Фчшкцец шьфт


SİZƏ (BU BARƏDƏ) YALNIZ CÜZİ (AZ) BİR BİLİK VERİLMİŞDİR!



Yüklə 2,49 Mb.
səhifə9/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

SİZƏ (BU BARƏDƏ) YALNIZ CÜZİ (AZ) BİR BİLİK VERİLMİŞDİR!

İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “İnsanların dəfn əsnasında və qəbirində olan hallarıyla bağlı bir çox rəvayətlər vardır. Bunların hamısının səhih və doğru olduğunu söyləmirik. Lakin bir çox böyük imamların xəbər verdiyi kimi, bəzi fərdlərin də yatarkən, oyaq ikən qəbirdəkilərin bəzi hallarından xəbərdar olmaları mümkündür”474. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Bir çox kimsələr qəbirdə əzab görənlərin səslərini eşitmişlər. Əzab görərkən qəbirindən çıxan kimsələri gözləriylə görənlər olmuşdur”475. Yenə də: “Zamanımızda bir çox insanlara yatarkən, oyaq ikən bu cür şeylər zahir ola bilər və bizdə bu cür şeylər çox olmuşdur”476. Yenə də: “Bir çox rəvayətlərdə keçdiyi kimi bir çox insanlardan pərdə qaldırılmış və onlar qəbirdə əzab görənlərin səslərini eşitmiş və hallarını gözləriylə görmüşlər”477. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Qəbirdə bu kimi atəşin görsənməsi mələklərin və cinlərin görsənməsi kimidir. Allah görməsini dilədiyi kimsələr bu cür şeyləri yaşayarlar”478. Yenə də: “Allah istədyi qullarına bunu göstərər, dilədiyindən isə gizlədər”479. İbn Rəcəb - rahmətullahi aleyhi – deyir ki: “Allah qullarından dilədiyi kimsələrə qəbir əhlinin əzabı və neymətləri göstərmişdir. Bunların bir çoxu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında, bir çoxu isə sonra baş vermişdir”480. Yenə də: “Bir çox kimsələr bu halları gözləri ilə görmüş və qulaqları ilə eşitmişdir”481.

Qəbir əhlinin əzabı və neymətləri Allahın dilədiyi qullarını xəbər verdiyi qeybi xüsuslardandır. Bu barədə bir çox alimlər öz kitablarında bəhs etmişlər. Məs: İbn Qeyyim “Ruh”, İbn Rəcəb “Əhvalul Qubur”, Suyuti “Şərhus Sudur” və s. Biz də bunların hamısının səhih və doğru olduğuna hökm vermirik. Doğrusunu Allah Bilir!

Ruh: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər Mədinə xarabalıqlarında idik. O, bir xurma ağacına dayanmışdı. Yəhudi cəmaatının yanından keçdik. Bir-birilərinə: “Ondan Ruh haqqında soruşun?” dedilər. Bir qrup isə: “Soruşmayın” dedilər. Birinci qrup: “Ya Muhəmməd! Ruh nədir?” dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əsasına dayanaraq elə bir hal aldı ki, vəhy gəlir düşündüm. Sonra: “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”. (əl-İsra 85)482. İnsanlar Ruh barəsində iki fikrə ayrıldılar: 1. Ruh haqqında heç bir söz söyləməzlər. Çünki bu Allahın sirlərindən bir sirdir. Onu bilməyi heç kimə nəsib etməmişdir. Ən gözəl yol da budur. Cuneyd deyir ki: “Ruh elə bir şeydir ki, Allah onu bilməyi Özünə məxsus etmişdir. Yaratdıqlarından heç kimsəyə onu bilməyi nəsib etməmişdir. Buna görə də ruhun varlığını qəbul etməkdən başqa onu araşdırmaq caiz deyildir”. İbn Abbas və Sələfdən – Allah onlardan razı olsun - bir çoxları bu görüşdədilər. İbn Əbu Hətim, İkrimə - radıyallahu anhu – dən, o da İbn Abbas - radıyallahu anhu – dan rəvayət edir ki: “İbn Abbas - radıyallahu anhu – ruh haqqında soruşuldu. O: Ruh Rəbbimin əmrindəndir. Buna görə də ayənin üzərinə bir şey əlavə etməyin. Yalnız Allahın, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğunu deyin: Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir! Bu ayə endiyi zaman Yəhudilər: “Biz də öz kitabımızda bu məsələni belə bilirik” dedilər.


Allaha And Olsun Ki, Diriləcəksiniz: Ömər b. Xattab - radıyallahu anhu – rəvayət edir ki: Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər...”. (ən-Nəhl 38) ayəsini oxuduqda dedi: “Və biz də var gücümüzlə Allaha and içirik ki, Allah ölən kimsəni dirildəcəkdir. Heç iki and bir arada olarmı?” deyər və ağlayardı. Salman b. Həkəm b. Avnə – rahmətullahi aleyhi - bir nəfərin Ərafatda belə dua etdiyini eşitdi: “Ey Rəbbim! Qəlbimizə Tövhid əqidəsi yerləşdikdən sonra bizi atəşlə əzablandırma”. Sonra ağladı və dedi: “Sənin əff edəcəyində heç bir şübhəm yoxdur” sonra ağladı və dedi: “Əgər günahlarımdan ötrü bizi cəzalandırsan bizimlə kafirləri bir yerə gətirmə. Çünki biz səndən ötrü onlara düşmənlik göstərdik”.

Ölümün Yaxınlaşması, Keyfiyyəti Və Zorluğu: Sələflər deyərdilər ki: “Ölən kimsənin alnının tərləməsi günahlarından ötrü Rəbbinə həya etməsindən ötrüdür. Çünki aşağı orqanları artıq hərəkətsizdir (ölmüşdür). Həya isə gözlərdədir”483. Fudeyl b. İyad – rahmətullahi aleyhi - dən: “Nə üçün ölünün ruhu alınarkən sakit durur? Halbuki insanı çimdikləsən belə ağrı hiss edir” deyə soruşdular. O: “Çünki mələklər onu tuturlar” dedi484. Zeyd b. Əsləm – rahmətullahi aleyhi - rəvayət edir ki: “Bir nəfər: Əlacı olmayan xəstəlik hansıdır?” demiş o da: “Ölüm” deyə cavab vermişdir. Zeyd b. Əsləm – rahmətullahi aleyhi - deyir ki: “Ölüm bir xəstəlikdir, əlacı Allah rızasıdır”485. Davud - əleyhissəlam - şiddətli bir həyacan içində idi. Çıxdığı zaman (evin) bütün qapılarını bağlayardı. O, gəlincə evinə heç kimsə girməzdi. Bir gün yenə də evindən çıxar qayıtdığı zaman evində bir nəfəri görür. Davud: “Sən kimsən?” dedi. O: “Mən elə bir kimsəyəm ki, padşahlardan qorxmaram, manelər girməyimə mane olmaz”. Davud: “Elə isə sən Ölüm mələyisən. Allahın əmri ilə gəlmisən. Libasına büründü və həmən ruhu alındı”486. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki: “Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ın vəfat etdiyi günü yanına gəlir. Ona: “Özünü necə hiss edirsən?” dedi. Peyğəmbər: “Ey Cəbrail! Çox sıxıntı və qəmdəyəm” deyə buyurdu. Bu an ölüm mələyi qapıda girmək üçün izn istədi”. Cəbrail: “Ey Muhəmməd! Bu ölüm mələyidir. Yanına girmək üçün izn istəyir. Səndən öncə heç bir Adəm oğlundan izn istəmədiyi kimi səndən sonra da heç kimsədən izn istəməyəcəkdir”. Peyğəmbər: “Ona izn ver” dedi. O, da izn verdi. Ölüm mələyi onun önündə ehtiramnan oturdu və: “Allah məni sənə göndərdi, sənə itaət etməyimi əmr etdi. Əgər buyursan ruhunu alacağam, yox – tərk edəcəyəm” dedi. Peyğəmbər: “(Əmr olunduğunu edəcəksən) Ey ölüm mələyi?” deyə soruşdu. O: “Bəli” dedi. Peyğəmbər: “Elə isə əmr olunduğunu et!” deyə buyurdu. Cəbrail: “Allah səni öz yanına almaq istəyir” dedi. Peyğəmbər: “Əmr olunduğunu et, ey Mələk” deyə buyurdu487. Udeyd b. Umeyr – rahmətullahi aleyhi - deyir ki: “İbrahim - əleyhissəlam - bir gün evində ikən gözəl bir geyimdə yanına bir adam daxil olur. İbrahim: “Ey Allahın qulu, səni kim evə dəvət edib” deyə soruşdu. Adam: “Evin sahibi məni dəvət edib” dedi. İbrahim: “Sahibi ona daha layiqdir, sən kimsən?” deyə soruşdu. O: “Mən, Mələkul Movt – Ölüm mələyiyəm” dedi. İbrahim: “Sənin haqqında mənə bəzi vəsflər söylənilmişdir. Lakin onları səndə görmürəm” dedi. Üzünü döndərdikdə nə görsə? İşıq saçan gözlər, oxun ucu kimi başında dikilmiş tüklər. İbrahim - əleyhissəlam - heyrət içində əvvəlki halına dön dedi. Mələk: “Ey İbrahim! Allah sevdiyi qullarına məni göndərmək istədiyi zaman ilk gördüyün görünüşdə məni göndərər (Başqa rəvayətdə: Ölüm mələyi İbrahim - əleyhissəlam - a kafir və facirlərin ruhlarını aldığı surətdə görsənmişdir. İbrahim - əleyhissəlam - qorxudan ürəyi gedib yerə yıxılır)”488. Muhəmməd b. Həmməd – rahmətullahi aleyhi - deyir ki: “Ərşin altında Allahın bir ağacı vardır. Hər yaranmış üçün orada bir yarpaq vardır. Qulun yarpağı düşdüyü zaman ruhu cəsədindən çıxar. “Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin...”. (əl-Ənam 59). Ayənin mənası budur489. Əbə Bəraktə – rahmətullahi aleyhi - rəvayət edir ki: “Bir kimsə öldüyü zaman mələklərə: “Başını iyləyin” deyilir. Mələk: “Başından Quran qoxusu gəlir” deyər. Sonra: “Qəlbini iyləyin” deyilər. Mələk: “Qəlbindən oruc qoxusu gəlir” deyilər. Sonra: “Ayaqlarını iyləyin” deyilər. Mələk: “Ayaqlarından Qiyam qoxusu gəlir” deyər. Bu kimsə nəfsini qorumuş, Allah da onu qorumuşdur” deyilər490.

Ruhlar Bir-Birilərini Tanıyırlar: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanların ruhları əskərlər kimidirlər. Ortaq bir şey tapdıqda birləşərlər. Ortaq bir şey yoxsa ayrılarlar”491. Əbu Nuym, Mucahid – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Bir nəfər öləcəyi an mütləq köhnə yoldaşlarını görür. Əyləncə əhli olan əyləncə əhlini görür, əhli zikr olan zikr əhlini görür”492. Əbu Ləbiddən rəvayət edildiyinə görə Bişr b. Bərra b. Marur öldükdə anası çox kədərləndi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: “Ya Rəsulullah! Bəni Sələmədən insanlar ölür. Ölülər bir-birilərini tanıyırlarmı? Mən də Bişrə salam göndərim”. Peyğəmbər: “Bəli, Vallahi quşlar ağac budaqlarında bir-birilərini tanıdıqları kimi ölülər də bir-birilərini tanıyırlar. Bundan sonra Bişrin anası Bəni Sələmədən ölüm anında olan adamın yanına gələr və: “Oğlu Bişrə salam de” deyərdi. Onlar da: “Va Aleykuməs Səlam” deyərdilər493. Muhəmməd b. Munkədir rəvayət edir ki, Cabir b. Abdullah - radıyallahu anhu – ölüm anında yanına daxil oldum və: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – məndən salam söylə” dedim494. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: “Möminə ölüm gəldiyi zaman görəcəyini görür və Allaha qovuşmağı sevər. Allah da onun gəlməsini istər. Möminin ruhu səmaya yüksəldikdə digər ruhlar onu qarşılayarlar. Yaxınları haqqında məlumat almaq üçün ondan soruşarlar: Filan hələ də dünyadadırmı?” dedikdə o: “Filan məndən öncə öldü” dedikdə: “O, bizə gəlmədi” deyərlər495. Ubeyd b. Umeyr rəvayət edir ki: “Qəbristan əhli ölünü gözləyərlər. Qürbətdən gələn karvanın qarşısına gedib gözlədiyiniz kimi. Ondan öncə ölənləri ondan soruşduqda: “O, məndən öncə ölmüşdür, yanınıza gəlmədimi?” deyər. Onlar: “İnnə Lilləhi Və İnnə İleyhi Raciun” demək o, başqa bir yola, sığınacağı olan Cəhənnəmə götürüldü496. Əli b. Əbu Talib - radıyallahu anhu – rəvayət edir ki: “Möminlərdən biri vəfat etdikdə və Cənnətlə müjdələndikdə dünyadakı dostunu xatırlar. Onun üçün Allaha dua edər: Ya Rəbbim! Filan dostum Sənə və Rəsuluna itaət etmək üçün mənə əmr verirdi. Xeyirə yönəlmək, şərdən qaçmaq üçün. Son qayıdışım Sənə olacağını xatırladırdı. Məndən sonra onu zəlalətə götürmə. Mənə göstərdiyin Kərəmini ona da göstər. Məndən razı olduğun kimi ondan da razı ol” deyər. Sonra dostu öldüyü zaman Allah ruhlarını bir yerə gətirər və: “Bir-birinizi tərif edin” deyə buyurar. Onlar da: “Nə gözəl dost, nə xeyirli yoldaş” deyərlər. Kafir dostlardan biri öldüyü və Cəhənnəmlə müjdələndiyi zaman dünyadakı kafir dostunu xatırlayıb deyər: “Ya Rəbbim! Filan dostum sənə və Rəsuluna üsyan etməyimi əmr edərdi. Pisliyi əmr edər, xeyirdən isə çəkindirərdi və bu günə inanmamağımı söyləyərdi. Ya Rəbbim! Onu məndən sonra hidayətə yönəltmə. Mənə göstərdiyin qəzəbi ona da göstər. Sonra dostu öldüyü zaman Allah hər ikisinin də ruhlarını bir araya gətirir. Onlara: “İndi bir-birinizi tərif edin “deyə buyurar. Onlar da: “Nə pis yoldaş, nə şərli dost” deyərlər497. Amr b. Dinar – rahmətullahi aleyhi - rəvayət edir ki: “Hər ölən ondan sonra ailəsində olanları bilir. Onlar onu yuyarkən, kəfənləyərkən onlara baxır”498. Bəkir b. Muznidən rəvayət edildiyinə görə o, deyir: “Hər ölənin ruhu mələyin əlində qalır. Onu yuyarkən, dəfn edərkən onların etdiklərini görür. Əgər danışmağa imakanı olsaydı onların yüksək səslə ağlamalarını qadağan edərdi”499.

Cənazə Və Qəbir: Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənazə qəbirə doğru daşındıqda saleh kimsədirsə: “Məni götürün (tələsin) deyər”. Saleh olmayan birisidirsə: “Vay olsun mənə, məni hara aparırısınız” deyər. İnsan (və cinlərdən) başqa hər şey onun səsini eşidər. Əgər insanlar onun səsini eşitsəydilər ölərdilər500. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənazəni aparmaqda tələsin. Saleh kimsədirsə onu xeyirə götürürsünüz. Saleh olmayan biridirsə boynunuzdan atılacaq bir şərdir”501. Ummu Darda - radıyallahu anhu – rəvayət edir ki: “Ölü öldüyü andan qışqıraraq: “Ey əhlim, ey qonşularım, Ey məni daşıyanlar! Dünya məni aldatdığı kimi sizi də aldatmasın. Mənimlə oynadığı kimi sizinlə də oynamasın...”502. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülərinizi saleh qövmün yanında dəfn edin. Çünki meyyid pis qonşusuyla əziyyət görür. Necə ki, həyatda olan kimsə pis qonşudan əziyət gördüyü kimi”503. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mömin öldüyü zaman qəbiri onun üçün genişlənər. Hər yer: “Kaş ki, məndə dəfn edilsəydi” deyər. Kafir öldüyü zaman qəbri onun üçün qaranlıq olar. Hər yer onda dəfn edilməsin deyə Allaha sığınar”504. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər bir cənazəni müşayət edirdik. Qəbrin yanında oturdu və: “Hər gün bu qəbir dil açaraq deyər: Ey Adəm oğlu! Necə sən məni unutdun, mənim tənhalıq və qürbət diyarı olduğumu bilmirdinmi? Mən vahimə və qurdlar diyarıyam, dar bir mənziləm. Yalnız Allah mənim geniş olmağımı əmr etdiyi zaman geniş oluram”. Peyğəmbər: “Qəbir ya Cənnət baxçalarından bir baxça, ya da Cəhənnəm çüxurlarından bir çüxurdur” deyə buyurdu505. Ubeyd b. Umeyr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İçində dəfn edilən qəbir hər bir kəslə danışaraq deyir: “Mən qaranlıqlar, yalnızlıqlar mənziliyəm. Əgər dünyada Allaha itaət edənlərdənsənsə sənə rəhmət məkanı olaram. Allaha üsyan edənlərdənsənsə mən sənə bir bəla, bir müsibət olaram. Mən mütilərin sevinəcəyi, asilərin həlak olacaqları bir məkanam”506. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qəbirləriniz üçün hazırlaşın. Çünki qəbir hər gün 7 dəfə səsləyərək deyər: “Ey zəif insan! Mənə gəlməmişdən öncə özünə rəhmin gəlsin ki, mən də sənə rəhim edim”507. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Adəm oğulları əsil yaradılışlarından qafildirlər. Allah bir kimsəni xəlq etməyi iradə etdiyi zaman bir mələyə əmr edər: Ruzisini, əməlini, əcəlini, yaxşı və ya pis oluduğunu yazar. Sonra o, mələk gedər Allah başqa bir mələk göndərər. Doğuluncaya qədər onu qoruyar. O, mələk də gedər yerinə iki mələk gələr yaxşı və pis əməllərini yazmaqla müvəkkəl olunarlar. Əcəl vaxtı bu iki mələk də gedər yerinə Ölüm mələyi gələr. Qəbirə qoyulduğu zaman ruhu cəsədinə döndüyü zaman bu an qəbir mələkləri gələr və onu hesaba çəkərlər. Onlar da hesabdan sonra gedərlər. Həşir zamanı dünyada ikən yaxşı və pis əməllərini yazan iki mələk gəlir. Boynuna kitabını asarlar. Sonra biri gedər, digəri isə ondan ayrılmaz”508. Sələflər deyirlər ki: “Biz beş şey istədik və onları beş şeyin içində tapdıq: Günahları tərk etmək istədik, onu Duha namazında tapdıq. Qəbirin nurlanmasını istədik onu gecə namazlarında tapdıq. Munkər və Nəkira cavab verməyi istədik, onu da Quran oxumaqda tapdıq. Sırat körpüsündən keçməyi istədik, onu da oruc və sədəqədə tapdıq. Ərşin kölgəsində olmağı arzu etdik, onu da xəlvətdə tapdıq”509. Ömər - radıyallahu anhu – dan “Mərfu” olaraq rəvayət edilir ki: “Kim Allahın məscidlərini işıqlandırarsa Allah da onun qəbrini nurlandırar. Kim də məscidlərdə gözəl qoxu yayarsa Allah da qəbrinə Cənnət qoxusundan yayar”510. Əbu Bəkr əs-Sıddıq - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Musa - əleyhissəlam – Ya Rəbbim! Xəstə ziyarəti edənin savabı nədir?” deyə soruşmuş. Allah: “Ona iki mələk müvəkkil edərəm ki, onu qəbrində diriləcəyi günə qədər ziyarət edərlər” deyə buyurdu511.

Qəbirdə Əzab Çəkənlərin Səsləri: Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qəbirdəkilər qəbirlərində əzab görürlər. Heyvanlar o, əzabın səsini eşidirlər”512. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülər qəbirlərində əzab görürlər. Belə ki, heyvanlar onların səslərini eşidirlər”513. Əbu Əyyub əl-Ənsari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdıqdan sonra Peyğəmbər çölə çıxdı və bir səs eşitdi. Bu qəbirlərində əzab çəkən Yəhudilərin səsidir»514. Bəzi insanlar bunun şahidi olmuşlar. Heyvanlar qorxurdular Sufilərin, Rafizilərin qəbristanlığına girməyi. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki: “Mən Bədr tərəfindən keçərkən birdən bir çuxurdan boynunda bir zəncir olan bir adam çıxdı və: “Ey Abdullah! Mənə su ver” deyə məni çağırdı. Bilmirdim ismimi bilirdi çağırdı, yoxsa sadəcə ərəblər hər kəsə Abdullah – Allahın qulu – deyə çağırdıqları üçün çağırdı. Sonra eyni çuxurdan əlində qamçı (dəyənək) olan bir adam çıxdı və: “Ey Abdullah ona su vermə. Çünki o, kafirdir” deyə səslədi. Sonra əlində olanla onu vuraraq çuxura saldı. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldim və gördüklərimi ona söylədim. Peyğəmbər: “Gördünmü?” deyə buyurdu. Mən: “Bəli” dedim. O: “O, Allahın düşməni olan Əbu Cəhldir. O, gördüyün halı isə Qiyamət gününə qədər olan əzabıdır” deyə buyurdu515.

Bərzax Aləmi: Təmim əd-Dari - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah ölüm mələyinə əmr edir ki, Vəli qulumun yanına get və onu Mənim yanıma gətir. Çünki Mən onu çətinliklə, sevinclə də imtahan etdim. Onu istədiyim kimi gördüm (səbr və şükr edən). Get onu Mənim yanıma gətir, onu dünyanın qəm və kədərindən qurtarım.”. Ölüm mələyi 500 yüz mələk ilə onun yanına gedər. Yanlarında Cənnət kəfəni, mumyaları və reyhan dəsti vardır. Hər dəst bir dənədir, başında 20 rəng və hər rəngin də öz qoxusu vardır. Həmçinin onlarla bərabər gözəl misk qoxulu, bəyaz ipəklər olur. Ölüm mələyi baş ucunda oturur. Mələklər ətrafına sarılırlar. Hər biri əlini bir əzasına qoyar. O, bəyaz ipək və gözəl qoxu yanağının altına qoyular. Ona Cənnətdən bir qapı açılar. Körpə ağladığı zaman təsəlli axtardığı kimi, nəfsi Cənnət nemətləriylə - huriləri, bəzən libasları, bəzən də meyvləri ilə təsəlli tapır. Cənnətdəki huriləri onu sevinclə qarşılayarlar. Ruhu o, nemətlərə atılmaq istər. Ölüm mələyi ona: “Ey gözəl ruh! Ağaclara, salxımlara, uzun kölgələrə, axan sulara çıx” deyər. Ölüm mələyi o, Vəli qula ananın övladına olan şəfqətindən daha çox şəfqətlidir. Çünki bilir ki, o ruh Allahın sevdiyi bir kimsədir. Allaha qarşı kərimdir. O, mələk ruha qarşı gözəl davranmaqla Allahın rızasını əldə etmək istər. Sonra tük xəmirdən çəkilir kimi ruhu cəsədindən çıxar. O, ruh çıxarkən mələklər ətrafını dövrəyə alır və ona: O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər”. (ən-Nəhl 32). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: “Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa, (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!”. (əl-Vaqiə 88-89). Ravh – ölüm məşəqqətindən qurtulmaqdır, Reyhan isə ruhu çıxarkən qarşılaşdığı şeydir, Cənnət isə onun önündədir. Ölüm mələyi ruhu aldıqda ruhu cəsədinə deyər: “Allah əvəzini versin, məni həmişə Allahın itaətinə götürürdün, Onun qadağalarından çəkinirdin. Müjdələr sənə! Məni də qurtardın, özünü də!”. Cəsədi də ruhuna eynisini söyləyər. Peyğəmbər: “Üzərində Allaha itaət etdiyi yerlər, əməlləri göyə çıxdığı və ruzisi endiyi hər qapı 40 gün onun ölümünə ağlayarlar. Ruhu alındığı zaman 500 mələk önündə durarlar... Mələklər evindən qəbrinıə qədər iki sıra ilə düzülürlər. İstiğfar ilə onu qarşılayırlar. Bu zaman İblis sümükləri qıracaq bir səslə bağırır və ordusuna: “Vay olsun sizə, bu qul sizdən necə qurtuldu?”. Onlar: “O, toxunulmaz” idi. Ölüm mələyi onun ruhunu göyə çıxardığı zamaq Cəbrail və 70 min mələk onu qarşılayarlar. Rəbbindən ona müjdələr verirlər. Ölüm mələyi ruhla Ərşə yaxınlaşdıqda ruh Rəbbi üçün səcdəyə qapanır. Allah: “Qulumun ruhunu (Cənnət) ağacları, salxımları, uzun kölgələr, axan suların yanına götür. (Sonra qəbrinə qaytarılar) Qəbrə qoyulduğu zaman namaz sağına, oruc soluna, Quran və zikr baş tərəfində durar. Namaza addığı hər bir addımı ayaq tərəfində, səbri isə qəbrinin kənarında durar. Allah əzab göndərir. Əzab ona yaxınlaşdıqda namzı ona: Uzaqlaş! Vallahi o, ömrü boyunca məni tərk etmədi. İndi isə qəbrinə qoyulduğu zaman istirahət edir. Əzab sol tərəfdən gəlməyə çalışdığı zaman orucu irəli çıxar və eyni şeyi söyləyər. Baş tərəfdən gəldiyi zaman yenə eyni şey söylənilər. Heç bir tərəfdən əzab ona yaxınlaşmaz. Əzab çatmaq üçün bir qapı axtarır. Lakin ibadətin Allahın Vəli qulunu hər tərəfdən qoruduğunu gördükdə gedər. Səbr digər əməllərə: “Əzabla mübarizə edib onu geri çevirə bilərdim. Lakin gözlədim (görüm siz nə edəcəksiniz). Əgər siz aciz qalsaydınız mən (köməyə) gələrdim. Madəm ki, siz bu işi yerinə yetirdiniz onda mən Sıratda və Mizanda onun köməkçisiyəm. Peyğəmbər: “Allah iki mələk göndərir. Gözləri şimşək kimi, səsi hər bir şeyi vəlvələyə gətirən göy gürültüsü kimi, dişləri maral buynuzu kimi, nəfəsi alov kimidir. Tüklə örtülmüş, çiyinləri geniş, mömin xaric heç kimə şəfqət və rəhim etməzlər. Onlara MunkərNəkir deyilir. Hər birinin əlində toppuz vardır. Bütün ins və cins toplansa onu yerindən qaldırmazlar. Qula: “Otur” deyərlər. O, da qəbrində oturur. Ona: “Rəbbin kimdir? Dinin Nədir? Peyğəmbərin kimdir?”. O: “Rəbbim Allah, təkdir, şəriki yoxdur, İslam dinimdir, Muhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərimdir və Peyğəmbərlərin sonuncusudur”. Ona: “Doğru söylədin” deyərlər. Qəbrini önündən, arxasından, sağından, solundan, altından, üstündən genişləndirirlər. Ona: “Üstünə bax!” deyərlər. O, da baxar ki, Cənnətdən bir qapı açılar. Ey Allahın Vəlisi! Evin budur, Allaha itaət etdiyindən dolayı sənə verildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, həmən an qulun qəlbinə elə bir sevinc gəlir ki, əbədiyyən ondan getməz. Sonra mələklər ona: “Altına bax! O, da Cəhənnəmə açılmış bir qapıdır. Ey Allahın Vəlisi! Bundan qurtuldun. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Nəfsi əlində olan Allaha and olsun ki, o vaxt onun qəlbində elə bir sevinc və fərəh gəlir ki, əbədiyyən ondan getməz. Sonra onun üçün Cənnətdən 77 qapı açılır. O, qapılardan Cənnətin qoxusu və havası ona gəlir. Allah onu qəbrindən dirildənə qədər bu hal davam edər.

Sonra Peyğəmbər: “Allah ölüm mələyinə buyurar: Mənim filan düşmənimin yanına get, onu mənə gətir. Çünki ona verdiyim ruzini bol etdim, onu nemətlər içində boğdum. O, isə mənə üsyan etməkdən başqa bir yol tapmadı. Onu Mənim yanıma gətirin ki, intiqamımı alım. Ölüm mələyi heç kimsənin görmədiyi iyrənc (vahiməli) bir şəkildə onun yanına gələr. O, mələk on iki gözlüdür. Əlində atəşdən çox başlı qırmaq, yanında 500 yüz mələk, (hər mələyin) əlində Cəhənnəm atəşindən dəmir parçalar, Cəhənnəm atəşindən dəyənəklər olur. Ölüm mələyi həmən qırmaqlarla onu vurur. O, qırmağın hər bir başı bir tükə, damara keçər... Ölüm mələyi ona: “Ey lənətlənmiş, xəbis ruh! Zəhərli, isti, xoş və soyuq olmayan (Cəhənnəm) içinə gir. Ölüm mələyi ruhu aldığı zaman ruhu cəsədə deyər: “Allah məndən sənə mükafat olaraq böyük şər ehsan etsin. Allaha üsyan etməyə tez gedirdin, itaətdən qaçırdın, məni də həlak etdin, özünü də. Cəsəddə ruha eyni şeyləri söyləyər. Üzərində Allaha üsyan etdiyi yerlər ona lənət edər. İblisin əskərləri İblisin yanına gələrək ona: “Adəm oğlundan bir nəfəri də Cəhənnəmə göndərdik” deyərlər. Qəbrinə qoyulduğu zaman qəbri ona sarılar, qabırğaları bir-birinə girər. Sağ qabırğası soluna, sol qabırğası isə sağına girər. Allah ona qara ilanlar göndərər. Burnundan və ayağının baş barmağından onu tutarlar. (Başqa rəvayətdə: Dəvə boynu kimi əqrəblər) Ortasına qədər onu parçalarlar. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək: “Allah ona iki mələk göndərir. Ona: “Rəbbin kimdir? Dinin Nədir? Peyğəmbərin Kimdir?” deyə soruşarlar. O: “Bilmirəm” deyər. Onlar: “Öyrənmədinmi, oxumadınmı” deyərlər. Ona bir zərbə vurarlar ki, qığılcımları qəbrin hət tərəfinə uçar. Sonra əvvəlki halına dönər. Ona: “Üstünə bax” deyərlər. O, da baxar və Cənnətə açılan bir qapı görər. Ona: “Ey Allahın düşməni! Əgər Allaha itaət etmiş olsaydın bu sənin evin olardı”. Peyğəmbər: “O, zaman onun qəlbinə elə bir həsrət gəlir ki, əbədiyyən ondan getməz və ona Cəhənnəmə bir qapı açılar. Ey Allahın düşməni! Allaha üsyan etdiyin üçünbura sənin mənzilindir” deyilir. Ayrıca ona Cəhənnəmdən 77 qapı açılır. O, qapılardan ona Cəhənnəmin istisi və zəhəri gəlir. Qiyamət günü Allah onu dirildənə qədər belə davam edər”516. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Merac hədisində buyurdu: “Sonra bir az da getdim. Baxdım ki, orada üstündü çürümüş ət olan süfrələr vardır, kimsə onlara yaxınlaşmaz. Digər tərəfdə isə qoxumuş pis ət vardır. İnsanlar oturub ondan yeyirdilər. Mən: “Ey Cəbrail! Bunlar kimdir?” dedim. O: “Ümmətindən bir millətdir. Halalı tərk edib, harama girənlərdir” dedi. Sonra bir az da keçdi. Qarınları evlər kimi böyük olan bir topluluğun yanına çatdım. Qalxmaq istədikdə yerə yıxılarlar və: “Ya Rəbbim! Qiyaməti qoparma” deyərlər. Onlar Fironun yolunda olanlar idi. Yoldakılar onları əzib keçirdilər. Allaha yalvardıqlarını eşitdim. Mən: “Ey Cəbrail! Bunlar kimlərdir?” dedim. O: “Bunlar sənin ümmətindən faiz yeyənlərdir” dedi. Sonra bir az da getdim. Dodaqları dəvə dodaqları kimi böyük bir millətin yanına gəldim. Ağızlarını açıb atəşdən udurdular. Atəş isə arxalarından çıxırdı. Mən: “Kimdir bunlar?” dedim. O : “Bunlar sənin ümmətindən yetimlərin mallarını zülmən yeyənlərdir” dedi. Sonra yenə də getdik. Məmələrindən asılmış qadınlar gördüm. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar zina edənlərdir” dedi. Sonra bir az da getdik. Yanlarında ət kəsilən bir millət gördüm. O, kəsilən ət onlara yedizdirilirdi. Onlara: “Qardaşının ətindən yediyin kimi bunu da ye” deyilər. Mən: “Kimdir bunlar?” dedim. O: “Onlar qeybət və tənə edənlərdir” deyər517. Əbu Umamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazından sonra yanımıza gəldi və: “Mən haq bir yuxu gördüm. Bu gecə mənim yanıma bir nəfər gəldi. Əlimdən tutaraq ardımca gəl. Hündür bir dağın yanına gəldik. Mənə: “Dağa çıx!” dedi. Mən: “Çıxa bilmərəm” dedim. O: “Mən sənin üçün asanlaşdıraram” dedi. Çıxmağa başladıq ta ki, dağın zirvəsinə çıxdıq. Orada ağızları yırtıq kişi və qadınlar vardır. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar dediklərini (söz verdiklərini) etməyənlərdir” dedi. Sonra göz və qulaqları möhürlənmiş kişi və qadınlar qarşımıza çıxdı. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar (haqqı) görməyən, eşidib dinləməyən kimsələrdir” dedi. Sonra bir az da çıxdıq.... Başları aşağıda, məmələrini ilan gəmirən qadınlar gördüm. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar uşaqlarına süd əmizdirməyən qadınlardır” dedi. Yenə də çıxdıq. Başı aşağı, ayaqlarından asılmış, tapdıqları suyu yalayan qadın və kişilər gördük. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar oruc tutub sonra da kəffarə vermədən oruclarını pozanlardır” dedi. Sonra yenə də çıxdıq. Çox çirkin mənzərəli, libasları çirkin, pis qoxulu kişi (həddən çox pis qoxulu) və qadınlar gördük. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar zina edən kişi və qadınlardır” dedi. Sonra çıxdıq. Qorxunc dərəcədə şişmiş, çox pis qoxulu ölülər gördük. Mən: “Bunlar kimdir?” dedim. O: “Kafirlərin ölüləridir” dedi. Sonra ağac kölgəsində oturan adamları gördük. Mən: “Bunlar kimdir?” dedim. O: “Bunlar möminlərin ölüləridir” dedi. Sonra gənc oğlan və qız uşaqlarını iki çay arasında oynadıqlarını gördük. Mən: “Kimdir bunlar?” dedim. O: “Bunlar möminlərin züriyyətidir” dedi. Sonra gözəl üzlü, gözəl libaslı, xoş qoxulu adamlara rast gəldik. Üzləri nur saçırdı. Mən: “Bunlar kimdir?” dedim. O: “Bunlar Sıddıqlar, Şəhidlər və Salehlərdir” dedi518. Avvam b. Havşap rəvayət edir ki: “Bir gün bir məhəlləyə getdim. Məhəllə kənarında bir qəbiristanlıq vardır. Əsrdən sonra qəbrin biri açıldı. İçində başı eşşək başı olan bir insan cəsədi çıxdı (Eşşək kimi anqırdıqdan sonra içəri girdi). Sorağlaşdım, dedilər ki: “O, içki içirdi. Axşam evə gəldikdə anası ona: Oğlum, Allahdan qorx” deyərdi. O, da: “Sus, eşşək kimi (üstümə) anqırma” deyərdi. Əsrdən sonra öldü. Hər gün belə qəbiri açılıb içindən çıxıb üç dəfə anqırır. Sonra da qəbiri üzünə bağlanır519.

Ölülərin Qəbirdəki Halları: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Lə İləhə İlləllah deyənlər ölüm anında, qəbirdə və həşirdə qorxu və sıxıntı görməzlər”520. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Lə İləhə İlləllah ölüm anında, qəbirdə və qəbirdən çıxdıqda müsəlman üçün bir ünsiyyətdir”521. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Peyğəmbərlər qəbirlərində diridirlər və namaz qılırlar”522. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsra gecəsində Musanın yanına çatdım. Qırmızı qum təpəsinin yanındakı qəbrində namaz qılırdı»523. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən biri çadırını bir qəbirin üstündə qurmuşdur. Oranın qəbir olduğunu bilmirdi. Eşitdi ki, qəbirin içində sahibi Mulk surəsini axıra qədər oxuyur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib ona danışdım. O, qoruyucudur. İnsanı qəbir əzabından qoruyur” deyə buyurdu524. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülərinizin kəfənərini gözəlləşdirin. Çünki onlar qəbirlərində bir-biriylə ziyarətləşirlər...”525. Səid b. Cubeyr - radıyallahu anhu – deyir ki: “İbn Abbas - radıyallahu anhu – Taifdə öldü. Mən cənazəsində idim. Heç görmədiyim bəyaz bir quş gəldi və cənazəsinə girdi. Çıxdığını görmədim. Dəfn edildiyi zaman qəbrinin kənarında bu atə oxundu: “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!”. (Fəcr 27-30). Ayələrin kimin tərəfindən oxunduğu bilinmədi”526. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki: “Mən Bəqidə Sad b. Muaz - radıyallahu anhu – üçün qəbir qazanlardan biri idim. Qəbri qazdıqca torpağı misk qoxurdu (Başqa rəvayətdə: Biri Sad - radıyallahu anhu – nun qəbrindən bir ovuc torpaq götürdü. Baxdı ki, götürdüyü torpaq miskdir)”527. Muğira b. Həbipdən rəvayət edilir ki: Bir nəfər yuxusunda görmüş və ona: “Qəbrindən duyulan bu misk qoxusu nədir?”. O, da: “Bunlar Quran oxumaq və Orucun qoxusudur” demişdir528. Malik b. AbdurRahman b. Əbu Sasa rəvayət edir ki, ona xəbər verilib ki: “Sel Ənsardan olan Amr b. Camuh, Abdullah b. Amir - radıyallahu anhu - nun qəbirlərini yumuşdu. Qəbirləri suyun kənarında idi. Hər ikisi də Uhud günü şəhid olanlardandır və bir qəbirə basdırılmışlar. Qəbirləri başqa tərəfə daşınmaq üçün qazıldı. Cəsədləri çürüməmişdi, sanki dünən ölmüşdürlər. Onlardan biri yaralanmışdır. Əli yarası üzərində dəfn edilmişdir. Əlini yarasından çəkib yanına saldıqda əli yerinə qayıtdı (Başqa rəvayətdə: Əli yarasından götürüldükdə qan axmağa başladı, yerinə qayıtdıqda qan dayandı)”529.

Qəbiristanlıqda Quran Oxumaq: əl-Albani – rahmətullahi aleyhi – «Əhkəmul Cənaiz» 241-242 kitabında deyir ki: «Qəbir ziyarəti əsnasında Quran oxumağa gəldikdə isə bi barədə nə Sünnədə, nə də şəriətimizdə heç bir dəlil gəlməmişdir. Əgər belə bir şey şəriətdə bildirilmiş olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu edər və səhabələrinə də bunu öyrədərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sevimli zövcəsi Aişə - radıyallahu anhə – ondan qəbristanlığı ziyarət etdikdə nə demək barəsində soruşduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona qəbir əhlini salamlamağı və onlar üçün dua etməyi bildirmiş, lakin nə Fatihə surəsini oxumağı, nə də Qurandan hər hansı başqa bir surəni oxumağı ona tövsiyə etməmişdir. Əgər bu haqda Allah tərəfindən bir şey vəhy olunsaydı sössüz ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu gizlətməyib bəyan edərdi». İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ölülər onlar üçün oxunan Qurandan heç bir mükafat almırlar»530. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İmam Şafii – rahmətullahi aleyhi – ölülər üzərində Quran oxumağı bidət sayardı»531. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bu əməli edən bir kimsə tanımıram. Məlumdur ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri, Saleh sələflərdən heç kəs bu əməli etməmişdir»532. İbn Qeyyim – rahmətullahi aleyhi – «Zədul Məad» kitabında deyir ki: «Qəbirin ətrafında əyləşmək, qəbir sahibi ilə danışmaq, onun üçün Quran oxumaq, qəbirdə ona verilən suallara cavab olaraq ona verilən sualların cavablarını ona diqtə etmək və s. əməllər dinlə heç bir əlaqəsi olmayan bidətlərdir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Öz evlərinizi qəbiristanlığa çevirməyin! Şeytan Bəqərə surəsi oxunan evdən uzaqdır»533. Bu hədis onu göstərir ki, qəbiristanlıqlar Quran oxumaq yeri deyildir. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanları evlərində Quran oxumağa sövq etmiş və Quran oxunmayan evləri isə qəbristanlığa bənzətmişdir».

Məkil b. Yəsər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölüm ayağında olan kimsələrin üzərində Yəsin surəsini oxuyun»534. Bu hədis İslam alimləri tərəfindən zəif qəbul edilmişdir. Hətta səhih olsaydı da belə hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüm ayağında olan kimsələrin yanında Yəsin surəsinin oxunmasını əmr edir. Çünki ölüm ayağında olan kimsələrin yanında xeyirli söhbətlər etməyi, onlara Lə İləhə İlləllah kəliməsini təlqin etməyi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dilindən səhih hədislər vasitəsilə bizə çatmışdır. Həmçinin – “Qəbiristanlıq yanından keçən və Qul Huvəllahu Əhəd surəsini 11 dəfə oxuyub sonra da əcrini ölülərə bağışlayan kimsəyə ölülərin sayı qədər mükafat verilər” şəkilində rəvayət edilən hədisə gəldikdə: Bu batil və uydurma bir hədisdir”535. Çünki Qurani Kərim yalnız dirilərin onu oxuyub ibrət almarından ötrü nazil olmuşdur. Qəbrdə olanlara isə artıq biz haqqı eşitdirə bilmərik. “Kor ilə görən eyni olmaz, zülmətlə nur da eyni olmaz, kölgə ilə isti də eyni olmaz, dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (Ya Peyğəmbər!) qəbrlərdə olanlara (haqqı) eşitdirən deyilsən». (Fatir 19-22). Artıq dünyasını dəyişən kimsənin əməl dəftəri bağlanmışdır. Onun üçün Qurani Kərimdən istənilən surəni də oxusan ona heç bir köməyi olmayacaqdır əgər o, bu dünyada onu yaradan Rəbbinə bir dəfə də olsun belə səcdə etməmişdirsə. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölənin arxasıyca üç şey gedər. Ailəsi, malı və əməli. İkisi geri dönər. Biri isə onunla qalar. Ailəsi və malı geri dönər, əməli isə yanında qalar»536.



Qəbirlərlə Bağlı Bəzi Qadağalar: Həmçinin - Qəbirləri məscid halına gətirmək, onların üzərində namaz qılmaq, qəbirə doğru namaz qılmaq da şəriətimiz tərəfindən qadağan edilmişdir. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir»537. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın»538. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir»539. İbn Həcər Heytəmi rahmətullahi aleyhi - «Zəvacir» 1/121-də deyir ki: «Qəbrin məscid halına gətrilməsi, onun üzərində və ya ona doğru namaz qılmaq deməkdir». Sanani rahmətullahi aleyhi - «Sublus Səlam» 1/214-də deyir ki: «Qəbirləri məscid halına gətirmək, onlara doğru namaz qılmaq, yaxud da onların üzərində namaz qılmaq mənasından da daha geniş mənaları əhatə edir». Amr b. Dinar - radıyallahu anhu qəbirlər arasında namz qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İsrail oğulları Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu səbəblə də Allah onlara lənət etdi»540. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəbirlər üzərində oturmayın və onlara doğru namaz qılmayın»541. Ənəs - radıyallahu anhu rəvayət edir ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər - radıyallahu anhu məni gördü və: «Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!» dedi542. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi qadağan etmişdir»543. Qəbirlər üzərində məscid tikilməsinin qadağan edilməsi kimi, orada namaz qılmanın da qadağan edilməsini içərisinə alır. Çünki vasitənin qadağan edilməsi, onunla qəsd edilən, çatmaq istənilənin də qadağan edilməsini əhatə edir. Məs: Din içki satmağı qadağan etmişdirsə, onu içmək qadağanı da bu çərçivəyə daxildir. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hamam (ayaq yolundan) və qəbristanlıqdan başqa yer üzü mənim üçün məscid edildi»544. Cabir b. Abdullah əl-Ənsari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məndən əvvəl heç bir kimsəyə (Peyğəmbərə) verilməyən beş şey mənə verilmişdir» Yer üzü mənim üçün təmiz və məscid qərar verildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa olsun olduğu yerdə namazını qılabilər…»545. Huzeyfə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar üzərinə üç şeylə təfdil olunduq. Namaz da səflərimiz mələklərin səfləri kimi edildi, bütün yer üzü bizə məscid qılındı və yerin torpağı su tapılmadıqda bizə təmizlik vasitəsi edildi»546.

Allahdan qeyrisinə ibadət edənlərə isə bu qədər yer üzü bəs etmir. Qəbirlərə, pirlərə gedərək önündə necə alçaldıqlarını, təmiz ürəkdən ibadət etdiklərini, boyun əydiklərini görə bilərsiniz. Heç Allahın evlərində bu cür ibadət etmirlər. Onların əksəriyyəti isə məzarların yanında etdikləri duaların və yalvarmalarının xeyirini gözləyirlər. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm qəbristanlıqda namaz qılmağı qadağan etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbristanlıqda namaz qılmağı onun mundarlığına görə deyil, şirkin mundarlığına görə qadağan etmişdir. Çünki şirkə aparan yol əsasən məzarların yanında ibadət etməkdən başlayır. İmam Şafii rahmətullahi aleyhi «əl-Umm» adlı əsərində 1/246-da deyir ki: «Mən qəbir üzərində məscid tikilməsini və ya dülzəldilməmiş halda üzərində namaz qılınmasını, yaxudda qəbirə doğru namaz qılınmasını məkruh (haram) görürəm. Əgər bir kimsə qəbirə doğru namaz qılarsa namzını qılmış olur, lakin çox pis bir iş etmiş olur547«. Şeyx Aliyul Kari «Mirkatul Məfatin Şərhu Mişkətul Məsabih» 1/456-da deyir ki: «Onlara lənət edilməsinin səbəbi, ya onların ucaltmaq üçün Peyğəmbərlərin qəbirlərinə doğru səcdə etmələridir ki, bu isə açıq bir şirkdir, ya da onların uca Allah üçün namaz qılmağı Peyğəmbərlərin dəfn edildikləri yerdə tikmələri və onların qəbirləri üzərində səcdə edib namaz qılarkən qəbirlərinə yönəlmələridir. Beləliklə onlar uca Allaha ibadət edərkən peyğəmbərləri ucaltmaqda həddi aşmış olurlar. Gizli şirk deyilən budur. Çünki bunda Allahın izin vermədiyi şəkildə hər hansısa bir yaradılışa təzim vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ümmətinə ya Yəhudi adətlərinə bənzədiyinə görə, ya da gizli şirk olduğuna görə qadağan etmişdir».



Həmçinin - qəbirlərin əhənglənməsi, onların üzərlərinin yazılması, başqa yerdən torpaq gətirərək ora qatılmasını Peyğəmbər sallallahu aleyhi və səlləm qadğan edilmişdir. Abdullah b. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm : «Qəbirləri əhəngləməyi, üzərinə yazılar yazmağı və torpaq əlavə etməyi qadağan etmişdir»548.

Həmçinin - qəbirlərin yerlə bir olması və ya zaman keçdikcə o, qəbirlərin itməsi. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu nu hündür, ucaldılmış qəbirləri dağıdaraq yerlə bir edilməsini əmr etmişidr. Əbu Həyyac əl-Əsədi deyir ki, Əli - radıyallahu anhu dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in məni göndərdiyilə göndərimmi səni? Silmədiyin bir surət, düzənlə-mədiyin yüksəldilmiş bir qəbir qalmasın!» dedi549. Sumamə b. Şufeyy rəvayət edir ki, biz Fudalətu b. Ubeyd - radıyallahu anhu nun əli altında Rum ərazisində Rodos adasında idik. Bir qardaşımız vəfat etdi. Bunun üzərinə Fudalətu b. Ubeyd onun dəfn edilməsini və qəbrinin dümdüz edilməsini əmr etdi. Qəbir yerlə bir edildi. Bunun ardından Fudalə: «Peyğəmbər sallallahu aleyhi və səlləm in qəbirin yerlə bir edilməsini əmr edərkən eşitdim» dedi550.

Həmçinin - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı ödəmək qadağan edilmişdir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən birinizin bir od parçası üzərində oturaraq paltarını yandırması və odun dərisinə qədər çatması onun üçün bir qəbrin üzərinə oturmaqdan daha xeyirlidir»551. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Od parçasının və ya qılıncın üstündə yeriməyim və yaxud da ayaqqabılarımın ayağıma tikilməsi mənə bir müsəlmanın qəbri üstündə yeriməkdən daha sevimlidir»552. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəbrlərin arasında təbii ehtiyacını ödəyənlə bunu bazarın ortasında edənin ikisi də mənim üçün eynidir»553. Bəşir b. Xasasiyə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrlərin arasındə ayaqqabı ilə gəzən bir şəxsi görərək buyurdu: «Ey dəri ayaqqabıların sahibi! Çıxart onları»554. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ölmüş insanın sümüklərini sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir»555.

Həmçinin - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Ziyarət məqsədi ilə) Yalnız üç məscid üçün səfərə çıxmaq olar. Məscidul Həram (Məkkə), mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüts)»556. Üç məsciddən başqa yerlər üçün səyahətə çıxmaq şirkə düşmək səbəblərindəndir. Əbu Hureyrə - radıyallahu anhu Tur dağına getdiyi zaman Bəsrə b. Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: «Haradan gəlirsən?» deyə soruşdu. Əbu Hureyrə: «Tur dağından» deyə cavab verdi. Bəsrə: «Əgər ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Miniyə ancaq üç məscidə getmək üçün minilir…»557.

Həmçinin - də qadınların qəbristanlıqları tez-tez ziyarət etmələri qadağan edilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirləri ziyarət edən qadınlara, onları məscidlər edənlərə və qəndil yandıranlara lənət etmişdir»558. Peyğəmbər sallallahu aleyhi və səlləm in haqqında lənət oxuduğu şey böyük günahlardan sayılır. Əbu Muhəmməd Məqdisi rahmətullahi aleyhi deyir ki: «Qəbirlərdə qəndil yandırmaq mübah olsaydı bunu edənə Peyğəmbər sallallahu aleyhi və səlləm lənət etməzdi. Çünki bu əməldə qəbirləri, bütləri ucaltma, təzim vardır. Həmçinin də malı zay etmək də vardır». Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm : «Qəbirləri tez-tez ziyarət edən qadınları lənətləyib»559. Ummu Atiyyə - radıyallahu anhə deyir ki: «Biz qadınlar cənazələri təqib etməkdən nəhy olunduq. Cənazə arxasından getmək bizim üzərimizə fərz edilmədi»560.

Qəbir Ziyarəti İki Növdür: 1. Şəri Ziyarət - Bu ziyarət Peyğəmbər sallallahu aleyhi və səlləm in izin verdiyi şəkildə edilən ziyarətdir. Bundan da gözlənilən məqsəd iki cürdür: 1) Ziyarət edənə aiddir ki, bu da öyüd və ibrət almasıdır. 2) Qəbirdəkilərə aiddir ki, bu da ziyərət edən kimsənin onlara salam verməsi və onlara dua etməsidir. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kişi qardaşının qəbirini ziyarət etdiyi və yanında oturduqda onunla ünsiyət edər və yanından qalxıncaya qədər söylədiklərinin eynisini ona qeri qaytarar”561. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki: “Bir kimsə tanıdığı bir qəbirin yanından keçdiyi zaman ona salam verirsə o da ona salam verir və tanıyır. Əgər tanımadığı bir qəbirin yanından keçdiyi zaman salam verərsə ölü salamını qaytarar, lakin onu tanımaz”562. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kişi dünyada tanıdığı mömin qardaşının qəbrinin yanından keçdiyi zaman ona salam verərsə o, da onu tanıyar və salamını qaytarar”563. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Əbu Rəzin: “Ya Rəsulullah! Mənim yolum qəbiristanlığın yanından keçir. Keçdiyim zaman onlara söyləyəcək bir söz varmı?” dedim. O: “Ey mömin və müsəlmanlardan ibarət diyarın sakinləri! (Allahın salamı üzərinizə olsun). Siz öncülərimizsiniz. Biz də Allahın izni ilə (İnşəallah) sizə qovuşacağıq”. Əbu Rəzin: “Ya Rəsulullah! Onlar eşidirmi?” dedim. O: “Bəli, eşidirlər, lakin cavab verməzlər (insan və cinlərin eşidəcəyi bir cavab deməkdir)”564. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uhduddan döndüyü zaman Musab b. Umeyr - radıyallahu anhu – nun yanından keçdi. Onun və digər Uhud şəhidlərinin yanında durdu və: “Mən sizin Allah qatında diri olduğunuza şəhadət edirəm” dedikdən sonra: “Onları ziyarət edin və salam verin. Nəfsim əlində olan Allaha and olsun ki, siz onlara salam verdikcə Qiyamətə qədər salamınıza cavab verərlər”565.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə