Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   39

 

11 


ölümündən sonra evlərində baş verəcək hadisələri duyurdu.Bilirdi: «Vəsiyyət» 

şeirindən sonra şeir yazmayacaq.O bilirdi: «Vəsiyyət»i yazıb sonra yaşamaq 

olmaz.Olmayacaq! Əli, sonuncu şeirini yazmaq üçün ölümdən möhlət istəmə-di.O, 

ölümün gəlişini Pavlov dəqiqliyi ilə hiss etdi.Ölüm, məcbur oldu gözləsin.Ölüm 

istəsə də ona mane ola bilmədi.Əli ölümlə öz arasında bir qarış qalanadək mərd 

dayandı, vuruşdu.Bəziləri kimi ölümün sorağını eşidib can vermədi.Öz 

poeziyasına, şəxsiyyətinə layiq bir alicənablıqla ölümü ilə də başqalarından 

fərqləndi! 

 

Bir dəfə Əli Kərimlə söhbət etmək kifayət idi - onu ömrün boyu unut-



mamaqçün.Bir dəfə gözlərinə baxmaq kifayət idi - bu gözlərin işığını, mənasını, 

sevincini və kədərini ömrün boyu unutmamaqçün. 

 

Əli Kərimi görməyənlər üçün: o, ortaboylu, xoşsifət bir adam idi.Son dərəcə 



yaraşıqlı, mənalı gözləri vardı.Gərək siz özünüz o gözləri görəydi-niz.Demək olar, 

həmişə başıaçıq gəzərdi.Saçını yana darayardı. 

 

Əli Kərimi eşitməyənlər üçün: çox astadan danışardı.Şeir oxuyanda heç vaxt 



tələsmirdi.Və…gərək siz özünüz onu eşidəydiniz!. 

 

Sağlığında Sumqayıta tez - tez gələrdi.Sözsüz ki,onların hamısında biz Əlini 



görürdük.Amma biz gileylənirdik, gileylənirik: Əli Kərimin bir ayağı Sumqayıtda 

idi.İndi Əli Kərimin Sumqayıtda iki ev muzeyi var.Əlbəttə, bunlar qeyri - rəsmi 

muzeylərdir.Amma nə dəxli var?! Bir də onun adını daşıyan poeziya klubu.Bu ev - 

muzeylərdə Əlinin yatdığı çarpayı, çay içdiyi stəkan, şərab içdiyi qədəh 

saxlanılır.Bu ev - muzeylərdə Əli Kərimin barmaqlarının izi qalmış telefon 

aparatları susub qalır.Bu ev - muzeylərdə Əlinin söhbətləri, gülüşləri, ayaq izləri 

«çırpınır».Bu ev- muzeylərdə Əlinin əlləri toxunan kitablar əzizlənir. 

 

Sumqayıt kimyaçılarının həyatından bəhs edən roman yazmaq istəyir-di.O, 



kimyaçıların həyatını dərindən öyrənmək, yeri gəldikcə qeydlər aparmaq üçün 

Sumqayıta gələrdi.Heç vaxt soruşduqlarını, öyrəndiklərini bizim yanı-mızda 

dəftərçəsinə qeyd etməzdi.Bu, Əlinin yaradıcılıq sirri idi.Gələcək romanı haqqında 

Əlini sorğu - suala tutmurduq.Həcmi nə qədər olacaq, adı nə olacaq, nə vaxt hazır 

olacaq? Gözləmək olardı: Əli, bizdən bu şəhər, onun kimyaçıları haqqında 

müəyyən bir ədəbiyyat, kömək istəyəcək.Amma o, kitablardan kitab yazmaq 

istəmirdi.Hazır hadisələri qeydə almaq istəmir-di.İndi kimdən soruşasan: Əli 

Kərimin ürəyində yazılmış, «nəşr olunmuş» həmin romanın taleyi nə oldu?..  

Əlbəttə, şairin böyüklüyü onun yaşının çoxluğu ilə ölçülmür.Böyük vəzifə də şairi 

şöhrətləndirə bilməz.Əli Kərim heç vaxt böyük vəzifələrdə işləməyib.Amma 

böyük istedad sahibi idi.Bu, bəs idi! 

O bizə çox şairi unutdururdu.Bu şairlər içərisində Əlidən yaşlılar da vardı, onun 

yaşıdları da.Əlinin belə şöhrət tapması, oxucuların «Əli Kərim» adlı bir imzaya 

hörmətlə, məhəbbətlə, ən xoş arzularla, ən böyük ümidlərlə yanaşmalarının sirri 

nədədir? Əli Kərim son vaxtlar tez - tez, özü də çox ciddi şəkildə deyərdi: «Bu 

yazılarla yaşamaq olmaz, bunlar bir şey deyil». 

          O Sumqayıt kimyaçılarının həyatından bəhs edən romandan başqa 

müharibəyə aid bir əsər də yazmaq istəyirdi.Əlinin deməyindən belə çıxırdı 

ki,nəzərdə tutduğu bu əsərləri yazmayınca rahat nəfəs ala bilməyəcək, yaşaya 



 

12 


bilməyəcək.Doğrudur, Əlinin Göyçaya sonuncu «səfərindən» sonra onun arxivinə 

baxmışam.Bilirəm, Əlinin hansı əsəri üçün nə qədər qeydləri var. Amma Əlinin 

dediklərindən hiss edirdim: müharibəyə aid yazacağı əsər üçün o, xeyli material 

toplamaq istəyir.Onların qaralamasını Əli ürəyində apardı… 

 

Əli, Adolf Hitler haqqında məlumat toplayırdı, kitab soraqlayırdı..Məndə bu 



faşist haqqında nə bir kitab vıardı, nə də tutarlı bilik. 

 

Bilmirəm, nədənsə, biz Əlinin sabahına daha çox inanırdıq.Onun bu günü də 



etibarlı idi, amma biz  Əlinin yeni möcüzələr, daha gözəl əsərlər yazacağı 

həsrətində idik… 

 

Öz sabahına özü daha çox inanırdı.Haradan bilirəm? Ona görə ki, Əli heç 



vaxt şöhrət xatirinə, daha doğrusu, çap olunmaq xatirinə əsər yazmırdı.Sübut: Əli 

Kərimin zəif əsəri yoxdur.(Ola bilsin ki, Əlinin zəif oxucusu var…) 

 

Əli Kərimin Göyçaya sonuncu «səfərindən» sonra mərkəzi qəzetlərin birində 



bir hekayə oxudum.Ulf Malmqrenin «Üç arzu» hekayəsini.Orada belə bir yer 

vardı: «İnsanlar nəyinsə, müəyyən bir şeyin arzusunda olurlar.Pulun? Şöhrətin? 

Bəs sonra? Hamı işləyir və hamı nəyəsə can atır.Hamı gələcəkdə nəyəsə ümid 

bəsləyir, hətta ən varlılar və ən şöhrətlilər də».Niyə bu hekayə yadıma düşdü? Ona 

görə ki, doğrudan da, belədir.Əli Kərim şöhrətli şair olduğu halda, sabaha daha çox 

ümid bəsləyirdi.Şöhrət üçün yox ha! O bu gün gözəl əsərlər yaratdığı halda, sabaha 

daha inamla baxırdı.Bax, Əlini yaşadan bu inam, bu ümid hissi idi. 

 

O, bir şair kimi ölməz poemalar,şerlər müəllifidir.Bir nasir kimi son dərəcə 



həyəcanla, ehtirasla yazılmış roman, povest, hekayə, publisistik əsərlər 

müəllifidir.O, bir dramaturq kimi teatr üçün maraqlı pyes yazıb.Əlinin tənqidi 

məqalələri də var.Əli Kərim bütün canrların sınağına  hazır idi, yazdıqları onunçün 

belə maraqla qarşılanırdı. 

 

«Yaşamağın» «ölüm» adlı qonşusu Əli Kərimi öz oxucularının əlindən ala 



bilmədi. «Yaşamağın» «ölüm» adlı qorxusu nə Əli Kərimin özünü qorxuda bildi, 

nə də onun oxucularını. 

Əsrlər keçir, illər dolanır.Oxucular Puşkinlə «görüşmək» üçün Mixaylovskiyə, 

Nekrasovu görmək üçün Karabixaya, Lermantov üçün Tarxa-nıya,Sabir üçün 

Şamaxıya, Blok üçün Şaxmatovaya, Tyutçev üçün Ovstuqa can atırlar.Gedirlər və 

sevimli şairləri ilə «görüşürlər».Bu adlara Əli Kərim adlı,Əli Kərim yaşlı,Əli 

Kərim boy- buxunlu  bir şair də  əlavə oldu.1969 - cu il iyun ayının 30 - dan sonra 

oxucular Əli Kərimlə «görüşmək» üçün Göyçaya, Sumqayıta gedirlər.Gedirlər və 

sevimli şairləri ilə görüşüb təsəlli tapırlar.Göyçayda Əlinin məzarını ziyarət edirlər, 

Sumqayıtda onun adını daşıyan poeziya klubuna axışırlar. 

…Bir dəfə axşam Əli Kərim bizdən Bakıya zəng etdi.Zəng etməmişdən qabaq pərt 

idi.Səbəbini soruşmadım.Özü də demədi.Danışıb qurtardıqdan sonra çöhrəsi daha 

da tutuldu.Telefon olan otaqdan o birisinə keçərkən fikirli - fikirli dedi: 

- Mən öləndən sonra qədrimi bilərlər… 

Özümü eşitməmzliyə vurdum.Hiss edirdim, Əli bilmək istəyir: mən bir söz 

eşitdimmi? Əlbəttə, bu sözə hopmuş qaranı daha da qatılaşdırmaq lazım 

deyildi.Bilirdim: Əli bu sözü ona yaxın, əziz olan bir adma giley mənasında 

deyib.Bir azdan dilləndi: 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə