65
Ümumiyyətlə, urada aĢkar edilmiĢ torpaq qəbirlərdən bir ədəd kəllə demək
olar ki, salamat qalmıĢdır. Kəllə biologiya elmi namizədi Rəbiyyə Qasımova
tərəfindən təyin edilərək antropoloji tipi müəyyən edilmiĢdir. Onun təyinatına görə,
e.ə II-I əsrlərə aid torpaq qəbirdən aĢkar edilmiĢ kəllə orta yaĢlı, yəni 50-55-ə qədər
yaĢı olan kiĢiyə məxsusdur. Morfoloji və ölçü əlamətlərinə görə Avropa irqinin
cənub Ģaxəsindən “aralıq dənizi” antropoloji tipinə aiddir.
E.ə. I-eramızın I minilliyinə aid antropoloji materiallar da həmin tipə aiddir.
Müasir azərbaycanlılar səciyyəvi olan “kaspi” antropoloji tipi həmin “aralıq
dənizi” tipi əsasında inkiĢaf etmiĢdir. Görkəmli antropoloq Rəbiyyə Qasımovanın
verdiyi bu qiymətli məlumatı götürülməsi mümkün olmayan, lakin yerindəcə
fotoĢəkilləri çəkilən Uzunboylar abidəsindən aĢkar edilmiĢ insan skeleti, kəlləsi
qalıqlarına da aid etmək olar. Beləliklə, antik dövrün zəngin, inkiĢaf etmiĢ
əkinçilik, maldarlıq və sənətkarlıq mədəniyyətinə malik bu qədim sakinlərin
“kaspi” antropoloji tipinə mənsubiyyəti bir daha onların müasir azərbaycanlıların
sələfləri olduğunu sübut edir.
Buradan daha üç dağıdılmıĢ qəbrin materialları [iri təsərrüfat küpünün
qalıqları, zoomorf gil qab (tablo 52-8), həvəng dəstəsinə oxĢar gil əĢya, qapaqlar,
mis bəzək Ģeyləri, qolbaq parçası, 3 ədəd dəmir nizə (tablo 52-3,4), bıçaqĢəkilli alət
(tablo 52-5), sümük biz və s.] toplanmıĢdır.
Qırlartəpə. Ağsu rayonunun Qırlar kəndi üstündə, hündür nöqtədə yerləĢən
bu təpənin heç bir xüsusi adı yoxdur. Yerli əhali təpənin ətəyində nisbətən düzən
sahəyə “Təpədalı” deyirlər. Ümumiyyətlə, buradakı əkilib biçilən sahəni həmin
təpəyə görə adlandırırlar. Qeyd edək ki, hal-hazırda üzüm bağına çevrilmiĢ həmin
sahədə antik dövr üçün səciyyəvi maddi-mədəniyyət nümunələri, qəbir abidələri
vardır. Təpənin üstündə ətraf yerlər də çox gözəl müĢahidə edilir, əlvan mənzərələr
- Ağsuçayın dərin vadisi meĢəlik, kolluq, otlaqlardan ibarət geniĢ sahilləri, ġamaxı
rayonu ərazisi, xüsusən Pirdəriki, Buğurt, Pirqulu, Qart, Fit, Niyal dağları aydın
görünür.
Təpənin yerləĢdiyi ətraf ərazi dəmyə əkinçilik və maldarlıq təsərrüfatının
inkiĢafı üçün çox gözəl əlveriĢli Ģəraitə malikdir. Münbit torpağı, zəngin bitki
növləri, meĢəsi, suyu ilə Ģöhrət tapan bu yerlərdə çox böyük zəhmət tələb
olunmadan lazımi həyati vasitələrini yaratmaq mümkündür. ġirvan boz dağlarının
müəyyən hissəsini təĢkil edən bu regionun səfalı havası axar-baxarlılığı da insanı
özünə cəlb edir. Bütün bu vasitələr Qırlartəpə və ətrafında ən qədim zamanlardan
insan yaĢayıĢının zəminini ĢərtləndirmiĢdir. Yuxarıda qeyd etdiyimiz kimi abidə
hələ 1960-cı illərdə diqqətimizi cəlb etmiĢdir. Lakin bilavasitə qazıntı iĢləri
aparılmamıĢdır.
Nəhayət 1982-ci il arxeoloji tədqiqatları zamanı bu təpənin üstünün əvvəlki
müĢahidələrimizə görə çökdüyü aydın hiss olunurdu. Burada yoxlama qazıntısı
qoyulmasını qərara aldıq. Bundan əlavə mövsümün tədqiqat planına görə burada
qazıntı aparılması nəzərdə tutulmuĢdu.
66
Təpənin hazırkı vəziyyətinə görə nisbi hündürlüyü təqribən 10 metr,
üstünün uzunluğu 40 metr, eni 15 m-dir (orta enlik). Təpənin səthinin çevrəsi
təqribən 100 addımdır. Qazıntı nöqtəsini cənub kənarda təpənin üstündən
götürməyi məsləhət bildik. Belə ki, buradan porsuq yuvası ağzında çıxmıĢ kərpic
və ya kürə divarını xatırladan qırıqlar, habelə əhəng-kərpic qalığının varlığı
müəyyənləĢdirildi. Bu məqsədlə təpənin cənub-qərb kənarından üstdə 3x5 metr
ölçüsündə (relyefə uyğun) yoxlama qazıntısına baĢlandı. Həmin yerdə kərpicləĢmiĢ
suvaq parçaları, kül və s. yanğın izi bilinirdi. Üst təpəciklərdə ilk orta əsr
keramikası, dən daĢlarına rast gəlinir. Lap baĢlanğıcdan zəngin yaĢayıĢ izi insan
fəaliyyəti qalığı aydın hiss olunur. Burada son antik və ya ilk orta əsrlər üçün
səciyyəvi saxsı qab ağzının kənarı qulp və baĢqa hissələri aĢkar edilmiĢdir. Saxsı
qab qulplarının üstündə basma, kəsmə naxıĢları vardır. Maraqlı tapıntılardan biri
Nehrənin oturacaq hissəsidir. Onun dibində (içəridən) iki dik məhmizi vardır.
Ümumiyyətlə, saxsı qalqa və nisbətən iri məiĢət qablarının qırıqları həddən
artıq tapılır. Üst, qarıĢdırılmıĢ və ya uçub tökülmüĢ hissədə yanıb biĢmiĢ suvaq
parçalarına, təndir divarına oxĢar qalıqlar, dairəvi, kiçik təndiri xatırladan yerlər də
üzə çıxır. Həmçinin əhəng kirəclə bərkidilmiĢ daĢ parçaları qəlpələri, tikili hissələri
aĢkar edilir.
Burada kül, qızarmıĢ yanğın tozu həddən artıqdır. Tikinti daĢları arasında iri
qayıqvari dən daĢın yarısı da tapılmıĢdır. Bu tapıntılar 0,5-0,7 metr dərinlikdə
müĢahidə edilir. Dərinə düĢdükcə qazıntının kənarına doğru hissə yenə də üst səthə
yaxınlaĢır. Yəni təpənin tədricən aĢağı yamacında yenə də iri təsərrüfat küplərinin
dik basdırıldığının Ģahidi olduq. Bu küpün oturacağı dar, gövdəsinin enli yerindən
diametri 0,7 m-dir; saxsının qalınlığı 0,2 sm-dir. O parçalanmıĢ vəziyyətdə idi.
Onun içərisində yanğından əmələ gəlmiĢ kül qalıqları var idi. 0,9-1 metr dərinlikdə
daĢ töküntü, suvaq parçaları təmizlənərkən tərkibinə saman qarıĢdırılmıĢ kəndiyə
oxĢar dairəvi ocaq və ya baĢqa təsərrüfat yeri aĢkar edilmiĢdir. Onun içərisindən və
uçub tökülmüĢ hissələri yanğından yarımçıq biĢmiĢ, saman qarıĢıqları gili olan
dayaz və kobud qab qırıqları tapılmıĢdır. Onlar primitiv qab formasında olub,
eneolit qablarını da xatırladır.
Ümumiyyətlə, açdığımız yoxlama qazıntı yerində 1,5 metrə qədər (üstdə)
dərinliyə düĢmüĢüksə də hələlik abidənin sirli aləmi istehsal ocağı, yaĢayıĢ yeri
əlamətini və bu kimi yerlərin olduğunu nəzərə çarpdırır. Burada möhtəĢəm
tikintinin qalığı da gözlənilir. Tikinti daĢları hamısı çaydaĢındandır. Qazıntı ətəkdə
dərinləĢdikcə, təpənin maili yamacına görə təbii olaraq sahə geniĢlənmiĢdir. 1,5
metr dərinlikdə qazıntının eni 5 metrə çatmıĢdır. Burada yanıq torpaq, kül, daĢ
əvvəlki kimi davam edir. Buradan yarımqazan, səhəng tipli qablar aĢkar edilmiĢdir.
Yuxarıda qeyd etdiyimiz kiçik ocağın diametri 28 sm, salamat qalmıĢ hissəsində
hündürlüyü 24 sm, qalınlığı isə 2,5 sm-dir. Bu ocaq təndirvaridir. Bu cür nisbətən
iri təndirvari və ya kəndiyə oxĢar qurğuların uçub töküldüyü və onun sarımtıl
palçıqdan düzəldiyi müĢahidə edilmiĢdir. Ümumiyyətlə, qazıntı palçığına saman
Dostları ilə paylaş: |