Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinin müsəlmanların yadından çıxmaması



Yüklə 1,24 Mb.
səhifə6/81
tarix23.01.2018
ölçüsü1,24 Mb.
#22126
1   2   3   4   5   6   7   8   9   ...   81

Fələstinin müsəlmanların yadından çıxmaması


Fələstin və şanlı Qüds məsələsi elə məsələlərdən deyil ki, İslam dünyası onu unuda bilsin. Əgər nə zamansa Fələstin torpaqlarını işğal edənlər və onların beynəlxalq hamiləri Fələstin adını və Fələstin xalqını unutdura biləcəklərini düşünürdülərsə də, o gün daha arxada qaldı. Bu gün Fələstin xalqı özünün bütün vücudu ilə, özünün bütün iradəsi ilə müqavimət meydanında dayanmışdır. Bu, Qüds işğalçılarının Fələstinin əzəmətli və əhəmiyyətli mövqeyini əlli il öncədən daha artıq hiss etmələrinə səbəb olmuşdur. O gün onlar təsəvvür edirdilər ki, Fələstin yaddan çıxmış və unudulmuş bir nöqtədir. Fələstinin adını "Xalqsız torpaq" qoyurdular. Əlbəttə, bu batil xəyalın yaranmasına bəzi səhlənkarlıqlar da kömək etmişdi. Bu gün belə deyil. Bu gün Fələstin xalqı dayanmışdır. Müsəlman xalqların qəlbi də şanlı Qüds torpaqlarına və bütün Fələstin ölkəsinə qarşı İslam qeyrəti və təəssübü ilə doludur. Və İslam dünyası Fələstini heç zaman unutmamalıdır.

İkinci fəsil: İslam Repsublikası və Fələstin məsələsi

İslam Respublikasında Fələstin məsələsinin bir siyasi strategiya yox, etiqadi məsələ olması


İslam Respublikasında Fələstin məsələsi bizim üçün bir taktika deyil, bir siyasi strategiya da deyil, bu, etiqad məsələsidir, ürək məsələsidir, iman məsələsidir. Odur ki, bizimlə xalqımız arasında bu sahədə heç bir fərq yoxdur. Bizim Fələstin məsələsinə önəm verdiyimiz qədər, xalqımız da - Fələstin məsələsinin nə olduğunu bilənlər; yəni xalqımızın böyük əksəriyyəti və bəlkə də hamısı - həmin fikirdədir. Siz müşahidə edirsiniz ki, Qüds günündə - imamın Qüds günü təyin etdiyi hər ilin ramazan ayının son cüməsində xalq böyük şəhərlərdə, kiçik şəhərlərdə, hətta kəndlərdə 22 bəhmən (11 fevral) kimi - 22 bəhmən bizim inqilabımızın qələbəsinin xatirəsi və ildönümüdür; yəni xalqın özünə və ölkə daxilinə aid olan məsələdir - eyni duyğuları bildirirlər, 22 bəhməndə olduğu kimi iştirak edirlər. Qüds günündə də xalq ölkənin bütün şəhərlərində, bütün böyük və kiçik şəhərlərdə və kəndlərdə xiyabanlara çıxırlar. Hava isti olsa da, soyuq olsa da, öz iştiraklarını və öz duyğularını göstərirlər.

Bu münasibətlər, bu təhlillər və bu baxış nədən irəli gəlir? Əgər mən, İslam Respublikası quruluşu və İslam Respublikasındakı qərar mərkəzləri bu mövqeni seçir və elan ediriksə, bu nədən irəli gəlir? Sırf siyasi bir baxışdanmı irəli gəlir? Xeyr, bu, din baxışından irəli gəlir.

Deyirlər nə üçün İran Bəhreyn xalqını müdafiə edir. Biz hamını müdafiə etdik. Biz 32 ildir Fələstin xalqını müdafiə edirik. Hansı ölkə, hökumət və xalq bu 32 ildə bu qədər müdafiə edib? Məgər Fələstin xalqı şiədir? Qəzzə barəsində bizim xalqımız nə qədər çalışdı! Bizim gənclərimiz hava livanına getdilər ki, Qəzzəyə yollansınlar. Qəzzəyə gedib İsrail əleyhinə vuruşmaq istəyirdilər; elə bilirdilər yol açıqdır. Yol bağlı idi və getmək olmazdı. Biz dedik ki, getməyin; qarşılarını aldıq ki, yolda sərgərdan qalmasınlar. Yol bağlı idi. Bizim xalqımız Qəzzəyə qarşı, Fələstinə qarşı, Misirə qarşı, Tunisə qarşı hər yerdə yaxşı münasibətini bildirib. Onlar ki, şiə deyildilər. Buna əsasən, söhbət şiə və sünni söhbəti deyil. Bədxah və xəbis adamlar Bəhreyn məsələsini şiə və sünni məsələsi kimi göstərməyə çalışırlar.

Məzlum xalqları, xüsusən də Fələstin xalqını müdafiə etmək - quruluşun ümumi siyasətlərindən biri


39 - Milli təhlükəsizliyin möhkəmləndirilməsi və milli maraqların təmini məqsədi ilə regionda və beynəlxalq miqyasda İran İslam Respublikasının məqamının, iqtidarının, rolunun və mövqeyinin ucaldılması aşağıdakı məsələlərə təkid göstərməklə:

39-6- Müsəlmanları və məzlum xalqları, xüsusən də Fələstin xalqını müdafiə.


İsrail məhv olmadan İranın qələbəsinin yarımçıq olması


Biz Fələstin probleminin həllinin böyük güclərin diktə etdiyi yollarda olduğunu düşünmürük. Fələstin yarasının dərmanı yalnız sionizm hökumətinin xərçəng vəzisinin qoparılmasıdır və bu tamamilə mümkündür. Müsəlmanlar həcdə bu məsələ barəsində düşünüb onun üçün öhdəlik götürsünlər, onun yolunda şüar və əməlin hər ikisini işlətsinlər. İran xalqı həmişəki kimi özünü fələstinli mübarizlərin yanında bilir və Fələstin hadisəsində qələbə olmadan öz qələbəsini yarımçıq sayır.

Əzəmətli və mərhum imam İranda mübarizənin başlandığı ilk gündən Fələstin məsələsini öz istəklərinin başında qoydu, mübarizə boyunca və inqilabın qələbəsindən sonra onu davam etdirdi. Vəfatından sonra da siyasi və ilahi vəsiyyətnamənin dili ilə onun barəsində bizimlə və dünyanın bütün müsəlmanları ilə danışdı. Bu qəti bir vacib əməldir. Siz hacıların da üzərinə həmin vəzifə düşür. Əgər hamımız vəzifəyə əməl etsək, İslam bədəninin dərin yarası inşallah sağalacaq. Allah bizimlədir!


“İmamın xəttinin” səciyyəsi - Qüdsü işğal edən rejimlə mübarizəyə xüsusi diqqət


Mən imamın xətti adlandırdığımız və onun bərəkətli həyatının on ilində İslam Respublikası quruluşunun hərəkətinin səciyyəsi olmuş bu xəttin və bu istiqamətin xüsusiyyətləri haqda başlıqları deyirəm: İmamın xətti - yəni ümmət imamının hökumət yolu və üslubu; yəni İslam Respublikası quruluşunu izah edən məsələ. İslam Respublikası müxtəlif xətlərlə reallaşa bilər. Bu xətləri düzgün səmtə yaxınlaşdıran, həm də imamın qəbul etdiyi və etiqad bəslədiyi amillər aşağıdakılardır:

8. Qüdsü işğal edən rejimlə və işğalçı sionizm rejimi ilə mübarizəyə xüsusi diqqət. İsraillə mübarizənin imamın məntiqində - hökumət yolunda və ənənəsində xüsusi yeri vardı. Ümmət imamının baxışında müsəlman xalqlar üçün güzəştə getməyin əsla mümkün olmadığı məsələlərdən biri də sionistlərlə mübarizə idi. Çünki Böyük İmam bu zorakı rejimin dağıdıcı və məhvedici rolunu inqilabın qələbəsindən illər öncə düzgün dərk etmişdi.



Biz zülmlə, hegemonluqla və xalqlara təzyiqlə müxalifik. Böyük güclərin zorakılığına və hegemonluğuna qarşı çıxır və onun qarşısında dayanırıq. Biz İsraillə sazişin qarşısında dayanırıq. Biz məzlum Fələstin xalqını bütün imkanlarla müdafiə edirik. Sionistlərin təzyiqi altında olan Livan xalqını müdafiə edirik. Biz İslamı, ayıq İslamı və dünyanın hər hansı bir yerində İslam kimliyinə qayıtmış xalqları müdafiə və himayə edirik. Bu gün Şərq qüdrətinin dağılıb məhv olmasından sonra Amerika dünyada rəqibsiz böyük güc olmuş və qürura uğramışdır. Onlar böyük bir səhvə düçar olmuşlar; elə bilirlər ki, dünyanı öz istəklərinə və iradələrinə uyğun şəkildə idarə edə biləcəklər. Bunların dünyaya təklif etdikləri yeni sistem və düzən bu əsasdadır, Amerikanın mərkəzliyi əsasındadır, Amerikadan sonra digər güclərin mərkəzliyi, onların bütün dünyaya, bütün ölkələrə, bütün xalqlara, dünyanın bütün mühüm qaynaqlarına, dünyanın bütün həssas su yollarına hökmranlığı əsasındadır. Bunlar elə bilirlər ki, dünyanın taleyi öz əllərindədir. Bu gün daha qarşılarında Şərq bloku və keçmiş SSRİ olmayan hakim qüvvələr elə bilirlər ki, dünya və dünyanın siyasəti bütövlükdə onların əlində olmalıdır. Onlar bu yolda maneə sayılan hər bir şeylə mübarizə aparırlar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə