F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   2   3   4   5   6   7   8   9   ...   49

 
10
1958-ci  ildə  iki  yunan  sözünün  birləşməsindən  yaradaraq  istifadə  etmişdir. 
Tərcüməsi “yaşayış yeri” deməkdir. 
Bununla  əlaqədar  olaraq  qrip  infeksiyalarının  spesifikasının  ekoloji  və 
epidemioloji  cəhətdən  kompleks  şəkildə  öyrənilməsi  üçün  tədqiqatların  qrip 
virusunun  pandemik  ştammlarının  çoxalması  meydana  çıxmasının  güman 
edilən ocağı sayılan Cənub –Şərqi Asiya şəraitinə iqlim-coğrafi cəhətdən oxşar 
təbii    şəraitlərdə  aparılması  məqsədəuyğundur.  Bu  baxımdan  ekoloji 
tədqiqatların  subtropik  zonalı  və  bir  sıra  ekoloji  xüsusiyyətləri  olan 
Azərbaycanda    aparılması  düzgündür.  Azərbaycan  zəngin  və  müxtəlif  bitki  və 
heyvanat  aləminə  malik  mülayim  iqlim  şəraitində  yerləşir.  Şimal  və  cənub 
sərhədləri  dağ  silsilələri  ilə  əhatələnir.  Qərbdə  o,  digər  respublikalarla 
əlaqəlidir. Azərbaycanın şərq sərhədini Xəzər dənizi yuyur. Bu sərhəd boyunca, 
sahildə-Abşeron  yarımadasında  Bakı  və  əhalisi  sıx  olan,  heyvandarlıq 
təsərrüfatı bol olan bir sıra şəhərətrafı zonalar yerləşir. 
 
Azərbaycanın daha çox nəzərə çarpan xüsusiyyətlərinə:  
 
Azərbaycanda  9  coğrafi-iqlim  zonasının,  xüsusən  Lənkəran  rayonunda 
Qızılağac  qoruğu  ərazisində  qışlayan,  oturaq  və  yuvaquran  quşların  müxtəlif 
növlərinin  populyasiyaları  arasında  sıx  biosenotik  əlaqələrin  olması,  Abşeron 
yarımadasının, o cümlədən özünəməxsus heyvanat aləminə malik planetimizdə ən 
böyük balıq su hövzəsi olan Xəzər dənizinin üstündən keçən köçəri quşların yolları 
aid edilir(Şək.1). 
 
  Xəzərdə  suyun  duzluluq  dərəcəsi  onun  heyvanlar  aləminin  qarışıq 
yarımdəniz  görkəmini  şərtləndirir.  Dəniz  elementlərindən  başqa,  Xəzərin  faunası 


 
11
özündə  şirin  su  formalarının  ekoloji  cəhətdən  müxtəlif  növlü  qruplarını  saxlayır. 
Bu xüsusiyyətə görə, Xəzər planetimizdə olan bütün materikdaxili duzlu  göllərdən 
özünəməxsusluğu və zəngin olması ilə fərqlənir. 
 
Nəzərə  almaq  lazımdır  ki,  Abşeron  yarımadasının  təbii  iqlim  şəraitlərindən 
əsas  xarakter  amil  şimal  və  cənub  küləklərinin  üstünlük  təşkil  etdiyi  külək 
rejimidir.  Onların  respirator  infeksiyaların  aktivləşməsində  rolu  ədəbiyyat 
mənbələrindən məlumdur. 
Beləliklə,  Azərbaycanın  yuxarıda  qeyd  olunan  xüsusiyyətləri  (müsbət 
temperaturun  üstünlük  təşkil  etdiyi  mülayim  iqlim,  külək  rejimi,  zəngin  quru  və 
dəniz  flora  və  faunası,  sahil  zonasından  olan  insanların  ev  heyvanları  və  dəniz 
faunası  ilə  sıx  əlaqəsi  bir  tərəfdən,  digər  tərəfdən  –  qida  zəncirləri-vəhşi  quşlar–
quano-dəniz,  dəniz  faunası,  ev  heyvanları  və  sahil  zonalarından  olan  insanların 
şəhərin  industrial  hissəsinin  əhalisi  ilə  kontaktı)  insan  və  heyvan  virusları 
arasındakı  epidemik  və  epizootik  proseslərin,  ekoloji  əlaqələrin  aydınlaşdırılması 
üçün şərait yaradır. 
Qeyd  olunanla  əlaqədar  olaraq  insan  populyasiyasında    müntəzəm 
epidnəzarət daxil olmaqla kompleks tədqiqatlar və A qripi virusunun yeni antigen 
variantlarının  meydana  çıxması  səbəblərinin  öyrənilməsində  perspektiv  olan 
ekoloji tədqiqatlar aparılmışdır. 
 
 
 
 
 


 
12
 
                            
Fəsil 1. Qrip virusunun ekologiyası. 
 
                                 1.1. Qrip  üzrə dünyada situasiya.    
  
Aparılan 
tədqiqatlarda 
məqsəd 
qripp 
virusunun 
sirkulyasiyasının 
Azərbaycanın  müxtəlif  biosenozlarında  xüsusiyyətlərini,  virus  populyasiyasının 
genofondunun  aydınlaşdırılması,  təbiətdə  A  qripi  viruslarının  dəyişkənliyindəki  
tendensiyaların  epidemik  və  epizootik  proseslərin  qarşılıqlı  əlaqəsinin  üzə 
çıxarılmasıdır. 
A qripp viruslarının epidemik ştammlarının quşların və heyvanların müxtəlif 
populysiyalarında rekombinant virusların tərkibində rezervasiyasının isbat edilmiş 
mümkünlüyünü(Webster  R.,  Schild  J.  1978,  Schortridge  K.,1982(1,2))və 
tədqiqatlar  dövründə  tək-tək  halda    da  olsa  quş  qripi  virusunun  insanlardan 
izolyasiya  edilməsi  haqda  məlumatlar  (Cambell  və  b.,  De  Lay  və  b.,  1967,       
ştamm  A/Брешия/Hav
1
N
1
/  (F.Ə.Sadıxova  və  həmmüəlliflər  1979).  A/cücə/ 
Almaniya/”N”/49/Hav2Neq1/H10  N7/    ştamının  oxşarı  A/Bakı/900/79/  Hav2
 
Neq1/  açıq  aydın  göstərir  ki,  dərin  antigen  dəyişikliklərinin  səbəblərinin 
araşdırılması  kimi  fundamental  məsələnin  həlli  hazırda  epidemiya  və 
epizootiyaların  qarşılıqlı  əlaqəsindən, vəhşi  quşların toplandığı  yerlərdə  virusların 
sirkulyasiyası xüsusiyyətlərinin üzə çıxarılmasından asılıdır. 
Bununla  əlaqədar  olaraq,  qeyd  etmək  lazımdır  ki,  indiki  zamanda  yuxarıda 
qeyd  olunan  fakt  A/chick/Scot/59/H5N1/-/Hav5N1/  virusunun  sirkulyasiyası  ilə 


 
13
əlaqədar  qripin  dünya  üzrə  epidsituasiyası  və  həmin  virusun  quş  və  insan  
populyasiyasında infeksion patologiyası ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. 
Hazırda  H5  və  H7
 
kimi  iki  subtipə  bölünmüş  yüksək  patogen  quş  virusları 
arasında H5N1
 
qrip virusu xüsusi maraq doğurur. 
Qripin quşlarda patogenezi maraqlıdır. A qripi ilə quşların yoluxması zamanı 
xəstəlik bu və ya digər lokal simptomların olması ilə septik xəstəlik tipi üzrə gedir. 
Bu  zaman  enteritlər  quşların  yuva  qurduqları  və  yaşadıqları  yerdə  vəhşi  quşların 
fekalisi  ilə  kütləvi  surətdə  qrip  viruslarının  ifraz  edilməsinə  və  bununla  da 
torpağın, suyun çirklənməsinə gətirib çıxarır. Ətraf  mühitin çirklənməsi virusların 
biosferdə yayılması üçün əlavə faktordur. 
İtaliyada, 1878-ci ildə yüksək letallığa malik toyuq xəstəliyindən sonra, quş 
qripinin H5N1
 
yüksək patogen agent tərəfindən törədilən  sonrakı sıçrayışı 1959-cu 
ildə Şotlandiyada qeydə alınmışdır. 
Bundan  sonra  bütün  dünyada  cəmi  24  sıçrayış qeydə  alınmışdır. Bunlardan 
14-ü son onillikdə baş vermişdir. 
İnsan  və  heyvan  qripi  viruslarının  insan  populyasiyasına  tək-tək  hallarda 
sirayət etməsi halları ilə gedən paralel sirkulyasiya faktı məlumdur. 
Virusların  çoxu  insanlarda  viruslu  konyunktivit  formasında  yüngül  xəstəlik 
törədir. Sonra sağalma gedir. H5N1 virusu müstəsnalıq təşkil edir.  
1997-ci  ildə  toyuqlar  arasında  bir  neçə  ay  sirkulə  etdikdən  sonra  virus 
mutasiyaya uğradı və fövqəladə yüksək patogenlik qazandı: toyuqlar arasında ölüm 
100% təşkil edirdi. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə