Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 

17 


qoyuram.Siz mənaya fikir verin: «Azər!» Hamı gülüşdü…Sonra Əli Kərim bir 

neçə şeir oxudu.Görüşün sonunda Əli Kərimin üstünə çiçək dəstələri yağmağa 

başladı.Texnikumdan çıxarkən Əli Kərim çiçək dəstəsini çoxuna təklif 

etdi.Götürən olmadı.Sonra o, bir nəfər qıza yaxınlaşıb çiçək dəstəsini ona vermək 

istədi.Qız tərəddüd edirdi, utandığından bilmirdi nə etsin.Axır ki, çiçək dəstəsini 

Əli Kərimdən aldı. 

 

Bir qədər şəhəri gəzdikdən sonra Əli Kərimgili Bakıya yola saldıq.Əlbəttə, 



şəxsən mən bu görüşdən sonra Əli Kərimlə «silsilə görüşlər» keçirməyi, onunla 

dostlaşmağı qərarlaşdırmamışdım. 

 

Sabahısı gün görüş haqqında xəbər verdirmək üçün «Kommunist Sumqaita» 



qəzetinin redaksiyasına yollandım.Yazıçı K.Xramov burada işləyirdi.Görüşün necə 

keçdiyi, kimlərin çıxış etdiyi barədə soruşdu.Ondan xahiş etdim ki, yaxşı olardı, 

Əlinin şeirindən bir parça da versin.Elə bu niyyətlə də Əli Kərimin rus dilində 

çıxan kitabını özümlə aparmışdım.Xromov kitabdan «Həmişə səfərdə» şeirindən 

bir parçanı vərəqə köçürdü.Sabahısı gün qəzetdə çıxan xəbər həmin şeir parçasıyla 

başlanırdı: 

 

İnsan dünyaya bənzər,  



Səfərdədir əbədi. 

Gözəl bir səfərdədir. 

Məncə, oturubsa da 

Bir daşın üzərində, 

Mənalı bir kitabı 

Varaqlayırsa əgər, 

Gözəl bir səfərdədir. 

 

 



İlk görüş sona çatdı.Əli Kərimlə gələcək görüşlərimdə mən bütün tanın-mış 

adamlarla olduğu kimi, necə deyərlər, ona da salam verib keçəcəkdim.Demək 

istəyirəm, ilk görüşdən sonra Əli Kərimi başqalarından fərqləndirmək, onunla 

dostluq etmək fikrində deyildim.Lakin Əli Kərim başqalarındın fərqləndi.O, ikinci 

dəfə məni görəndə özünü görməməzliyə vur-madı.Bu dostluq, bu tanışlıq üçün Əli 

Kərimə minnətdaram.Əli Kərim gənclərə böyük qayğı ilə yanaşırdı, onlarla dostluq 

edirdi.Gənclərə qayğı göstərməyi özünə borc bilirdi.Təsadüfi deyil ki, onun bir 

neçə gənc şair haqqında «Uğurlu yol» u var. 

 

Bir dəfə Əli Kərimlə Sumqayıtdakı mərkəzi şəhər kitabxanasında (indi ora 



uşaq kitabxanasıdır) görüş vardı.Həmin görüşdə iştirak etmədim.Səbəbi o idi ki, 

istəmirdim Əli Kərimin bütün görüşlərində mən də olum.Qorxurdum, bu görüşlər 

mənimçün adiləşsin.Elə bilirdim, Əli Kərim görüşdən sonra bir-başa Bakıya 

gedəcək.Lakin belə olmadı.Bir neçə saatdan sonra Əli Kərim bizə gəldi. 

 

- Yaxşı edib getmədin.Biz kimik ki, görüşümüzə də gələsən.Vallah, düz 



deyirəm.Axı, biz nə yazmışıq bizim görüşümüzü də keçirirlər? - deyə Əli Kərim 

görüşünə getmədiyimə görə mənə haqq qazandırırdı. 




 

18 


 

Deyə bilmərəm: Əli Kərim bunu təvazökarlıqdanmı deyirdi, yoxsa məni 

məzəmmət edirdi.Onu bilirəm, gərək Əli Kərim mənə deyəydi: «Axı, sən necə 

dostsan beş addımlıqda mənimlə görüş keçirilir, orada iştirak etmirsən?» 

 

Yenicə oturmuşduq.Əli Kərim dedi: «Mümkünsə, Bakıya sifariş 



verin».Qonaq evinə  keçib telefon nömrəsini yığa - yığa çağırdım: 

 

- Əli, bura gəl. 



 

- Gəldim! - deyə Əli Kərim telefon olan otağa keçdi.Əli Kərim elə bildi, onu 

çağırıram.Mən heç vaxt ona «Əli» deyə müraciət etmirdim axı.İndi də onu 

çağırmırdım.Kiçik qardaşım Əlini çağırırdım ki, mağazaya göndərim.Əli Kərim 

bunu bilən kimi gülümsündü: 

 

- Nə fərqi var: mən qardaş, ya o qardaş.Mən Əli, ya o Əli?  



 

Otağımdakı kitab rəflərinin birinin üstündə müxtəlif curnallar 

yığılmışdı.Burada «Azərbaycan» curnalının da bir neçə  ilinin nömrələri 

saxlanılırdı.Əli Kərimin «Pillələr» romanı çıxmış nömrələr də vardı.Başım 

mətbəxdə çay hazırlamağa qarışmışdı.Otağa qayıdanda  gördüm səliqə ilə yığdığım 

curnalların bir sırası yerə tökülüb.Əli Kərim yenidən onları səliqə ilə yığmaq 

istəyir.Təəccübləndim ki, axı, necə olub, curnallar yerə tökülüb.Sən demə, Əli 

Kərim lazım olan nömrəni çəkib çıxarmaq istərkən, «oğurluq etməyi» bacarmayıb, 

curnalları yerə tökübdür.Romanı çıxan nömrələri götürüb vərəqləməyə başladı. 

 

Romanın çıxdığı vaxtlar Əli Kərimi nə şəxsən tanıyırdım, nə də onun 



«Azərbaycan» curnalının redaksiyasında işlədiyini bilirdim.O vaxtlar Sumqa-yıtda 

tez - tez görüşlər keçirilirdi.Belə görüşlərin biri Əli Kərimin «Pillələr» romanına 

həsr olunacaqdı.Roman haqqında məruzə etməyi mənə tapşırmış-dılar.Romanı 

oxuduqca fikirlərimi də curnalın səhifələrində qeyd etmişdim. «Tənqidi» fikirlərim 

də vardı.Qeydlər haqqında çoxdan unutmuşdum.Çünki həm görüş baş tutmamışdı, 

həm də üstündən bir neçə il keçmişdi. 

 

Bəlkə də Əli Kərim qeydləri görməsəydi, yenidən curnalları yerinə 



qoyacaqdı.O, romanına yox, qeydlərə baxmaq istəyirdi.Görsün, vaxtilə onu 

«tanımayan» bir adam, əsəri haqqında nə fikirdə olub.Açığını deyim, bir bəhanə ilə 

curnalı Əli Kərimdən almaq istədim.Hansı vərəqdə nə yazdığımı unutmuşdum.Ona 

görə də təşviş içindəydim: görəsən, yazdıqlarımdan Əli Kərimə pis təsir edəcək söz 

yoxdur ki? Hərdən əyilib qeydlərə baxırdım.Bunu görən Əli Kərim zarafatla dedi: 

 

- Daha sənlik iş yoxdur.Sən sözünü demisən.İndi bizim borcumuzdur onu 



oxuyaq. 

 

Bu söz elə bil məni ayıltdı.Doğrudan da: nə yazmışamsa, daha keçib.Axı, nə 



yaza bilərəm? Uzaqbaşı, yazmışam ki, romanın filan yeri zəifdir, filan yeri 

yaxşıdır.Birdən Əli Kərim məni çağırdı: 

 

- O biri qeydlərindən başım çıxdı.Amma burada bir söz var, başa düşə 



bilmirəm. 

 

Alıb oxudum. 



 

O, curnalın hər iki nömrəsinə baxdıqdan sonra dedi: 

 

- Bu qeydlərini, lap bir yerdə verdirmək də olar.Düzünü deyirəm.Tənqidin 



də var, tərifin də.Özü də, fikirlərinlə razılaşmaq olar. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə