88
Məqsəd:
uşaqların diqqətini inkişaf etdirmək; onlara əşyaları bir-birinin üs
-
tünə qoymaqla müqayisə aparmaq bacarığını aşılamaq.
Oyunun gedişi
. Uşaqlara gövdəsi qalın və nazik olan göbələklər verilir və
tapşırılır ki, gövdəsi nazik olan göbələkləri alçaq, gövdəsi qalın olan göbələkləri
hündür səbətə qoysunlar. Müəllim oyun vaxtı uşaqlara köməkçi suallarla müra
-
ciət edərək, göbələkləri müqayisə etməyi öyrədir.
“Nənəyə xiyar turşusunu hazırlamağa kömək edək”.
Oyun üçün lazım
olan
resurslar
: zəngli saat, eni bərabər, uzunluğu 10 və 12 sm olan yaşıl rəngli
xiyar maketləri, uşaqların sayına görə kiçik və böyük balonlar.
Oyunun qaydası
: kiçik balona qısa, böyük balona isə uzun xiyarları yığmaq.
Məqsəd:
uşaqlarda əşyaları uzunluğuna görə və verbal müqayisə etmək qabi
-
liyyətini formalaşdırmaq.
Oyunun gedişi
. Müəllim uşaqlara xiyar turşusunu bağlamaq qaydasını izah
edir və onların hər birinə müxtəlif ölçülü balonlar və xiyar maketləri paylayır.
Uşaqlar verilmiş vaxt ərzində böyük balona böyük, kiçik balona isə kiçik xiyar
-
ları yığırlar. Partanın üzərində artıq xiyar qalmamalıdır.
“Gülü tap”.
Oyun üçün lazım olan
resurslar
: səbət, zəngli saat və gül forma
-
sında olan kartlar.
Oyunun qaydası
: çoxlu gül adı tapıb demək.
Məqsəd:
gül adlarını öyrənmək; təsvir etmə bacarığını inkişaf etdirmək.
Oyunun gedişi.
Uşaqlara gül formasında hazırlanmış kartlar paylanır. İki uşaq
bağban rolunda çıxış edir (onlara kart verilmir). Bağbanlar uşaqlara yaxınlaşırlar.
Uşaqlar növbə ilə hərə öz kartındakı gülün xüsusiyyətlərini bağbana təsvir edir,
lakin gülün adını demirlər. Bağban gülün adını tapdıqda, kartı onlardan alır və
səbətinə qoyur. Səbətinə çox kart yığan bağban qalib hesab olunur.
Dostları ilə paylaş: