Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə14/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

CƏHƏNNƏMİN VƏSFİ

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6). «…Onlar Cəhənnəm odunun yanacağıdırlar». (Ali İmaran 10). «O, gün biz Cəhənnəmi kafirlərin gözü qarşısına gətirərik». (əl-Kəhf 100). «(Ey müşriklər! Qiyamət günü) Siz o, Cəhənnəmi mütləq görəcəksiniz! Bəli siz onu mütləq öz gözünüzlə görəcəksiniz!». (ət-Təkəsur 6.7). «Onların üstlərində və altlarında oddan sipər vardır. Allah öz bəndələrini bununla qorxudur. Ey bəndələrim! Məndən qorxun». (əz-Zumər 16). «Onları zillət basar…Onların üzü sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər. Özləri də orada əbədi qalacaqlar». (Yunus 27). «Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Kaş o, (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç bir fayda vermədi». (əl-Haqqa 25-29). «Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır! (Onlara) Bu ona görədir ki, (dünyada) yalnız Allah çağrıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır!». (əl-Mumin 11.12). «İnsanları onlara əzab gələcəyi günlə qorxut. O, gün zalimlər: «Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər və Peyğəmbərlərə tabe olarıq» – deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz». (İbrahim 44). «Onlar orada fəryad edib deyəcəklər: «Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O, əməlləri yox ki, (dünyada) edirdik! (onlara) Məgər sizə orada öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi? Hələ sizə qorxudan Peyğəmbərlər də gəlmişdir. Dadın (Cəhənnəm əzabını)! Zalimlərin imdadına çatan olmaz!». (Fatir 37). «Onlar deyərlər: «Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir cəmaat olduq! Ey Rəbbimiz bizi oradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də (pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq». (əl-Muminun 106-108). «Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür». (Məryəm 71). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət və Cəhənnəm aralarında münaqişə etdilər. Cənnət deyir: «Mənə daxil olanlar zəif və miskinlərdir. Cəhənnəm deyir: «Mənə daxil olanlar qüvvətlilər və təkəbbürlülərdir». Allah Cəhənnəmə: «Sən mənim əzabımsan. İstədiyimdən sənin ilə intiqam alaram». Cənnətə isə: «Sən Mənim rəhmətimsən. Sənin ilə istədiyim kəsə rəhm edərəm. İkinizə də dolacaq qədər vardır»663. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən görməmişdim. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss edilir»664. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Əgər kafir Allahın yanındakı rəhmətini bilsəydi Cənnətdən ümüd kəsməzdi. Əgər mömin Allah yanındakı əzabdan xəbərdar olsaydı Allahın Cəhənnəmindən əmin olmazdı»665. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan istədiyimə əzab edirəm. Hər birinizə dolacaq qədər var. Amma Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi, Bəsdi! deyib Cəhənnəm dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar yaradır»666. Adıy b. Hatim – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən elə bir kimsə yoxdur ki, onunla Allah arasında heç bir vasitə olmadan Allah onunla danışmasın. Sağına baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir, soluna baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir. Önünə baxacaq önündə Cəhənnəmdən başqa bir görməyəcəkdir. Bir xurmanın yarısı qədər də olsa sədəqə verərək və ya gözəl bir söz söyləyərək özünüzü Cəhənnəm əzabından qoruyun”667.

Cəhənnəmdən Allaha Sığınmaq: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz Peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!” Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”. (Ali İmran 191-195). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allahdan üç dəfə Cənnəti istəyərsə, Cənnət deyər: «Allahım onu Cənnətə daxil et». Kim Allahdan üç dəfə Cəhənnmdən qorunmasını istəyərsə, Cəhənnəm deyər: «Allahım onu Cəhənnəmdən qoru!»668. Əbu Hureyrə - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Allahdan gün ərzində 7 dəfə Cəhənnmdən qorunmasını istəyərsə, Cəhənnəm deyər: «Ya Rəbbim! Filan qulun məndən Sənə sığınır. onu Cəhənnəmdən qoru!”. Kim Allahdan gün ərzində 7 dəfə Cənnəti istəyərsə, Cənnət deyər: «Ya Rəbbim! Filan qulun məni Səndən diləyir. Onu Cənnətə daxil et”669. Əbu Sinan İsa b. Sinan, o da Ata əl-Xorasandan rəvayət edir ki: “Kim ki, Allahdan 7 dəfə onu Cəhənnəmdən azad etməsini istəyərsə Cəhənnəm: “Mənim səndən alacağım yoxdur” deyər. əl-Həsən b. Sufyandan, Əbu Hureyrə - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan Cənnəti çox istəyin, Cəhənnəmdən Allaha sığının. Çünki o ikisi şəfaətçidir və şəfaətləri qəbul ediləcəkdir. Şübhəsiz qul Allahdan çox-çox Cənnəti istədikdə Cənnət: Ya Rəbbim! Bu qulun məni səndən istəyir. Onu mənə yerləşdir. Cəhənnəm də: “Ya Rəbbim! Bu qulun məndən sənə sığınır. Onu qoru”670.



Dünya Atəşi Cəhənnəm Atəşindən Qorxur: Aməş, Mucahid – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Bu (dünya) atəşiniz Cəhənnəm atəşindən Allaha sığınır”. Başqa rəvayətdə: “Nəfsim əlində olan Allaha and olsun ki, o belə (dünya atəşi) Cəhənnəm atəşinə dönməmək və qurtulmaq üçün Allaha dua edir” dedi.

Cəhənnəmin Böyüklüyü: İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, gün Cəhənnəm gətrilir. Cəhənnəmin yetmiş min yuları olacaqdır və hər bir yularından yetmiş min mələk tutacaqdır. Mələklər (bu yulardan) tutub Cəhənnəmi çəkib gətirəcəklər»671. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Günəş və Ay bir-birinin içinə salınıb Cəhənnəmə atılacaqlar»672.

Cəhənnəmin Dərinliyi: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanında oturmuşduq. Bir gurultu səsi eşitdik. Rəsulullah: «Bilirsinizmi bu nə idi?». Biz: «Allah və Rəsulu daha gözəl bilir» dedik. Peyğəmbər: «Bu Cəhənnəmə yetmiş il bundan əvvəl atılmış daşdır ki, indi onun dibinə çatıb (Başqa rəvayətdə: Cəhənnəmin kənarından aşağıya doğru yuvarlanan bir daş 70 il sonra Cəhənnəmin dibinə çatmaz673674. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən insan fərqinə varmadan elə bir kəlimə işlədər ki, bununla 70 il Cəhənnəmə düşər (yuvarlanar)»675.

Cəhənnəmin Vadiləri: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)”. (Məryəm 59). Əbu Umamə – radıyallahu anhu – deyir ki: “ĞəyyAsam Cəhənnəmin ən alt qatında iki çaydır. Oradan Cəhənnəm əhlinin irini axar”. İbn Abbas – radıyallahu anhu – deyir ki: “Ğəyy - Cəhənnəmdə bir vadidir”. Ğəyy – Cəhənnəmdə bir vadi olub dadı pis və dibi dərindir”676. Ğəyy – Cəhənnəmdə isti sudan bir çaydır. Şəhvətlərinə tabe olanların atılacağı yerdir”. Qatadə – radıyallahu anhu – deyir ki: “Asam – Cəhənnəmdə bir vadidir”. Şəfi b. Matia deyir ki: “Cəhənnəmdə bir qəsr vardır. Ona Həviyə - deyilir. Kafir ona atılır dibinə çatmadan 40 il keçir”. “...Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (Cəhənnəmlik) olar”. (Ta ha 81). “...Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik!”. (əl-Kəhf 52). Abdullah b. Amr – radıyallahu anhu – deyir ki: “Cəhənnəmdə dərin bir vadidir”. Amr b. Əbəsə – radıyallahu anhu – deyir ki: “Falk – Cəhənnəmdə bir quyudur. İnsan oğlu Cəhənnəmdən əzab gördüyü kimi, Cəhənnəm də ondan əziyyət görür”677. Zeyd b. Ali – radıyallahu anhu – deyir ki: “Falk – Cəhənnəmdə üstü örtük olan dərin bir quyudur. Üstü açıldığı zaman Cəhənnəm oradan çıxan istilikdən fəryad edər”678. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: “Cəhənnəmdə üstü örtülmüş bir quyudur”. İbn Abbas – radıyallahu anhu – deyir ki: “Cəhənnəmdə bir həpsxanadır”. «O, günü yalanlamış olanlara Veyl vardır». (əl-Mursəlat 15). Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Veyl - Cəhənnəmdə bir vadidir (Başqa rəvayətdə: İki dağ arasında bir vadidir). Kafir orada 40 il batar. Lakin dibinə çatmaz»679. Osman – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Veyl – Cəhənnəmdə atəşdən bir dağdır”680. Əbu İyad – rahmətullahi aleyhi - deyir ki: “Veyl – Cəhənnəmdə irindən bir vadidir”. Ata b. Yəsar – rahmətullahi aleyhi - deyir ki: “Veyl – Cəhənnəmdə elə bir vadidir ki, dağlar içinə atılsa istiliyindən əriyərlər”. “Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm”. (əl-Muddəssir 17). Səud – atəşdən bir dağın adıdır. Kafir 70 il ona çıxar, çıxdıqdan sonra təkrar 70 il də Cəhənnəmə geri enər. Beləcə Cəhənnəmdə əbədiyyən əzab çəkər”. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hüzun - quyusundan Allaha sığının». Səhabələr: «Ey Allahın Rəsulu! Hüzun - quyusu nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəmdə bir vadidir. Cəhənnəm o, vadidən hər gün 100 dəfə Allaha sığınır» deyə buyurdu. Səhabələr: «Ey Allahın Rəsulu! Ora kimlər girəcəkdir?» deyə soruşdular. Peyğəmbər: «Əməllərində riya edən kimsələr (Başqa rəvayətdə: Riyakar Hafizlər üçün)» deyə buyurdu681. Bəkr b. Huneys – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə bir vadi vardır. Cəhənnəm o, vadidən hər gün 7 dəfə Allaha sığınır. O, vadidə bir quyu vardır. Vadi və Cəhənnəm ondan gündə 7 dəfə Allaha sığınır. O, quyuda elə bir ilan vardır ki, Vadi, Quyu və Cəhənnəm ondan gündə 7 dəfə Allaha sığınırlar. Hafizlərin fasiq olanları ora düşər. Onlar: “Rəbbimiz bütə ibadət edənlərdən öncə bizdən başladı”. Onlara: “Bilənlər bilməyənlər kimi deyildir” deyilər. Amr b. Şuey atasından, o da babasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlülər (zalımlar) Qiyamət günü adam şəkilində kiçik qarışqalar boyda məşhərə toplanacaqlar. Onları hər tərəfdən zillət bürüyəcəkdir. Onlar Cəhənnəmdəki Buləs - adlı zindana aparılacaqlar. Onları alovların atəşi bürüyəcək və onlara Cəhənnəm əhlinin bədənindən axan irindən içirdiləcəkdir»682. Ata b. Yəsar – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə 70 min vadi vardır. Hər vadidə 70 min bölüm vardır. Hər bir bölümdə 70 min hücrə vardır. Hər hücrədə Cəhənnəm əhlinin üzünü yeyən bir ilan (Başqa rəvayətdə: Dəvə boynu kimi qalın ilanlar və Həbəşistan qatırı kimi əqrəblər) vardır (Başqa rəvayətdə: Kafir və Münafiqlər bunların hamısına girmədən işləri bitməz)”683. Həsən b. Yəhyə əl-Huşani – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə hər evin, hər mağaranın, hər halqanın, hər ipin, hər zəncirin üzərində sahibinin ismi vardır”. Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Bu rəvayəti Süleymana danışdıqda ağladı və: “Vay olsun sənə! Bunların hamısı bir insana aid olsa necə olur?” dedi. Halqa boynuna, iplər ayağına, zəncirlər boynuna taxılsa sonra atəşə, sonra da mağaraya atılar...”. Bunlardan Allaha Sığınırıq!

Cəhənnəm Haradadır: Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Dəniz Cəhənnəmin özüdür»684. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «…Doğrusu dənizin altında atəş, atəşin altında da dəniz vardır»685. İbn Abbas, Abdullah b. Səlam, Qatadə – radıyallahu anhum – deyirlər ki: “Cənnət - yeddi qat göydədir, Cəhənnəm isə - yeddi qat dənizin altında (Başqa rəvayətdə: Yerin yeddinci qatında)”686. Abdullah b. Amr – radıyallahu anhu – deyir ki: “Kafirlərin ruhları yerin dibində yedinci təbəqədədirlər”. İmam Əhməd, Yala b. Umeyyə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Dəniz Cəhənnəmdir”. Yala bu mövzu haqqında soruşulanda: ...Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir...”. (əl-Kəhf 29). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki: “Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman”. (ət-Təkvir 6) ayəsi barədə: Günəş, Ay və Ulduzlar dənizə salınar. Sonra bir külək əsər, onları alov olana qədər üflər”687. İbn Cərir, Səid b. Museyyibdən, o da Əli – radıyallahu anhu – dan rəvayət edir ki: Yəhudilərdən bir nəfərdən: “Cəhənnəm haradadır” deyə soruşuldu. O: “Dənizdir (Başqa rəvayətdə: Dənizin altında)” deyə cavab verdi. Əli: “O, doğru dedi” sonra: “Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman”. (ət-Təkvir 6). “Və dolub daşan (alovlanan) dənizə ki”. (ət-Tur 6) ayəsini oxudu. Səid b. Əbi əl-Həsən əl-Basri – rahmətullahi aleyhi - nin qardaşı deyir ki: “Dəniz Cəhənnəmin təbəqələrindən bir təbəqədir”.

Bəzi alimlər Cəhənnəmin də göydə olduğunu qeyd edirlər: Mucahid: “Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır)”. (əz-Zariyyat 22) ayəsinin təfsirində: “Burada qəsd edilən Cənnət və Cəhənnəmdir” dedi. İmam Əhməd, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “İsra gecəsi Cənnət və Cəhənnəmi səmada gördüm bu ayəni oxudu: “Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır)”. (əz-Zariyyat 22)688. Doğrusunu Allah Bilir!



Cəhənnəm Alovu: “Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş azırlamışıq” (İnsan 4). “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”. (əl-Əraf 41).(O gün) bir çox üzlər zəlil görkəm alacaq; (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; Yanar oda girəcəkdir; Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir" (Ğaşiyə 2-5). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cəhənnəmin qaynar içəcəyi insanların başlarına tökülsə oradan girər, qarınlarına çatar və bağırsaqlarını parça-parça edər. Axırda bu qaynar su arxa dəlikdən çıxar. Bu əridicidir. Sonra vəziyyət yenə də eyni ilə təkrarlanar”689. “Onlar onunla (Cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar”. (ər-Rəhman 44). “Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) Cəhənnəm odu içərisində olacaqlar. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir)”. (əl-Qəmər 47-48). “Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır). Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni Və (mal-dövlət) yığıb saxlayanı!”. (əl-Məaric 15-18). “O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir”. (Huməzə 6-8).

Cəhənnəmin Hərarəti Və Zülməti: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Adəm övladlarının yandırdığı od Cəhənnəm odunun yetmiş də bir hissəsidir (Başqa rəvayətdə: 69 dəfə şiddətlidir690691. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm odunu ağ olana kimi min il qalayıblar, sonra yenə də min il qırmızı olana qədər qalayıblar, sonra yenə də qap-qara olana kimi min il də qalayıblar. O, zülmət gecə qaranlığı olana kimi min il də yandı»692. Ubey b. Kəb – radıyallahu anhu – deyir ki: “Yaxud onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir”. (ən-Nur 40). O, beş növ qaranlıqdır. Kəlamı qaranlıqdır, əməli qaranlıqdır, girişi qaranlıqdır, çıxışı qaranlıqdır, düşəcəkləri yer də atəşin qaranlığıdır”. Dəhhaq – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm qaradır, suyu qaradır, ağacları və əhli də qaradır. “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır”. (Ali İmran 106). “Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”. (Yunus 27).

Cəhənnəmin Soyuqluğu Və Hərarəti: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissəmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq hava və ən isti hava buna görədir»693. Ömər – radıyallahu anhu – deyir ki: “Əgər Cəhənnəmdən dananın burun dəliyi qədər dəlik açılsaydı şərqdə olan bir kimsəylə qərbdə olan bir kimsənin beyni istidən qaynayardı”. İbn Abbas – radıyallahu anhu – deyir ki: “Cəhənnəm əhli istidən ötrü Rəblərindən yardım istəyirlər. Köməklərinə soyuqdan sümükləri qıran elə bir külək gəlir ki, onlar bu dəfə isti üçün yardım istəyirlər”. AbdulMəlik b. Umeyr – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmliklər Cəhənnəm gözətçilərinə onları Cəhənnəmin kənarına çıxarmalarını istərlər. Gözətçidə onları çıxarır. Lakin onları soyuq və şaxta öldürür. Onlar təkrar geri dönərlər”. İbn Məsud – radıyallahu anhu – deyir ki: “Şaxta - əzabdır”. İkrimə – radıyallahu anhu – deyir ki: “O, şiddətli soyuqdur”. Kəb – radıyallahu anhu – deyir ki: “Cəhənnəmdə bir soyuq vardır. İnsan ətini bədənindən soyar ta ki, Cəhənnəmliklər Cəhənnəmi köməyə çağırırlar”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür»694. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qızdırma Cəhənnəmin genişlənməsindəndir. Onu su ilə sərinləşdirin»695. Amr b. Abəsə əs-Suləmi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “...Günəş təpə nöqtəsinə (Zenitdə) gəldiyi vaxt namaz qılma. Çünki Cəhənnəm qapılarının açıldığı və Cəhənnəmin hərarətinin ən şiddətli olduğu bir saatdır...”696.

Cəhənnəmin Divarları: De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!”. (əl-Kəhf 29). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Atəşdən divar mənasındadır”. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Atəşdən dörd divardır. Hər divarın qalınlığı
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə