Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

84 


həmin şeirlərin bəzi misralarındakı fikir yükü Əli Kərimi bu şəkildə qane edə 

bilməzdi.O, mütləq bu misraların üstünə qayıtmalıymış.Am-ma qayıtmayıb. 

 

Çox axtardığı sözü tapdıqda  sevinərək onun «yamacına»  başını söykə-yib 



dincəlirmiş.Görünür,burada ürəyincə olan sözləri tapmayıb, özü demişkən 

fikirləşib ki: «mənim öz şeirim xoşuma gəlməyəndə başqasının necə xoşuna 

gələr».O, bəyənmədiyi şeirlərini, üstündən qalın xətt çəkdiyi misralarını «şairin 

oxucuya bir hörmət sətri kimi qiymətləndirir.Gözəl fikirdir! Ona görə gözəldir ki, 

Əli Kərim yazdığına əməl edən şair idi.O, zəif bildiyi şeiri çapa verməməklə 

oxuculara hörmət edirdi.Ona görə oxucular onu sevir, arxasınca gedirdilər… 

 

Əli Kərimin çap olunmayan bütöv əsərləri də vardır. «Kayutada iki adam», 



«Qəhqəhə» hekayələri hələ işıq üzü görməyib (Ayrıca mövzu olduğuna görə belə 

əsərlərin üstündə dayanmaq istəmirəm). 

 

Əli Kərim şair dostlarının müvəffəqiyyətli bir misrasını və şeirini əzbər-dən 



bilərdi.Onun təbliğinə öz evindən başlardı.Elza xanım xatırlayır ki, Əli Kərim 

Fikrət Sadığın bu misralarını tez - tez təkrar edərmiş: 

 

A fikirli qaya, a qayğısız Ay! 



A laləli cığır, a ötən bulud! 

A güllü çəməniöpən körpə çay! 

A ilkin eşqimin şahidi şah tut! 

Məni də, sizi də yar atdı, getdi. 

Eh, sizə nə var ki, yar atdı, getdi. 

 

 



Əli Kərim xoşlamadığı yazıların müəlliflərinə sərt cavab verməyi də ba-

carırdı.O, şeir haqqında heç vaxt ikibaşlı danışmazdı. «Azərbaycan» curnalın-da 

işlədiyi vaxt onun  «Ə.M.» adlı bir müəllifə göndərdiyi cavabın əlyazması 

qalıb.Fikir verin: 

 

«Redaksiyamıza göndərdiyiniz şeirləri oxuduq.Açıq demək lazımdır ki, 



şeirləriniz zəifdir.Bunun səbəbi də sizin təcrübəsizliyiniz və şeir qayda - qanununu 

yaxşı bilməməyinizdir.Siz tez çap olunmağa çalışmayın.Bu sizin zərərinizə ola 

bilər…Siz adi şeylərə belə diqqət yetirmədiyinizdəndir ki, tez -tez qafiyə, vəzn 

xətalarına yol verirsiniz.Əsas nöqsanlarınızdan biri də şablon mövzularda 

yazmağınızdır.Siz konkret mövzu götürüb öz duyduğunuz, düşündüyünüz kimi 

yazsanız, daha yaxşı olar.Göstərdiyimiz nöqsanlara görə şeirlərinizi çap edə 

bilmədik.Hörmətlə, ədəbi işçi Əli Kərimov». 

 

Əli Kərim yalnız öyrətmək iddiasında deyildi, o həm də öyrənirdi.Mə-



lumdur ki, şair, Əhməd Cəmilin şəxsiyyətinə də, yaradacılığına da böyük mə-

həbbətlə yanaşırdı.Bunu da qeyd etmək lazımdır ki, onların yaradıcılıq üslubu, 

manerası bir - birinə oxşamır.Görün o, Əhməd Cəmil haqqında necə səmimi söhbət 

edir, onu öz müəllimi adlandırır. 

 

«Üstü yasəmən şəkilli, göy cildli bir kitab: «Şeirlər».Biz onu gözəl bir 



aləmin qapısı kimi açırıq.Bu kitab ağıllı məsləhətləri, gözəl əsərləri ilə biz gənc 

yazıçılara müəllimlik edən sevimli şairimiz Əhməd Cəmilindir…Biz gənc şairlərin 




 

85 


sevimli müəllimimizə , təşəkkürümüz - onun əsərlərini dönə - dönə dərindən 

öyrənmək ola bilər.Yazılma tarixindən asılı olmayaraq bütün bu yeni 

şeirlər üçün sevimli şairə dönə - dönə təşəkkür etməliyik.Əziz müəllim, sizin yeni 

əsərlərinizi gözləyirik.Səbirsizliklə gözləyirik». 

 

Həyatın gözlənilməz qəribəlikləri var.Əhməd Cəmil Əlinin vəfatından sonra 



onun kitabını tərtib etməkdə Elza xanıma kömək etdi.Bu dəfə Elza xa-nım onun 

kitabını tərtib etməkdə Əhməd Cəmilin həyat yoldaşına kömək göstərdi.Yox, elə 

bilməyin, bu ailələri şəxsi kədərləri doğmalaşdırmışdı.Vaxtilə  

ailə başçılarının bir - birinə olan məhəbbətləri indi davam etdirilirdi. 

 

Əli Kərimin Əhməd Cəmilə olan məhəbbətindən xəbərim vardı - bu barədə 



o, dəfələrlə özü söhbət açmışdı.Eyni sözü Əhməd Cəmil haqqında da demək 

olar.Əli Kərimin arxivində Əhməd Cəmilin kiçik bir əlyazması saxlanı-lır.1958 - ci 

ildə yazılıb: 

 

«Əli Kərimovun «Üçüncü atlı» poeması məşhur rus şairi Lermantovun 



Azərbaycana səyahətini təsvir edir.Poema ilham və məhəbbətlə qələmə alın-

mışdır.Əsər xoş bir təsir bağışlayır.Mən poemanı curnalımızın («Azərbay-can» 

curnalı nəzərdə tutulur.) yaxın nömrələrindən birində çap etməyi məsləhət 

bilirəm». 

 

Nə üçün Əhməd Cəmilin bu kiçik qeydi bizə maraqlı görünür və onu yazıda 



istifadə etmək istədik.Ona görə ki, Əli Kərim Əhməd Cəmilin nə deyə-cəyinə 

böyük əhəmiyyət verirdi.Yəni onunçün poemasının çap olunmasından ötrü hər 

hansı bir rəyin olması vacib deyildi.Əhməd cəmilin bu əsər haqqında nə fikirdə 

olmasını bilmək maraqlıydı. 

 

Əli Kərimin əlyazmaları arasında onun yazıçı Əfqana yazdığı bir məktub da 



vardır.Əli bu məktubu karandaşla yazıb, sonra yazdıqlarının üstündən qə-ləmlə xətt 

çəkib.Yəqin üzünü köçürəndən sonra belə edib.Həmin məktub belə-dir: «Hörmətli 

Əfqan.Sabahın xeyir! Mənim yazımda bir səhv getmişdir: Min-gəçevir əvəzinə 

Şəki yazılmışdır.Sonra 1- 2 - ci səhifələrdə iki xırda düzəliş var.Əziyyət verdiyim 

üçün üzr istəyirəm.xəstə olduğuma görə gələ bilmə-dim.Hörmətlə,Əli». 

 

Vərəqin arxasında Əli Kərim bu sözləri yazıb:  «qarnlıqda  toqquşdum. 



Hər gözdə bir zülmət?Mənim gözümün hərəsində bir zülmət gecə».Əlbəttə,hiss 

olunur bu, başqa bir yazı üçün hazırlıqdır.Bəs Əlinin məktubu nə ilə əlaqədar-dır? 

Nə məktubun tarixi var, nə də hansı münasibətlə yazıldığına işarə.Amma arxiv 

materiallarının arasında Əli Kərimin Sumqayıt Dövlət Gənclər Dram Teatrının 

açılışı münasibətilə yazdığı bir məqalə var.Məqalə makinada yazılıb, özü də 

«kommunist» qəzetinin başlığı olan vərəqdə.Məqalədən hiss olunur ki, Əli 

Kərimin Əfqana yazdığı məktub da elə bununla əlaqədardır.Yəqin ki, hə-min 

məqalə redaksiyada makinada yazıldıqdan sonra onu müəllifə - Əli Kəri-mə 

göndəriblər ki, oxuyub imzalasın.Əli də oxuyub və yuxarıda dediyi səhvləri 

düzəldib. 

 

Əli kərimin «Teatrın ilk baharı» adlı həmin məqaləsi makinada altmış 



doqquzuncu ilin aprelində yazılıb.Maraqlanıram ki, görəsən, qəzetdə çıxıbmı? 

Məqalə ilə rastlaşmıram.Lakin o vaxtlar Sumqayıt teatrının baş recissoru işləmiş 

Nəsir Sadıqzadə ilə «Kommunist» qəzetinin 11 mart 1969 - cu il nömrəsində 



 

86 


«Teatrın səhnə nübarı» adlı müsahibə dərc edilmişdir.Müsahibədə belə bir cümlə 

də vardı: «Hazırda şair Əli kərimin «Ürək güzgüsü» pyesi müəl-lifin  iştirakı ilə 

yeni variantda tamaşaya hazırlanır». 

 

Göründüyü kimi,Əli Kərimin həm bu məqaləsi, həm də Əfqana mək-



tubu…vəfatına iki ay qalmış yazılıb.Əlinin həmin məqaləsində belə yerlər vardır: 

 

«Recissorlar müxtəlifdir.Bəziləri məşqlərdə aktyorları öz hakimiyyəti altında 



saxlamaq istəyir.Aktyor «recissorluğunu» itirir, tapıntıdan uzaqlaşmağa 

başlayır.Səbrli,təmkinli, istedadlı recissor Nəsir Sadıqzadənin çox düzgün bəhrəli 

recissorluq üslubu vardır…Nəsir teatrda artistlərin hər birinə özü səviyyəli bir 

recissor kimi baxır.Onun fikrincə hər aktyor bir müstəqil «teatr» dır.Amma 

məşqdən - məşqə bu teatrlar birləşib ayrılmaz bir tərkibə çevrilirlər». 

 

Əli Kərim məqalənin sonluğuna əllə yazdığı bu abzası əlavə edib: 



«Sumqayıt Dövlət Gənclər Teatrının ilk baharını biz arzulayırıq, bu baharın 

yetişdirdiyi novruz güllərinin ətri nəinki Azərbaycanı, hətta bütün dünyanı tutsun». 

 

Əli Kərimin şəxsi fondundakı sənədlərin hər biri mənimçün maraqlı-dır.O, 



1969 - cu ildə - vəfat etdiyi ildə - «Gənclik» nəşriyyatında «Pillələr» romanını nəşr 

etdirmək istəyirdi.On beş çap vərəqi həcmində.Kitab həmin nəşriyyatda təxminən 

on il sonra çıxdı.Özü də on çap vərəqi həcmində. 

 

O,vəfat etməsinə üç ay qalmış evini dəyişmək barədə Yazıçılar İttifaqına 



ərizə ilə müraciət edib.Ərizəsində yazır ki, birinci mərtəbədə olan otaqları işıqsız 

və havasızdır.Həm də həyətdə səhərdən - axşamadək səs- küy olduğuna görə 

işləmək mümkün deyil.Taleyə bax: Əli Kərim birinci mərtəbəni…yerin altına 

dəyişdi - Göyçaya «köçdü». 

 

Mənimçün çox maraqlıydı.Təxminən 20 ildən sonra «Ürək güzgüsü» 



pyesinin əlyazmasını oxuyub öyrəndim ki, Əli kərim nə üçün məni pyesdəki 

İxtiyara oxşatmaq istəyirmiş.Daha doğrusu, bir sözümü onun dilində səslən-dirmək 

istəyirmiş.Kimdir İxtiyar? Əli Kərimdən inciməmişəm ki, məni içkiyə meyl edən 

İxtiyara bənzədib.Yəqin günahım varmış.Amma bu da mənə təsəlli deyil ki

İxtiyarın müsbət xüsusiyyətldəri də var.O,əliaçıqdır, hazırcavabdır, sözü üzə 

deyəndir, öz işini biləndir və s. İxtiyar deyir ki, biz çox zaman həqi-qətdən 

qorxduğumuz üçün içirik.Ondan gizlənmək üçün içirik.O, birinin başqası ilə 

söhbət etməsini, onu görməsini onun tərcümeyi - halına daxil olması kimi 

qiymətləndirir.Onun fikrincə, adam başqasının vaxtını alanda öz vaxtını da almış 

olur.O, insanları görməyəndə özünü daha yaxşı hiss edir.Əl-bəttə, Əli Kərimin 

yaradıcılığı haqqındakı söhbətlərin çoxu vaxtilə mətbuatda dərc olunmuşdur deyə 

onlara qayıtmaq istəmirəm.Lakin bu söhbətlərin çap olunmayanları da var. 

 

Əli kərim M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirəndə diplom işinə iki 



nəfər məşhur rus şairləri: İlya Selvinski və Yevgeni Dolmatovski də rəy yaz-

mışlar.Təbiidir, sizin həmin rəylərlə başqa yerdə tanış olmağa imkanınız yox-

dur.Həm də bu rəyləri görkəmli şəxsiyyətlərin yazdığını nəzərə alıb, ixtisarla da 

olsa onlarla sizi tanış etmək istərdim. 

 

İlya Selvinskinin yazdıqlarından: 



 

«Şeirlər, şübhəsiz ki, isdedalı yazılmışdır.Xüsusən məhəbbət mövzusun-da 

yazılmış şeirlər güclüdür.Həmin şeirlərdə Kərimov bir şair kimi çox düzgün mövqe 



 

87 


tutur: o özündə Azərbaycan xalq poeziyasının mədəniyyətini dərindən əks etdirsə 

də, onun ardınca daban - dabana getmir, əksinə, onu müasir poezi-yaya döndərə 

bilir.Bax, elə buna görə də Kərimovun şeirləri əsl xalq poeziyası təsiri bağışlasa da, 

həm də müasir əlvan boyalarla zəngindir və şairin fərdi yaradıcılıq dəsti - xəttinin 

olduğunu göstərir.Bununla əlaqədar «İki sevgi» şei-ri xüsusilə xarakterikdir. 

 

Qızın saf su ilə, sonrakı misralarda işıqla, səslə müqayisə edilməsi - xalq 



yaradıcılığından irəli gəlir.Sonra müqayisənin inkişaf etdirilməsi iki obraza ayrılır: 

biri müəllifin hissi, baxışı (müsbət xarakterli), o biri onun rəqibinin baxışı (mənfi 

xarakterli).Bax, bu iki kişi xarakterinin münaqişəsi, iki nəfər kişinin bir qıza 

münasibətləri, şeirin son misrasınadək davam edən konflikt -şairin şəxsi ideyasının 

məhsuludur. 

 

«Kür sənə bənzəyən nəğməm olaydı!» şeirinə də bu mövqedən yanaşmaq 



lazımdır.Şair burada arzu edir ki, onun da nəğməsi bu dağ çayı kimi gur 

olaydı.Buradakı müqayisə yolu xalq yaradıcılığından gəlsə də, gərək olmaq, xeyir 

vermək ideyası müasirdir: 

 

«Yazdığım nəğmə də istərəm ki mən 



Sədada, qüdrətdə tamam sən ola. 

Həvəslə, zövq ilə həm dinlənilən, 

Həm də ki, gözlərə görünən ola…» 

 

 



Dünya şöhrətli başqa bir şair - Yevgeni Dolmatovski də Əli Kərimin 

yaradıcılığı haqqında böyük məhəbbətlə söhbət açır.O, yazır: «Şeirlərin sətri 

tərcüməsi göstərir ki, Əli Kərimov istedadlı adamdır.Bu qovluqdakı bəzi şeirlər 

Son dərəcə poetikdir.İlk növbədə… «İki sevgi», «Bakı küləyi», «Qaytar ana 

borcunu», «Məlahət» şeirlərini göstərmək istərdim. 

 

«Bakı küləyi» şeiri xüsusilə diqqəti cəlb edir.Külək haqqında nə qədər yaxşı 



və pis şeirlər yazılmışdır! Amma gənc şairin yazdığı bu kiçik şeir adamı, həqiqətən 

həyəcanlandırır.Bu şeirdə o qədər enerci, o qədər inadlı nikbinlik vardır ki, onlar 

şairə yaxşı mənada yaradıcılıq həsədi doğurur». 

 

Yevgeni Dolmatovski də «İki sevgi» şeirini yüksək qiymətləndirir: «…Nə 



üçün bu şeirdə Şərq poeziyasının ənənəvi obrazları Füzuli və Vidadini təqlid etmək 

təsiri bağışlamır? Ona görə ki, şeirdə hər şey şairin demək istədiyi göynədici bir 

fikrə tabe edilmişdir.Bu kiçik şeir həyacanlarla, ehtiraslarla doludur,Sətri tərcümə 

göstərir ki, şeirin özü də ustalıqla yazılmışdır. «Qaytar ana borcunu» şeiri də 

mövzu etibarı ilə buna yaxındır.Gənc şair burada çox kəskin bir məsələ qoymağa 

çalışır.O bu məsələni lirik monoloqla, yüksək publisistik əsər kimi səslənən  

ilhamla yazılmış şeirlə həll etmək istəyir.Mən təsadüfən «ilham» sözünü yada 

salmadım.Əli Kərimov elə xüsusiyyətə malik şairdir ki, o, ağlın gücü ilə yazılmış 

şeirlə müvəffəqiyyət qazana bilməz.Şeir-lərin parlaq olması üçün onlar qəlbin 

güclü həyəcanları hesabına yaranma-lıdır». 

 

Fikir verdinizmi, bu iki məşhur şair Əli Kərimin yaradacalağa haqqında necə 



yüksək fikirdədirlər.Özü də onlar, hələ Əli Kərimin ilk şeirləri ilə tanış idilər.Bu, o 


 

88 


Əli Kərim idi ki, hələ ona Kərimov Əli deyirdilər.Bu, o Əli Kərim  idi ki, hələ dörd 

ildən sonra ilk kitabını nəşr etdirəcəkdi… 

 

Əli Kərimin yaradıcılığından danışarkən onun əsərlərini izah etmək la-zım 



gəlmir.Xüsusən şeirlərini.Çünki şeirlərdə təsvir olunan obyekt görünür,ha-disə 

yenidən yaşanır.Əgər belə demək mümkünsə o,şair - rəssamdır.Yəni, onun 

əsərlərində oxuduqlarını görə də bilirsən. 

 

Belə ifadə üçün üzr istəyirəm:Əli Kərim bir sevgisinin sözlərini o biri sev-



gisinin sözlərinə calaşdırmır.Bir sevgisinin gözəlliyindən, başqa sevgisindən da-

nışarkən, necə deyərlər, «ədəbi material» kimi istifadə etmir.Onun şeirdə təsvir 

etdiyi adamları xasiyyətinə, cizgilərinə görə arayıbtapmaq olar.Yəni o, naməlum 

adamlardan yazmır.Həm də fotoqraf deyil ki, hər şeyi olduğu kimi köçürsün.Onu 

fərqləndirən nədir? Əli kərimin müşahidə və ifadə tərzi. 

 

Əli Kərimin məhəbbət şeirlərində çox qabarıq «mən» i vardır.Sevgilisi ilə öz 



sözləri ilə danışır.hər vaxtın öz sözünü tapır.Nə vaxtsız vüsala yetmək istə-yir, nə 

də ayrılmağa tələsir.Əli Kərimin məhəbbət şeirləri elə bil dağın ətəyin-dən başlayı 

zirvəsinə qalxan cığırdır.Yəni bu şeirlər müxtəlif illərdə yazılsalar da, elə bil onlar 

bir - birinin davamıdır, aralarında daxili məntiqi bağlılıq var.Bu, özünütəkrar yox, 

özünütəsdiqdir.O, heç vaxt sevgilisinə demir ki, peşi-man olacaqsan; ürəyini 

qınayır ki, niyə onu sevdi? Onun dili gəlmir sevgilisini etibarsızlıqda 

təqsirləndirsin. 

 

Bayaq dediyimiz fikrə - Əli Kərimin məhəbbət şeirlərindəki daxili ardı-



cıllığa, daxili bağlılığa diqqət edək.Fikir verin, müxtəlif şeirlərdəki eyni ürək 

çırpıntılarına, həyəcanına: 

 

Nə könlün ağlayır, 



nə rəhmin gəlir, 

Bəlkə də dünyadan bir insan gedir.  

 

Gecə də, gündüz də fikrimdə sənsən, 



Mən kimin fikrində yaşayım söylə? 

De hansı bir ürək qəbul eləyər 

Məni sən ünvanlı dərdlə, gileylə, 

Hansı bir ürəyə yan alsam əgər, 

Dərdimin adından biləcək yadam. 

 

Sənsiz nə çətin imiş 



Gecə ilə bacarmaq 

Nə şıltaqmış, nə tərsmiş 

İntizarın, həsrətin. 

 

Mən belə bilsəydim,  



Könlümün dəli, 

Sərsəri vaxtında atardım səni. 

Sən mənim qədrimi biləsən deyə 



 

89 


Bu cavan yaşımda ölümmü indi? 

 

 



 

Əli Kərimin bu şeirlərini oxuyandan sonra «mən indi bildim məhəbbət nəyə 

qadir imiş» deyə düşünürsən.Bəlkə də belə açıq danışdığıma görə məni 

qınadınız.Niyə? Gözləyək, hər şey unudulsun, ondan sonra «tədqiqat» apa-raq? 

Dediyim kimi, Əli Kərim birinə müraciət edib o birisini nəzərdə tut-mur.İki 

sevgisinin hər birindən ayrıca danışır.Bu misralara diqqət edin:  

 

 

Doğubdur oğlunu nə bədbəxt anam, 



 

Sevdiyi sevməyir onu cahanda. 

 

Hətta qəbirdə də alovlanaram, 



 

Yer yanar, mən yanıb alovlananda. 

 

 

Doğrudur, sonralar Əlini sevən tapılacaqdı.Lakin həmin şeiri yazanda Əlinin 



sevdiyi qız…onu sevmirdi.Bu şeiri yazanda Əli Kərim heç vaxt deyə bilməzdi: 

 

Xeyli vardır, 



 bir sözün qoşa hecası kimi, 

Ayrılmazdır qılbimiz… 

 

 

Çünki bu şeirlərin hərəsinin arxasında konkret adam var.( Kiçik bir ştrix: 



birinci şeiri yazanda Əlinin sevdiyi qızın adı üçhecalıydı…) 

 

Əli Kərimin yaradıcılığı haqqında çox görkəmli adamlar söhbət 



açmışlar.İnanıram, gələcəkdə bu söhbətləri bir yerə yığan da tapılacaq… 

 

 



 

Yadınıza gəlirmi, kim ölümlə təkbətək qalanda belə yanıqlı, həm də 

uzaqgörənliklə danışıb: «…ölüm oğlanlarımın təbəssümüylə gülümsəyəndə, 

onların hələ dünyanı tamam yığa bilməmiş gözləriylə baxanda…inandım 

öləcəyimə.Demədim heç kimə». 

 

Yadınıza gəlirmi belə sözlər? Xeyr? Elə mənim də yadıma gəlmir.Amma 



yadımdadır ki,Bəxtiyar vahabzadə deyib: «Mənim fikrimcə,Əli Kərimin yara-

dıcılığı hələ açılmayıb.O, gələcəyin şairidir».O yadımdadır ki, Xudu Məmmədov 

deyib: «Əli Kərimi şeirimizdə müəyyən bir mərhələnin başlanğıcı hesab etsək, 

yanılmarıq…» O yadımdadır ki, professor Mustafa Salahov deyib: «Bəli, mən öz 

sənətimi ədəbiyyatsız təsəvvürə gətirə bilmərəm, hətta onu mənə sevdirən də şeir, 

sənət olmuşdur.Bu xeyirxahlıq, köməklik və dostluq üçün hər şeydən əvvəl 

şeirimizə, o cümlədən Əli Kərimin sənətinə min-nətdaram».Mən hələ 

eşitməmişdim ki,  «dostun sədaqətində, yarın məhəbbə-tində, düşmənin nifrətində, 

ölümün möhlətində» itmək olarmış.Bunu ilk dəfə Əli Kərimdən eşitdim.Mən hələ 

eşitməmişdim ki, xəyanət, rəzalət ölümdən də pis olarmış.Bəzən ölüm səadətdən 

gözəl olarmış.Bu möcüzəni Əli Kərim göstərdi! Sözlər haqqıda çox 

eşitmişdim.Amma eşitməmişdim ki, onlarla bu dildə danışan olsun: 

 



 

90 


Yox, qardaşım sözlər! 

Dostum sözlər! 

Bəsdir daha dözdüm, sözlər! 

Nə vaxt bəs sizinlə  

verib çiyin - çiyinə 

hücum edəcəyik mənaların çiyinə!? 

 

 

   



  

çox şairin özündən narazılığını eşitmişdim.amma eşitməmişdim ki, kimsə 

etiraf edib desin: könül sözlü qaldı, suallı qaldı.Fikirlərimi, hisslərimi ifadə edən 

bir söz tapa bilmədim… 

 

Əli Kərimin yaralı ürəyi - əlyazmalırı əlimdədir.Döyün ürək, döyün: sənin 



dayanmağa haqqın çatmır.Sənin istiliyin əllərimi yox, ürəkləri qızdırır.Döyün ürək, 

döyün! Sən bizə təsəlli üçün lazımsan. 

 

Hardansa Əlinin öz səsi qulağıma çatır: 



 

 

Köçərəm dünyadan, ölmərəm yenə, 



Səsim torpaqdan da gələcək mənim! 

 

 



Bax, beləcə, təsəlli ol bizə: döyün ürək, döyün.Döyün ürək, döyün!.. 

 

 



 

 

 



 

 

 



 

Sentyabr   1985.  



 

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə