Feldşer ixtisası üzrə yeni nümunəvi suallar 1 Uşaqda qlomerulonefritin yaranmasına səbəb olan xəstəlik hansıdır?


) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən istifadə edilir?



Yüklə 323,46 Kb.
səhifə3/4
tarix14.06.2018
ölçüsü323,46 Kb.
#48693
1   2   3   4

128) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən istifadə edilir?
Axar su altında alətlər yarım dəqiqə yuyulduqdan sonra 7 saata qədər dezinfeksiyaedici məhlulda saxlanılır. Korroziya əleyhinə 1% - li natrium benzoat məhlulundan istifadə edilir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 87)
129) 70 % - li spirt neçə gündən bir dəyişdirilməlidir?

70% - li spirt ağzı bağlı tünd rəngli şüşə qabda olur. Spirt hər 3 gündən bir dəyişdirilməlidir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
130) Ağzı bağlı qabda steril spirtli pambıq kürəciklərdən neçə gün istifadə etmək olar?
Spirtə qənaət məqsədilə şüşə qablara steril pambıq kürəciklər sıx yerləşdirilərək üzərinə spirt əlavə edilir. Bu spirtli kürəciklərdən 1 gündən artıq istifadə etmək düzgün deyil.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
131) Xəstəxananın aptekində hazırlanmış steril məhlullar hansı rənglə nişanlanır?
Xəstəxananın aptekində hazırlanmış dərman vasitələrinin flakonlarının üzərində məhlulun hazırlandığı tarıx, hazırlayanın soyadı və istifadə üçün rəng nişanı olmalıdır. Steril məhlullar mavi rənglə rənglənir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 111)
132) Reanimasiya tədbirləri müsbət nəticə vermədikdə neçə dəqiqədən sonra bioloji ölüm təsdiqlənər?
Əgər 30 - 40 dəqiqə ərzində bəbək daralmırsa, yuxu arteriyasında nəbz vurğuları olmursa, sərbəst tənəffüs bərpa edilmirsə bu bioloji ölümü təsdiq edir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 271)
133) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə başlanır?
Ətraflara sarğı qoyulduqda ona orta fizioloji vəziyyət verilməli, saat əqrəbi istiqamətində soldan sağa sarınmalıdır. Sarğının növündən asılı olmayaraq ilk dövrə bu qayda ilə yəni dairəvi - sirkulyar sarğı ilə başlanır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 96)
134) Diz və dirsək oynağına qoyulan tısbağavari sarğının neçə forması var?
Tısbağavari sarğı dirsək və diz oynaqlarını sarımaq üçün münasibdir və qoyulma üsulundan asılı olaraq 2 forması: yaxınlaşan və uzaqlaşan formaları işlədilir. Yaxınlaşan sarğıda bint oynaqdan yuxarıda və aşağıda dairəvi sarınaraq, oynaq çuxurunda çarpazlaşdırılır. Uzaqlaşan sarğıda isə bintin birinci dolağı oynağın ortasından aparılaraq sonrakı dolaqlar biri - birinin üçdə iki hissəsini örtməklə oynaqdan yuxarıda və aşağıda aralanıb uzaqlaşır.
Ədəbiyyat: N. P. Paleyev. Tibb bacısının məlumat kitabı. (səh - 310)
135) Koxer üsulu ilə çıxıq yerinə salınarkən neçə ardıcıl mərhələ var?
Çıxmış sümüyün yerinə salınma taxnikası 4 ardıcıl mərhələ yerinə yetirilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
136) Kəsici cərrahi alətləri əməliyyatdan əvvəl neçə saat spirtdə saxlamaq lazımdır?
Kəsici cərrahi alətlər (skalpel və qayçılar) termiki üsulla kütləşdiyi üçün 30 dəq müddətində 96% - li etil spirtində saxlanılır.
Ədəbiyyat: Qostişev. (səh - 12)
137) Biksin əməliyyat üçün yığımının neçə üsulu var?
Biksin əməliyyat üçün yığımının 3 üsulu var.

1. Universal yığım

2. Məqsəd yönlü yığım

3. Çeşidlənmiş yığım
Ədəbiyyat: Qostişev. (səh - 13)
138) Termiki üsulla sterilizasiya olunmayan endoskopik alətlər necə sterilizasiya olunur?
Termiki üsulla sterilizasiyası mümkün olmayan endoskopik, torakoskopik, laparoskopik, alət və vasitələr xüsusi qaz sterilizatorlarında 16 saat 18˚C - də sterilizə olunur.
Ədəbiyyat: Qostişev. (səh - 11)


139) Adi ketqut sapları neçə vaxtdan sonra sorulur?
İri və xırda buynuzlu heyvanların nazik bağırsağından və ya vətərindən hazırlanan ketqut sapları daxili orqanlarda aparılan əməliyyatlarda işlədilir. Sorulma müddəti 15 - 20 gündür.
Ədəbiyyat: M. M. Abakumov - 1985. (səh - 42)
140) Yanıq xəstəliyinin ilk günlərində xəstəyə köçürələcək infuzion mayelərin miqdarı necə hesablanır?
Yanıq şokunun dərəcəsindən asılı olaraq ilk günlər xəstələrə şok əleyhinə parenteral karbohidrat və duz tərkibli mayelər köçürülür. Köçürələcək maye xəstənin bədən çəkisinin 10% - dən artıq olmamalıdır.
Ədəbiyyat: A. N. İnkova. (səh - 126)
141) Narkozda işlədilən azot 1 - oksidi (N20) oksigenlə qarışdırıldıqda faiz nisbəti necə olmalıdır?
Azot 1 oksidi qana tez sorulur, əməliyyat vaxtı 80% azot 1 oksidin 20% oksigenlə qarışığı hipoksiya törətmir. Azot 1 oksidin verilməsi dayandırıldıqdan 2 - 4 dəqiqə sonra xəstə ayılır.
Ədəbiyyat: B. X. Abasov. Ümumi Cərrahlıq - 1987. (səh - 103)
142) Aşağı ətraflara sirkulyar gips sarğısı qoymaq üçün bintin eni neçə sm olmalıdır?
Aşağı ətrafların sınıqlarında müalicə məqsədilə eni 15 sm olan 6 - 12 ədəd gipsli bintlərdən istifadə edilir. (1 bint 6 - 8 qatdan ibarətdir)
Ədəbiyyat: M. M. Abakumov. (səh - 384)
143) Çıxığın yerinə salınmasında anesteziya məqsədilə novokainin neçə faizli məhlulu işlədilir?
Çıxığın yerinə salınmasından əvvəl yerli anesteziya məqsədilə 40 - 60 ml 1% - li novokain məhlulu uzun iynə ilə oynaq boşluğuna yeridilir.
Ədəbiyyat: M. M. Abakumov. (səh - 385)


144) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə saatdan az olmamalıdır?
Optik alətlər paroformalin şkaflarda 48 saatdan az olmayaraq saxlanmalıdır. Çıxarıldıqdan sonra 10 - 20 dəqiqə müddətində civə - oksisian (1: 1000) məhlulunda və ya 95% - li spirtdə saxlanmalıdır.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
145) Xromosistoskopiya zamanı vena daxilinə aşağıdakılardan hansı işlədilir?
Xromosistoskopiya uroloji praktikada diaqnostika məqsədilə tez - tez işlədilir. Bu prosedurada adi sistoskopiyaya, vena daxilinə göy rəngli maddə - indiqokarminin yeridilməsi əlavə edilir. Vena daxilinə vurulmuş indiqokarmin böyrəklər vasitəsilə ifraz olunur. Bu proses sistoskop vasitəsilə izlənir.
Ədəbiyyat: S. İmamverdiyev. Urologiyada tibb bacısının işi. (səh - 45)
146) Dolu sidik kisəsindən sidik ləngimələrində sidik kateterlə neçə dəqiqə müddətinə boşaldılmalıdır?
Sidik kisəsindən sidik birdən boşaldıqda qanın kiçik çanağı axması sürətlənir ki, bu da beyinin kəskin qansızlaşmasına və kollapsa səbəb olur. Ona görə də sidik porsiyalarla 15 - 20 dəqiqə müddətində boşaldılır.
Ədəbiyyat: S. İmamverdiyev. (səh - 25)
147) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
Yemək borusu yanıqlarında rentgeneloji müayinə 15 - 20 gündən sonra aparılır. Bu müddət ərzində patoloji prisesin kəskin dövrü keçir və xəstə kontrast maddəni uda bilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121)
148) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir?
Qarın boşluğunun kəskin destruktiv xəstəlikləri zamanı klinik simptompların itməməsi üçün heç bir dərman prepartları ilə müdaxilələyə yol vermək olmaz. Sağ qalça çuxuruna buz qovuğu qoyub, təcili cərrahi şöbəyə çatdırmaq lazımdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 218)

149) Boyun venalarından qanaxma zamanı təhlükəli, zərərçəkmişin ölümünə səbəb nədir?
İri vena damarları zədələndikdə baş verənqorxulu ağırlaşma hava emboliyasıdır. Bu zaman hava emboliyası ürək, ağciyər, beyin və başqa orqanların qan damarlarının mənfəzini qapayır ki, bu da ölümlə nəticələnir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 74)
150) Termiki yanıqlarda ağrılar şiddətlənən zaman təcili yardım maşınlarında ağrıkəsici narkoz halında azot 1 - oksidi (N20) ilə oksigenin nisbəti necə olmalıdır?
E) 1: 4
Ağır termiki yanıqlar zamanı yanıq xəstəliyi baş verir ki, bunun da birinci fazası yanıq şokudur. Yanıq şokunun ağırlaşmasının qarşısını almaq üçün azot 1 oksidinin oksigenlə 2: 1 nisbətindən narkoz formasında istifadə edilir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 264)
151) İlan sancması zamanı aşağıdakı hansı tədbiri həyata keçirmək olmaz?
İlan sancması zamanı ilk yardım məqsədilə dişlənmiş yara nahiyəsinə kalium permanqanat məhlulu ilə isladılmış aseptik sarğı qoyularaq, immobilizasiya şinalarından istifadə edilir. Sonra əzələ daxilinə ilan zəhərinə qarşı spesifik zərdab (10 - 30 ml) vurulur. Heparin işlədilməsi əks göstərişdir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 283)
152) Yanıq şoku zamanı ağrıkəsici təsirli narkotik preparatların hansı nahiyyəyə yeridilməsi məqsədəuyğundur?
Yanıq şoku zamanı ağrıkəsici narkotiklər morfin, omnopon, promedol, fentanil işlədilir. Şok zamanı toxumalardan dərmanların sorulması ləng getdiyi üçün bu preparatların vena daxilinə yeridilməsi məqsədə uyğundur. Yaşlı insanlara və 3 yaşına qədər uşaqlara vena daxilinə işlədilməsi təhlükəlidir.
Ədəbiyyat: B, D, Komarov. (səh - 74)
153) Yanıq şoku zamanı yaşlı insanlara və uşaqlara narkotiklər vena daxilinə necə işlədilir?
Yanıq şoku zamanı yaşlı insanlara və uşaqlara ilk yardım məqsədilə narkotiklər ehtiyatla, 1 ml narkotik analgetik, 5 ml izotonik natrium xlor məhlulu ilə qarışdırılaraq, nəzarətlə antihistamin preparatlardan 1 ml əlavə edilməklə işlədilir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 74)
154) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun neçə faizli məhlulundan istifadə edilir?
Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun 1% - li məhlulundan və ya 0. 5% - li bor turşusu məhlulundan istifadə edilir.
Ədəbiyyat: İnkova A. N. (səh - 132)
155) Bayılmanın obyektiv əlamətlərinə hansı aid deyil?
Bayılma labil, sinir sisteminə malik qadınlarda daha çox rast gəlinir. Yaranmasına səbəb damar tonusunun kəskin pozulmasıdır ki, buda hipotenziyaya səbəb olur(yəni arterial təzyiq kəskin düşür). Obyektiv olaraq dəri örtüyünün kəskin avazıması ətrafların soyuması, bəbəyin genişlənməsi baş verir. Dəri örtüyünün qızarması (hiperemiya) bayılma üçün xarakterik deyil.
Ədəbiyyat: İnkova A. N. (səh - 113)
156) Kimyəvi yanığın ağırlığı hansı faktordan asılı deyil:
Kimyəvi yanığın ağırlıq dərəcəsi kimyəvi maddənin tərkibindən, temperaturundan, qatılığından və təsir müddətindən asılıdır. Havanın temperaturundan asılı deyil.
Ədəbiyyat: İnkova. A. N. (səh - 132)
157) Yaranın birincili sağalması neçə gün davam edir?
Birincili olaraq o, yaralar sağalır ki, yara kiçik, kənarları hamar və dərin olmasın. Yara aseptik qaydalara uyğun nəzarət altında olduqda ilk bitişmə ilə bütün sağalma prosesi 5 - 8 günə qədər günə davam edir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 126)

158) Ağciyərin zədələnmələrində bu simptoma rast gəlinmir?
Ağciyərin zədələnməsi üçün (onu əmələ gətirən səbənlərdən asılı olmayaraq) 4 simptom xarakterikdir.

1. Qanhayxırma

2. Dərialtı emfizema

3. Hematoraks

4. Pnevmotoraks

Disfagiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 81)
159) Ağciyər exinokokkozu üçün xarakterik deyil?
Qanhayxırma, ağrı və öskürək ağciyər exinokokkunun triada əlamətlərini təşkil edir ki, sonradan təngnəfəslik bura əlavə olunur. Pnevmotoraks bu xəstəlik üçün xarakterik deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 110)
160) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
Sınıqların əsas simptomları ağrı funksiyanın pozulması deformasiya travmatik ödem və krepitasiyadır. Şiddətli ağrı nəticəsində baş verən travmatik şok, kollaps ümumi simptomlardır. Asfiksiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 107)

161) Xəstənin həkimin iştirakı ilə daşınması zamanı feldşerin yeri harada olmalıdır?
Çağırış zamanı feldşerin maşındakı yerini həkim müəyyənləşdirir. Xəstənin daşınmasında sürücünün yanında feldşer, xəstənin yanında isə həkim olur.
Ədəbiyyat: B. D. Komarov. (səh - 23)

162) Xəstə stasionara çatdırıldıqdan ən gec neçə dəqiqə sonra feldşer xəstə haqqında məlumatı təcili yardımın baş dispetçerinə çatdırmalıdır?

Feldşer xəstəni stasionara çatdırdıqda, 15 dəqiqədən gec olmayaraq hospitalizasiyanın nəticəsi haqqında baş dispetçerə məlumat verməlidir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 23)
163) Müəyyən səbəblərdən huşu özündə olmayan xəstələr xəstəxanaya çatdırıldıqdan sonra onların qiymətli əşyalarını feldşer kimə təhvil verir?
Huşsuz vəziyyətdə olan xəstələr feldşer tərəfindən stasionara çatdırıldıqda sənədləri, qiymətli əşyaları, silahı və digər əşyaları qəbul şöbəsinin növbətçisinə (yazılı qeydiyyatla iki nüsxədən ibarət) təhvil verir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 24)
164) Bunlardan hansı müasir endoskopik cərrahiyyə növünə aid deyil?
Xolangioqrafik üsul müasir endoskopik cərrahiyyə növünə aid edilmir. Bu üsul dioqnostik məqsədlə işlədilir.
Ədəbiyyat: B. Ağayev (səh - 440)
165) Laporoskopik əməliyyatlarda qarın boşluğuna hansı qaz vurulur?
Ən çox bu məqsəd üçün karbon qazından istifadə olunur. Qazın qarın boşluğuna yeridilmə sürəti 1 dəqiqədə 1. 5 litrdən artıq olmamalıdır. Qarın boşluğunda 15mm civə sütununa bərabər yaradılmış təzyiq bağırsaqların qarının arxa divarının sıxılmasına və müşahidə borusunun görmə sahəsində əlverişli şərait yaradır.
Ədəbiyyat: B. Ağayev. (səh - 441)
166) Bunlardan hansı laparoskopik alətlərə aid deyil?
Koxer sıxacı endoskopik - laparoskopik alətlər sırasına aid deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 445)
167) Laparoskopik xolesistektomiya zamanı qarının ön divarında neçə kiçik kəsik aparılır?
Laparoskopik xolestektomiya aparılması üçün qarnın ön divarında 4 kiçik kəsik (deşik) aparılır. Bu kəsiklərdən ardıcıllıqla cihazlar salınaraq, əməliyyat icra edilir.
Ədəbiyyat: B. Ağayev. (səh - 444)
168) Dərinin funksiyasına aşağıdakılardan hansı aid deyil?
Dərinin tənəffüsdə, orqanizmin immun müdafiəsində, istilik tənzimləmədə və piqment əmələgətirmədə iştirak etməsi, D vitamini sintezi onun funksiyalarına aiddir. Hormonal tənzimləmə onun funksiyalarına aid deyil.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 12)


169) Dərinin hansı sahələrində piy vəziləri mövcud deyil?
Piy vəziləri dəri örtüyünün ovuc və ayaqaltı istisna olmaqla hər yerində rast gəlir və tük follikulları ilə sıx kontaktda olur. Piy vəziləri dərinin funksiyalarının saxlanmasında böyük rol oynayır.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 11)


170) Köpüşük nədir?
Dəri səpkiləri birincili və ikincili olmaqla 2 yerə bölünür. Birincili morfoloji elementlər daxili və xaricə qıcığa qarşı ilkin reaksiya kimi, ikincili elementlər isə müvafiq olaraq birincili elementlərin təkamülü nəticəsində onların yerində əmələ gəlir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 18)




171) Dərinin elastikliyini itirməsi nəticəsində aşağıdakılardan hansı əmələ gəlir?
Çat dərinin xətti defekti olub – dərinin II morfoloji elmentlərinə aiddir. Daha çox dəri büküşlərində əmələ gəlir və ağrılı olur. Səthi çatlar ekzemada, neyrodermitdə rast gələ bilər.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 22)


172) Qartmaq nədir?
Qovuq, qovuqcuq, eroziya, habelə eroziya və yara ifrazatı – eksudasiya məhsulları quruduqda qartmaq əmələ gəlir. Qartmaq II morfoloji elementlərə aiddir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 20)


173) Epidermis və derma arasında az miqdarda maye toplanması ilə xarakterizə olunur.
Qovuqcuq I morfoloji elementlərə aiddir və boşluqlu elementlərdəndir. Digər səpkilər – ləkə, düyüncük, köpüşük və qabarcıq isə boşluğu olmayan elementlərdir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123)
174) Eroziya hansı səpkilərdən sonra əmələ gələ bilər?
Eroziya I morfoloji elementlərin – qovuqcuq (vezikul) , qovuq və pustulun yerində əmələ gəlir. Eroziya dərinin epidermis səviyyəsində zədələnməsidir və II morfoloji elementlərə aiddir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123)

175) Dəri xəstəliklərinin müalicə üsullarına aiddir.
Bu üsul diatermiya aparatından alınan cərəyanla toxumanın yandırılmasına əsaslanır, dermatologiyada ziyillərin, papillomaların, teleangiektaziyaların müalicəsində işlədilir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 157)
176) Başın tükləri dərinin hansı göbələk xəstəliklərində zədələnə bilməz?
Səthi və dərin trixofitiya, həmçinin favus və mikrosporiya başın tüklərini zədələyən göbələk xəstəlikləridir. Rəngbərəng (əlvan) dəmrov xroniki göbələk xəstəliyi olub, az yoluxucudur, əsasən boyun, sinə, çiyin, kürək və qarnın dərisini zədələyir, səpkiləri başda rast gəlsə də, heç vaxt tükləri zədələmir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 295)
177) Mikrosporiyanın diaqnozu üçün hansı müayinə metodu istifadə olunur?
Mikrosporiya başın tüklü hissəsini zədələyən göbələk xəstəliklərinə aiddir. Bu üsulda göbələyin zədələdiyi tüklər lüminessent şüalarında yaşıl işıqlanma verir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990. (səh 107)


178) Başın tüklü hissəsinin göbələk xəstəliyinin müalicəsində təyin olunur:
Başın tüklü hissəsini zədələyən göbələk xəstəliklərinə mikrosporiya, favus (keçəllik) , trixofitiya aiddir. Bu xəstəliklərin müalicəsində qrizeofulvinin həb şəklində daxilə uzunmüddətli təyini ən təsirli vasitə hesab olunur.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 113)



179) Dərinin göbələk xəstəliyinin əmələ gəlməsində rol oynamır:
Patogen göbələklər dərinin göbələk xəstəliklərinin bilavasitə törədiciləridir. Hipovitaminoz, şəkərli diabet, antibiotiklərin, kortikosteroidlərin qeyri - düzgün qəbulu isə dərinin göbələk xəstəliklərinin inkişafına şərait yaradır. İbtidailər isə dərinin göbələk xəstəliyinin əmələ gəlməsində heç bir rol oynamır.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 105)


180) Favus (keçəllik) xəstəliyinin klinik əlaməti hansıdır?
Favus (keçəllik) —dərinin göbələk xəstəliklərindən biridir, onun törədiciləri ev heyvanlarından (it, pişik, dovşan, siçan və quşlar: toyuq və ördəklər) uşaqlara və yeniyetmələrə yoluxur. Saçlar isə tozlu kimi görünür və «siçan» iyi verir. Bu xəstəlik müalicə olunmazsa, davamlı dazlıq törəyir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 112)


181) Dərinin göbələk xəstəliklərinin hansı növündə ağızın selikli qişaları zədələnir?

Kandidozlar maya göbələkləri tərəfindən törədilir. Xüsusən körpələrdə bu özünü süd yarası kimi göstərir. Antibiotiklərin qeyri - düzgün tətbiqi, ümumi zəiflik, immun çatışmazlıq kimi hallar kandidoza səbəb ola bilər.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 121)


182) Pedikulyoz törədicisinin hansı mikroorqanizmlərə aid olduğunu göstərin?
Baş biti (Pediculus capitis) qanla qidalanan tipik parazit olub, bütün ömrünü insan bədənində - daha çox qızların və qadınların başının tüklü hissəsində keçirir. Pedikul­yoz həmişə qaşınma ilə müşayiət olunur.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 134)



183) Ziyillərin müalicəsində istifadə edilmir?
Ziyillər viruslar tərəfindən törədilərək, kontakt yolu ilə və ümumi məişət əşyalarından istifadə etdikdə yoluxur. Yoluxma üçün immunitetin zəifləməsi və dərinin zədələnməsi mühümdür. Əsas müalicə üsulları ziyillərin kimyəvi dərmanlar və ya fiziki yolla dəridən kənar edilməsidir. Elektrokoaqulyasiya, krioterapiya, podofillinlə müalicə geniş yayılmışdır. Bəzi ziyillər adi hipnozla da sağalır.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 144)



184) Sadə herpesin müalicəsində daha effektlidir:
Sadə herpes (Herpes simplex) virus etiologiyalı xəstəlikdir. Xəstəliyin çox rast gəlindiyi yerlər burun - dodaq nahiyəsidir. Müalicəsində virusəleyhinə preparat - asiklovir 200 mg dozada gündə 5 dəfə daxilə 5 - 10 gün, yerli məqsədlə isə asiklovir məlhəmi bir neçə gün təyin edilir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 88)


185) Aşagıda göstərilən xəstəliklərdən hansı virus etiologiyalı deyil.
Mikrosporiya dərinin göbələk xəstəliklərinə aiddir. Törədiciləri Microsporum canis pişik və itlərdən, Microsporum ferrugineum xəstə insanlardan yoluxur. Xəstəlik dərini və tükləri zədələyir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 107)


186) Vulqar (adi) sızanaqların lokalizasiya yerlərini göstərin.
Vulqar (adi) sızanaqlar piy vəziləri ətrafında səthi və dərin yerləşir. Dərin (dermada) yerləşdikdə yerində yara və ya çapıq qalır, səthi yerləşdikdə iz qoymur.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 74)

187) Hansı dərman preparatları qrupu toksikodermiyaya səbəb olmur?
Toksidermiya allergenlərə cavab olaraq inkişaf edən dəri xəstəliyidir. Toksidermiyanın səbəbi çox zaman dərman maddələri –antibiotiklər, sulfanilamidlər, salisilatlar, pirazolon törəmələri və s olur. Kortikosteroidlər isə (prednizolon, deksametazon və s) əksinə, toksidermiyaların müalicəsində işlədilir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 42)



188) Atopik dermatitin müalicəsində hansı preparatlar tətbiq olunmur?
Atopik dermatitin müalicəsində kəskinləşmə dövründə antihistaminlər, qaşınma əleyhinə dərmanlar; yuxusuzluq, əsəb pozulmaları zamanı sedativlər, yerli (xarici) təsir məqsədilə isə müvafiq aktivliyə malik kortikosteroidlər geniş tətbiq olunur. Sitostatiklər isə dermatologiyada əsasən autoimmun xəstəliklərin (pemfiqus və b. k. ) , dəri şişlərinin müalicəsində istifadə olunur.


    Ədəbiyyat: Рациональная фармакотерапия, заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А. А. Кубановой, В. И. Касиной, М. , Литтерра, 2005. (səh. 248)


Yüklə 323,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə