F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   2   3   4   5   6   7   8   9   ...   49

 
22
Cənub-Şərqi  Texasda  insanların  donuz  qripi  ilə  yoluxmasının  sporadik  hallarını 
müşahidə etmişlər. 
Digər  tərəfdən,  A  qripi  virusunun  səthi  antigenlərinin  əsaslı  surətdə 
dəyişilməsinin  insan  və  heyvanlar  arasında  dövr  edən  viruslar  arasında  gedən 
rekombinasiya prosesinin nəticəsində baş verdiyini güman etmək üçün çoxlu əsas 
var. (D.К. Lvov, 1974, Kilbourne E.D., 1975). 
Eksperimental  surətdə  göstərilmişdir  ki,  müxtəlif  sahiblərdən  ayrılan 
ştammların yarımtipləri nəinki toyuq embrionlarında kultivasiya edildikdə, həm də 
müxtəlif  sahiblərin  orqanizmində  (məs.,  donuz,  hind  toyuğu)  asanlıqla 
çarpazlaşırlar (Easterday B.C. et al, 1969; Webster R.G., 1973). 
Bu heyvanların orqanizmində əmələ gələn davamlı hibridlər özlərində hər 2 
valideyn  ştammlarının  əlamətlərini  saxlayır  və  virusa  həssas  heyvanlar  vasitəsilə 
yayılır (Webster R.G., Cambell H., 1974). 
Esksperimentdə insan və heyvan qripi viruslarının müxtəlif səthi antigenlərə 
malik rekombinantları alınmışdır (Podçernyayeva R.N., Vebster R., 1985, Sayatov 
М.Х., 1986). 
Bu  məlumatlar  müxtəlif  ekoloji  heyvan  qruplarında  dövr  edən  virus 
populyasiyasının  genofondunun  epidemik  ştammların  formalaşmasında  mənbə 
rolunu oynaya biləcəyi ehtimalını təsdiq edir. 
Vəhşi  heyvanlar  arasında  virus  populyasiyasının  genofondunun  təbii 
rezervuarı kimi quşlar xüsusi rol oynayır. 
Birincisi, təkamül nöqteyi-nəzərindən, bu, virusların ən qədim rezervuarıdır: 
bundan  başqa,  müxtəlif  növlərin  populyasiyasının  canlanması  ilə  gedən 


 
23
epizootiyaların  inkişafı  üçün  şərtdir.  İnfeksion  agentin  təbiətdə  saxlanması  çox 
güman  ki,  heyvanlarda  generasiyanın çox tez  dəyişməsi  ilə  şərtlənir.  Bu isə  insan 
populyasiyasındakı  kimi  olmasa  da  kollektiv  immunitetin  köhnə  ştammlara,  o 
cümlədən  epidemik  ştammlara  təzyiqini  təyin  edir.  Bu  ştammlar  yüksək  ekoloji 
plastikliyə  malik  mutant  və  rekombinantlar  şəklində  üzə  çıxan  yeni  ştammlarla 
yanaşı uzun müddət sirkulyasiya edirlər. 
Ekoloji  tədqiqatların  praktikası  bütün  yuxarıda  deyilənləri  təsdiq  etdi:  A 
qripi  virusları  daha  çox  antigen müxtəlifliyi  ilə  quşlar  arasında  geniş  yayılmışdır. 
Quş viruslarının dreyfi bunu daha da genişləndirir; hazırda müəyyən edilmişdir ki, 
quş  və  insan  mənşəli  H1N1  qripi  virusunun  hemaqqlütininə  qarşı  spesifik  olan 
monoklonal  antitellərin  immunoloji  pressinin  təsiri  altında  quşlardan  alınmış 
ştammlar  və  onlara  yaxın  epidemik  viruslar  dreyfə  eyni  dərəcədə  qabildirlər 
(Dubova Е.А.,1985). 
Səthi  antigenlərin  24-dən  çox  kombinasiyası  məlumdur,  bu  isə  insanın  A 
qripi viruslarının məlum olan 4-5 antigen müxtəlifliyindən dəfələrlə çoxdur. 
Nəzərə almaq lazımdır ki, quşların bəzi növləri insanın evi və ev heyvanları 
ilə sıx kontaktda olmaqla sinantropdurlar. 
Qışlama yerlərində və miqrasiya yollarında yuvaqurma mərhələsində ekoloji 
və  coğrafi  cəhətdən  izolə  edilmiş  növlər  arasında  kontakt  yaranır.  Bu  dövrlərdə 
müxtəlif  ekosistemlərdə  sirkulyasiya  edən  rekombinasiya  prosesini  aktivləşdirən 
virus və ya  rekombinantların mübadiləsi gedə bilər. 
Ev  heyvanları  təbiətdə  və  insanlar  arasında  sirkulyasiya  edən  viruslar 
arasında keçici manqa ola bilər. 


 
24
Epidemiyalararası  dövrdə ev heyvanları populyasiyası virus üçün rezervuar 
rolunu oynaya bilər. 
Bir sıra müəlliflərin aldığı nəticələr Honkonq qripi virusunun heç də həmişə 
epidemik  partlayışlarla  əlaqədar  olmayan  dövri  epizootiyalarla  ev  heyvanları 
arasında uzun müddətli sirkulyasiyası faktını müəyyən edir. 
Epidemik  qrip  virusları  həm  də  vəhşi  quşlardan  izolyasiya  edilmişdir: 
A/Manacilla  alba  /Украина/107/74  və  A/Streptopelia  turtur  Украина/11/74 
A/England/42/72/H3N2 
ilə 
eynidirlər; 
A/uria 
aalge/i/74 
A/Порт-
Чалмерс/1/75/H3N2 ilə eynidir. 
Son  illərin  tədqiqatlarının  nəticələri  qrip  viruslarının  sirkulyasiyasının 
aşağıdakı sxemini fərz etməyə imkan verir: 
Köçəri  quşlar      quano      zooplankton        su  quşları          ağcaqanadlar        
heyvanlar                                                                                                   insan 
Insan 
Bu  proseslərdə  su  kompleksinin  quşlarına  xüsusi  əhəmiyyət  verilməlidir. 
Enterit kimi üzə çıxan quş qripi viruslarının patogen xüsusiyyətlərini nəzərə alaraq, 
hesab etmək olar ki, quşların quanosu ilə suya düşən törədici bir qədər yaşayır, və 
ola bilsin su heyvanlarının (balıqlar, zooplankton) orqanizmində persistensiya edir. 
Su vasitəsilə yeni həssas sahiblərin yoluxması mümkündür. 
Beləliklə,  qrip  virusunun  epidemik  ştammlarının  və  heyvan  mənşəli 
virusların  eyni  vaxtda  sirkulyasiyası  haqda  məlumatlar  vəhşi  və  ev  heyvanları 
orqanizmində rekombinasiya prosesinin mümkünlüyünü ehtimal etməyə əsas verir. 


 
25
Bundan  başqa,  son  vaxtlar  toplanmış  faktlar,  yəni  tədqiqatların  nəticələri 
göstərir ki, virusların sadə konservasiyası və onların dəyişilməmiş halda qayıtması 
haqda söz ola bilməz. 
Düyanın  dialektik-materialistik  cəhətdən  anlaşılmasına  əsaslanaraq  bu 
müddəanın  nəzəri  cəhətdən  aydınlaşdırılması  qanuna  söykənir.  Bu  qanuna  görə 
təkamül  qapalı  dairə  üzrə  gedə  bilməz, o, addımlayan  spiral  üzrə  hərəkət  edir  və 
spiralın hər yeni burumunda dəyişikliklər baş verir.  
Mutasiya  və  rekombinasiya  hadisələrinin  əsasında    dialektik  materializmin 
əsas  tezislərindən  biri  olan  struktur  və  funksiya  arasındakı  qarşılıqlı  əlaqə 
faktorlarının realizasiyası amilləri durur (A.D. Vislobokov və b. 1976).    
Genotipdən və xarici mühit şəraitindən asılı olaraq virusların dəyişkənliyi və 
reproduksiyası  arasındakı fərqlər  iki  funksional  sistemin:  virus  və hüceyrənin,  bir 
virus  genomunun  digər  virus  genomları  ilə  birliyinin,  qarşılıqlı  əlaqəsinin 
nümunəsidir. 
A  qripi  virusunun  antigen  strukturunun  dəyişilməsinin  güman  edilən 
şərtlərindən  biri  virus  genomunun  fraqmentlərə  bölünmüş  olmasıdır.  Belə  genom 
sonda  yeni  virus  variantlarının  əmələ  gəlməsi  ilə  nəticələnən  rekombinasiya 
prosesləri  üçün  zəmin  yaradır.  Bu  zaman  materializm  fəlsəfəsinin  kardinal 
məsələsi olan qurumun və funksiyanın qarşılıqlı əlaqəsi, xariclə daxilin, genotiplə 
fenotipin əlaqəsi meydana çıxır. 
Qrip  virusunun  fraqmentar  genomunun  olması  insan  və  heyvan  qripi 
viruslarının rekombinasiyasının mümkünlüyünü təmin edir. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə