Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   39

 

Əli Kərim bizə gəldi.Bir az dincəldikdən sonra komsomolçuların görüşünə 



getdik.Məclis gec başlandı.Nə isə məclisdə plansızlıq, başsızlıq hiss olunurdu. 

 

Elə bil məclisi başlamağa heç kəs cürət etmirdi.Biz 1 nömrəli stolda 



oturmuşduq.Hamı diqqətlə, intizarla Əliyə baxırdı.Düzdür, burada onu 

tanımayanlar da vardı.Əli bu sükutu pozmaq üçün zarafatla bizə dedi: 

 

- Doldurun qədəhləri ölümlə. 



 

Doldurduq qədəhləri. 

 

Əli: - Gecəni «nizama» salmaq üçün! - deyə qədəhi yuxarı qaldırıb 



gülümsündü.Hamı Əlinin işarəsini izləyirdi.Gecə nizama düşdü.Görüşün so-nunda 

Əliyə hədiyyə olaraq qiymətli əqiq daşı verdilər.Daş rəssam tərəfindən xüsusi  

hazırlanmış, üstündə Əlinin adı yazılmışdı.Əli bu yaraşıqlı daşı alarkən güldü və 

dedi: 


 

- Belə gözəl hədiyyədən sonra pis yazmaq cinayətdir.Yaxşı hədiyyədir, 

həmişə saxlayacağam. 

 

Biz görüş qurtarmamış üzr istəyib çıxdıq.Şair bir az narahat idi.Böyrünü 



tutub durmuşdu.Məyusluğumu görüb: 

 

- Keçib gedəcək, - dedi. - Bələdəm bu ağrılara. 



 

Gecə bizdə qaldı. 

 

Nazim Hikmət və Rəsul Rzanın səsi yazılmış lent yazısına qulaq asmaq üçün 



səhər saat 10 - da Əlini qonaq otağına çağırdım.Birlikdə bu iki böyük şairin səsini 

dinlədikdən sonra dedim ki, Əli müəllim, yaxşı olardı, sizin də səsinizi yazaq.Əli 

Kərim əvvəlcə razılıq vermək istəmədi.Mütləq onun səsini yazmalıydım.Niyə? 

Bilmirəm.Sonra razılaşdı.Əli o gün üç şeir oxudu: «İki sevgi», «Qayıt», «Atamın 

xatirəsi».Şeirləri oxuyub qurtardıqdan sonra zarafatla: 

 

- Diqqətinizə görə çox sağ olun, - dedi. 



 

Bu sözlər də lent yazısında qalır.Əli Kərim vəfat etdikdən sonra həmin lent 

yazısını bir təsəlli olar deyə onun doğma ocağına göndərmişəm.Lent sonra həqiqi 

qiymətini tapdı.İki dəfə televiziya ilə verildi.Birini eşitmişəm.24 iyul 1976 - cı 

ildəkini.Burada Əli Kərim «İki sevgi» şeirini oxuyur.Əlinin sözlərinə qulaq 

asmaqdan doymuram.Bu sözlərdən doymaq olmaz.Onun canlı səsində Əli Kərim 

mehribanlığı,Əli Kərim dostluğu və ən nəhayət, həqiqi Əli Kərim var! 

 

Niyə məhz bu görüşdən danışmağa başladım? Ona görə ki, ancaq bu 



görüşdən sonra Əli haqqında danışmağa haqqım çatır. 

 

…Həmin il may ayının 13 - ü idi.İsti bir yaz günüydü. 



 

İşdən yenicə gəlmişdim.Kitabxana müdiri mənə zəng çaldı.Əli Kərimlə 

görüş keçirmək üçün onlara kömək göstərməyimi xahiş edirdi.Daha doğrusu, 

Əlinin razılığı lazımdı.Söz verdim ki, bu arzunu gerçəkləşdirə bilərəm.Telefon 

danışığını yenicə qurtarmışdım.Qapımız döyüldü.Əli Kərim idi.Necə də xoş 

təsadüf! Bu,Əli Kərimin bizim evə ikinci gəlişi idi.Görüş arzumuzu, oxucuların 

istəyini, kitabxana müdirinin telefon danışığını ona çatdırdım.Etiraz etmə-

di.Amma dedi ki, «axı nə yazmışam ki, məni görüşə də çağırırlar». 

 

Bir az söhbətdən sonra gəzməyə çıxdıq.Dəniz kənarına gəldik.Əli dedi ki, 



avqustda ailəsi ilə birlikdə bir həftəliyə Sumqayıta dincəlməyə gələ-cək.Sonralar 

Əli buna vaxt tapa bilmədi… 




 

 



Ən çox söhbətini etdiyimiz yazıçılar Heminqueylə Rəsul Rza idi.Kitab-

xanamda Heminquey haqqında çoxlu material vardı.Əli istəyirdi həmin 

materialların hamısını birdən aparıb oxusun.Amma təkcə birini götürdü: İvan 

Kaşkinin Heminquey haqqındakı kitabın içində R. Kiplinqin bu sözlərini yazdım: 

 

- «Ən nəhayət sən nə edəcəksən? 



 

- Ən nəhayət mən öləcəyəm. 

 

- Bəs sonra?..» 



 

Özüm də bilmirəm: Əliyə yadigar verdiyim kitabda axı niyə bu sözləri 

yazdım.O, yanımdaca bu sözləri oxudu.Gülümsündü.Heç bir söz demədi. 

 

Evə qayıdanda  mənə Rəsul Rzanın yenicə çapdan çıxmış  «Mənim 



fikrimcə» kitabını verdilər.Dedilər, qonşu qız Bakıdan gətirib.Bu, həmin qız idi ki, 

Əli Kərimin «İki sevgi»sini aparmışdı.Qızın bu hədiyyəsinə çox sevin-dim.Kitabı 

tələsik vərəqlədik.Bizim tanış olmadığımız məqalələr də var-dı.Kitabda Əli 

haqqındı da söhbət gedirdi.Həmin məqaləni əvvəllər qəzetdə oxumuşduq.Kitabı elə 

bir yerdəcə oxumaq istəyirdik.Amma gec idi, gecə əriyirdi.Mən başqa otağa 

keçdim.Əli dedi ki, gecə Rəsul Rzanı oxuyacaq. 

 

Gecə saat 3 olardı.Əli yatan otağa keçdim. «Mənim fikrimcə»ni başının 



altından ustalıqla «oğurladım».Bir neçə dəqiqə Əli Kərimə baxdım.Elə sıxılıb 

yatmışdı ki…Elə bil… balacalaşmışdı.Deyirələr, insanın xasiyyətini, xarakte-rini 

bilmək istəyirsənsə, yatdığı zaman üzünə diqqətlə bax.Doyunca Əliyə tamaşa 

elədim.Xasiyyətini bilmək üçün yox, bu sevimli çöhrədən kamımı götürmək 

üçün… 

 

Səhər saat 7 olardı.Əli mən olan otağa gəldi.Qollarını sinəsində çarpazla-



mışdı.Köynəkcək idi. 

 

- Hə, hələ yatırsan? - deyə Əli mənə yaxınlaşdı. 



 

- Bəs siz niyə tezdən durmusunuz, Əli müəllim? 

 

- Adət etmişəm, həmişə tezdən dururam.Paşanı məktəbə ötürəndə durub 



nahar edirik. 

 

Elə bildim, Əli yemək istəyir.Tələsik durub çay qoydum.Əli dedi: «Heç nə 



lazım deyil.Çıxaq gəzməyə». 

 

Yağış yağırdı.Bir az gəzdikdən sonra yenə də dəniz kənarına getdik.Dü-nən 



gəzdiyimiz yerlərə.Bəli, bu dənizin sahilində Əli Kərimin ayaq izləri var.Ən güclü 

külək, ən quduz dalğa Əlinin ayaq izlərini bu sahildən yuyub apara bilməz. 

 

Biz təzə qəzetləri alıb bəzi materialları ayaq üstəcə tələsik gözdən 



keçirirdik.Şair qəzetlərdən hansındansa bir şeirdən dörd - beş misra oxu-du.Orada 

belə bir misra var idi: «Yağışa bax, yağışa». Bu misranı oxuyan kimi Əli Kərim  

əsəbi halda dedi: «Baxmıram.Zor deyil ki, baxmıram yağışa!» Sonra da qəzeti 

bükkələyib yolun kənarındakı yeşiyə atdı.Gülüşdük.Şeirin zəifliyinə yox.Təsadüfə 

bir bax: yağış yağan vaxt Əli Kərim yağış haqqında şeir 

oxuyurdu.Deyəsən,qəzetdəki qondarma yağışla əsl yağış arasında oxşarlıq əvəzinə 

fərq görürdü.Əli bununçün əsəbiləşirdi. 

 

Əli Kərimlə ikinci görüşüm Zuğulbadakı gənclik düşərgəsində oldu.Burada 



Azərbaycan ədəbiyyatı və incəsənəti gənc ədəbi qüvvələrinin seminar - müşavirəsi 

keçirilirdi.1966 - cı il noyabr ayının 29 - u.Seminar - müşavirənin ədəbiyyat 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə