179
yuxarıda göstərilən materialları təsdiq edən bir sıra ədəbiyyat məlumatlarını qeyd
etmək lazımdır.
Ennis Frasncis A. (1978) qripp infeksiyasının epidemiologiyası haqda
anlayışlarda bəzi dəyişikliklərin olduğunu qeyd edir. Belə ki, o deyir:
A/CCCP/77/H1N1/ qripi virusu insanların əsas kütləsi ona qarşı qeyri-immun
olduqda sirkulyasiyaya qayıtdı. Bütünlüklə güman edilir ki, son epidemioloji
hadisələr
populyasiyanın
antigen
cəhətdən
müxtəlif
üzvlərinin
birgə
sirkulyasiyasına şəhadət edir.
Beyer W.E.P., Masurel N.(1985) qeyd edirlər ki, bu sual aydın deyil ki,
ilbəil kosirkulyasiyanın artması H3N2 yarımtipinin sıxışdırlması ilə əlaqədardır, ya
əksinə, persistensiya strategiyası həyata keçirilir. Kosirkulyasiyanın olduğunu
Donatelli J. et. al., (1985) А/Бангкок/1/79 və А/Бельгия/2/81-ə bənzər A qripi
viruslarının eyni zamanda sirkulyasiyasını təsvir etməklə qeyd edirlər.
Kendal A.P., İoseph İ.M. et.al., (1979) A/CCCP/90/77-ə bənzər A/H1N1/
qripi viruslarının alınmasının əvvəlinin 1978-ci ilin yanvarının üçüncü həftəsindən
başladığını A/Texac/1/77/H3N2 virusnun sirkulyasiyası ilə paralel olaraq
A/Бразилия/1/78, А/Аризонпа/4/78 referens ştammlarının sirkulyasiyasını qeyd
edirlər. Hannoun C.(1981) qeyd edir ki, ikiqat infeksiyanın və ya virusun vəhşi
heyvanlar və insanlar arasında variasiyasının gözlənilməz tezliyi genetik
dəyişikliklər və qlobal dəyişkənlikdə “iştirak etmə” imkanını yüksəldir.
İnsan populyasiyası üçün adi olan A qripi viruslarının sirkulyasiyası ilə
yanaşı, Azərbaycan Respublikası zonasında epidemik prosesin xüsusiyyəti ondan
ibarət idi ki, quşlarda və ya başqa heyvanlarda olan orijinal viruslar insan
180
populyasiyasına daxil olub, növspesifik baryeri (səddi) tək bir dəfə aşırdı: məsələn,
A/цыпленок/Германия/”N”/49/H10N7/-/Hav2Neq1/ virusu ilə identik olan
А/Баку/900/79/H10N7/ qripi virusunun Xəzər dənizi sahilində Sabunçu
qəsəbəsində 3 yaşlı uşaqdan alınması və elmdə ilk dəfə A/Баку/799/82/H1N3/
qripi virusunun təbii rekombinant ştammının Xəzər sahilində Hövsan qəsəbəsində
6 yaşlı uşaqdan alınması. Bunlar yuxarıda qeyd olunanlarla birgə səslənir.
Ədəbiyyatda Hav2 (Cambell and oth, 1970), eləcə də Hav1 hemaqqlyutininli
(De Lay et.al., 1967) quş qripi virusunun insandan izolyasiyası haqda tək-tək
məlumatlar var. Bu isə onu göstərir ki, Hav1-Hav2 hemaqqlyutininə malik qrip
virusları da xəstə insanlarda rast gələ bilər.
A /H1N3/ qrip virusunun rekombinant ştammlarından danışdıqda qeyd
etmək lazımdır ki, H1-in detal analizi nəticəsində məlum oldu ki,o, cari dövrün
epidemik ştammının dreyf-variantından fərqlidir və A/PR/8/34 (H0) virusunun
yaxın qohumudur. A/PR/8/34 çoxdan sirkulyasiyadan sıxışdırılmışdır, onda güman
etmək olar ki, bu rekombinant insan populyasiyasından kənar formalaşmışdır:
məsələn, heyvanlardan və quşlardan insana formalaşmış halda gətirilmişdir. Həmin
rekombinantın əmələ gəlmə mexanizmi və yeri aydın deyil.
Ancaq, o fakt vacibdir ki, bizim zonada insanlarda qrip viruslarının epidemik
ştammlarından başqa epidemiyaya realizə olunmayan quşlara xas olan orijinal
virusların sporadik halları və ya özündə H3 və H1 saxlayan rekombinantlar qeydə
alınmışdır.
D.К.Lvov və b. (1982, 1986) insanların vəhşi heyvanlardan yoluxması
mümkünlüyü haqda fərziyyə söyləyir və A/H1N1/ qripi virusunun sirkulyasiya
181
misalında genofondun birliyini qeyd edir. Bachmann P.A.(1984) qeyd edir ki,
heyvanlar “köhnə” insan ştammlarının rezervuarı ola bilərlər və insan üçün
patogen olan yeni ştammların meydana çıxması üçün genetik material verə bilərlər.
М.Х.Саятов (1981) A/H1N1/ qripi viruslarının sirkulyasiyası haqda alınan
məlumatlar əsasında 1979-cu ildə vəhşi quşlardan A/CCCP/90/77 və
A/Бразилия/1/78-ə yaxın olan virusun izolyasiyasını belə interpretasiya edir ki,
1977-1978 –ci illərdə bu viruslar vəhşi quşların populyasiyasına introduksiya etmiş
və uzun müddət avtonom sirkulyasiya etmişdir.
B.P.Sokolov
(1983)
H1N1
və
H3N2
heyvan
virusları
heyvan
populyasiyasına keçmiş insan viruslarının həqiqi mənbəyi olduğunu qeyd etməklə
analoji fikri vurğulayır.
Ədəbiyyatda təbii biosenozlarda rekombinantların əmələ gəlməsini təsdiq
edən məlumatlar var. R.Y.Podçernyayeva və həmmüəlliflər (1972, 1980)
tərəfindən rekombinantların eksperimental yolla alınması zamanı epidemik
virusların heyvan populyasiyasına daxil olmasının və digər insan və heyvan
viruslarının sonrakı rekombinasiyasının və bu rekombinantlardan bəzilərinin təbii
biosenozlarda sirkulyasiyaya adaptasiyasının mümkünlüyü göstərilmişdir.
Yuxarıda göstərilən faktı, yəni insanların heyvanların A qripi ilə
yoluxmasının insan populyasiyasının seroloji müayinəsi ilə heyvan virusuna qarşı
geniş spektrli antitellərin (H1-H11) mövcudluğunun aşkar edilməsinin nəticələri
təsdiq edir.
182
Bu zaman qeyd etmək lazımdır ki, bir çox hallarda müsbət nəticələr şəhər
əhalisi ilə müqayisədə kənd əhalisi kontingentində müşahidə edilir. (3.3.2-ci fəslə
bax).
Profeta Maria Luisa, Palladino G.(1986) tərəfindən 294 insanın zərdabının
tədqiqi əsasında fərziyyə söylənilir ki, quş virusları HA qarşı antitellər insan
orqanizmində az yaşayandırlar və onların miqdarı istifadə edilən metodların (HИ-
ГИ-testlər) həssaslığından aşağıdır.
Yuxarıda qeyd olunan müşahidələri nəzərə alaraq qeyd etmək lazımdır ki,
istər kənd yerləri əhalisinin, istərsə də şəhər əhalisinin öyrənilməsində zərdabların
tədqiqi üçün eyni metodlar tətbiq edilmişdir: HALR metodu və zərdabların RDE-
də analizi. Və əgər geniş spektrli viruslara qarşı antihemaqqlyutininlər kənd yeri
əhalisində əhəmiyyətli titrlərdə (OHT 6,1-ə qədər) şəhər əhalisində isə eyni
şəraitdə titrlər 1:16 nisbətində idi. Onda insanların heyvanlardan o cümlədən,
quşlardan yoluxmasının mümkünlüyü haqda çıxardığımız nəticələr kifayət qədər
arqumentə malikdir.
Qripin epidemiologiyasının Azərbaycan Respublikası zonasında yuxarıda
qeyd olunan xüsusiyyəti, görünür, Abşeron yarımadasının iqlim-coğrafi şəraitinin
özünəməxsusluğu, Lənkəran rayonunun subtropikləri, qoruğun bu zonada olması
və orada vəhşi oturaq və köçəri quşların geniş spektri, su və su ətrafı kompleksin
quşlarının qışlama, yuvalama yerləri və onların yarımada üzərindən keçən uçuş
yolları, zəngin flora və faunaya malik ilıq dənizin olması, daimi külək rejimi və
havanın temperaturunun əsasən müsbət olmasına əsaslanır.
Dostları ilə paylaş: |