Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   39

 

əgər siz ondan da artıq bu «şəmin pərvanələrisinizsə», yenə nə gözəl! Elə Feyzinin 



istədiyi də bu deyilmi?! 

 

Kitab əvvəldən - axıracan ancaq xatirələrdən hörülməyib.Xatırlamaların bir 



çoxu müəllifə bir növ Əli Kərimli düşüncələrini çözələmək üçün «bəha-

nədir».Onun şairlə bağlı lirik düşüncələri bir çox hallarda sentimental axara düşür; 

bunlar o qədər şirin, o qədər ürəkdən gəlmədir ki, bu axara bir redaktor kimi əl 

gəzdirməyə ürəyim gəlmədi. 

 

Elə bu yerdə Əli Kərim ömrünə kövrək bir ürəklə bədənnüma güzgü tutub 



onu bütün əzəmətiylə göstərməyə can atan müəllifin özü haqqında bir - iki kəlmə 

söz söyləmək insafdan olardı (Ömürlər gəlib keçir, öyülməli adamlar barədə söz 

söyləməyə çox vaxt imkan tapmırıq, bəzən də gecikirik). 

 

İstedad utanacaq olur.Bənövşə həyalanıb kol dibinə qısılan kimi.Xalis bal 



sahibinin bazarda boğazına zor verdiyini, səsini başına götürdüyünü 

görməmişik.Ola bilər ki, bənövşənin ayağına bir az yubanırıq…ola bilər ki, 

hərlənib bu xalis balı bir qədər gec tapırıq…Biz ona tuş gəlincəyədək nə bu 

hörmətdən düşər, nə o qiymətini itirər! Əlbəttə, bu düşüncələrin canında bir az da 

təsəlli payı var.Hər halda, çörəyi çörəkçiyə tapşırmaq lazımdır.Bunsuz yaxşı - pisin 

sərhədini doğru - dürüst ayırd eləyə bilmərik. 

 

Feyzi Mustafayev bədii publisistikamızın son dərəcə təvazökar, haqqı 



olduğu halda iddiasız, səssiz - küysüz şəkildə bir kənara çəkilib qəlbinin bütün 

hərarətini yazılarına hopduran qələm sahiblərindəndir.Təvazökarlıq isə insani 

xüsusiyyətlərin başında gələn mənəvi xüsusiyyətlərdəndir… 

 

Publisistika bədii yaradıcılığın qədir - qiyməti bilinməli, inkişaf etdiril-məli 



bir qoludur.Bu qolu yaşatmağa, irəli aparmağa hünəri çatan Feyzi kimi qələm 

sahiblərini öz təqdirimizlə həmişə kökdə saxlamağa çalışmalıyıq. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Məmməd ASLAN 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

                    HƏR KƏSİN ÖZ ƏLİ KƏRİMİ 



 

 

 



Hər birimizin öz Əlisi, həm də hamımızın bir Əli Kərimi var.Biz həm öz 

Əlimizin, həm də bir Əli Kərimimizin heyranıyıq.Mənim öz Əlimin məğrurlu-

ğunda sadəlik, sadəliyində məğrurluq vardı.Yəqin elə sizin də Əli Kəriminiz 

beləydi.O, heç vaxt özünü səndən yüksək tutmurdu; səni özü bərabərinə qaldı-

rırdı.Yüz yaşına çatası olsam, mənim 38 yaşlı Əli Kərimim onda qapımdan girsə, 

ayağa qalxıb deyərəm: «Buyurun, Əli müəllim, buyurun, ustad!..» 

  

Onun haqqında xatirə yazarkən istər - istəməz öz adımı da çəkməli oluram - 



başqa çarəm yoxdur; xatirə yazırsansa, o xatirəli günlərin iştirakçısı olursan axı.Elə 

bilməyin, özümü onun yüksək mərtəbəsinin adamı kimi apar-maq 

iddiasındayam.Xeyr, xeyr… 

 

Şairlik ayrıca bir qəhərəmanlıqdır.Əli Kərim həm də öz ədəbi qəhrəman-



larının ömrünü təkrar edən adam idi. 

 

Onun bütün əsərlərini sevirəm.Amma bəzən bir oxucu naşılığı ilə deyirəm: 



«Bunu Əli Kərim yazsa da, bu nə  «Gəl, Azərim» dir, nə «İki sevgi», nə də 

«Qaytar ana borcunu»… 

 

Əli Kərim mənimçün kimdir? Sizinçün kimdirsə - mənimçün də odur.Nə 



bilim, bəlkə də bəzilərindən artıq sevirəm onu.Doğrusu, mən öz Əli Kərimimdən 

sonra yaşamağa utanıram.Lakin «onun haqqında nə isə bir söz deyə bilərəm və 

deməliyəm» ümidi mənə təsəllidir. 

 

Əli Kərim elə adamdır ki, onun haqqında kim danışsa, səsini hamı eşidəcək! 



Sizə qəribə görünə bilərəm, indi iki adam olmuşam: birində Əli Kərim özüylə məni 

də aparıb; ikincidə o da mənimlə birgə yaşayır.Çox vaxt işimi dəyişmək istəmişəm: 

axı işim Əli Kərimlə gündəlik «görüşlərimə» mane olur.Bəli, gündəlik 

«görüşlərimə!» 

 

Bu yazıda öz Əli Kərimimi sizə təqdim etmək fikrində deyiləm.Sizi ona 



təqdim etmək istəyirəm. 

 

Əli Kərim yaradıcılığına  olan maraq getdikcə artır.Bu, onu tanıyanların və 



tanıtmaq istəyənlərin üzərinə böyük məsuliyyət qoyur: Əli haqqında ancaq həqiqəti 

dilə gətirməliyik.Yazı ilə əlaqədar, əlbəttə, Əlini tanıyanların hamısı ilə görüşmək 

fikrində olmamışam.Təbiidir, bu yol təkrarçılığa aparıb çıxarar-dı.Əli 

heyranlarından bir nəfər mənə dedi: «Onun haqqında elə şeylər bilirəm, onu sənə 

heç kəs deyə bilməz». «Beləsi üçün göydə gəzirdim,yerdə düşüb əlimə» - deyə 

sevindim.Həmin adam,doğrudan da, Əlini uşaq yaşlarından tanıyırdı.Bununla belə, 

dediklərini aradım ki, yadında heç nə qalmayıb, demək olar, heç nə.Dönə - dönə 

onu sübuta çalışırdı ki, Əlinin pulu olanda xərcləmyə bəhanə axtarırmış…Belə 

şeylər, əlbəttə, şair təbiətindən doğan kiçik xüsusiy-yətdir. 

 

Buradakı fəsillər müxtəlif illərdə yazılıb.Çalışmışam, hər yeni fəsli yazdıqca, 



Əli Kərimi daha dərindən öyrəndikcə, əvvəlkilərə toxunmayım, düzəliş 

etməyim.Belə çıxardı ki, guya mən elə bütün bunları əvvəlcədən bilirmişəm, 

oxuduqlarınızı biroturuma yazmışam.Sözün kəsəsi, hər şeyi öyrənib qurtarandan 

sonra yazıya başlamamışam.Bu, xatirələrə sünilik gətirərdi.Məsələn, birinci fəsli 




 

yazanda Əlinin oğlanları kiçik yaşlı uşaqlar idi.İndi - böyük oğlu Paşa elmi işçi, 



Azər - aspirant, Orxan- institut tələbəsidir.Sonrakı yazıları yazanda… Səbr edin. 

 

«Haşiyə» adlandırmadığım haşiyələr xronoloci ardıcıllıqla yazılma-



yıb.Məqsəd hansı sözün nə vaxt deyildiyini yada salmaq olmayıb.Bu qısa 

haşiyələri «səpələməkdə» məqsədim yorğunluğu azaltmaq, bir növ oxucuya dinclik 

verməkdir.Burada siz Əli Kərimin həyatı haqqında çox şeyi öyrənəcəksiniz… 

 

Hə, mənim əzizlərim, indi siz mənimlə deyil, Əli Kərimlə üz -üzə, göz - 



gözə dayanmısınız.Sadəcə olaraq onun nəfəsi ilə qızışan bir otağın qapısını 

açmaqda sizə bələdçilik edirəm. 

 

 İşdir, burada sizə nə tanış gəlsə, təəccüblənməyin -axı dedim ki, hamı-mızın 



bir Əli Kərimi var.Əgər bəzi şeyləri ilk dəfə eşidirsinizsə, buna da heyrətlənməyin 

- axı mən «öz» Əli Kərimim haqqında danışıram.Mən öz Əlimi, təbii ki, sizdən 

yaxşı tanıyıram. 

 

 



 

 

 



            SƏSİNİ EŞİDİRƏM,ƏLİ 

 

Heç kim məni başa düşməz



Bəlkə aydınlığımdandır. 

 

 



 

 

 



 

 

   Əli Kərim 



 

Onun haqqında mütləq yazmalıydım.Bu, mənim imzamın tanınması üçün 

yox, onun ömrünün bir dəqiqəsinin belə  unudulmaması  üçün gərək  idi. 

Yenicə oturub qeydlərimi sahmana salmaq istəyirdim.Qapımız döyül-dü.Ürəyim 

sancdı.Bəlkə bütün deyilənlər yalandır? Bəlkə bu gələn Əli Kərim-dir? Mən nə 

etmək istəyirəm? Əli haqqında xatirə? İlahi, o məni bu vəziyyətdə görsə nə 

deyərdi?.. 

 

Bütün bu «bəlkələri» və qeydlərimi yığışdırıb gizlətdikdən sonra qapını 



açıram.Qonşu qızı Bəsirədir.Bu gözəl qız məndən nə istəyir? - Əli Kərimin «İki 

sevgi»sini.Qonşu qız «İki sevgi» ni və ürəyində şair Əli Kərimə olan oxucu 

məhəbbətini aparır.Tək qalıram.Yazımmı? 

 

Xatirə yazanda cəngavər əsəbi lazımmış.Adam çox yerdə qələmi yerə qoyub 



kədərə təslim olur.Adam çox yerdə öz -özünə deyir: «Yox, bacarmı-ram, danışa 

bilmirəm.Yaza bilmirəm…» 

 

Deyirlər, ölüm insanları bərabərləşdirir, eyniləşdirir.Gərək xatirə yazan 



adam bu fikirlə razılaşmasın.O, var səsiylə qışıqırmalıdır: «Yox, ölüm də insanları 

bərabərləşdirə bilməz!» Əli Kərim haqqında xatirə yazarkən bu fikirdə olmuşam: 

Əli Kərim heç kimə bənzəmirdi, vəssalam! 

 

Əli Kərimin səsi yazılmış bir lent yazısı qalıb.O lent yazısı mənim «güna-



hım» üzündən yazılıb.Bu lent yazısının unudulmaz tarixi var. 

 

…Əli Kərimlə üçüncü görüşümüz idi.1967 - ci il, aprel ayının 28 - i.Əlini 



Sumqayıt alüminium zavodunun komsomolçuları «Orbita» kafesində görüşə dəvət 

etmişdilər.Görüş axşam saat 8 - də başlanmalı idi.Görüşə üç saat qalmış 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə