Фчшкцец шьфт


Mömin Qardaşları Yaxşı Əməllərinin Savabından Ona Hədiyyə Etmələriylə



Yüklə 2,49 Mb.
səhifə8/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

27. Mömin Qardaşları Yaxşı Əməllərinin Savabından Ona Hədiyyə Etmələriylə: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə lurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu457. Aişə - radıyallahu anhum – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə cavab verdi458. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc, nə ümrə, nə də səfərə çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın yerinə həcc və ümrə et» deyə buyurdu459. Bir qadın körpə uşağı yuxarı qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi. Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu460. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə edirlər), Sadaqətul Cəriyə (axan) xeyirli sədəqə (yol saldırmaq, su çəkmək), sənin üçün dua edən saleh övladlar»461. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Yeddi şey varki onun savabı insanöldükdən sonra da ona gələr: Faydalı elm, çəkdiyi su kanalı, çeşmə va ya quyu, əkdiyi ağac, tikdiyi məscid, miras qoyduğu Mushaf, ölümündən sonra onun üçün istiğfar diləyən övlad”462.


Hüsnü Xatimənin Ölüm Anında Olan Əlamətləri: Rəvayət edilir ki: Bir kimsə qara dərili olan birinin cənazəsini yudum. Yumağı bitirmədən öncə adamın rəngi gözlərimin önündə gəyişə-dəyişə parlamağa başladı. Sanki bədənindən nur saçırdı. Yanımda olan: Rəngini görürsənmi?”. O: “Mən sənə söyləmədimmi? Pislərin halı – Allah Qorusun – bunun əksi olur”. Həmçinin – Qahtani deyir ki: Qaranlıq bir gecədə və buludlu bir havada İslam dəvətçilərindən olan birini dəfn edirdik. Əməliyyat nəticəsində ölmüşdü. Cənazəsini Şeyx İbn Bazz qılmışdı. Ölünün gətirildiyi böyük məsciddə söhbəti vardı. Dərsdən sonra cənazəni götürüb qəbiristanlığa getdik. Bir yoldaşımdan da qəbirə işıq salmaq üçün fənər götürməsini xahiş etmişdim. Lakin yoldaş gecikdi. Qazılan yeri əlimlə düzəltdim. Cənazəni mənə verin dedim. Qəbirə qoydum. Bağları açıb üzünü açdıqda məzardan ətrafa nur saçıldı və qəbirin hər tərəfi işıqlandı. Bunu yanımda olan hər kəs gördü. Qəbirdən ətrafa da misq iyi yayıldı”. Həmçinin – Dəfn əsnasında üzünün gülməsi, qibləyə dönməsi və misq qoxusunun gəlməsi gözəl əlamətlərdəndir.

Ölüm Acı Bir Həqiqətdir: Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh)463, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi (ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim - Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs, sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».

Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətrilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən pis adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Dinin nədir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Muhəmməddir!» O, isə: «Mmmm…bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin»464.
SƏN ÖLÜMÜ UNUTSANDA ÖLÜM SƏNİ UNUTMAZ!

Ey Qardaşım! Son ziyarətçinin kim olduğunu bilirsənmi? Son ziyarətçinin səni ziyarət etməsindən və səninlə görüşməsindən nə istədiyini bilirsənmi?

Heç şübhəsiz ki, son ziyarətçi sənin malından bir şeyə sahib olmaq hərisliyindən, yeyəcək və içəcəyində sənə ortaq olmaq istəyindən və ya borcunu ödəməkdə sənə kömək etməyə və ya birisinin yanında sənin şəfaətçin olmağa və ya hər hansı bir həyata keçirmədiyin işindən dolayı gəlməmişdir. And olsun ki, bu son ziyarətçi bir məqsəd və bəlli bir iş üçün sənin yanına gəlmişdir. Nə sən, nə sənin ailən, nə də sənin qəbilən, hətta yer üzündə heç kimsə bu vəzifəni yerinə yetirməkdən və bu vəzifəni həyata keçirməkdən onu saxlaya bilməz (əngəl) olmaz. Hətta sən yüksək saraylarda yaşasan, aşılmaz sədlər və möhkəm qalalarla qorunsan, təhlükəsizlik və mühafizəkarlardan faydalansan da belə son ziyarətçinin sənin yanına daxil olmasına, səninlə bir yerdə olmasına və vəzifəsini yerinə yetirməsinə heç kimsə mane olmaz.

Heç şübhəsiz ki, son ziyarətçinin sənin yanına girməsi üçün qapıya döyməsi, səndən izin almağa və ya görüşməzdən əvvəl görüş təyin etməsinə ehtiyacı yoxdur. Belə ki, o işində, boş vaxtında, sağlığında və ya xəstəliyində, zəngin və ya kasıb ikən, səfərdə və ya qeyri səfər vaxtı sənin yanına gələ bilər.

Ey Qardaşım! Bu ziyarətçinin sənin sözlərindən, ağlamağından, (qışqırmağından), bağırmağından təsirlənəcək yumşaq bir qəlbi yoxdur. Son ziyarətçinin, hesablarını, (əməllərini) gözdən keçirmək üçün sənə möhlət vermək imkanı da yoxdur. Eyni şəkildə son ziyarətçi nə bir hədiyyə, nə də bir rüşvət alar. Çünki dünya malı onun yanında heç nədir. Heç bir şey onu gəldiyi qayədən (məqsəddən) saxlaya bilməz.

Heç şübhəsiz ki, son ziyarətçi səni istəməkdədir. Son ziyarətçi səndən başqa heç bir şeyi istəmir. Son ziyarətçi sənin bir qismini deyil, hər şeyini istəməkdədir. Son ziyarətçi sənin yox olmağını və səni aparmağı istəyir. Son ziyarətçi sənin ölməyini, ruhunu almağı, nəfsini həlak etməyi və bədənini öldürməyi istəyir. Heç şübhəsiz ki, son ziyarətçi Ölüm mələyidir. (Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaq-sınız!”. (əs-Səcdə 11).(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”. (əl-Ənam 61).



Ey Qardaşım! Ömrün istər uzun olsun, istərəsə də qısa olsun, ölüm mələyinin ziyarətinin dəyişməz və qəti olduğunu, yazılmış bir qədər olduğunu bilməlisən. Bu dünyada hər birimizin bir müsafir olduğunu və müsafirin də çatacağı bir yeri, yükünü endirməsinin yaxın olduğunu bilməlidir.

Ey Qardaşım! Sən yaradıldıqdan bəri səfərdəsən, Sən də bir gün bitəcəksən, səfər də bitəcək, Sən ölüm sancısı çəkərkən nə deyəcəksən? Sən ruhunu təslim edərkən nə deyəcəksən? Sən qəbirsanlığa aparılarkən və qəbirə qoyulmuş halda ikən nə deyəcəksən? Sən qəbirdə ikən nə deyəcəksən? Sən üzərinə torpaq atılarkən nə deyəcəksən? Sən üzərinə külək əsdiyi zaman, yağış yağdığı zaman torpağa qatışdığın zaman nə deyəcəksən? Heç düşündünmü? “Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?”. (Muhəmməd 27). “Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!”. (ən-Nəhl 28-29).



Ey Qardaşım! Ölüm mələyinin səni ziyarət etməsiylə ömrünün sona çatdığını, əməlinin kəsiləcəyini və əməl dəftərinin bağlanılacağını bilmirsənmi? Ölüm mələyinin səni ziyarət etməsindən sonra bir tək savab qazanmağa, bir rükət namaz qılmağa, Allahın kitabı Qurani Kərimdən bir tək ayə belə oxumağa, bir dəfə də olsun belə Subhənəllah, Əlhəmdulilləh, Allahu Əkbər, Lə İləhə İlləllah, Əstəğfirullah deməyə, bir gün oruc tutmağa və ya bəsit bir şey olsa da belə sədəqə verməyə, Beytullahı həcc etməyə, Ümrə etməyə, qonşu və əqrabaya yaxşılıq etməyə gücünün çatmayacağını bilirsənmi? Şübhəsiz ki, əməl zamanı keçmiş, hesab, yaxşılıq ilə xətaların qarşılığı verilməsi qalmışdır. “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır”. (əl-Muminun 99-100).

Ey Qardaşım! Ölüm mələyi ilə qarşılaşmaq üçün hanı sənin hazırlığın? Ölümdən sonra qəbirdə... Münkər və Nəkir adlı iki mələk tərəfindən sorğuya çəkilərkən... Məhşər günündə... Yenidən dirilərkən... Hesab verərkən... Əməllərin çəkildiyi zaman... Sırat körpüsündən keçərkən... Cabbar olan Allahın hüzurunda durarkən... Bu tükürpədici hallar üçün hazırlığın hanı, haradadır? Əli b. Hüseyn b. Əli b. Əbu Talib – rahmətullahi aleyhi - nun “Qəbir və Kəfən qəribliyi qəsidəsi” – “Safvatu əl-Safva” kitabında qeyd olunur cild 1-2, səh 66.

Qərib olan Şamdan və yaYəməndən didərgin düşən deyil. Əsl qəriblik məzarda və kəfəndə tənhalıqdır.• Səfərim uzaq, azuqəm isə bəs etmir. Taqətim tükənib, ölüm də yetişib. • Allah möhlət verməklə mənə, necə də rəhmli davranmışdı. Mən günah dalınca günah işlədərkən o, mənim günahlarımı örtürdü. • Günlərimdən saatlar ötür. Nə peşmançılıq var, nə ağlamaq, nə qorxu, nə də kədər. • Mən bütün qapıları asiliklər edə-edə öz üzümə bağladım. Allah isə etdiklərimin hamısını görür. • Qoy mən ağlayım, sızlayım, fəryad edim. Günümü zikrlə, hüznlə keçirim. • Qoy mən göz yaşları axıdım. Günümü belə keçirdim. Ancaq görən tək bir göz yaşı məni xilas edə biləcəkmi? • Elə bil ki, mən və mənim ətrafımda ağlayan, sızlayan və mənim ölüm xəbərimi eşidib fəryad edən kimsələr, • Həkim gətiriblər ki, məni müalicə etsin. Lakin bu gün mənə fayda verən həkimi görmürəm. • Ruh bədənimdən çıxdı. Həmin an isə ağzım acı daddı. • Son nəfəs içindəyəm. Ölüm məni özünə çəkdi. Bədənimdən tər axdı. Nə rahatlıq var, nə də zəriflik. • Mənə dünyada ən əziz kəslərdən biri bir an içində yuyulan yerə yaxınlaşdı. Və məni yumağa hazırlaşdı. • Onlardan biri isə mənim paltarımı çıxartdı. Və məni tək, tənha və üryan etdi. • Taxtın üstünə sərdilər məni. Üzərimdə eşidilən su fışqırtısı ilə təmizlənirdim. • Üzərimdən su tökülürdü. Üç dəfə yudu məni həmin şəxs. Sonra isə digərlərinə kəfən gətirməsini müraciət etdi. • Məni qolları belə olmayan bir paltarla geyindirdilər. Bu dünyadan götürdüyüm tək şey isə ətirləndiyim ətrin qoxusu idi. • Məni dünyadan çıxartdılar. Vay halıma! Elə bir səfərdəyəm ki, azuqəm çatmır. • Sonra məni dörd nəfər çiyinləri üzərində daşıdı. Arxalarınca isə məni və onları müşayət edən insanlar. • Mehrab önünə qoydular məni və imamın arxasında dayandılar. Imam isə namazı qıldı və mənimlə vidalaşdı. • Mənim üçün namaz qıldılar. Elə bir namaz ki, nə rukusu var, nə də səcdəsi. Görəsən Allah mənə rəhm edəcəkmi? • Sonra məni ehmalca qəbrimə endirdilər. Onlardan biri isə məni basdırmaq üçün qarşıya çıxdı. • Parçanı sifətimdən açdı ki, görsün məni. Ancaq gözlərindən o qədər yaş axdı ki, az qala batacaqdım. • Ehtiramla hər şeyi öz üzərinə götürdü. Üzərimə daşları bir-bir düzdü və ayrıldı. • Sonra isə dedi: torpaqla örtün onun üstünü və bəxşişi bol olan ər- Rəhmandan savabların ən gözəlini qazanın. • Qəbir qaranlığında nə ana var, nə şəfqət göstərən ata, nə də ki, halıma acıyan qardaş. • Gözlərim məni sarsıtdı qorxunc görkəmə baxarkən. Həmin görkəm dəhşətə gətirdi məni. • Münkir və Nəkir idi onlar. Nə deyəcəm onlara?! Onların işi məni yaman qorxutdu və təlaşa saldı. • Onlar otuzdurdular məni və ciddi suallar verməyə başladılar. Allahım, səndən başqa mənim xilaskarım yoxdur! • Mənə əfvini əta et, ey yeganə ümüdüm mənim! Əli-qolu günahla qandallanan bir məhbusam mən! • Ailəm məni tərk etdikdən sonra, malımı mülkümü öz aralarında paylaşdırdılar. Burada isə bütün yük mənim çiyinlərim üzərinə düşdü və çox ağır oldu. • Zövcəm məni başqa bir ərlə əvəzlədi. Malımda, mülkümdə və mənzilimdə onu hökm sahibi etdi. • Övladımı ona xidmət göstərən qula çevirdi. Malım isə onlara heç nədən halal bilindi. • Dünya və onun bər-bəzəyi səni aldatmasın! Ailəndə və vətənində dünyanın etdiklərinə bir bax! Gör heç dünyadan kafurdan və kəfəndən başqa bir şeylə gedən oldunmu? • Dünyadan ehtiyacın olduğu şeyi al və onunla razılaş! Məgər bu dünyada sənə lazım olan bədəninin rahatlığı deyilmi? • Ey xeyir əkən! Əkindən sonra səmərəni biç! Ey şər əkən! • Ey nəfs, bəsdir bu qədər asiliklər. Gözəl əməl sahibi ol, bəlkə Allah rəhm edə! • Ey nəfs, vay sənin halına! Tövbə et, saleh əməl sahibi ol! Bəlkə ölümdən sonra yaxşılıq əldə edəsən! • Şamda və Yəməndə şimşəklər çaxanadək seçilmiş Peyğəmbərimizə salam olsun! • Və xeyirlə, iffətlə, yaxşılıq və bəxşişlə bizi axşama çatdıran və səhərimizi açan Allaha həmd olsun! «Ey Rəbbilmiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə! Ey Rəbbimiz! Sən həqiqətən, şəfqətlisən, mərhəmətlisən!» (əl-Həşr 10).
QƏBİR ALƏMİ

Əhli Sünnə vəl Cəmaat ölümdən sonra baş verəcək hər bir şeyə iman edir və bütün bunların da axirətə imanın içərsinə daxil olduğuna da inanırlar. O, baxımdan möminlər qəbir fitnəsinə (sualına) qəbirdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27). O, baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim Muhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. Uca Allah zalımları və kafirləri azdıracaqdır. Onlar «Mmmm... bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan kimsələr isə: «Mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər haqqında buyurur: Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cazalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).



Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən Qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O, kimsə Cənnət əhlindəndirsə Cənnət. O, kimsə Cəhənnəm əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, Qiyamət günü Allah səni öz yerinə göndərəcəkdir»465. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul qəbirə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Bəşqa rəvayətdə: Möminin qəbiri yetmiş arşın genişlənir. Münafiq ilə kafirə gəlincə ona da: «Sən Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O, da: «Bilmirəm, mən insanların dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər466. Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah iman gətirənləri möhkəm bir sözlə sabit edər» qəbir əzabı barəsində nazil olub. Qəbirdə ölüyə: Rəbbin kimdir? deyə soruşarlar. O: «Rəbbim Allah, Peyəmbərim Muhəmmədir» deyər. Allahın: «Allah iman gətirənləri dünya və axirətdə möhkəm sözlə sabit edər» ayəsi budur467. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zeyd b. Sabit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Bəni Nəccara aid bir yerə çatdıq. Qarşımıza beş və ya altı qəbir çıxdı. Peyğəmbər: «Bu qəbirlərin sahiblərini tanıyan varmı?» deyə buyurdu. Bir nəfər: «Mən tanıyıram» dedi. Peyğəmbər: «Nə zaman öldülər?» deyə buyurdu. Adam: «Şirk dövründə» dedi. Peyğəmbər: «Bu ümmət qəbirdə fitnəyə məruz qalacaqdır» deyə buyurdu. Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım sizə qəbir əzabını eşitdirmək üçün Allaha dua edərdim»468. Hani, Osman – radıyallahu anhu – nun mövlası deyir ki: “Osman – radıyallahu anhu – bir qəbirin yanında durdu. Saqqalı yaş olana qədər ağladı. Ona: «Cənnət və Cəhənnəm xatırlandıqda ağlamırdın, lakin qəbri xatırladıqda ağladın» dedilər. Osman – radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: Qəbr axirət mənzillərinin birincisidir. İnsan ondan qurtula bilərsə sonrakılardan qurtulması asantdır. Ondan qurtulmazsa sonrakılar bundan daha çətindir. Əgər ondan nicat taparsansa böyük bir müsibətdən qurtuldun. Əksi təqdirdə sənin qurtulacağını heç güman etmirəm. Osman – radıyallahu anhu – sözünə davam edərək Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu sözlərini söylədi: “(Axirət mənzərələrindən) heç biri qəbir qədər qorxuducu və vahiməli deyildir”469. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm –: «İki qəbirin yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə əzab çəkirlər. Onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdir. Digəri isə söz gəzidirən idi». Sonra yaş bir budaq qıraraq onu iki yerə böldü və hər bir qəbrin üzərinə birini sancdı. Səhabələr: «Nə üçün belə etdin» dedilər. Peyğəmbər: «Budaqlar quruyana qədər qəbir əzabları yüngülləşsin»470.

Möminlərə gəlincə Allah buyurur: Şübhəsiz ki: «Rəbbimiz Allahdır! deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).



Bütün bu hadisələr «Bərzax» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir şəkildə. Çünki ağıl bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbir əzabında məqsəd bildiyimiz qəbir çuxurunda görülən əzab deyildir. Bərzax adı verilən aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbirdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzax deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam üzə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o, da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o, çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul Adndır (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «Bərəkəllahu Fikə Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.

İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim – əlehissəlam – dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da»471. Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhimussəllam – dır. Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər472. Aişə - radıyallahu anhə – deyir ki, mən bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər namazdan sonra mütləq qəbir əzabından Allaha sığındığını gördüm»473.

Bəzi azmış kimsələr qəbir əzabını, qəbir nemətini inkar edirlər. Onlar öz ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbiri açılacaq olarsa əvvəlki halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab vermək olar.

1. Əvvala şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa düşəcəkdir.

2. Bərzəx (qəbir) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.

3. Əzab, nemət, qəbirin genişliyi və darlığı - bütün bunları sadəcə ölü hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin yuxusunda özünü sıxıntılı və dar bir yerdə görməsi kimi və ya geniş, rahat bir yerdə görməsi kimidir. Kənardan o, yatan insana baxan kimsə onda heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O, öz çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi. O, özü vəhyi hiss etdiyi halda səhabələr isə o, vəhyi hiss etmirdilər. Mələk onlara bir insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi görür, nə də onu eşidirdilər.

4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın onlara verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların arasında olan hər şey Uca Allaha həmd və təsbih edir. Allah bəzən yaratdıqlarından istədiyi kimsələrə onların təsbihlərini eşitdirir. Bununla belə bu həqiqət bizim üçün pərdəlidir. «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44). «(Ey insan!) Məgər göylərdə və yerdə olanların, günəşin, ayın və ulduzların, dağların, ağacların və heyvanların. İnsanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?». (əl-Həcc 18). «Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə də daha da qatı oldu. Həqiqətən bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən əlbəttə xəbərsiz deyildir». (əl-Bəqərə 74).

Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər. «Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna görə də insan qeyb aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar etməsi düzgün bir iş deyildir.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə