Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

19 
 
Skeletin ayaqları yanında çiynində dik yapıĢdırılmıĢ üçtipli qulplu olan nisbətən iri 
küp qoyulmuĢdur. Onun boğazı enli, gövdəsi girdədir. Çəhrayı rəngdə olan bu küp 
gilinin tərkibində qum qarıĢığı vardır. Qəbirin baĢ tərəfində qabların qırıqları vardır 
ki, bunlar da cam formalı qablardandır. Burada yalnız bir bütöv və bir də sınıq gil 
fincan qab götürüldü. Qəbirdən bir ədəd dəhrəyəoxĢar dəmir alət də tapılmıĢdır. 
13  saylı  torpaq  qəbir.  VII  kvadrata,  1,1  metr  dərinlikdə  aĢkar  edilən  bu 
torpaq qəbiri də uĢağa aid olub, çox da kiçik deyildir. Skelet sağ böyrü üstdə, sıx 
bükülmüĢ  Ģəkildə  üzü  15
0
  qərbə  olmaqla  Ģimala  doğru  idi.  Onun    sağ  qolunda 
dəmir  bilərzik  və  yanında  mis  üzük,  boynunda  isə  parçadan  muncuqlar  var  idi. 
Skeletin  ayaq  tərəfində  nisbətən  iri  bir  küp  (küpün  ağzında  da  bir  ədəd  qab),  baĢ 
tərəfində isə 16 gil qab qoyulmuĢdur.  Cəmi 18 gil qabdan ibarət olan avadanlığın 
çoxu  qırılmıĢdır.  Ölünün  üzü  qarĢısında  iki  dəmir  nizə  yerə  dik  sancılmıĢ 
vəziyyətdə  aĢkar  edilmiĢdir.  BaĢ  tərəfdə  qoyulmuĢ  nisbətən  iri  küplərdən  biri 
yumru gövdəli olub, ağzı  kənara  doğru  əyilmiĢdir.  Onun ağzının diametri 19 sm, 
hündürlüyü  isə  28  sm-dir.  Qabın  çiyinlərində  iki  ilgəkvari  qulpu  vardır.  Sərnicə 
oxĢar bu qabın içərisində  qövsvari dəmir bıçaq da  tapılmıĢdır. Ümumiyyətlə, baĢ 
tərəfdə  qoyulmuĢ  qabların  içərisindən  və  yanından  iri  və  xırda  buynuzlu  heyvan 
sümükləri aĢkar edilmiĢdir. 
VII kvadrata, eləcə də Ģimal və Ģərqə doğru kvadratların kənarlarından qəbir 
abidələrinin  davam  etdiyi  qazıntının  gediĢi  zamanı  aydın  olmuĢdur  ki,  qəbirlər  o 
qədər sıx yerləĢdirilib ki, onlardan biri aĢkar ediləndə digərlərinin materialı yaxud 
sümükləri  görünür.  Çox  hallarda  az  qala  qəbirlərin  materialları  bir-birinə  qarıĢır. 
Odur ki,  vaxtın qurtarması,  eləcə  də  vəsaitin tükənməsi qazıntı  sahəsində  bir çox 
qəbirlərin  sərhədlərinin  görünməsinə  baxmayaraq  onları  aĢkar  edib,  öyrənməyi 
təxirə  salmağı  məcbur  etdi.  Beləliklə,  bir  neçə  qəbir  abidəsinin  görünən  hissələri 
konservasiya  edilib,  növbəti  qazıntılara  saxlandı.  Bir  də  ki,  bunların  qazıntının 
kənarına doğru davam edən sahələri sıx üzümlüklərdən ibarətdir. Onların qazılması 
iĢini bu hal da çətinləĢdirmiĢdir. 
Ümumiyyətlə,  bu  mövsümdə  Nüydi  nekropolunda  11  qəbir  abidəsi  aĢkar 
edilib, səkkizi yaĢlı adama aid torpaq qəbirlərdir. Onların təsviri verilərkən əsasən 
götürülməyən  avadanlıqdan  qısa  Ģəkildə  danıĢılmıĢdır,  həm  də  onların  sadəcə 
adları  sadalanmıĢdır.  Materiallar  haqqında  ayrıca  qruplar  halında  bir  qədər 
müfəssəl  bəhs  olunacaqdır.  Qəbirlərin  avadanlığında  bir-birindən  kəskin  surətdə 
ayrılan  elə  böyük  fərqlər  nəzərə  çarpmır.  Məhz  buna  görə  də  təkrarlara  yol 
verilməsin  deyə  materialları  ayrıca  verməyi  lazım  bildik.  Nəzərə  çarpan  fərqlər 
yeri gəldikcə izah olunacaq və hansı qatda qəbirə aidiyyatı da göstəriləcəkdir. 
Saxsı  məmulatı.  Nüydi  abidəsində  qəbirlərə  çoxlu  avadanlıq  qoymuĢlar. 
Bunların da içərisində saxsı qablar baĢlıca yer tutur. Elə qəbir abidəsi var ki, onda 
40-dan çox təkcə gil qaba rast gəlmək olur. Saxsı qablardan sonra isə dəmir alət və 
silahlar çoxluq təĢkil edir, bəzək Ģeyləri nisbətən azdır.  


20 
 
Saxsı qabların miqdarca çoxluğuna müqabil olaraq onların tipləri də çoxdur. 
Bunların  da  içərisində  15-ə  qədər  forma  müĢahidə  olunmuĢdur.  Saxsı  məmulatı 
haqqında  təsəvvür  yaratmaq  üçün onları  formasına  görə  qısa  Ģəkildə  təsvir edirik 
(tablo 19-23; 26). 
Dolçalar. Gil qabların içərisində dolçalar üstünlük təĢkil edir. Bunlar da tam 
eyni formalı olmayıb, ağzı novçalı üçgül, dördgül, dairəvi Ģəkildədir. Bu tip qablar 
müxtəlif təbəqələrdən məlumdur. Onların alt təbəqə üçün xarakterikləri hazırlama 
texnologiyasına və bir qədər zəifliyinə görə fərqlənir. Üst qata aid dolçalar isə eyni 
formanı saxlasa da tədricən kobudlaĢma nəzərə çarpır. 
Gil  fincan  və  yaxud  qulplu  camlar.  Sarımtıl,  yaxud  qırmızı  rəngdə 
hazırlanmıĢ  bu  gil  qablar  da  qədim  Nüydi  sakinlərinin  məiĢətində  geniĢ 
yayılmıĢdır. Bu tip qablara qəbirlərdə çox təsadüf olunur. Onlar enli ağızlı, boğazı 
azca  boğmalı,  gövdəsi  enli,  oturacağı  isə  nisbətən  dar  və  düz  formada 
hazırlanmıĢdır. Bu gil fincanların bir yaxud iki qulplu olur. Belə gil fincanların bir 
ədəd qoĢa hazırlanmıĢ nümunəsinə də təsadüf edilmiĢdir. 
Çölməklər.  Nüydi  yaĢayıĢ  yerinin  xarakterik  gil  qablarından  biri  də 
çölməklərdir.  Bunlar  nisbətən  iri  həcmli  olub,  qırmızı  rəngdə  biĢirilmiĢdir. 
Bunların ağzı enli, çiynilə ağzının arası (boğazı) yığcam, gövdəsi ĢiĢkin, oturacağı 
isə  nisbətən  dar  və  düzdür.  Çölməklərin  iki  qulpu  vardır.  Qulpların  en  kəsiyi 
dairəvi,  lentvari  və  hörmə  olub,  ağzının  kənarı  ilə  çiyninə  birləĢdirilmiĢdir. 
Çölməklərin bəzisinin qulpu yalnız çiyin hissəyə köndələn yapıĢdırılaraq dik əymə 
Ģəklində düzəldilmiĢdir. 
Qabın  çiynində,  qulpların  arasında  iki  yerdə  hərəsində  üçdən-beĢə  qədər 
barmaqla basılmıĢ batıqdan və çıxıntılardan ibarət bəzək vardır. Bu qablar bir növ 
sərnicə də oxĢayır. Ola bilsin ki, bunları məhz həmin funksiyanı da ifa etmiĢdir.  
Zoomorf qablar. Zoomorf qablar əsasən quĢ formasında hazırlanmıĢdır. Bu 
tip qablar da Nüydi abidəsində çox tapılır. QuĢ fiqurlu bu qabların yalnız gövdəsi 
cücə  və  yaxud  toyuğa  oxĢadılmıĢdır.  Belə  ki,  onların  boğazı  dik  qaldırılmıĢ 
formada  olub,  ağzı  dairəvidir.  Belə  qövsvari  olub,  ortadan  uzununa  bəzən  çıxıntı 
Ģəklində uzanır. Belin ortasında ilgəkvari qulp vardır. Oturacaq isə dar və düzdür. 
Quyruq hissə bir ĢiĢ və ya iki çıxıntılı Ģəkildə bir qədər dik hazırlanmıĢdır. Onların 
gilinin tərkibində ağ qum dənələri vardır. Qab sarımtıl rəngdədir. Bu qabların ağzı 
kiçik dairəvi gil qapaqlarla örtülmüĢdür.  
Matralar.  Nüydi  qədim  qəbirsitanlığında  materiallara  da  təsadüf 
olunmuĢdur. Bunlar demək olar ki, eyni formalı olub müxtəlif ölçüdədirlər. Onlar 
boz və qırmızı rəngdə hazırlanmıĢdır. Materialların üstü günbəz formalı, oturacağı 
kiçik və düzdür. Dar boğazları bir qədər yuxarıya dikəlmiĢ formada hazırlanmıĢdır. 
Ağızları dairəvidir. Çiyin hissəsində iki ilgəkvari qulpu var. Onlar tısbağanın öndə 
görünüĢünü xatırladır.  
Orta  həcmli  küplər.  Bu  tip  qablar  qəbirlərə  əsasən  bir  və  ya  iki  ədəd 
olmaqla ölünün baĢı və yaxud ayaqları yanında müĢahidə edilir. Ona görə də belə 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə