Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   39


 

 



 

  Xatirələr povest və ön söz 1986 - cı ildə «Yazıçı» nəşriyyatı tərəfindən çap     

edilmiş eyni adlı kitabdan götürülmüşdür. 

 

 



 

FEYZİ MUSTAFAYEV 

 

 

 



 

 

 



DİNMƏ, EY KƏDƏR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

                  BİR ŞAİR ÖMRÜNƏ TUTULAN GÜZGÜ 

 

 

 



Əli Kərim… 

 

Ömrügödək şairimiz.Bu halda «şair» sözündən əvvəl çox vaxt «nakam» 



sifətini də işlədirlər.Yox, min dəfə yox, Əli Kərim nakam şairimiz deyil.O, ilham 

pərisindən də kam alıb, həyati sevgisindən də, yerdən də, göydən də. Nəyə can 

atıb, ondan kamını götürüb.Can atdığı ideal zirvə, yəni şeir deyildimi?! Neçə 

poetik şeir uğuruna qovuşub, neçə uğurdan adı bənövşə qoxulu bahar nəsimi kimi 

Odlar yurduna belədən - beləyə əsib.Bu nəfəsdən nəfəsimiz ətirlənib, duyğularımız 

təzələnib,dilimizdə təzə təşbehlər cücərib qalxıb…poeziya aləmində cavan yaşında 

qibtə mərkəzinə çevrilib.Deməli, ömrügödəklik şair üçün hələ nakamlıq 

deyil.Həqiqi şairin ömrügödəkliyi onun təşnə oxucusu üçün nakamlıq yaradır: daha 

neçə şeirindən kam alardıq bu daşqın ömürlü şairin. 

 

Ən başlıcası, oxucu istəyindən də kam alıb Əli Kərim.Özü də bəsdi 



deyincə.Bu istək xərclənmiş şair ömrünün dəyərini, qiymətini şərtləndirən 

meyardır.Sənətkar xöşbəxtliyinə bax ki, oxucularından birisi həm də şairin 

yorulmaz tədqiqatçısına çevrilib, onun poeziya ocağının başına pərvanə kimi 

dolanmağa başlayıb.Bəli, Əli Kərimin şair taleyi Feyzi Mustafayev kimi həqiqi bir 

dosta urcah olmağı ilə də qazanıb.Bu məhəbbət həsəd doğuran məhəbbətdir.Neçə 

illərdir bir ahənrübaya dönüb: Əli Kərim soraqlı nə varsa, çəkir özünə.Özünün 

şairlə üçillik təmasından artıb - çoxalan müşahidələri, qəlbin bütün hərarəti ilə 

isinən, qızınan xatirə - lövhələri…Əli Kərimin Göyçaya sonuncu «səfərindən» 

sonra bu böyük söz sərrafımızın yaddaşlara yazılmış unudulmaz xatirəsini bir yerə 

cəmləyərək şair ömrünü yenidən bərpa edən poetik etüdləri Feyzi Mustafayevin 

dost yolunda cəfasını birə - beş dəyərləndirir.Əli Kərimli silsilə oçerklər, 

əslində,oçerklikdən çıxır; bunlar unudulmaz şairimiz haqqında az qala bir ömrün 

əvvəlini, sonunu özündə birləşdirən sənədli povestin ayrı - ayrı fəsilləridir.Bu bədii 

lövhələri başqa bir qələm sahibi, bəlkə də, bir sücet ətrafında birləşdirər, Feyzinin 

dediklərinin hamısını oraya hopdura bilərdi.Burası da var ki, onda bu qısa, bu 

mənalı ömrün dönümünü, döngəsini, bu yolun keçdiyi dağları, dərələri, sərt dönüm 

- döngələri bu qədər aydın görə bilməzdik.Ünlü yaradıcı simalarımızın arxasınca 

xatirə yazılarını çox oxumuşuq.Az halda xatirə müəlliflərinə irad tutduğumuz 

olub.Susmağımız, əlbəttə, dünyasını dəyişən qələm sahibinə hörmətimizdən, 

xatirəsini əziz tutmağımızdan irəli gəlir. «Bizdən ayrı düşənlərə borcumuzdur bu 

ehtiram».Belə hallarda könül açan ağ yalanı da üzə vurmuruq. 

 

Elə bu yerdəcə qeyd etməyə dəyər ki, şairlə uzun zaman canbir qəlbdə 



dostluq etmiş, onun ən kiçik hərəkətini belə ürək gözü ilə izləmiş, bir söz 

sənətkarının daxili dünyasını yaddaşına heyrət ediləcək bir şəkildə nöqtəbənöqtə 

köçürmüş Feyzi Mustafayevin Əli Kərim həsrətli bu xatirələrinin ayrıca yeri, 

ayrıca qiyməti vardır.Xatirələrin kitaba qədər mətbuat işığı görmüş az qisminin 

oxucu kütləsi tərəfindən böyük hörmətlə qızğın sevgiylə qarşılanmasının səbəbi elə 



 

budur.Xatirələrdə canlı bir şairi görürük: özünəməxsus danışığı ilə, şux zarafatları, 



dadlı təbəssümləri, atmacaları…acıları, ağrıları, hərəkətləri, yaxşısı, pisi nəyi 

varsa, hamısı ilə.Oçerklər elə maraqla oxunur ki, xatirəlik prinsipi yaddan çıxır, biz 

özümüz də şair ömrünün yaxın bələdçilərinə çevrilirik. 

 

Oçerklərdə müəllif bizi  bəzən dar bir çərçivədə görüləcək hərəkətləri, 



şeirindən əvvəl onu bürüyən poetik ovqatlarıyla da tanış edir.Bunlar Əli Kərim 

bütövlüyünün bir növ tamamlayıcı xırda cizgiləridir.Bu cizgilər şairi oxucusuna bir 

köynək də yaxınlaşdırır. 

 

Əli Kərimli xatirələr bu günün oxucusu üçün də doğmadır, gərəklidir; 



sabahın oxucusu üçün beşqat artıq.Müəllifin böyük inamla qeyd etdiyi kimi, illər 

keçdikcə Əli Kərim daha yüksəkdən görünən, qədir - qiyməti artan söz 

zərgərlərimizdəndir.Demək istəyirəm ki, Feyzinin bu xatirələri uzunömürlü 

olacağına ümid bəslənilən xatirələrdir. 

 

Feyzinin kimdənsə eşitdiklərinin buraya əlavə olunmasının öz yeri var: 



oxucu sevdiyi  bir şairi bütöv yönləri ilə görə bilir,Əli Kərim dünyasına bir yazının 

imkanları çərçivəsindən daha uzun səyahətə imkan tapır.Zərrələr yığılıb 

poeziyamızın Əli Kərim planetini bütövləşdirir. 

 

Bu kitabı «Elə bir dost istərəm» oçerki ilə də başlamaq olardı.Deyim ki, 



əvvəlcə istədim müəllifin «düzgüsünü» bilərəkdən pozub bu əsəri kitabın əvvəlinə 

gətirim.Son dərəcə zəngin faktlar, həyati məsələlər üzərində qurulmuş bu oçerk

əslində öz ruhu etibarilə Əli Kərim göynəkli silsilə oçerklərlə üzvi şəkildə 

bağlıdır.Başqa sözlə, yazılma tarixiycə «Dinmə, ey kədər»dən sonradır, qayəsiycə 

ondan əvvəlin «malıdır».Siz özünüz də görəcəksininz ki,olduqca maraqlı oxunan 

bu oçerkdəki ideal dostluq Əli Kərim dostluğundakı gözə çarpan ucalığın bir növ 

sağlam və hündür postamentidir. 

 

Burası da haqdır ki, siz də mənim kimi hövsələsizlik eləyib «axırdan» 



başlasanız…dəxli yoxdur, müəllifin səmimiyyəti o qədər isti, o qədər cəlbedi-cidir 

ki, sonradan əvvələ keçməmiş bu kitabdan ayrıla bilməzsiniz. 

 

Feyzi elə bir dost istəyir ki…Kimdir bu dost? Onu əvvəlcədən demək 



olurmu ki?! Dünya binnət olalı insan oğlu yaxşı ki, yaxşı dostlar da görüb.Amma 

bu yaxşıların hər birisi bir özgə cür yaxşıdır.Müəllif bu dostların hər birini hər 

yönünə imtahana çəkir.Feyzinin məhək daşı İnamdır.İnam yaranıncayadək dostlar 

müxtəlif  iqlim qurşaqlarından keçirilir, neçə sınaqdan adlayır. 

 

Bu oçerki oxuduqca oxucu istər - istəməz özündən şəklənir,dönüb öz qəlbinə 



də nəzər salır, səssizcə daxili etiraflar başlayır.Özünə hesabat verməyən insanın 

cəmiyyət qarşısındakı hesabatına da inanmayın. 

 

«Bir söyüddür ki, yaşla bəslənir xatirələr…» 



 

Feyzi sanki bu həzin misranın həyatiliyini  bir daha təsdiq üçün gözünün 

yaşıyla «söyüd xatirələrini» vaxt - bivaxt sulayıb, qəlbinin hərarəti ilə 

yetkinləşdirib. «Bu əsrdə şeir oxunmur» - deyə gümana düşənlər qoy Əli Kərim 

poeziyasının Feyzi Mustafayev ünvanlı heyranının şeir üçün, şair üçün 

kövrəlmələrinin bəhrəsi olan bu oçerkləri oxusunlar. 

 

Feyzi öz əməli işi, ilhamlı kövrəlmələri ilə sübuta çalışır ki, Əli Kərim 



dünyasının ən yaxın dostu, kamil bələdçisi odur.Həqiqət belədirsə, nə gözəl! Yox, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə