Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə59/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

119 
 
üstündən iti ucu qəbrə doğru olmaqla 1 nizə tiyəsinə oxĢar dəmir cıda və ya ox ucu 
tapılmıĢdır. Onun sulğuncu ağac dəstəyə sancıldığı bilinir. O tam çürüyüb ovuntu 
halına düĢmüĢdür. Ġri buynuzlu heyvan sümükləri üstündə nizə ucluğu qəbrin Ģərq 
tərəfində  ucu  xaricə  doğru,  xırda  buynuzlu  heyvan  sümükləri  üstündəki  ox  ucuna 
oxĢar  silah  qalığının  qəbrin  qərb  tərəfində  ucu  yenə  xaricə  doğru  yönəldilmiĢ 
vəziyyətdə  idi.  Ucaboylu  adama  məxsus  skeletin  ətrafındakı  əmlakına  görə  onun 
orta  həyat səviyyəsinə  malik  əkinçi və  ya  maldarlıqla  məĢğul olduğuna  da  dəlalət 
edir. Ümumiyyətlə öyrəndiyimiz zonadakı qəbir abidələri içərisində qadın qəbirləri 
kiĢilərinki ilə müqayisədə daha zəngindir. 
2  saylı  torpaq  qəbri.  Yuxarıda  qeyd  etmiĢdik  ki,  yoxlama qazıntısı  və ilk 
qəbir abidəsi açılarkən kənarlara doğru daha baĢqa abidənin izi görünməyə baĢladı. 
Məhz  bu  qara  zolaq  Ģəklində  qazılmamıĢ  torpaq  qatı  altında  növbəti  qəbir 
abidəsinin  varlığını  bildirirdi.  Bu  əlamət  1  saylı  torpaq  qəbrindən  cənub-qərb 
istiqamətində  idi.  Odur  ki,  bu  sahənin  qərbdən  cənuba  və  yenidən  Ģərqə  doğru, 
uyğun  Ģəkildə  geniĢləndirdik.  Burada  həm  əvvəldən  qazılmıĢ,  kəsikdə,  həm  də 
yenidən  üst  qatın  götürülməsi  nəticəsində  qatların  dəyiĢkənliyi  daha  aydın 
müĢahidə  olunur.  Vaxtı  ilə  qarıĢdırılmıĢ  üst  torpaq  qatından  müxtəlif  saxsı 
parçaları,  heyvan  sümükləri  və  s.  qalıqlar  gözə  çarpırdı.  30-40,  bəzən  50  sm-a 
qədər  qara  torpaq  qatı  davam  edirdi.  Bundan  alta  doğru  isə  ağımtıl  sarı  torpaq 
qatının  içərisində  təbaĢir  ləkələri  olan  torpaq  müĢahidə  edilirdi  ki,  bu  da  daha 
yumĢaq  idi.  70-80  sm  dərinlikdə  heyvan  sümükləri  gözə  görünməyə  baĢladı. 
Bunları  xırda  və  iri  buynuzlu  heyvan  sümüklərini  qəbrin  üstündə  qoyulmuĢ 
qalıqlardan ibarət idi. 
1,  1,2,  1,64  metr  dərinlikdə  bəzi  qəbir  avadanlığı  görünməyə  baĢladı.  Onu 
da  qeyd  edək  ki,  0,4-0,5  metr  dərinlikdə  ağımtıl  torpaq  qatından  bir  uzun  dəstək, 
dəstəyinin ucu boru Ģəkilli olan dəmir ox ucu tapıldı. Ox ucu üç pərli olub, həddən 
artıq  korroziyaya  uğramıĢdır.  Bu  görünür  yer  Ģumlanarkən  nisbətən  üstdə 
olduğundan  qarıĢdırılıb  üzə  çıxarılmıĢdır.  Bundan  əlavə  bir  ədəd  də  ucdan  açıq, 
boruĢəkilli  saplağı  olan  dəmir  nizə  dəstəsi  tapıldı.  Dəmir  ox  ucundan  dəstəsinin 
ucu  boruĢəkilli  olub,  ona  ağac  dəstək  geydirilərək  nizə  kimi  də  istifadə  olunduğu 
bilinir. Əvvəlcədən bu ikinci qəbrin kənar xətti bilindiyindən, artırılan sahədən üst 
qat götürülərkən tapılmıĢ ox ucu və nizə hissəsi ilə yanaĢı daha üç ədəd nizənin iti 
ucları  fəzaya  doğru  qəbrin  üstünə  sancıldığı  vəziyyəti  müĢahidə  etdik.  Bunların 
görünür,  uzun  saplağı  yerə  sancılmıĢ,  daha  doğrusu  ölünün  üstündəki  ĢiĢ  ucları 
havaya  dikəldilmiĢdir.  Bu  cür  vəziyyət  qonĢu  Nüydi  abidəsində  əksinə  müĢahidə 
edilmiĢdir. Oradakı 40 saylı torpaq qəbirdə ölünün üzü qarĢısında nizələrin saplağı 
səmaya,  iti  ucları  torpağa  sancılmıĢ  vəziyyətdə  tapılmıĢdır.  Artıq  2  metr  yer 
səthindən  dərinlikdə  (30  sm  əkin  və  ya  üstdə  bitki  yetiĢən  qatdır)  olan  qəbir 
avadanlığı  tam  aydınlığı  ilə  görünürdü.  Qəbir  çalasının  kənar  xətləri  çox  aydın 
görünür  və  onun  ölçüsü  3,5x1,42  metrdir.  Hələ  skeletin  üstü  açılmamıĢdan  bir 
qoyun  və  ya  keçi,  bir  quzu  cəmdəyinin  qalığı  aĢkarlandı.  Sonradan  qəbir 


120 
 
döĢəməsində ayaq tərəfə  yaxın həmin xırda buynuz  heyvan sümükləri, altda daha 
bir  qaramal  (inək,  yaxud  öküz)  sümükləri  aĢkar  edildi.  Dördkünc  Ģəkildə  olan  bu 
qəbir abidəsi demək olar ki, 1 saylı qəbirin tam perpendikulyar istiqaməti üzrədir. 
Qəbir cənub-Ģimal üzrə olmaqla skeletin baĢı cənuba, sağ böyrü üstündə sıx bükülü 
vəziyyətdə,  üzü  gündoğana  baxar  vəziyyətdə  dəfn  edilmiĢdir.  Skelet  həddən  artıq 
çürümüĢ,  kəllə  sümüyü  parçalanmıĢ  vəziyyətdə  idi.  Ölü  qəbrin  bir  küncünə 
söykənərkən  kiçik  yer  tutmuĢ,  əsas  yerə  isə  avadanlıq,  heyvan  cəmdəyi 
doldurulmuĢdur.  Heyvan  cəmdəkləri  ayaq  tərəfə  yerləĢdirilmiĢdir.  Heyvan 
cəmdəklərinin iki tərəfindən iri daĢ qoyulub kip qalması təmin edilmiĢdir. Heyvan 
sümüklərindən skeletin aĢağı tərəfinə qoyulmuĢdur. Ölünün ətrafı çoxlu saxsı qab, 
nizə,  bəzək  Ģeyləri  ilə  əhatələnmiĢdir.  Saxsı  qablar  kəllədən  ayaqları  altına  qədər 
önündə qövs Ģəkilində düzülmüĢdür (tablo 72). 
Nizələr  mərhumun  kəlləsi  və  arxasında  6-7  ədəd  qoyulmuĢdur.  Üst-üstə 
ağızları cənuba doğru yönəldilmiĢ bu nizə ucları həddən artıq çürümüĢdür. Onlara 
toxunanda  ovulub  tökülürdü.  Odur  ki,  onları  götürmək  mümkün  olmadı.  Ġri  nizə 
uclarından  ibarət  olan  bu  silah  növlərinin  yaxĢı  qalmıĢ  eyni  nümunələrindən 
götürülmüĢdür. Maraqlıdır, bu qadın qəbri olmasına baxmayaraq bəzək Ģeyləri ilə 
yanaĢı  metal  tapıntılar  içərisində  silahlar  üstünlük  təĢkil  edir  (kiĢi  qəbirilə 
müqayisədə). Ümumiyyətlə kiĢi qəbrində elə baĢqa material da bir o qədər zəngin 
deyildir.  Azərbaycanda  baĢqa  yerlərdə  apardığımız  arxeoloji  qazıntılar  zamanı  da 
belə hallara çox təsadüf etmiĢik. Ona görə də belə bir qənaətə gəlməyə imkanımız 
vardır.  Yoxsa  burada  açdığımız  2  əsas  qəbir  əsasında  zənginlik,  kasıblıq 
əlamətlərini deməyə haqqımız olmazdı. Çünki ola bilər ki, bu təsadüf halda olardı. 
ġübhəsiz  gələcəkdə  geniĢ  tədqiqatlar  bu  barədə  daha  ətraflı  biliklər  əldə  etməyə 
imkan  verəcəkdir.  Biz  hələlik kifayət qədər təcrübəyə əsasən  deyə bilərik  ki,  hələ 
antik  dövrdə  Azərbaycan  ərazisində  qadın  yüksək  qiymətləndirilmiĢdir.  Əlbəttə 
bəzi sərkərdə və baĢqa ictimai Ģəxlər istisna olmaqla. 
Bu  qəbir  adibəsindən  çoxlu  avadanlıq  aĢkar  edildiyindən  və  onların  çoxu 
sınıb,  çürüyüb  sıradan  çıxdığından  habelə  çoxunun  təkrar  olduğundan  onların 
hamısının  götürülməsindənsə  qısa  təsvirini  verib  fotosunu  götürüb  yerindəcə 
saxlamağı,  habelə  yerli  məktəblərdə  təcrübə  kimi  istifadəyə  verilməsi  daha 
məqsədəuyğun hesab edilmiĢdir. Ona görə də istər götürülmüĢ və istərsə də yerində 
saxlanmıĢ  materialların  kompleks  Ģəklində  qısa  izahatla  sadalanmasını  lazım 
bilirik. Bu həm də kompleks haqqında aydın təsəvvür yaradır. 
2 saylı qəbir abidəsindən yuxarıda qeyd etdiyimiz kimi çoxlu silah və saxsı 
qab  nümunələri  ilə  yanaĢı,  2  ədəd  sikkə  nümunələri  (onlar  ölünün  üzü  qarĢısında 
olmaqla  Qırlartəpə  və  ya  Kəndyeri  Ģəhərgahı  ərazisində  ilk  dəfə  tapılaraq  bu 
pulların  yayıldığı  yerlərin  coğrafiyasını  da  geniĢləndirmiĢdir).  Dairəvi  tunc  baĢ 
bəzəkləri  (onlar  çox  nazik  olduğundan  ovxalanıb  tökülürdü),  döĢ  bəzəyi,  yaxud 
sinəbənd  (umbonaoxĢar  tunc  bəzək  əĢyasıdır  ki,  bu  da  nazik  tunc  lövhədən  olub 
ovxalanıb  töküldü),  bir  qolunda  tunc  bilərzik  vardır.  O  yaxĢı  qalmıĢdır.  Alnı 


121 
 
tərəfdə  bir  dəmir  xəncər  aĢkar  edilmiĢdir.  Həmin  dəmir  xəncərin  dəstəsinin  ucu 
halqa  Ģəklindədir.  Bunlar  eramızdan  əvvəllər  üçün  səciyyəvi  olub  Albaniya 
ərazisində  geniĢ  yayılmıĢdır.  Bütün  bunların  çox  çürüməsi  bu  qəbir  abidəsinin 
quzeydə  olması,  daim  nəmlik  çəkməsilə  əlaqədardır.  Skelet  özü  nəm  torpaqda 
qaldığından çox çürümüĢdür. Hətta indi qısa təsvini verəcəyimiz saxsı qabların da 
əksəriyyəti xarab olub sıradan çıxmıĢdır. 
Saxsı qablar skeletin ayaq tərəfindən nisbətən irilərindən baĢlayaraq baĢına 
doğru olan qablar isə bir qədər xırdadır. Ayaq tərəfdə iki ədəd orta həcmli, yumru 
gövdəsinə  iki  tərəfdən  dik  yapıĢdırılmıĢ  qulplu  saxsı  küplərin  qulpları  üstündə 
məhmizləri  vardır.  Qabın  ağzı  dairəvi,  oturacağı  düz,  qırmızı  rəngdədir.  Bu 
küplərin  ağzında  qırmızı  rəngli  dördgül,  təkqulplu  dopu,  bir  tərəfindən  basıq 
yerindən qulpu olan nəlbəkiyəoxĢar qab və ağzı enli qalqa aĢkar edilmiĢdir. Bunlar 
cəmi 5 ədəddir. 
Skeletin  ayaq  sümükləri  yanında  6-cı,  qırmızı  rəngdə  boyanmıĢ  ağzının 
kənarı  çiyninə  yapıĢdırılmıĢ  bir  lentvari  qulpu  olan  boĢqabvari  qabın  sınıqları 
tapılmıĢdır. 7-ci yenə də yanlarından iki en kəsiyi dairəvi qulpu olan nisbətən kiçik 
saxsı qab, 8-ci  içəridən dik qulpu olan boĢqab tipli çanaq, enliağız  qazan formalı 
qırmızı  rəngli  saxsı  qabın  ağzına  qoyulmuĢdur  (9-cu).  Həmin  orta  həcmli  saxsı 
qabın  gövdəsində  en  kəsiyi  lentĢəkilli  iki  qulpu  vardır.  10-cu  sarı  rəngli  çox 
ovxalanmıĢ qabın hissələrindən ibarətdir. 11-ci isə 10-cu qabın içərisinə qoyulmuĢ 
küpəcikdən  ibarətdir.  12-ci  yenə  qırmızı  rəngli  bərniyə  oxĢar,  nisbətən  enliboğaz 
lentvari  təkqulplu  qabdır.  13-cü  qara  rəngli  kobud  qalqadan  ibarət  olub  (onun) 
lentvari qulpu ağzının kənarı ilə çiyninə yapıĢdırılmıĢdır. 14-cü ağzı dördgül dopu, 
15-ci qırmızı rəngdə kiçik vaza (qənddana oxĢardır). 16-cı qırmızı rəngli, ağzı gen, 
oturacağı düz, qulpsuz küpədir. 17-ci qırmızı rəngli kiçik qalqa, onun əyməĢəkilli 
qulpu  çiynindən  fəzaya  dikəlmiĢ  Ģəkildədir.  18-ci  qırmızı  rəngli,  qalın  və  düz 
oturacaqlı cam, onun kiçik qulplu ağzının xaric  kənarındadır. 19-cu yenə  sarımtıl 
boĢqabvari  qabdır.  Onun  lentĢəkilli  təkqulplu  çiyninə,  ağzının  kənarına 
yapıĢdırılmıĢdır.  20-ci  çiynindən  dik  qaldırılmıĢ  qulpu  olan  silindrik  qalqadan 
ibarətdir.  21-ci  qara  rəngli  üçayaq  vaza,  içərisində  xırdabuynuz  heyvanın  bel 
sümükləri qalmıĢdır. 22-ci kiçik duz qabı, 23-cü ağımtıl-boz qalqa enli boğaz, düz 
oturacaqlıdır.  Duz  qabı  bunun  içərisində  idi.  24-cü  ağzı  dördgül,  boz  rəngli,  düz 
oturacaqlı, lentĢəkilli qulpu ağzının kənarı altı ilə çiyninə yapıĢdırılan dolçadır. 25-
ci qulplu dərin cam (badya),  26-cı qırmızı rəngli camdır.  Onun lentĢəkilli ağzının 
kənarı  ilə  çiyninə  birləĢdirilib.  Qabın  çiyni  üstü  çəp  batıq  xəttlə  haĢiyələnib, 
xətlərin  altında  arabir  üç  nöqtə  Ģəklində  bəzək  vurulmuĢdur.  27-ci  qab  da  eyni 
tipdə olub qırmızı rəngdə boyanmıĢ, lakin naxıĢsızdır. 28-ci sərnic formalı qabdır, 
əyməĢəkilli qulpu çiyni üstünə yapıĢdırılaraq ağzından bir qədər yuxarı dayanır. Bu 
qabın  içərisində  29-cu  hesabı  ilə  qeyd  etdiyimiz  bir  duz  qabı  vardır.  30-cu  qara 
rəngli  düz  qapaqdan  ibarətdir.  Qapağın  üstündə  ortada  məhmizvari  yastı  tutacağı 
var. 31-32-ci bir qulplu dopulardan, 33-34-cü isə qırmızı rəngli, qulplu və qulpsuz 


122 
 
kasayaoxĢar qablardan ibarətdir. 35-ci tayqulp, çəhrayı rəngli həvəng dəstəsi, 37-ci 
isə içərisindən həmin həvəng dəstəsi qoyulmuĢ, qırmızı rəngli qalın divarlı nəlbəki 
(kasa) formalı qab, 38-ci qırmızıya boyanmıĢ, birqulplu, düz oturacaqlı boĢqab, 39-
cu  sarımtıl  rəngli  boĢqab,  40-cı  qulplu  boĢqabdır.  Qulp  ağzının  kənarından  dik 
qaldırılmıĢ  Ģəkildədir.  41-ci  gil  boĢqab  bozumtul  rəngli  olub,  qırağından  (iki 
yerdən) deĢiklidir.  42-ci qara təkayaq vazanın  qulpları da  vardır. 43-cü boz rəngli 
cam,  44-cü  boz  rəngli  vaza,  45-ci  içi  qara,  üzü  qırmızı  fincan,  46-cı  iki  qulplu 
qaramtıl  kürə,  onun  da  içərsində  duz  qabı  (47)  vardır.  48-ci  qırmızı  rəngdə 
boyanmıĢ,  ağzının  kənarından  kiçik  lentvari  qulpu  olan  boĢqab,  49-cu  birqulplu 
qara,  kobud  düzəldilmiĢ  küpədən  ibarətdir.  50-ci  suddanbiçimli  ağ  rəngdə, 
keyfiyyətli düzəldilmiĢ ağzı novlu qab, 51-ci çiynində lentĢəkilli qulpu olan badya, 
52-ci  yanlardan  iki  qulpu  olan  enliağız,  qara  rəngli  qab,  53-cü  sərnicvari,  qırmızı 
rəngli, ağzının kənarından dik qaldırılmıĢ qulpu olan qab, 54-cü qırmızı və qaraya 
çalan rəngdə küpəyə oxĢar saxsı qabdır. Onun  gövdəsinin ağzının  kənarına doğru 
ikitilli, petləvari qulp yapıĢdırılmıĢdır. Həmin qabın ucları ĢiĢ olan ayağı vardır. Bu 
qab  kəllənin  arxasında  düzümün  axırıncısı  idi.  O  həddən  artıq  ovxalanmıĢdır. 
Eynilə bu cür qab Nüydi qəbiristanlığından da tapılmıĢdır. 
Yuxarıda  bəzi  tapıntıların  adını  çəkmədik.  Onları  ölçüsü  ilə  vermək 
məqsədimizi  bir  daha  xatırlatmaq  istəyirik.  Çünki  götürülməsi  mümkün  olmayan 
və yerindəcə fotosu aydın çıxmayan bu tapıntılar haqqında bir qədər canlı təsəvvür 
yaransın.  Bunlardan  biri  skeletin  kəlləsi,  daha  doğrusu  üzü  qarĢısında  qoyulmuĢ 
xəncərdir. Bu dəmir xəncərin dəstəsinin ucu halqalı olub uzunluğu 14 sm, tiyəsinin 
uzunluğu 30 sm, eni 5 sm-dən 3 sm-ə qədərdir, ucuna yaxın yerədək. 
LövhəĢəkilli dairəli və bir tərəfi qabarıq olan sinəbəndin diametri 13 sm-dir. 
Mərkəzdə  düyməvari  çıxıntısı  vardır.  Alınlıqlar  isə  çox  nazik,  dairəvi  sikkə 
ölçüsündə  idi.  Onlar  həddən  artıq  çürümüĢ  və  ovxalanıb  tökülmüĢdür.  Yalnız 
yerindəcə müĢahidə edilə bildi. 
TapılmıĢ metal pullar onların tərkibində mis qatıĢığı olması göy rəngdə pas 
atmasından  da  bilinir.  Əsasən  gümüĢdən  hazırlanmıĢ  yerli  sikkələrin  bir  üzündə 
əlində  əsa  və  bir  əlində  quĢ  və  ya  heyvan  əks  olunmuĢ  təsvir,  digər  üzündə  isə 
sxematik insan baĢı həkk edilmiĢdir. Pulların üzərində heç bir yazı izi bilinmir. Bu 
pulların  eradan  əvvəl  I  əsrdə  həkk  olunduğunu  söyləmək  olar  və  beləliklə  qəbir 
abidələrinin  məhz  bizim  eradan  əvvəl  I  əsrin  sonları  və  bizim  eranın  əvvəlləri 
çərçivəsində  qeyd  etməyə  əsas  verir.  Beləliklə  qəbirlərdən  əldə  edilən  maddi-
mədəniyyət  qalıqlarının  da  göstərilən  dövrlərin  məhsulu  olub,  onların  yaĢayıĢ 
məskəninin  mədəni  təbəqələrindən  tapılmıĢ  (əlbəttə  üst  qatlarından)  materiallarla 
uyğun  gəlməsi  qədim  Ģəhərgahın  xronologiyasını  dəqiqləĢdirməyə  kömək 
edəcəkdir.  Buradan,  yəni  Qırlartəpə  və  ya  Kəndyeri  Ģəhərgahından  bir  neçə  pul 
nümunəsinin tapılması, eləcə  də onun  mühüm antik dövr Ģəhərləri arasında, hətta 
yaxınlıqlarında  yerləĢməsi  Ģübhəsiz  dövrün  iqtisadi,  mədəni  və  siyasi  həyatında 
baĢlıca yer tutduğuna əsaslı Ģəhadət verir. Təkcə ticarət və baĢqa sahələr göstərirsə, 


123 
 
tapılmıĢ  təkmil  silahlar,  özü  də  həddən  artıq,  habelə  əmək  alətləri,  çoxçeĢidli 
keramika məmulatı ölkənin qüdrəti haqqında sanballı məlumat verir. 
Qazıntı zamanı ətraf ərazidə olan abidələr də vaxtaĢırı gəzilib  yoxlanılırdı. 
Bu zaman qazıntı apardığımız yerin yaxınlığında, elə Kəndyeri Ģəhərgahının Ģimal 
qurtaracağında,  Pəlhadar  adlı  dağın  üstünə  yaxın  yerdə  Ģum  edilərkən  qədim 
maddi-mədəniyyət qalıqları üzə çıxmıĢdır. Bunlar əsasən iri təsərrüfat küplərindən 
ibarətdir.  Küpün  ağzına  iliĢən  kotan  gavahını  azca  sındırmıĢdır.  Küpün  ağzının 
kənarı  düz,  qalıqları  diliklidir.  Onun  ətrafı  qazılıb  dərinə  salındıqdan  sonra  2  m-ə 
yaxın yerdə dibi görünmüĢdür. Küp xaĢal gövdəli, enli ağız, oturacağı isə bir qədər 
ĢiĢ formalıdır. Onun ağzının diametri 48 sm, saxsının qalınlığı 2-3 sm, oturacağının 
diametri 20 sm, hündürlüyü 1,74 m-dir. Küpün gövdəsinin enli hissəsindən çevrəsi 
3,25  m-dir.  Onun  ağzı  yastı  daĢla  örtülü  olduğundan  içərisi  boĢ  qalmıĢdır. 
Gövdənin içəridən yarıdan yuxarı hissəsi bozumtul, aĢağısı isə qara rəngdə idi. Bu 
küp  ehtimal  ki,  taxıl  ehtiyatı  saxlamaq  üçün  yerə  basdırılmıĢdır.  Adətən  anbar 
vəzifəsi daĢıyan belə küplər ya evlərin zirzəmisində, ya da həyətlərdə açıq yerlərdə 
ağzı yastı daĢ və baĢqa materialdan olan qapaqla kip örtülərək basdırılıb saxlanır. 
Ġçərisindəki ehtiyat azuqə həm basqın, təhlükəli vaxtlarda gizli yerdə qabı düĢmən 
əlinə  keçmir,  həm  də  yağıĢ  və  baĢqa  təsirlərdən  qorunurdu.  Bu  küpdə  bir  tona 
yaxın  azuqə  saxlamaq  mümkün  idi.  Küp  çox  ağır,  qalın  və  möhkəm  olmasına 
baxmayaraq  maĢınla  dik  qaldırılıb  çıxaranda  oturacağı  qopub  yerdə  qaldı.  Ona 
görə  onu  gətirmək  məsləhət  bilinmədi.  Bundan  baĢqa  buradan  nisbətən  kiçik 
təsərrüfat  küpləri  də  çıxmıĢ  və  onlar  traktorun  zərbəsindən  sınmıĢdır.  Bu  küplər 
eyni  kompleksdən  olan  Qırlartəpədən  də  çoxlu  miqdarda  tapılmıĢdır.  Küpün 
saxsının  tərkibi  xaricdən  və  içəridən  qırmızı,  içərisi  ağ  qum  qarıĢıqlı  qara 
rəngdədir. 
Beləliklə,  Ağsu  ərazisindəki  arxeoloji  qazıntıları  zamanı  Azərbaycan 
tarixinin bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirilmiĢ, yazılı mənbələrdəki bəzi 
yanlıĢlıqlara  düzəliĢlər  verilmiĢ,  Azərbaycanın  bu  dövr  tarixi  çoxsaylı  dəlil-
sübutlarla zənginləĢdirilmiĢdir. 
Ağsu  bölgəsinin  qədim  yaĢayıĢ  yerləri,  habelə  zəngin  maddi-mədəniyyət 
qalıqları xalqımızın keçmiĢinə dair qiymətli məlumat verir. Hal-hazırda Qırlartəpə 
qədim  qala-Ģəhər  xarabalığında  və  onun  nekropolunda  elmi-tədqiqatlar  davam 
etdirilir.  Bu  abidə  hansısa  antik  və  ilk  orta  əsrlər  dövrü  iri  iqtisadi  və  ticarət 
mərkəzlərindən  biri  olmuĢdur.  Çox  güman  ki,  antik  və  ilk  orta  əsrlərdə  məĢhur 
Ġpək  yolunun  bir  qolu  da  buradan  keçmiĢdir.  Qırlartəpə  Azərbaycanın  bu  dövr 
məĢhur  Ģəhərləri  Qəbələ  və  ġamaxını  birləĢdirən,  daha  doğrusu  onların  arasında 
əlaqələndirici  əhəmiyyətə  malik  olmuĢdur.  Buradan  aĢkar  edilən  antik  dövrə  aid 
numizmatik materiallar da bunu sübut edir. 
 
 
 


124 
 
 
 
 
 
Fazil Osmanov 
 
Ağsu ərazisində arxeoloji tədqiqatlar 
 
Kompüter tərtibatı: Mehdi Ġsgəndərov 
 
Çapa imzalanmıĢdır: 15.05.2006 
 
Kağız formatı: 60x84 1/16 
 
Həcmi: 10,2 ç.v.; SifariĢ: 211; Sayı: 500 
 
Kitab “ADĠLOĞLU” nəĢriyyatında nəĢrə hazırlanmıĢ 
 
Ünvan: Bakı Ģəh., Nizami küç., 96/12 
 
Tel: 498-68-25; Faks: 498-08-14; 
 
Web:www.adiloglu.az; E-mail: info@adiloglu.az 
 
“TS” mətbəəsində çap olunmuĢdur 
 
Ünvan: Ġ.Məmmədov küçəsi, 1059; 
 
Tel: 418-68-25 
 
 
 
 
 
 
 
 
 


125 
 


126 
 


127 
 
 


128 
 
 


129 
 


130 
 
 


131 
 


132 
 


133 
 


134 
 


135 
 


136 
 


137 
 


138 
 


139 
 


140 
 


141 
 
 

Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə