qoyulmuĢdur. Bu qaramal kəlləsində kiçik buynuzların dibləri qalmıĢdır. Bu 
heyvan  kəlləsi  yanına  yenə  bir  saxsı  qab  və  onun  da  yanında  ucu  Ģərqə  doğru  bir 
dəmir  nizə  qoyulmuĢdur.  Nizə  çox  paslanıb  düzülmüĢdür.  Onun  uzunluğu  20, 
tiyəsi 13, dəstək yeri tıxacı 7 sm-dir. Nizənin tiyəsinin ucda eni 1,5, arxada 2 sm-
dir. Ġnək və ya öküz kəlləsindən sonra Ģərqə doğru bir iri küp basdırılmıĢdır (adətən 
ayaq tərəfə iri küp basdırılır). 
Beləliklə  skeletin  üzü  qarĢısında  7  ədəd  nisbətən  kiçik  saxsı  qab  ayaqları 
tərəfdə  9  nisbətən  iri  küp  qoyulmuĢdur.  Ayaq  tərəfdəki  küplərin  üstündən  1 
gözmuncuğu tapılmıĢdır. Skeletin üzü qarĢısındakı xırda buynuz heyvan sümükləri 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə