Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   10   ...   59

15 
 
süddan  tipli  habelə  Nüydi  abidəsi  üçün  səciyyəvi  sayılan  gil  camlardan  ibarətdir. 
Onların  əksəriyyəti  üstdən  düĢən  təzyiq  nəticəsində  qırılmıĢdır.  Skelet  sol  böyrü 
üstdə  baĢı  Ģərqə,  üzü  cənuba  olmaqla  sıx  bükülmüĢ  formada  idi.  Onun  altında 
dağılmıĢ sol qolu çənəsinə doğru, sağ qolu da görünür. Dəfn zamanı üzünə doğru 
qatlanmıĢ  və  sonradan  açılaraq  dirsək  onurğa  üstündə  qalmıĢ,  əl  isə  diz 
istiqamətində qabağa doğru uzadılmıĢ  vəziyyətdə dizdən 10 sm aralı dayanmıĢdır. 
Sağ  əlin  orta  barmağında  nazik  tunc  üzük  vardır.  Ayaq  barmağının  birində  isə 
(barmağın dibində) qırmızı rəngdə boya yaxĢı qalmıĢdır. 
Qəbir  qazıldıqdan  sonra  döĢəmənin  üstünə  bir  qədər  torpaq  töküb  sonra 
tökmə torpaq üstündə ölünü sıx büküb dəfn etmiĢlər, o qədər sıxmıĢlar ki, ayaqlar 
çanaq sümüyünə dayanmıĢdır. Skeletin baĢından çanaq sümüyünə qədər uzunluğu 
90 sm, bud sümüyünün (dizə qədər) uzunluğu 50 sm-dir. Bu hesabla skeletin boyu 
təqribən  1,9  metrdir.  Skeletin  boğazı  yanında  üç  ədəd  göy  rəngdə  ĢüĢə  muncuq 
qoyulmuĢdur. Skeletin baĢının yanında torpaqda od yandırılması izi qalmıĢdır. 
Qəbirin  avadanlığının  çoxu  qırılmıĢ,  20-yə  qədəri  götürülmüĢdür.  Qabların 
çoxunun  içərisində  heyvan  sümükləri  vardır.  Qabların  altında  kül  qatı  müĢahidə 
olunur  ki,  həmin  qəbirin  altında  aĢkar  edilən  11  saylı  torpaq  qəbiri  ilə  əlaqədar 
mərasimin qalığı olduğu sonradan aydınlaĢdırılmıĢdır. 
6  saylı  torpaq  qəbir.  Kvadratda,  1  metr  dərinlikdə  daha  baĢqa  bir  torpaq 
qəbiri  nisbətən  iri  insan  skeletinin  ayaq  və  çanaq  sümükləri  aĢkar  edilmiĢdir. 
Skeletin baĢı yerləĢən sahə qazıntının kənarına doğru uzandığı üçün geniĢləndirmə 
iĢi  aparıldı.  Burada  qəbirin  kəsiyindən  onun  yer  səthində  40  sm  altda  baĢlandığı 
aydın bilinirdi. Qəbir çuxuru  qara və sarı torpaqla doldurulmuĢdur.  Skeletin ayaq 
sümükləri  yanında və altında saman qarıĢıqlı suvaq, yaxud palçıq qatı görünürdü. 
Ola  bilsin  ki,  ölünün  altına  vaxtı  ilə  saman  qarıĢdırılmıĢ  suvaq  və  ya  çiy  kərpic 
döĢənmiĢdir. Skeletin ayaq tərəfində iri küp basdırılmıĢdır. Küpün üst və içərisində 
yanıq qaraltı izi vardır. Onun ayağı altında basdırılmıĢ iri təsərrüfat küpü ətrafından 
baĢlayaraq üzü istiqamətinə və baĢı yanına düzülmüĢ qablardan kənara, Ģimal-Ģərq 
istiqamətinə  yanıq  zolaq  davam  edir.  Yanıq  izi  olan  zolağın  5  sm  olub,  yer 
səthindən 75 sm dərinlikdə aĢkar edilmiĢdir. Onun qalınlığı bəzi yerlərdə 52 sm-ə 
çatır. 
Bu  torpaq  qəbirin  istiqaməti  Ģimal-Ģərq  və  cənub-qərbə  doğrudur.  BaĢ 
Ģimal-Ģərqə  doğru  olmaqla  skeletin  sağ  böyürü  üstdə  aĢkar  edilmiĢdir.  Skeletin 
yaĢlı  adama  aid  olduğunu  onun  diĢlərinin  qaralmasından  bilmək  mümkündür. 
Skeletin  dirsəyi  dizləri  yanında,  əlləri  isə  üzünə  doğru  qatlanmıĢ  vəziyyətdə  idi. 
Dizlərdən  sıx  bükülmüĢ  skeletin  həm  ayağı,  həm  də  baĢı  yanında  bir  iri  küp 
qoyulmuĢdur.  Bundan  əlavə  matra,  cam  formalı  qablar  onun  baĢı  yanında 
qoyulmuĢdur.  1,2  metr  dərinlikdə  aĢkar  edilən  bu  qəbir  abidəsinin  avadanlığı, 
“qab-qacağı”  üzərində  iri  buynuzlu  heyvan  baĢı,  çənəsi,  buynuz  hissəsinin 
çürüntüsü  qalmıĢdır.  Qabların  içərisində  isə  iri  və  xırda  heyvan  sümükləri 
qalmıĢdır.  Bu  qəbirdə  maraqlı  cəhət  odur  ki,  kəllənin  üstündə  alət  və  silah 


16 
 
qoyulmuĢdur.  Belə  ki,  alnın  üstündə  tiyəsi  boğaza  doğru  olmaqla  dəmir  oraq, 
burun və gözünə doğru dik dəmir nizə ucluğu batırılmıĢ vəziyyətdə idi. Onun əlləri 
yanında “üzü qarĢısında” yenə bir dəmir əĢya vardır. 
2 saylı küp qəbir. Qazıntı sahəsinin Ģimal-qərbə doğru artırılan hissəsindən 
VI  kvadratda  0,7  metr  dərinlikdə  daha  bir  qəbir  abidəsi  görünmüĢdür.  Bu  Nüydi 
qədim  qəbiristanlığında  ikinci  küp  qırıqları  üzərində  aĢkar  edilən  dəfn  adəti 
nümunəsidir.  UĢağa  aid  olan  bu  küp  qəbirindəki  sümüklər  həddən  artıq 
çürümüĢdür.  Onun  üzünün  hansı  istiqamətə  olduğunu  təyin  etmək  mümkün 
olmadı.  Lakin  baĢının  Ģimal-Ģərq  istiqamətinə  olduğu  aydınlaĢdırılmıĢdır.  Yer 
üstündə  olan  təzyiq  küp  sınıqlarının  da  o  tərəf-bu  tərəfə  əyilməsinə  səbəb 
olmuĢdur. Ġçərisindəki sümüklər isə qarıĢıq vəziyyətdədir. 
BaĢ  tərəfdə  çoxlu  gil  qablar  qoyulmuĢdur.  Ayaq  tərəfdə  isə  iri  küp 
basdırılmıĢdır.  Həmin  iri  küpün  içərisindən  qırmızı  rəngli  gil  vazanın  disk 
Ģəkilində  oturacağı  da  tapılmıĢdır.  Bundan  əlavə  gil  camlar  və  baĢqa  qablar  da 
aĢkar edilmiĢdir ki, onların da içərisində heyvan sümükləri, bıçağa oxĢar əĢyalar da 
tapılmıĢdır.  Ancaq  o  çox  korroziyaya  uğrayıb  dağılmıĢdır.  Qol  sümüyündə  tunc 
bilərzik, əli yerində tunc üzük, ĢüĢə və muncuqlar tapılmıĢdır. 
7 saylı torpaq  qəbir. Qazıntının VI kvadratında 0,75 metr dərinlikdə daha 
bir  dağılmıĢ  torpaq  qəbir  aĢkar  edilmiĢdir.  Bu  qəbir  abidəsi  VI  kvadratdan  daha 
doğrusu II, VI və XXI kvadratla, habelə 1965-ci il qazıntısı arasında yerləĢmiĢdir. 
Burada  kəllə  sümüyündən  parçalar  vardır.  Qalan  sümüklər  dağıldığından  yeri 
məlum  deyildir.  Ancaq  bir  neçə  qablarla  yanaĢı  qoyun  və  at  (?)  sümükləri 
hissələrinin  (çənə,  kəllə,  dırnaq,  qıç  və  s.)  vardır.  Ümumiyyətlə,  bu  qəbirin 
istiqamətini  və  vəziyyətini  müəyyənləĢdirmək  olmadı.  Ġçərisində  iki  qulplu  iri  gil 
camlar  və  fincanlar  çoxdur.  Bunlardan  baĢqa  nisbətən  iri  gil  camlar,  uzunsov 
gövdəli  çiynində  ikiqulplu  dik  yapıĢdırılmıĢ  qabın  hissələri  tapılmıĢdır.  Onun 
oturacağı  düz  olub,  altdan  7  ədəd  düyməciyi  vardır.  Düyməciklər 
yastılandırılmıĢdılar. Daha bir pis biĢirilmiĢ qara rəngli, çiynindən dik qaldırılmıĢ 
əymə  formalı  qulpu  olan  qab  da  vardır.  Bunlar  həddən  artıq  qırıldığı  üçün  yalnız 
yerindəcə  qeyd  edilib  saxlanılmıĢdır.  Belə  götürülməyən  qablar  ondan  artıqdır. 
SınmıĢ  qabların  təkrarının  qazıntıdan  çox  tapıldığından  yalnız  5  ədəd  gil  qabın 
götürülməsi məsləhət bilindi. Bunlar quĢ fiquru formasında su qabı, dolça, qalqa və 
qapaqdan ibarətdir. 
8 saylı torpaq qəbir. VIII kvadratda növbəti torpaq qəbir 0,75-0,8 metr yer 
səthindən  dərinlikdə  aĢkar  edilmiĢdir.  Bu  Nüydi  qəbiristanlığında  uĢağa  aid  olan 
ilk torpaq qəbiridir. Qəbir düzbucaqlı formasındadır (1,1x0,5) onun ətrafı qalınlığı 
10 sm olan yanğından qızarmıĢ torpaq qatı ilə sərhədlənir. Görünür, ölünün üstünə 
azca  torpaq  töküldükdən  sonra  od  yandırılmıĢdır.  Həmin  yaranmıĢ  suvağa  oxĢar 
“sərhəd”  kəllə  ilə  qəbirlərin  arasındadır.  Gildən  olan  qablar  baĢ  istiqamətində 
düzülmüĢdür.  Onlar  əsasən  dolça,  cam,  bitiĢik  qoĢa  cam  və  s.dən  ibarətdir. 
Qabların  üzərində  də  yanğın  izi  qalmıĢdır.  Bu  gil  qabların  içərisi  və  arasında 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə