FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
  1   2   3   4   5   6   7   8   9   ...   129


S.Xəlilov 

 

 



 

 

FƏLSƏFƏ



TARİX VƏ

 

MÜASİRLİK 

(FƏLSƏFİ  KOMPARATİVİSTİKA) 

 

 

 

 

 

 

 

 

 

 

Bakı–2006 

 

 



 

Elmi redaktoru və ön sözün müəllifi: 

Ramiz MEHDİYEV 

fəlsəfə elmləri doktoru, professor 

 

 

Rəyçilər: 

Fərman İSMAYILOV,  fəlsəfə elmləri doktoru,  



                     professor 

Rasim OSMANZADƏ, fəlsəfə elmləri doktoru,  



                    professor 

 

 

XƏLİLOV S.S. 

FƏLSƏFƏ: TARİX VƏ MÜASİRLİK  (Fəlsəfi kompa-

rativistika). 

Bakı, «Azərbayсan Universiteti» nəşriyyatı, 2006  - 420 səh. 

 

Kitabda  Şərqin və  Qərbin bir çox böyük filosofları müqayisə 

olunur; müxtəlif dövrlərdə və müxtəlif coğrafi məkanlarda yaranmış 

fəlsəfi təlimlərdə eyniyyət və fərq məqamları üzə çıxarılır.    

Məqsəd filosofların həyatı, yaradıcılığı  və  təlimləri haqqında 

məlum bilikləri oxuсulara çatdırmaq olmadığından,  əsər dərslik, 

dərs vəsaiti və ya ensiklopedik bir topludan daha çox, dünya fəlsəfi 

fikrinin ayrı-ayrı məqamlarının müəllif mövqeyindən şərhidir.  

 

Fəlsəfə ilə peşəkar səviyyədə maraqlananlar üçün nəzərdə tu-

tulmuşdur. 

 

                                                                 ISBN 9952-8050-2-0 

 

 

        0300000000 - 66 

              059 - 2005 





 

© S.S. Xəlilov 

© «Azərbayсan Universiteti» nəşriyyatı, 2006


 

- 3 -


 

 

 



 

 

 

 

 

 

Ön söz  əvəzi:   FƏLSƏFİ FİKİR TARİXİNİN 

                    AKTUAL PROBLEMLƏRİ  

 

Bəşəriyyət qarşısında duran və  həmişə insanları düşün-

dürən, neçə əsrlər ərzində öz aktuallığını itirməyən ümumbəşəri 

fəlsəfi problemlərlə yanaşı konkret ictimai-siyasi mühitin 

xüsusiyyətlərindən, dövrün sosial-siyasi ab-havasından, milli 

özünüdərkin konkret səviyyəsindən doğan yüzlərlə aktual 

problemlər ortaya çıxır ki, onların elmi-fəlsəfi təhlili qaçılmaz 

olur. 


İstənilən problem fəlsəfədə  həmişə insan-dünya mü-

nasibətləri kontekstində  nəzərdən keçirilir. Bu münasibətlərin 

bütün dövrlərdə bütün insanlar üçün ümumi olan aspektləri ilə 

yanaşı, konkret zaman və məkan daxilində xüsusi aspektləri də 

vardır. Müasir dövrdə Azərbaycanda yaşayan insanların ümum-

bəşəri fəlsəfi problemlərə münasibəti bir neçə mühüm amilin 

təsiri ilə xüsusiləşərək yeni problemlər doğurur. 

Marksizm-leninizm fəlsəfəsindən və bütövlükdə kommu-

nist ideologiyasından imtina etmiş Azərbaycan onun əvəzinə 

yeni bir ideologiya və yeni bir fəlsəfi sistem düşünməyə macal 

tapmadan, keçid dövrünün ziddiyyətləri ilə üz-üzə dayanmalı 

oldu. Müstəqil dövlət quruculuğu prosesi milli özünüdərk 

axtarışlarını sürətləndirsə  də, müstəqilliyin ilk illərində yeni 

ideologiyanın, milli fəlsəfi fikrin formalaşmaması  və ictimai 

şüurun inertliyi artıq hərəkətə  gəlmiş böyük ictimai-siyasi 

proseslərin elmi əsaslarla idarə olunmasına imkan vermədi. 

Düzdür, 1993-cü ildən sonra müstəqil Azərbaycan dövlətinə 



 

- 4 -


rəhbərlik edən Heydər  Əliyevin böyük siyasi və idarəçilik 

təcrübəsi ölkəmizin böhrandan çıxmasına, dövlət quruculuğu 

işinin uğurla həyata keçirilməsinə, müstəqilliyin möhkəm-

ləndirilməsinə imkan verdi. Lakin ictimai-siyasi, iqtisadi və 

mədəni-mənəvi sahələrdəki keçid prosesləri, hüquqi dövlət və 

vətəndaş  cəmiyyətinin qurulması ilə  əlaqədar dəyişikliklərin 

elmi izahı xüsusi fəlsəfi tədqiqatlar tələb edir.  

Azərbaycanın, bir tərəfdən, coğrafi-siyasi vəziyyətinə gö-

rə, digər tərəfdən, zəngin təbii sərvətlərə malik olan bir ölkə 

kimi böyük dövlətlərin siyasi və iqtisadi maraqlarının diqqət 

mərkəzində olması onun özünün dünya siyasətinin və 

ümumbəşəri mədəni-mənəvi proseslərin fəal iştirakçıların- dan 

birinə çevrilməsini tələb edir; ölkəmizdə dünya fəlsəfi fikrinin 

aktual problemlərinin tədqiqinə böyük ehtiyac yaranır.   

Beləliklə, fəlsəfi fikir, bir tərəfdən, müstəqillik əldə etmiş 

bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər 

tərəfdən də, bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənmə-

sindən irəli gələn yeni ictimai şüurun elmi-nəzəri səviyyədə 

əsaslandırılmasına xidmət etməlidir. Bütün bunlar fəlsəfənin 

ənənəvi problematikasından kənara çıxmadan, mövcud elmi-

fəlsəfi fikrə istinad etməklə həyata keçirilməlidir.  

Müstəqillik  əldə etmiş bir xalqın öz siyasi və iqtisadi 

azadlığını  təmin etmək istiqamətindəki fəaliyyəti – müstəqil 

dövlət və təsərrüfat quruculuğu ilə yanaşı, ilk növbədə milli ta-

rixin, ədəbiyyatın, mədəni-mənəvi dəyərlərin yenidən nəzərdən 

keçirilməsi, kommunist ideologiyasının təsirlərindən azad 

edilməsi ilə müşaiyət olunur. Ateizm buxovlarından azad olmuş 

dini  şüur yeni inkişaf müstəvisinə keçir və  nəticədə dinlə 

ideologiyanın, dinlə fəlsəfənin də yeni münasibətləri formalaşır; 

ictimai  şüurda gedən bütün bu yeni proseslərin elmi-fəlsəfi 

təhlilinə ehtiyac yaranır. 

Müasir Azərbaycanda elmi-fəlsəfi fikrin və ictimai-siyasi 

şüur mühitinin formalaşmasında, heç şübhəsiz, klassik və 

çağdaş  Qərb fəlsəfi fikrinin böyük rolu vardır. Azərbaycanda 

AFSEA-nın xətti ilə Con Lokkun, İ.Kantın, Karl Popperin, Jan-

Pol Sartrın və digər Qərb mütəfəkkirlərinin yubileylərinin qeyd 

edilməsi heç də sadəcə olaraq bu böyük şəxsiyyətlərin xatirəsini 

qeyd etmək üçün olmayıb, həm də ölkəmizdə elmi-fəlsəfi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə