F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   2   3   4   5   6   7   8   9   ...   49

 
18
2.
 
İnsan  qripi  virusların  dəyişilməsi  öncədən  mutasiya  olunmuş  və 
populyasiya  immunitetinin  seleksiya  edici  təsiri  ilə  dəyişilmiş  insan 
ştamlarının  heyvan  və  quş  ştamları  ilə  rekombinasiyası  və  ya 
hibridləşməsi ilə yaranır. 
Bu  nəzəriyyəyə  görə  dreyf-variasiyalar  genomun  nöqtəvi  zədələnməsindən 
əmələ gələn mutasiyaların nəticəsidir(Palese P., 1980, Both G.W. və b., 1983). Bu 
zaman      hemaqqlütinində  bir  sıra  dəyişikliklər  baş  verir(Laver  W.G.İtal,  1980), 
insan qrip virusunda şift variasiyaları isə insan və heyvan qripi viruslarının iştirakı 
ilə  gedən  rekombinasiyaların  nəticəsidir  (Zhdanov  V.M.,  Lvov  D.K.  və  b,  1978, 
Webster R.G., Gambell H.və b, 1974, Beveridge W.J., 1976,Webster R., Hinshaw 
V., 1977, Lvov D.К.). 
 
            Birbaşa mutasiya nəzəriyyəsinə qarşı olan etirazlar.         
   
1.   Antigen dəyişikliyinin  xarakter xüsusiyyəti- aralıq ştammlar olmadan A 
qripi  virusunun  yeni  tam  formalaşmış    yarımtipinin  qəfil  meydana  çıxmasıdır. 
Bu isə tək-tək mutasiyalarla əlaqədar deyil. 
  2.    Hemaqqlütinin  və  neyraminidazanın  xüsusiyyətlərinin  radikal  dəyişməsi 
prosesi virusun səthində olan antigenlərin xüsusiyyətlərini kodlaşdıran RNT-nin 
əsaslarının  ardıcıllığında  baş  verən  çoxlu  sayda  dəyişkənliklərlə  əlaqədardır.                
Ancaq,  genetikanın  məlum  qanunauyğunluqlarına  görə,  hemaqqlütinin                     
və  neyraminidaza  üçün  spesifik  olan  birbaşa  mutasiya  yolu ilə  baş  verən  RNT  
əsaslarının əsaslı surətdə eyni vaxtda dəyişilməsi ehtimalı çox azdır.  
 3.  Hətta  antigen  dreyfi  haqda  qabaqcadan  deyilənlər  belə  uğurlu    olmadı.                        
Halbuki  dreyfin  mexanizmi  məlumdur  və  hamı  tərəfindən  qəbul  ediləndir.  


 
19
Hannoun və Fazekas de St. Groth A/Гонконг/68/H3N2/ ştammını az miqdarda 
antizərdab  olan  mühitdə  əkib  elə  variant  almışdılar  ki,  bu  eksperiment 
şəraitində bir daha antigen mutasiyalarına məruz qalmırdı(Fazekas de St. Groth, 
1977).  Müəlliflərin  ehtimalına  görə  bu  variant  H3  serotipi  sərhəddində 
təkamülün son nöqtəsi idi və 1970-ci ildən sonra gözlənilən “gələcəyin” ştammı 
idi. 
Doğrudur,  bu  ehtimal  ilk  dəfə  1972-ci  ildə  alınan  qripin  A/İngiltərə/42/72 
ştammı  ilə  bir  il  ondan  əvvəl  laboratoriyada  alınmış  ilk  mutant  (Fazekas  de 
St.Groth and Hannoun C.C.) arasındа oxşarlıqla əlaqədar təsdiq edilmişdi. 
Ancaq  sonrakı  1973-74-cü  illərin  virusları  məsələn,  A/Port-Çalmers/1/73  həm 
A/İngiltərə/42/72,  həm  də  süni  surətdə  alınmış  variantdan  əsaslı  surətdə 
fərqlənirdilər.  Alınmış  məlumatların  əsasında  belə  bir  nəticə  çıxarıldı  ki,  təbii 
şəraitdə  dreyf  ehtimal  olunan  istiqamətdə  baş  vermədi,  böyük  variasiyalar  haqda 
isə danışmağa dəyməz. 
 
Şiftin  dreyfin  ardı  olmadığı  haqda  əlavə  sübut  Verhoeyen  Martine  və  b. 
(1980) tədqiqatlarıdır. Müəllif klonlaşdırılmış DNT-nin nukleotid ardıcıllığı ilə 
H3,H2  və  HAV
₁  yarımtipi  ştammının  hemaqqlütinində  amin  turşularının 
ardıcıllığının  müqayisəsi  əsasında  qrip  virusunun  bir-birindən  asılı  olmayan 
dreyf və şift tipli antigen dəyişkənliyi olduğunu molekulyar səviyyədə təsdiqini 
aldı. 
4. Fazekas de Sant-Qrote və Annunun fərziyyələrinin özünü doğrultmadığını 
və  mutasiya  nəzəriyyəsinə  zidd  olduğunu  sübut  edən  faktlara  erkən  stadiyada 


 
20
alınmış  Hongkong/68  yarımtipində  olan  hemaqqlyutininin  Singapore/57 
ştammının  analoji  antigenindən  həm  immunoloji  xassələrinə  görə,  həm  də  bir 
sıra  amin  turşuları  ardıcıllıqlarına  görə  fərqləndiyini  aydın  surətdə  göstərən 
virusoloji tədqiqatları aid etmək olar.  
      Bundan 
başqa, 
müəyyən 
edilmişdir 
ki, 
Hongkong/68 
ştammının 
hemaqqlütinini  A/Equine  2/  və  A/Duck/Ukraine/63/  ştammlarının  hemaqqlütinini 
ilə çox oxşarlığa malikdir(Coleman M.T. et al, 1968; Zakstelskaya L.J.et al, 1969; 
Webster  R.G.,  Laver  W.G,  1972;  Scholtissek  C.,  Konda  Von,  Hoyningen,  1978; 
Hoyningennueno V.Von, 1980; Ward Colin W. və b, 1981). 
Hemaqqlütininin  ağır zəncirinin ucunda əsasında aspargin turşusunun olub-
olmamasının  analizi  əsasında  əlavə  biokimyəvi  nəticələr  alınmışdır.  Onlar 
Honkonq  tipli H3N2 virusunun 2-ci tipli at qripi və 7-ci tipli quş qripi viruslarına 
oxşar viruslarla rekombinasiyası prosesi nəticəsində yaranmasını göstərir. 
Analoji fikirlər həm də A/Singapore/57 ştammına aid edilir. Həmin ştammın 
hər  2  səthi  antigenləri  əvvəllər  sirkulə  etmiş  insan  qripi  virusları  ştammlarının 
antigenlərindən tamamilə fərqlənir.    
Həmin  ştammın  neyraminidazası  ilə  A/индюк/Массачусетс/65  və    
A/индюк/Висконсин/66  quş  ştammlarının  neyraminidazasının  fərqlənmədiyi 
müəyyən edilmişdir. 
Rekombinasiya nəzəriyyəsinin xeyrinə olan molekulyar hibridləşmə metodu 
ilə  insan  üçün epidemik  3  növ qrip  virusunun  genomunun  müqayisəsindən alınan 
inandırıcı  faktlar  Scholtissek  C.  tərəfindən  təqdim  edilmişdi.  Məlum  olmuşdu  ki, 
A/H2N2/ virusunda özündən əvvəlki sələfi A/H1N1/ virusundan 4 gen var, 4 qalan 


 
21
genlər isə yeniləri ilə əvəz edilmişdir (Scholtissek C., 1978).A/H1N1/ ştammı 20 il 
sonra epidemik arenaya qayıdanda onun da əvvəlki ştammdan fərqləndiyi müəyyən 
olundu (Жданов В.М., 1978, 1982,Jdanov V.M., Lvov D.K., Zakstelskaya L.J. və 
b, 1978). 
Onun detallıqla öyrənilməsi göstərdi ki, zülal kütləsi və RNT fraqmentlərini 
xarakterizə edən bir sıra fundamental əlamətlər köhnə ştammlarla identik deyil.  
Bu,  biosferdə  keçmişdə  epidemik  cəhətdən  aktual  olan  antigen 
müxtəlifliyinə  malik  qrip  virusunun  orijinal  ştammlarının  və  ya  digər  növ 
orqanizmləri  yoluxduran  A  qripi  virusunun  genomuna  daxil  olmuş  genom 
fraqmentlərinin  qorunub  saxlanması  mümkündür  (Jdanov  V.М.  və  həmmüəlliflər 
1978, D.К. Lvov və həmmüəlliflər 1982). 
İkinci  hipotezə  gəldikdə  heyvan  qripinin  insan  populyasiysına  birbaşa 
keçməsinin  mümkünlüyü  hazırda  müstəsna  edilmir.Ancaq  bu  fərziyyənin  xeyrinə 
tək-tək faktlar var: quşların taunu virusuna (Breşiya ştammı Hav
₁ N1 ) bənzər virus 
ABŞ-da  həmin  virusla  kontaktdan  sonra  ağır  xəstələnmiş  insandan  izolə 
edilmişdir(De  Lay  və  b.  1967;  Cambell  və  b.  1970).Sonra  donuz  qripinin  Fort- 
Diksdə  törətdiyi  epidemiya  (Byull.  ВОЗ,  1977).  8  yaşlı  oğlanın  1976-cı  ilin 
oktyabrında  xəstələnməsi  halını  qeydə  alan  O`  Brien  Richard  J.et  al  (1977)  xəstə 
donuzlarla birbaşa kontaktı göstərir. 
1979-cu  ildə  kəskin  titrətmə-qızdırma  xəstəliklərinin  partlayışı  zamanı  3 
yaşlı uşaqdan Hav
₂ hemaqqlütininli qrip virusu ştammı alınmışdır. (F.Ə. Sadıxova,  
L.Y.  Zakstelskaya  və  həmmüəlliflər  1979г.).  Dacro  Cliford  C.  Və  b.  (1984) 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə