Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 

15 


 

Ölüm, Əli Kərimi çox tələsdirdi: «Bu vaxta qədər nə yazmısansa onunla da 

razılaşmalısan.Bəsindir!»- ölüm belə dedi.Əli ölümlə danışa - danışa «Vəsiyyət» 

ini də yazdı.İndi biz  Əli haqqında nə qədər danışırıqsa - danışaq, axırda mütləq 

«Vəsiyyət» i xatırlayırıq.İndi mən necə danışıramsa - danışım, onsuz da siz 

«Vəsiyyət» haqqında düşünürsünüz.Yox, nə siz, nə də mən Əlinin ölümü haqqında 

fikirləşirik.Bizi düşündürən onun poeziyasıdır, ölməz poeziyası! 

… Əlinin ölüm xəbərini mənə deyən adamı boğmaq istədim.Çox təəssüf ki, o 

adam da mənim dostum idi.Bu ağır xəbəriylə düşmənimə çevrildi.İndi də ondan 

uzaq gəzirəm.Bu qaraxəbər adam, qorxuram bir gün mənə başqa bir xəbər də 

gətirə… 

 

Get - gedə Əlinin dostları azalırmı? Xeyr.Get - gedə Əlinin dostları 



dəyişir.Vaxtilə Əliyə şeir yazan, indi onsuz da olmayan mövqeyini dəyişir.Amma 

vaxtilə Əli haqqında dumanlı təsəvvürü olan başqa birisi, onu ürəkdən sevir, 

mütaliə edir.Əlinin poeziyası çoxlarını dostlaşdırıb.Bu dostlar, sanki bir cəbhənin 

döyüşçüləridir. 

 

Mən onun cənazəsindən yapışmağı özümçün qəddarlıq hesab edir-



dim.Gözüm görə - görə onu torpağa tapşıra bilməzdim. 

 

Əli Kərimlə son görüşüm olmayıb.Bir də görə bilməyəcəyim adamdan necə 



ayrıla biləcəyimi təsəvvürümə gətirmirəm.Biz yenə də görüşəcəyik… 

 

Taleyim məni çoxlu məşhur adamlarla görüşdürüb.Onların arasında yazıçılar 



daha çoxdur.Əlbəttə, onların hərəsi haqqında heç olmasa, bir qəzet materialı yaza 

bilərəm.Amma yazmamışam.Bəlkə də yazmayacağam.Çünki bir neçə dəfə 

gördüyüm,birlikdə qonaqlıqda olduğum adam haqqında mən yazacağımı başqası 

da yaza bilər.Məncə, haqqında xatirə yazdığın adamı sənin tanımağın azdır.Onun 

da səni tanımağı vacibdir. 

 

 



 

 

 



 

 

*** 



 

 

Bir dəfə Əlinin yaradıcılığı haqqında məruzə etməliydim.Sədrlik edən 



məndən soruşdu: 

 

- Neçə dəqiqə danışacaqsan? 



 

- Yarım saat. 

 

- Yox, çoxdur, lap çoxdur.Baxım görüm, nə haqda danışacaqsan? - deyə o 



məndən məruzəmin mətnini istədi. 

 

- Yarım saat çoxdursa, onda…ömrüm boyu danışacağam.Bir  də…mən onun 



haqqında kağıza baxıb danışmalıyammı? Qoy mən biabır olum,amma dost 

haqqında  konspektə baxıb danışmayacağam… 

 

Cül Renar deyir ki, dost haqqında yazmaq, ondan ömürlük küsmək 



deməkdir.Məncə, dost haqqında danışmamaq, dost haqqında yazmamaq - dosta 

xəyanət deməkdir.Bəzilərinə bu yazı bəlkə də maraqsız görünər.Onda bunun 

günahı məndədir.Onda elə bilməyin,Əli Kərim ömrü maraqsız olub… 

 

Əli Kərim mənim ən böyük sevincim və ən böyük kədərimdir.O, demək olar, 



bütün əsərlərinin çapını görüb, amma bütün kitablarını görməyib. 


 

16 


 

Əli Kərim! Bu sözü mən «ana», «ata» sözündən də çox işlədirəm.Bu sözü 

«məhəbbət» sözü kimi müqəddəs bilirəm.Əli Kərim mənim xatirələrimdən 

yüksəkdə dayanır.Onun haqqında yalnız danışa bilirəm,böyüklüyünü göstərə 

bilmirəm.Nə qədər məhəbbətlə danışsam yenə mənim məhəbbətimdən yüksəkdə 

dayanır! 

 

Bu həm xatirədir, həm də gündəlik.Əlbəttə, mənim elə yaddaşım yoxdur ki, 



1966 - cı il may ayının 25 - də havanın necə olduğunu, Əli Kərimlə nə haqda 

danışdığımı 20 ildən sonra da olduğu kimi xatırlaya biləm.Vaxtilə Əlidən ayrılan 

kimi onunla görüşüm barədə qeydlər aparırdım.İşə bax, sanki ürəyimə dammışdı 

ki, Əli Kərim tezliklə bizi tərk edəcək.Bilirdim?Bəs onda niyə özümü ondan qabaq 

öldürmürdüm? Bilmirdim? Bəs onda niyə məhz onunla görüşlərim barədə gündəlik 

tuturdum?.. 

 

İlk görüş.Adam bu görüşün gələcəkldə nə dərəcədə əhəmiyyətli olacağını 



bilmir.Görüşdüyü adamın böyüklüyünü dərk etsə də,görüş zamanı axıb keçən 

söhbətləri yadda saxlamağa cəhd göstərmir.İllər ötəndən sonra o ilk görüşün nə 

şəraitdə baş verdiyini, nədən danışdıqlarını xatırlamaq istəyir.Bütün görüşlər bir 

tərəfədir, ilk görüş bir tərəfə.İlk görüş bayramdır, adi görüşlər isə adi 

günlərimiz.İlk görüş tarixdir, bir tarixin düyün nöqtəsidir.. 

 

25 noyabr 1966 - cı il.Bu gün Əli Kərimlə görüş olacaqdı.Əlbəttə, biz onda 



«ilk görüş» barədə söhbət salmırdıq.Və bu «ilk görüş» olmaya da bilərdi.Əgər Əli 

Kərim bir şeyi bəhanə edib, Sumqayıta gəlməsəydi.Həmin görüş Sumqayıt 

politexnik texnikumunda olmalıydı.Düzdür, necə deyərlər, rəsmiyyətdə, onu 

texnikum keçirirdi.Əslində, bu görüşü yada salan, texnikumla Əli Kərim arasında 

«danışıqlar aparan»  Vaqif İbrahim idi.O günə qədər Vaqif də Əli Kərimi şəxsən 

tanımırdı.Əli Kərimin yaradıcılığına xüsusi hörmət etdiyimizdən görüşün baş 

tutması üçün «hər dərdə dözməyə» razıy-dıq.Açığını deyim, həyəcan keçirirdik. 

 

Vaqif İbrahim tezdən Bakıya getdi.Əli Kərimi gətirmək üçün.Görüş isə saat 



14 ilə 15 arasında olmalı idi.Mən Sumqayıtda qalıb tez - tez  texnikumla telefonla 

əlaqə saxlayırdım.Hər dəfə də deyirdim: «Siz allah, elə edin, kişinin yanında biabır 

olmayaq». Əli Kərim Bakıdan gələndə biz birlikdə texnikuma getməliydik.Vaxta 

lap az qalmışdı.Bir xəbər yox idi.Dözə bilməyib Bakıya, «Azərbaycan» curnalının 

redaksiyasına zəng etdim.Əli Kərimi soruşdum.Dedilər Sumqayıta gedib.Yenicə 

danışıb qurtarmışdım, texnikum-dan zəng etdilər: 

 

- Əli Kərim gəlib, texnikumdadır. 



 

Texnikuma çatana qədər görüş başlanmışdı.Buradakı üç nəfər qonaqdan 

yalnız birini tanıyırdım.Sözsüz ki, qalan iki nəfərin biri Əli Kərim 

olmalıydı.Onlardan biri özünü bir qədər «sərbəst» aparırdı.Mənə elə gəldi, yəqin, 

Əli Kərim odur.Yanılırmışam.Məruzədən sonra Əsgər Ələsgərova söz verildi. 

 

O, Əli Kərimin «Qağayılar» şeirini kitabdan oxudu.Və şeir haqqında bir 



qədər danışdı.Sonra gözləmədiyim halda mənə söz verdilər.Bir neçə kəlmə Əli 

Kərimin yaradıcılığı haqqında danışdım.Yerimə qayıtmaq istəyirdim ki, bir nəfər 

qolumdan tutdu və özüylə yanaşı oturtdu.Bu, Əli Kərim idi! Qonaqlardan biri - 

Yusif Həsənbəy də çıxış etdi.O, sözarası dedi: «Əlinin oğlanlarından birinin adı 

Azərdir.Bu ad elə - belə qoyulmayıb.Oğul mənimdir; Azər qoymuram, filan 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə