Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   39

 

günü.Səhər saat 10 olardı.Klubun qabağında Əlini gördüm.Salamlaşdıq.Səsi indi 



də qulağımdadır: 

 

-Bay, yallah, yallah.Sumqayıtda nə var, nə yox?!     



 

Əlinin bir neçə gün bundan qabaq Sumqayıt tələbələri ilə görüşü haq-qında 

şəhər qəzeti xəbər və şeirindən bir parça vermişdi.Qəzetin həmin nömrəsini də şair 

üçün gətirmişdim.O, qəzeti alıb oxudu.Orada belə bir cümlə var idi: «Bakılı şair 

Əli Kərim politexnik texnikumunun tələbələri ilə görüşmüşdür». «Bakılı şair» 

ifadəsi onun əsəbinə toxunmuşdu. 

 

- Necə yəni, «bakılı şair?» Vallah,özümə görə demirəm.Şairin adı ilə yanaşı 



onun hansı rayondan olduğu yazılmamalıdır.Əgər o şairdirsə, onun adı 

yazılmalıdır: Azərbaycan şairi, rus şairi, türk şairi… 

 

Bir neçə saata qədər bir - birimizin yaxınlığında oturduq.Əli məndən bir sıra 



qabaqda idi.Hərdən söhbət edirdik.Çox darıxırdım.Ona görə də məruzə 

qurtarmamış salondan çıxdım.Əliyə heç bir söz demədim.Həyətə yenicə çıxmışdım 

ki, Əlinin də gəldiyini gördüm.Məruzə qurtarmışdı.Əli mənə yaxınlaşıb: 

  

- Deyəsən, darıxırsan.Nə olub? Ağrıyıb - eləmirsən? 



 

Qayğı ilə soruşdu.İnandı ki, xəstə deyiləm,əlavə etdi: 

 

-Söhbətin maraqlısı hələ bundan sonradır.Mübahisə, filan…Məruzə həmişə 



cansıxıcı olur.Axşamüstü yoldaşlar şeir oxuyacaqlar.Getmə, qal.Sənin-çün də yer 

alarıq… 


 

İndi özümü danlayıram ki, niyə onda Əliyə qulaq asıb qalmadım.İndi çox 

yerdə bu «niyələrin» acısını dadıram.Çox yerdə «niyələri» geri qaytarmaq 

istəyirəm.Qaytara bilmirəm.Acizliyim, imkansızlığım məni yandırır.Əli Kərimlə 

bağlı günlərimi vərəqləyırəm.Bəzi səhifələri elə ucadan oxumaq istəyirəm ki... 

 

Onda hələ Əli Kərimi tanımırdım. 



 

Bir dəfə rayona, ata yurduma getmişdim.Anam hal - əhval tutduqdan sonra 

dedi: «Balam, elə birdəfəlik getdin.Radioda verirdilər ey.Biri olur, elə bizim kimi: 

ana - bala.Oğul şəhərə oxumağa gedir.Başı qarışır orada pis işlərə.Ana da ürəyini 

yeyir, görəsən, oğluna nə olub? Niyə məktub - zad yazmır? Arvad hər gedib - 

gələndən oğlunu soraqlayır.Yazıq arvad yuxuda da onun yanına gedir.Axırda da 

deyir ki, «ay bala, heç olmazsa, ananın borcunu qaytar.Elə ananın borcu - sən 

özünsən.Özün gəlsən, ananın da borcunu verəcəksən». 

 

Anam bilmirdi bu şeirdir, ya hekayə.Bilmirdi bu yazının müəllifi 



kimdir.Mən də bilmirdim.Açığını deyim, onda bu yazının müəllifini öyrən-məyə 

yaman tələsirdim.Axı, o belə yazmasaydı, anam da məni qonşu arvad- 

larının yanında danlamazdı… 

 

Şəhərə qayıdandan sonra öyrəndim ki…Dünyadan xəbərim yoxmuş. 



Şəhərdə ola - ola bilməmişəm,Əli Kərim adlı şair neçə il bundan qabaq 

poeziyamıza belə bir ünlü şeir bəxş edib.Bu şeir «Qaytar ana borcunu» adla-

nır.Şeirin sonluğu məhkəmə qərarı kimi qəti, kəskin idi.Günahı olan adam bu şeiri 

axıradək oxuya bilməzdi: 

 

 

 



«Sən ki dərd verdin oğul, sənə gülüş verənə, 

 

 



 

Oğul demərəm sənə! 

 

 

 



Deyirəm ki, o boyu, buxunu qaytar geri! 


 

10 


                              Deyirəm ki, varını, yoxunu qaytar geri! 

Qaytar onun borcunu, 

Gülüşünü, adını, sözünü qaytar geri! 

Qaytar onun borcunu,  

O borc sənin özünsən, özünü qaytar geri!» 

 

Bu şeir qadınlar üçün bir himn kimi səslənirdi.Səslənir!Səslənəcək! Bu 



şeirdən sonra «Əli Kərim» imzasını axtarmağa başladım.Sonra da kitabxa-namda 

«Əli Kərim guşəsi» ayırdım.Onda Əlinin kitabı çıxmamışdı.İndi məndə olan 

kitabları hələ dünyaya gəlməmişdi. 

 

Sonralar bu şeirin müəllifi bizim evin istəklisi oldu.Əli bizdə olanda həmişə 



ehtiyatla soruşardı: «O biri otaqdakıları narahat etmərik? Bəlkə yatan var?» 

 

Bərkdən danışmırdı.O biri otaqdakılar isə onun səsini eşitmək istəyir-



dilər.Şair bir otaqdan o birinə keçməyi, var - gəl etməyi sevmirdi.Ailə üzvlə-rimiz 

isə onun hər bir hərəkətini görmək istəyirdilər. 

 

Anam onu bir dəfə bizdə görmüşdü. Anamın rayondan gəlməsi və Əli 



Kərimin təsadüfən bizdə olması… Ona demişdim ki,  vaxtilə  sənin danışdığın  

«hekayətin» müəllifi bax, bu şairdir.Adına da Əli Kərim deyirlər.Anam buna 

bilsəniz, necə sevindi! Gör onun oğlu kimlərlə oturub - durur! Bir də elə bilirdi 

«Kərim» sözü «Əli» sözünə bitişikdir: «Əlikərim» deyə əzizləyə - əzizləyə çəkirdi 

bu adı. 

 

Sonralar anam Əlini məndən tez - tez soruşardı.Rayona qonaq çağır-maq 



istəyirdi.Əli bunu bilirdi, getməyə də razılıq vermişdi.Amma o, çox vədinə əməl 

etmədi, çoxlarının gözünü yolda qoydu…Bir dəfə (bu, 1970 - ci ilin qışın-da olub) 

Əlinin nekroloqu çıxan köhnə qəzeti anama göstərdim.O,Əlinin şəklinə, şeirinə 

baxıb sevincək halda gülümsündü.Anam bilmirdi: qara xətt içərisində Əlinin 

yazılmış adına sevinmək olmaz.Anam bilmirdi: burada Əlinin dostları onun 

haqqında kədərli sözlər yazırlar.Anam qəzeti göstərib ürəklə dedi: «Gün o gün 

olsun, oğlum, sənin də belə şəklin çıxsın».Dinmədim.Anam bilsəydi ki, mənə nə 

arzulayır…Bilmirdi ki, bu qəzetdə «Vəsiyyət» adlı şeir çap olunub.Orada bir şair 

ürəyinin sonuncu çırpıntıları vurur, bir ömrün qalası yerlə - yeksan olur. 

 

 



 

 

 



Tabutuma oğlanlarımı yaxın qoymayın! 

 

 



 

 

Təbəssümlərini qoyarlar ora. 



 

 

 



 

Qoymayın onları 

 

 

 



 

Həyətdən bir adam çağıra, 

 

 

 



 

Oyuncaqlarını 

 

 

 



 

Oyunlarını gətirib 

Qoyarlar tabutuma. 

 

Əli Kərimin «Vəsiyyət» şeirini oxuyanda yadıma bir əhvalat düşür.Deyirlər, 



İvan Pavlov ölümünə bir az qalmış assistentini yanında oturdur və son dəqiqəyədək 

nə hiss edirsə, nə vəziyyətə düşürsə, hamısını diqtə edib yazdırır.Bu vaxt kimsə 

qapını döyür.Pavlov əsəbi halda qışqırır: «Pavlov məşğuldur! Pavlov ölür!» 

 

Əli Kərim bir psixoloq, fizioloq kimi ölümünü hiss edir və yaradıcılığını 



böyük ehtiramla, həyəcanla, dəqiqliklə yekunlaşdırırdı.Əli böyük həssaslıqla 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə